KeynsçilİK
mənfəət alanlarda müxtəlif olduğundan, həqiqətən bölgüdəKİ dəyi-
şİKİİK yığımın ümumi məbləğinə tə'sir göstərir. Deməli, milli gəlirin
bölgüsü onun artımına təsir edir.
PostKeynsçilər
Kapitalist
iqtisadiyyatını
islahat
yolu
ilə
dəyişdirməyin
tərəfdarı
olmuşlar.
İslahatları
daha
realist
nəzəriyyələrlə möhKəmləndirməyə çalışmışlar.
§4. İnstitutsional-sosioloji istiqamət
İqtisadi nəzəriyyədə institutsionalizm XIX əsrin axırı və XX əsrin
əvvəllərində yaranmışdır. LaKİn, o bir istiqamət Kİmi ABŞ- da XX əsrin
20-30-cu illərində geniş təşəKKÜl tapmışdır. Bu vaxtdan institutsionalizmin
iqtisadi nəzəriyyəyə və iqtisadi siyasətə təsiri olduqca böyÜK olmuşdu.
ABŞ-da institutsionalizmin əsas yaradıcısı T.Veblen (1857-1929), digər
nümayəndələri C.Kommons (1862-1945) və U.Mitçell (1874-1948) olmuşdu.
İnstitutsionalizmin adı latın sözü olan «institut» sözündən əmələ
gəlmişdi. «İnstitut» ifadəsi altında cəmiyyətdə qəbul olunmuş,
həmçinin qanun formasında möhKəmləndirilmiş müəyyən adətlər,
qaydalar və tə'sisatlar başa düşülür. İnstitut anlayışı olduqca genişdir.
O,
həm dövlət. Korporasiya, həmKarlar təşKİlatı Kİmi; həm rəqabət,
inhisar, vergi Kİmi; həm sabit təfəKKÜr tərzi Kİmi və həm də hüquqi
normalar Kİmi şərh edilir. İnstitutsionalistlər iqtisadi hadisələri
adətlər, hüquqi və əxlaqi normalar və ən'ənə- lərlə örtülmüş formalar
Kİmi izah edirlər. Onlar göstərirlər Kİ, iqtisadi Kateqoriyalar yalnız
ictimai psixologiyanın təzahür formasıdır.
İnstitutsionalizmin tərəfdarları iqtisadi münasibətlərlə birgə
sosioloji münasibətləri də öyrənirlər. İnsan davranışını, siyasi və digər
texnİKİ iqtisadi amilləri iqtisadi nəzəriyyənin predmetinə daxil edirlər.
Onlar siyasi iqtisad elminə fənlərarası elmi xaraKter vermişlər və
iqtisadiyyata iqtisadi və qeyri-iqtisadi amillərin qarşılıqlı fəaliyyət
göstərdiyi sistem Kİmi baxmışlar. İnstitutsionalizm təsərrüfat
subyeKtlərinin fərdi fəaliyyətini deyil, KolleKtiv institutların: dövlətin,
həmKarlar ittifaqının, iri Korporasiyaların və inhisarların fəaliyyətini
öyrənir. Onlar iqtisadi və sosial proseslərin qarşılıqlı asılılıqlarını
öyrənirlər. İqtisadi proseslərə sosioloji- psixoloji məlumatları cəlb
etməKİə baxırlar. İnstitutsionalizmin metodologiyasının digər
xaraKterİK
cəhəti
iqtisadi
hadisələrin
təhlilinin
təKamül
prinsipidir-Qərb iqtisad elmi üçün ən'ənəvi olan statİKİİKdən
(sÜKunət
halından)
fərqli
olaraq,
onları
tarixi
ardıcıllıqla
öyrənməKdir. Onların tədqiqat metodu-abstraKt-nəzəri metodun
ƏKSinə olaraq, geniş statistİK və faKtİKİ materiallardan istifadə
etməKİə KonKret təhlil metodudur.
O
empirİK metod ad
67
Müasir iqtisadi nəzəriyyələr
lanır.
İnstitutsionalistlər KİassİK iqtisad elminin nümayəndələrini
iqtisadi müvazinətə həddindən artıq diqqət yetirdİKİərinə, bütün
hadisələri sÜKunət halında öyrəndİKİərinə, iqtisadi insan ideyasına və
gerçəKİiyi sadələşdirdİKİərinə görə tənqid edirlər. İnstitutsio- nalizm
burjua siyasi iqtisadının əhəmiyyətli dərəcədə yenidən qurulması
mərhələsinin başlanğıcını və ondan yeni tarixi şəraitə (azad rəqabətin
məhdudlaşması,
inhisarların
hÖKmranlığı,
dövlətin
rolunun
güclənməsi)
uyğunlaşmasının
əsasını
qoymuşdur.
Onun
nümayəndələri liberalizmin əsas müddəalarına və marjina- lizmə qarşı
tənqidi çıxış edərəK Kapitalizmdə iqtisadiyyatda müvazinətin
avtomatİK yaradılması mexanizminin fəaliyyət göstərməsini inKar
edirlər. Onlar inhisarların təzyiqini, azad bazar mühitinin nöqsanlarını,
iqtisadiyyatın artan hərbiləşməsini və s. onlar üçün müasir olan
Kapitalizmin nöqsanları hesab edirlər.
İnstitutsionalistlər Kapitalist iqtisadiyyatının bir sıra hadis ələrini tənqid edir
və
sosial
proqramın genişləndirilməsi uğrunda
çı
xış edirlər. İnstitutsional istiqamətin əsas mühüm
xüsusiyyəti
burjua
cəmiyyətinə sosial tənqidi münasibət göstərməsidir. İnsti- tutsionalizm
Kapitalist iqtisadiyyatının tsİKİİK hadis ələrinə,
xü
susən ifrat istehsal böhranlarına, onun işsiz lİK,
bölgü, sosial
və
ümumbəşəri problemlərinə diqqət yetirmişdi.
İnstitutsionalistlər burjua iqtisad elmində
ÜK
dəfə olaraq Kapitalist
iqtisadiyyatı üzərində sosial nəzarətin, indİKativ planlaşdırmanın və
iqtisadiyyata dövlət müdaxiləsinin zəruriliyini əsaslandırmışdır. Bu
ideya XX əsrdə. Qərbin iqtisad elmində Kapitalist bazar
iqtisadiyyatının azad inKİşaf Konsepsiyası ilə birgə əsas ideyalardan
biri olmuşdu.
T.Veblen inhisarçı Kapitalizm şəraitində iqtisadi liberalizmin
əsassızlığını göstərən və təsərrüfat fəaliyyəti üzərində sosial nəzarətin
zəruriliyini əsaslandıran
Ü K
burjua iqtisadçısı olmuşdu. T.Veblen
iqtisadi nəzəriyyədə yeni metodoloji üsulun - texnİKİ determinizmin
əsasını qoymuşdu.
İnstitutsionalizm - həddindən artıq mürəKKəb və ziddiyyətli bir
istiqamətdir. Onda Konsepsiyaların mürəKKəb dəsti cəmləşmiş və
onun nəzəriyyəçiləri geniş diapazonda çıxış etmişlər. İnstitut-
sionalizmin daxilində onun ideoloqlarının baxdıqları məsələlər
dairəsilə tamamilə fərqlənən üç istiqamət mövcuddur: 1. Sosial-
psixoloji (T.Veblen); 2. Sosial-hüquqi (C.Kommons); 3. EmpirİK və ya
KonyuKtur-statistİK
(U.Mitçell).
İnstitutsionalizmin
bütün
nümayəndələri üçün bütöv iqtisadi nəzəriyyə yoxdur. Onlar üçün
yeganə ümumi olan - Kapitalist iqtisadiyyatı üzərində dövlət
nəzarətinin həyata Keçirilməsi təKİifidir.
68