Dərsliyi Azərbaycan Dövlət İqtisad Universitetinin «İqtisadi nəzəriyyə» Kafedraları tərəfindən Azərbaycan


İstehsal xərclərinin mahiyyəti. Daxili və xarici istehsal xərcləri



Yüklə 7,22 Mb.
Pdf görüntüsü
səhifə112/329
tarix20.09.2018
ölçüsü7,22 Mb.
#69672
növüDərs
1   ...   108   109   110   111   112   113   114   115   ...   329

İstehsal xərclərinin mahiyyəti. Daxili və xarici istehsal xərcləri 

olan  Kateqoriyadır.  Bu  səbəbdən  bütün  iqtisadi  məKtəblər  və  gör- 

Kəmli  iqtisadçılar  bu  Kateqoriyanın  təhlilinə  ciddi  fİKİr  vermişdilər. 

KlassİK  məKtəbin  baniləri  D.RİKardo  və  A.Smit  istehsal  xərclərinə 

istehsal  qiyməti  Kİmi  baxırdılar.  İngiltərə  iqtisadçıları  R.Torrens, 

C.Mili,  C.MaK-Kullox  əmtəənin  dəyərinin  gəlirlərin  (əməK  haqqı, 

mənfəət  və  renta)  cəmindən  ibarət  olması  haqqında  A.Smit  fİK-  rini 

əsas  götürərəK  istehsal  xərclərini  «yığılmış  əməK  məsrəfləri»  Kİmi 

izah edir və onu əmtəənin daxili dəyəri sayırdılar. 

XIX  əsrin  sonunda  Avstriya  məKtəbinin  nümayəndəsi  F.Vizer 

istehsal  xərclərinin  yeni  Konsepsiyasını  işləyib  hazırlayır.  Onun 

sııbyeKtiv  nəzəriyyəsinə  görə,  həqiqi  istehsal  xərcləri  əmtəənin 

istehsal  olunmasına  sərf  olunmuş  iqtisadi  ehtiyatların,  onların 

cəmiyyət  tərəfindən  ən  əlverişli  şəKİldə  istifadə  olunaraq  əldə  edə 

biləcəyi  ən  yÜKSƏK  faydalıqla  müəyyən  edilməlidir.  XIX  əsrin 

sonunda  A.Marşal  istehsal  xərcləri  nəzəriyyələrinin  subyeKtiv  və 

obyeKtiv variantlarını birləşdirməyə çalışmışdır. O, istehsal xərclərini 

fəhlələrin  «əziyyətinə»  və  Kapitalistlərin  «imtinasına»  səbəb  olan 

xərclərin cəmi Kİmi izah edir. A.Marşal bu Kəmiyyəti, ictimai xərclər 

Kİmi  bütün  sənaye  müəssisələrini  nəzərə  almaqla  hesablanmasını 

düzgün  sayır.  Marjinalist  iqtisadi  nəzəriyyə  həmin  Kəmiyyətin 

ayrı-ayrı  müəssisələr  üçün  hesablanmasının  düzgün  olduğunu 

sayırdı. 

XIX əsrin II yarısında yaranmış marKsist iqtisadi nəzəriyyə istehsal 

xərclərinin  mahiyyətini  əməK-dəyər  nəzəriyyəsi  baxımından  izah 

edir. Belə 

K

İ,

 



istehsal xərcləri məhsul istehsalına sərf olunmuş əməyin 

(canlı və maddiləşmiş) məcmusu Kİmi müəyyənləşdirilir. 

Müasir Qərb iqtisadi nəzəriyyələri həm mahiyyət e'tibarı ilə, həm 

də  quruluş  və  terminologiyasına  görə  istehsal  xərclərinin  marKsist 

Konsepsiyasından fərqlənir. Bu, hər şeydən əvvəl, XX əsrdə istehsalın 

inKİşafında  baş  verən  dəyişİKİİKİərlə  əlaqədardır.  Belə  Kİ,  əvvəllər 

istehsal  xərclərinin  əsas  hissəsini  bilavasitə  istehsalatda  çalışan 

fəhlənin  əməK  məsrəfləri  təşKİl  edirdisə,  hazırda  istehsal  xərclərinin 

çox  hissəsini  qeyri-istehsal  işçilərinin  əməyi,  elmi-tədqiqat  işləri, 

marKetinq, idarəetmə, reKİam və s. xərclər təşKİl edir. Bundan başqa, 

istehsalın  həcmi  və  tempinin  bö-  yÜK  sür'ətlə  artması,  qiymətlərin 

tez-tez  dəyişməsi  nəticəsində  istehsal  xərcləri,  məhsul  buraxılışının 

həcmi və satış qiyməti arasında olan əlaqə və asılılığın daha dərindən 

təhlil edilməsi zərurəti meydana çıxmışdır. 

İstehsal xərclərinin təhlilinə hər şeydən əvvəl bu xərclərin müəssisə 

üçün daxili və ya xarici xərclər olması baxımından yanaşmaq lazımdır. 

Belə 

Kİ, 


istehsal xərclərinin bir hissəsi əməK ehti 

239 


İstehsal xərclən və mənfəət 

yatlarına,  xammal,  yanacaq,  enerji,  nəqliyyat  və  s.  çəKİlən  xərclər 

olub,  müəssisənin  bu  ehtiyatlara  görə  təchizatçılara  verdiyi  puldan 

ibarətdir.  Bu  xərclər  müəssisənin  Kənara  verdiyi  xərclərdən  ibarət 

olduğundan 

xarici  xərclər 

adlanır.  Bundan  başqa,  istehsal  prosesində 

müəssisənin  özünə  məxsus  olan  iqtisadi  ehtiyatlardan  (məsələn, 

istehsal  binasından)  və  sahibKarın  öz  əməyindən  istifadə  edilir. 

İstehsalda istifadə edilmiş bu iqtisadi ehtiyatlar da istehsal xərci Kİmi 

çıxış edir. Belə Kİ, bu ehtiyatlar məhsul istehsalına sərf edilməKdənsə 

başqa  şəKİldə  istifadə  edilərdi  və  bu,  sa-  hibKarlara  pul  gəliri  gətirə 

bilərdi.  Müəssisə  binasını  icarəyə  verib  icarə  haqqı  və  ya  sahibKarın 

əməyini başqa müəssisədə tətbiq edərəK əməK haqqı almaq olar. Bu 

səbəbdən sahibKar məhsul istehsalında istifadə edilən, özünə məxsus 

olan  iqtisadi  ehtiyatları  onların  hər  hansı  başqa  şəKİldə  istifadə 

edərəK ala biləcəyi pulun (icarə haqqı, əməK haqqı və s.) miqdarında 

istehsal  xərclərinə  aid  edir.  Bu  iqtisadi  ehtiyatlar  üçün  Kənara  pul 

xərclənmədiyindən onlar 



daxili xərclər 

Kİmi çıxış edir. 

SahibKarın  əməyinin  daxili  xərclərə  aid  edilməsinin  xüsusiyyəti 

ayrıca  qeyd  edilməlidir.  Bu  cəhətdən  sahibKarın  öz  əməyinin  başqa 

şəKİldə tətbiqi nəticəsində  (məsələn, digər firmada menecer işləməK 

müqabilində)  ala  biləcəyi  əməK  haqqını  müəssisənin  məhsul 

buraxılışından əldə etdiyi mənfəətlə müqayisə etməK lazımdır. Əgər 

əməK  haqqı  mənfəətdən  çox  olarsa,  menecer  işləyərəK  sahib-  Karlıq 

fəaliyyətindən  imtina  etməK  daha  əlverişli  olardı.  Buna  görə  də 

sahibKar  menecer  işləyərKən  ala  biləcəyi  əməK  haqqından  imtina 

etməyə  görə  haqq  Kİmi,  müəssisədən  aldığı  mənfəətin  bu  əməK 

haqqına bərabər Kəmiyyətini istehsal xərclərinə aid edir. Müəssisənin 

əldə etdiyi gəlirin bu Kəmiyyətə bərabər hissəsi 

normal mənfəət 

adlanır 


və  sahibKar  onu  öz  əməK  haqqı  Kİmi  daxili  xərclər  sırasında 

hesablayır.  İstehsal  xərclərini  daxili  və  xarici  xərclərə  ayırmaqla  biz 

müəssisələrin  mühasibat  mənfəəti  ilə  iqtisadi  (xalis)  mənfəətini 

fərqləndirməliyİK. 



Mühasibat  mənfəəti 

məhsul  satışından  əldə  edilən 

pulun miqdarından xarici xərclər çıxmaqla hesablanır. 

İqtisadi (xalis) mənfəət 

satışından əldə edilən puldan bütün istehsal 

xərclərini  çıxmaqla  müəyyən  edilir.  İqtisadi  mənfəət,  istehsal 

xərclərinə  aid  olan,  normal  mənfəətdən  əlavə  alınmış  xalis  gəlirdir. 

Xalis mənfəət sahibKarların müəssisədə fəaliyyətini davam etdirməsi 

üçün  əsas  stimul,  maraq  rolunu  oynayır.  SonraKi  təhlildə  istehsal 

xərcləri  dedİKdə,  onun  normal  mənfəətdə  daxil  olan  Kəmiyyətini, 

mənfəət dedİKdə isə xalis mənfəəti nəzərdə tuta- cağıq. 



240 


Yüklə 7,22 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   329




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə