Dərsliyə Azərbaycan Respublikası Təhsil Nazirinin 21 aprel 2003-cü IL tarixli 305 saylı əmri ilə qrif verilmişdir



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə76/80
tarix20.09.2018
ölçüsü1,72 Mb.
#69519
növüDərs
1   ...   72   73   74   75   76   77   78   79   80

156 
 
  
  SXEM 5. «Müvəqqəti» proqramm təminatının texnoloji szemi 
 
"Wingomruk" proqram təminatı yük gömrük bəyannamələri  əsasında yaradılmış  məlumat bazasından 
standart şəkildə statistik və maliyyə hesabatlarının alınması üçün istifadə olunur. Bu proqramın köməyilə ölkələr 
üzrə, mal pozisiyaları üzrə, saziş növləri üzrə, fiziki və hüquqi şəxslər üzrə, gömrük rüsum və yığımları üzrə və 
s. 100-dən çox müxtəlif tipli sorğulara cavab almaq olar.  
Bununla yanaşı, çox vaxt idarəçilik münasibətlərinin aşağıdakı kanalları nəzərdən keçirilə bilər:  
1) DGK-gömrükxana;  
2) gömrükxana rəisi - gömrükxana şöbələri
 3) gömrükxana şöbəsi - gömrükxana şöbəsi (digər); 
 4) gömrükxana - gömrük postu;  
5) gömrük postu - gömrük postu (digər); 
 6) gömrükxana - gömrükxana (digər); 
 7) gömrükxana - DGK.  
Belə qarşılıqlı münasibətlərin mərkəzində rəisi, şöbələri və gömrük postları ilə gömrükxana dayanır. Bu 
da təsadüfi deyil, çünki gömrük fəaliyətinin əsas məsələləri burada həll edilir.  
İdarəetmə strukturu çərçivəsində idarəçilik prosesi baş verir ki, onun iştirakçıları arasında idarəetmə 
vəzifələri və funksiyaları, nəticə etibarilə onların icrasına görə hüquqlar və  məsuliyyət bölüşdürülür. Bu 
baxımdan idarəetmənin təşkilati strukturu qarşıya qoyulmuş  məqsədlərin  əldə edilməsinə yönəlmiş idarəetmə 
prosesinin baş verdiyi idarəçilik fəaliyyətinin bölüşdürülmə (bölgü) və kooperasiya forması kimi nəzərdən 
keçirilə bilər.  
Gömrük orqanlarında idarəetmənin həlqələri və səviyyələri arasında qarşılıqlı münasibətlərin aşağıdakı 
növləri təşəkkül tapır:  
- şaquli idarəçilik münasibətləri (DGK - gömrükxana; gömrükxana rəisi - gömrükxana şöbələri; 
gömrükxana - gömrük postu; DGK - gömrükxana);  
«Мцвяггяти идхал вя ихраъ» МБ 
(Мцвяггяти идхал вя ихраъ кими 
рясмиляшдирилмиш 
 ЙЭ
 
 й

 
Статистика вя 
АИС шюбяси 
«Сярбяст дюв-
риййяйя 
бурахылан 
маллар» МБ
Статистика вя 
ИТ 
Баш идаряси 
«Тядбир эюрцл-
мяйян маллар» 
МБ
Статистика вя 
АИС шюбяси 
«Ихраъ 
режимин- 
дя  эери гай-
тарылан
 
маллар» МБ
 
Эюмрцк гайдаларынын по-
зулмасы вя гачагмалчылыг 
иля мцбаризя шюбясиы 
«Нязарятя эютцрцлян
 
маллар» МБ
 
Йцк шюбяси 
«Вахты 
узадылан 
Малиййя-тариф 
шюбяси 
Дюври рцсумларын 
щесабланмасы цчцн 
програм модулу
«Мцвяггяти идхал вя ихраъ» МБ 
( ЙЭБ-ляр ясасында йарадылмыш мяркязи 
 мялумат базасындан алынмышдыр) 
Статистика вя 
ИТ 
Баш идаряси 
«Сярбяст дюв-
риййяйя  бура-
хылан маллар»
Статистика 
вя 
АИС 
шюбяси 
«Тядбир
 эю-
рцлмяйян
Статистика вя 
ИТ 
Баш идаряси 
«Ихраъ режи-
миндя эери 
гайтарылан 
маллар» МБ
 
Гачагмалчылыг вя 
эюмрцк гайдаларынын 
позулмасы иля 
мцбаризя Баш идаряси 
«Нязарятя
 эютцрмяк» 
МБ
Статистика вя 
ИТ 
Баш идаряси 
«Вахты 
узадылан
Малиййя-тариф вя 
Валйута Нязаряти  Баш 
идаряси Дюври 
рцсумларын 
щесабланмасы цчцн
  
Реэионал эюмрцк 
Бяйаннамяляри «ЙЭБ» МБ 
Йцк Эюмрцк Реэионал Эюмрцк 
Идарясинин Статистиак вя АИС 
б
Дювлят Эюмрцк Комитяси 
Мяркязи «ЙЭБ» МБ  
Дювлят Эюмрцк Комитясинин Статистика вя 
Информасийа Технолоэийалары Баш 
И


157 
 
- üfüqi idarəçilik münasibətləri (gömrükxana şöbəsi - gömrükxana şöbəsi; gömrük postu - 
gömrük postu; gömrükxana - gömrükxana);  
- diaqonal idarəçilik münasibətləri (post - qarşılıqlı əlaqəli göndərən və ya təyinat gömrükxanası; 
DGK-nın şöbəsi - DGK-nın qarşılıqlı əlaqəli İdarəsi).  
Bu qarşılıqlı münasibətləri bir qədər ətraflı nəzərdə keçirək.  
Şaquli münasibətlər, hər  şeydən öncə, rəhbərlər və onun tabeliyində olanlar arasında qarşılıqlı 
münasibətləri nəzərdə tutur, bu zaman xətti subordinasiya (tabelilik) üzə  çıxır; səviyyələr üzrə bütün aşağı 
idarəetmə həlqələri daha yuxarı idarəetmə səviyyəsində yerləşən rəhbəri tabeliyində olur. Bu xətti münasibətlər 
adlanır.  
Gömrük orqanları sistemində şaquli münasibətlər təkcə təşkilati strukturun xətti həlqələri arasında deyil, 
eyni zamanda subordinasiya (tabelilik) münasibətləri ilə bağlı olan funksional həlqələr arasında da mövcuddur. 
Belə münasibətlər reallaşdırılması onların peşə (xidməti) fəaliyyətinə (maliyyə, hüquq mühafizə, kadr və b.) 
daxil olan müəyyən idarəetmə funksiyasını yerinə yetirmək üçün nəzərdə tutulan idarəçilik həlqələri analoji 
olaraq yuxarı idarəçilik həlqəsinin funksional (peşə  fəaliyyəti növü üzrə) tabeliyində yerləşən zaman ortaya 
çıxır.  
Məsələn, gömrükxananın maliyyə şöbəsinin rəisi gömrükxana rəisi müavininin, gömrükxana rəisinin və 
digər yuxarı xətti rəhbərlərin xətti tabeliyində yerləşir (şaquli xətti qarşılıqlı münasibətlər). 
Üfüqi münasibətlər iki kateqoriyaya bölünə bilər. Birincisi, kollegial - bir rəisin tabeliyində olan bir 
şöbənin  əməkdaşları arasındakı münasibətlərdir.  İkicisi, paralel - təşkilatda eyni mövqe tutan, bir-biri ilə 
informasiya, fikir və mülahizələri mübadilə etmək zərurətinin meydana çıxdığı müxtəlif şöbələrin əməkdaşları 
arasındakı münasibətlərdir (məsələn, gömrükxana şöbəsi - gömrükxana şöbəsi, gömrük postu - gömrük postu, 
gömrükxana - gömrükxana kimi üfüqi paralel qarşılıqı münasibət kanalları). 
Diaqonal münasibətlər idarəetmə sisteminin müxtəlif səviyyələrində yerləşən, birbaşa tabelilik 
münasibətində olmayan, lakin yuxarı  səviyyələrin qərarlarını icra etməkdə bir-biri ilə qarşılıqlı  əlaqəli olan 
idarəetmə  həlqələri arasında meydana gələn münasibətlərdir. Belə münasibətlərə nümunə olaraq malların 
çatdırılmasında qarşılıqlı  məlumatlandırmanı, hüquq mühafizə funksiyalarının həyata keçirilməsi məsələləri 
üzrə icrası məcburi olan sorğuların göndərilməsini və s. göstərmək olar.  
Xətti və funksional təşkilati idarəetmə strukturları  şaquli idarəçilik münasibətləri üçün daha 
xarakterikdir.  
 
18.2. İdarəetmə strukturlarına verilən tələblər  
Gömrük orqanları sistemindəki təşkilati idarəetmə strukturlarının təhlili onlara verilən aşağıdakı 
tələbləri formalaşdırmağa imkan verir:  
1) Sadəlik və  qənaətcillik (qənaət).  Məlumdur ki, olduqca mürəkkəb təşkilati struktur idarəetmə 
orqanlarının işini mürəkkəbləşdirir və onun saxlanması üçün xərclərin artmasına səbəb olur. Ona görə  də 
gömrük orqanlarında yeni struktur birləşmələri elə hallarda yaradılır ki, onların hansısa xidməti funksiyanı 
reallaşdırmağının səmərəliliyi başqa birləşmələrdə  işləyən  əməkdaşlar tərəfindən bu funksiyanın həyata 
keçirilməsinin səmərəliliyi ilə müqayisədə açıq-aşkar daha yüksək olsun. Məsələn, gömrükxanalarda 
narkotiklərin qaçaqmalçılığı ilə mübarizə  şöbələrinin yaradılması bu planda həmin funksiyanın müxtəlif 
xidmətlərin və birləşmələrin  əməkdaşları  tərəfindən həyata keçirildiyi dövrlə müqayisədə gömrükxanaların 
fəaliyyətinin səmərəliliyini artırmaq üçün nəzərdə tutulmuşdur.  
Əməkdaşların işinə  həyata keçirilən nəzarət və stimullaşdırma minimal səylər və iqtisadi itkilər 
(məsrəflər) tələb etməlidir.  
İdarəetmənin təşkilati strukturu öz-özünə nəzarətə və işçilərdə daxili təhrikin (motivasiyanın) olmasına 
kömək etməlidir, yəni təşkilati-idarəçilik məsələlərinə əməkdaş minimum miqdarda vaxt sərf etməlidir.  
Təşkilatın qənaətcilliyinin formalaşdırılmasına nə kömək edir? Hər  şeydən öncə, təşkilati struktur öz-
özünə deyil, fəaliyyətin inkişafı prosesində inkişaf etməli və formalaşmalıdır.  
2. Aydınlıq (açıqlıq). Gömrük orqanının hər bir bölməsi, hər bir əməkdaşı harada yerləşdiyini, 
informasiya üçün kimə müraciət etməli olmasını, kimin idarəçilik qərarlarını  qəbul etdiyini dəqiq bilməlidir. 
Strukturun aydınlığını sadəliklə qarışdırmaq olmaz. Əksinə, mürəkkəb strukturlar da aydın ola bilər.  
Aydınlığı olmayan struktur münaqişələr yaradır,  əməkdaşları boş-boşuna vaxt keçirməyə vadar edir
onlara mənfi təsir edir, qərar qəbul etməyi ləngidir.  
3. Müəyyənlik. Təşkilati struktur hər bir əməkdaşa özünün vəzifəsini başa düşməkdə kömək etməlidir. 
Bunun üçün təşkilati struktur iderəetmənin yuxarı  səviyyələrindən aşağı  səviyyələrinə  qədər ötürülmə 
zamanında informasiyanın minimum itkisini təmin etməlidir.  
4.  İdarə oluna bilmə.  Təşkilati struktur qərar qəbul etmə prosesini sadələşdirməlidir. Pis təşkilati 
strukturda qərar “yuxarıdan-aşağıya”, yaxşı strukturda isə “aşağıdan-yuxarya” qəbul olunur.  


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə