Dərsliyə Azərbaycan Respublikası Təhsil Nazirinin 21 aprel 2003-cü IL tarixli 305 saylı əmri ilə qrif verilmişdir



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə64/80
tarix20.09.2018
ölçüsü1,72 Mb.
#69519
növüDərs
1   ...   60   61   62   63   64   65   66   67   ...   80

131 
 
milli malların kodudur. Hələlik mal mövqeləri daha dərin detallaşdırılmadığından 9 və 10-cu rəqəmlər sıfır 
qəbul edilir. 
 


132 
 
Mövzu 15.  
Gömrük sistemində iqtisadi təhlil  
 
İqtisadi təhlil - təsərrüfat proseslərinin qarşılıqlı əlaqə və asılılıqda öyrənilməsi, onların bir-birinə 
təsirini müəyyənləşdirmək məqsədi daşıyır.  
İqtisadi təhlilin gedişində təsərrüfat faktları, hadisələr, hallar və proseslər arasındakı əlaqələr müəyyən 
edilir, təsərrüfat fəaliyyətinə bilavasitə  təsir göstərən amillər aşkar edilir. Bunun üçün iqtisadi və riyazi 
hesablamaların üsul və fəndlərindən istifadə olunur.  
İqtisadi təhlilin nəticələrinə  əsasən idarəetmə  qərarları müəyyən edilir və  əsaslandırılır, həmçinin 
iderəetmə obyekti tənzimlənir.  
İqtisadi təhlil iderəetmə  qərarının qəbul edildiyi mərhələdən  əvvəlki mərhələ hesab edilir. Təhlilinə 
əsaslanaraq bir sıra məsələlər, məsələn gömrük orqanının saxlanılması və səmərəli fəaliyyəti üçün tələb olunan 
vəsaitin miqdarı təyin edilə bilər. Bundan başqa, proqnozların yerinə yetirilməsinin təhlilində onların əsaslılığı 
yoxlanılır və nəzərə alınmamış ehtiyatlar aşkara çıxarılır.  
İqtisadi təhlilin əsas məsələləri aşağıdakılardır:  
1) iqtisadi informasiyanın keyfiyyətinin təyini və optimal idarəetmə  qərarının seçilməsi üçün 
materialların hazırlanması;  
2) gözlənilən nəticələrin proqnozlaşdırılması;  
3) idarəçilik qərarının yerinə yetirilməsinə nəzarət və onun yekunlarının qiymətləndirilməsi;  
4)  əmək, material və maliyyə resurslarının sərfinə  nəzarət və onlardan istifadənin səmərəsinin 
artırılması üçün ehtiyatlar aşkar edilməsi.  
Təhlilin predmetindən asılı olaraq maliyyə, kompleks və funksional-dəyər təhlil növləri ayırd edilir.  
Maliyyə, yaxud, maliyyə-iqtisadi təhlil dedikdə, dəyər və maliyyə göstəricilərinin istehsalat göstəriciləri 
ilə qarşılıqlı  əlaqədə  təhlili başa düşülür. Bu təhlil,  əsasən hesabat göstəricilərinə görə aparılır və maliyyə 
nəticələrinin və maliyyə vəziyyətinin tədqiqinə yönəlmiş olur.  
Texniki və  təşkilati amillərin dəyər göstəricilərinə təsirini aşkar etmək üçün texniki-iqtisadi analizdən 
istifadə olunur. Texniki-iqtisadi analizin proqram və üsulları texnika, texnologiya və konkret iş sahəsinin 
xüsusiyyətlərini əks etdirir və ixtisaslaşmış olur.  
Funksional dəyər təhlil (FDT) analiz edilən obyektlərin səmərəliliyinin artırılması imkanlarını müəyyən 
etməyə yönəlmişdir və obyektlərin öz funksiyalarını daha səmərəli həyata keçirmək və məsrəflərin azaldılması 
üçün optimal variantın seçilməsinə əsaslanır.  
İqtisadi hadisələrin, faktların, proseslərin başvermə zamanından asılı olaraq, bu və ya digər dövr üzrə 
fəaliyyətin yekunlarına görə ilkin analizi, cari (operativ) təhlili, yekun (retrospektiv) təhlili bir-birindən 
fərqləndirmək lazımdır.  
İlkin iqtisadi analiz proqnoz və idarəetmə  qərarlarının seçimi və  əsaslandırılması ilə  əlaqədardır. Bu 
təhlil hər hansı təsərrüfat proseslərinə qədər aparılır.  
İlkin iqtisadi təhlilin məqsədi mümkün variantların ən yaxşısını öyrənib ən yaxşı həlli tapmaqdır. Onu 
fərqləndirən cəhət səbəb və amillərin təhlili əsasında onların nəticələrə təsirinin öyrənilməsidir.  
Operativ iqtisadi təhlil operativ idarəetmə ilə - idarəetmə  qərarlarının yerinə yetirilməsi prosesinin 
koordinasiyası  və  tənzimlənməsi ilə  əlaqədardır. Bu təhlili fərqləndirən aşağıdakı  əsas cəhətlərdir: təcililik - 
onun keçirilmə müddəti təsərrüfat  əməliyyatları ilə üst-üstə düşür; tətbiqçilik - onun nəticələri bilavasitə 
istehsalat prosesinə müdaxilə etməyə imkan verir; məqsədyönlülük - konkret məqsəd və vəzifə daşımaqla ayrı-
ayrı sahələr və göstəricilər təhlil edilir. İqtisadi təhlil iqtisadi informasiya sisteminə, proqnoz və normativ 
göstəricilərə əsaslanır. Məlumat mənbələri uçot və qeyri-uçot mənbəyi olmaqla iki qrupa bölünür.  
Əsas uçot göstəriciləri olan informasiya mənbələrinə - mühasibat uçotu və hesabat, statistik uçot və 
hesabat, operativ uçot və hesabat, seçmə uçot göstəriciləri aid edilir.  
Təsərrüfat, maliyyə  vəsaitləri və prosesləri öz əksini daha bitkin şəkildə mühasibat uçotunda tapır. 
Statistik uçot və hesabat kütləvi hallar və proseslər barədə məlumat üçün daha münasibdir.  
Qeyri-uçot informasiya mənbələrinə aşağıdakılar aid edilir:  
1) sistemdaxili təftiş materialları;  
2) laboratoriya və təftiş nəzarəti materialları;  
3) vergi və bank orqanlarının yoxlama materialları;  
4) mətbuat materialları;  
5) digər orqan və təşkilatlarla yazışmalar və s.  
Müəssisənin maliyyə-təsərrüfat fəaliyyəti çoxsaylı iqtisadi göstəricilərlə ölçülür. Bu göstəriciləri 
müəyyən sistem halında birləşdirmək mümkündür.  
“Göstəricilər sistemi” anlayışı o deməkdir ki, maliyyə-təsərrüfat fəaliyyətinin müxtəlif tərəfləri 
arasında real mövcud olan əlaqələr uyğun göstəricilərin müəyyən asılılıq xüsusiyyətində öz əksini tapır.  


133 
 
Göstəriciləri dəyər və natural; kəmiyyət və keyfiyyət; həcm və xüsusi çəki kimi kateqoriyalara aid 
edirlər.  
“Dəyər göstəricilərinin” əsasında pul ölçüsü dayanır. Məsələn, satılan məhsul, göstərilən xidmət, gəlir, 
maliyyə vəziyyəti dəyərlə ifadə olunur.  
Natural göstəricilər təşkilatların analitik uçot işlərində istifadə edilir. Bu göstəricilər maddi ehtiyatları, 
istehsalı, gömrük işində  məsələn, müsadirə olunmuş  əşyaları  və s. göstərə bilər. Bu zaman ölçü vahidləri 
obyektlərin fiziki xassələrindən, ölçülmədən və sairdən asılı ola bilər.  
İqtisadi təhlilin üsul və fəndlərini şərti olaraq iki qrupa bölmək olar: ənənəvi və iqtisadi riyazi.  
Ənənəvi üsullara aşağıdakılar aid edilir:  
1) mütləq, nisbi və orta qiymətlər istifadə olunması;  
2) müqayisə;  
3) qruplaşdırma;  
4) indeks üsulu
5) balans üsulu.  
Bu və ya digər göstəricilərin təhlili mütləq qiymətərin istifadəsindən başlanır. Mütləq qiymətlər 
bazasında isə nisbi göstəricilər hesablanır ki, onlar da müəyyən əmsal və ya faizlə ifadə olunur.  
Nisbi göstəricilər müəyyən zaman ərzində göstəricilərin dəyişməsini nümayiş etdirir (məsələn, 
tapşırığın yerinə yetirilmə faizi; keçən ilə nisbətən artım tempi və s.). 
Müqayisə üsulu iqtisadi təhlilin ən geniş yayılmış üsuludur.  
Bir neçə müqayisə forması mövcuddur: plan-proqnozla müqayisə; keçmiş  və ya bazis dövrü ilə 
müqayisə;  ən yüksək göstəricilərlə müqayisə; orta göstəricilərlə müqayisə. Bu üsulun köməyi ilə proqnoz-
tapşırıqların yerinə yetirilməsinə qiymət verilir. Aşkar olunan fərqlər təhlil obyekti hesab olunur.  
Qruplaşdırma hadisə  və proseslərin eyni keyfiyyət  əlamətlərinə, səbəb və amillərə görə 
təsnifatlaşdırılmasını nəzərdə tutur. Bu üsulla maddi ehtiyatların, iş vaxtının, kapital qoyuluşunun mövcudluq və 
istifadəsi təhlil olunur.  
Ənənəvi üsullarla birgə iqtisadi-riyazi üsullar, həmçinin elementar riyazi üsullar, riyazi təhlilin klassik 
üsullarından, proqramlaşdırma və digər üsullardan istifadə oluna bilər. 
İqtisadi təhlilin  əsas göstəricilərinin müəyyən edilərək dəqiqləşdirilməsində tabeli müəssisələrin 
maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması mühüm əhəmiyyət kəsb edir. Sistem daxili nəzarətin  əsas 
vəzifələrinə aşağıdakılar daxil edilir: 
- büdcə  gəlirləri üzrə proqnoz tapşırıqlarının yerinə yetirilməsinə; maddi və maliyyə 
ehtiyatlarından səmərəli istifadə edilməsinə; mühasibat uçotunun düzgün qurulmasına; tarif və gömrük 
dəyərinin müəyyən edilmiş qaydalarının gözlənilməsinə: maliyyə-kredit və hesablaşma  əməliyyatlarının 
düzgünlüyünə; büdcə-smeta, kassa, tədiyyə hesablaşma və  ştat intizamının gözlənilməsinə; aparılan 
əməliyyatların düzgünlüyü və qanuniliyinə; büdcəyə çatacaq ödənişlərin vaxtında köçürülməsinə nəzarəti 
təmin etmək;  
- ayrılmış büdcə vəsaitlərinin düzgün yerləşdirilməsi və xərc smetasına uyğun istifadəsinə nəzarət 
etmək;  
- gömrük vergi və rüsumlarından yayınma, depozit hesablarda vəsait qalığının artması, büdcəyə 
köçürülmələrin ləngidilməsi hallarının aşkar edilməsi və ona qarşı ciddi tədbir görülməsi
- əvvəllər aparılmış təftiş nəticəsində aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması 
üçün görülən tədbirlərin nəticələrini araşdırmaq;  
Bu məqsədlərlə Respublika Dövlət Gömrük Komitəsi gömrük orqanlarının maliyyə-təsərrüfat 
fəaliyyətini ildə bir dəfə (iki ildə bir dəfədən gec olmayaraq) kompleks şəkildə, zərurət olduqda isə 
plandankənar təftiş etdirir.  
Təftiş seçmə, başdanbaşa və ya kombinələşdirilmiş qaydada aparıla bilər.  
Maliyyə-təsərrüfat  əməliyyatının həqiqiliyi sənədlərin formal və hesabi yoxlanması yolu ilə müəyyən 
edilir. Gömrük əməliyyatlarının həqiqiliyi ilk sənədləri üzləşdirməklə müəyyən edilir; hesablaşma, cari və 
depozit hesablar üzrə pul vəsaitlərinin hərəkəti gömrükxanada saxlanılan tədiyyə  sənədləri bankda saxlanılan 
sənədlərin əsli ilə üzləşdirməklə yoxlanılır.  
Təftiş və ya yoxlamanın sonunda gömrük orqanının maliyyə-təsərrüfat fəaliyyətini əhatə edən akt tərtib 
olunur və təftiş qrupunun rəhbəri (üzvləri), təftiş aparılan gömrük orqanının rəhbəri və maliyyə-tarif şöbəsinin 
rəisi tərəfindən imzalanır.  
Gömrük orqanlarının maliyyə-təsərrüfat fəaliyyətini  əhatə edən məsələlər aktda sistemləşdirilmiş 
şəkildə əks etdirilir. 
Təftiş aktına gömrük orqanı  rəhbərinin və maliyyə-tarif  şöbəsi rəisinin irad və  təklifləri olduqda 
imzasının qabağında qeyd edir və akt tərtib olunan gündən 3 gün gec olmayaraq yazılı şəkildə təftiş qrupuna və 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə