Dil Birinci Fesil: Dilin Mahiyyəti



Yüklə 327,39 Kb.
Pdf görüntüsü
səhifə12/19
tarix23.09.2017
ölçüsü327,39 Kb.
#1333
1   ...   8   9   10   11   12   13   14   15   ...   19

www.achiq.info 

25 


birmənalı, konkret cavab vermək mümkün olsun. Bu sahədə yalnız bir neçə fərziyyə irəli sürmək olar. 

Bu problemin izahında psikoloqların fikri maraqlıdır. A. Vallon yazır ki, uşağın fərdi irsi sensomotor 

aparatında təfəkkürün inkişafı zamanı fasiləsizlik mövcud deyildir: nitqi mənimsəməklə yanaşı prinsipcə 

başqa determinatorlar onun davranışına daxil olur. L. S. Vıqotski «iki kök» haqqında idiya irəli sürmüşdür: 

nitq ontogenez və filogenezdə ağlın tarixdən əvvəlki dövrü ilə, yəni təfəkkür əşyaları ilə birləşməzdən əvvəl 

özünün tarixdən əvvəlki dövrünə malik olur, yeni hadisə insan psikikasının nitq-təfəkkür funksiyasını 

törədir. 

A. P. Potseluyevskinin bu sahədəki fikirləri də maraqlıdır. O, insanın səsli nitqinin ən qədim forma və 

pillələrinin rekonstruksiyası metodlarını axtararkən insanların ev heyvanlarına spesifik müraciətlərini 

toplamış və təhlil etmişdir. N. Y. Marr kimi, A. P. Potseluyevski də belə hesab edir ki, insanlar da 

heyvanlarla birlikdə əhliləşmişlər, lakin insanların ev heyvanları ilə münasibətləri o zamandan indiyədək az 

təkamül etmişdir, buna görə də heyvanlara müasir xitabın nitq formaları ən qədim nitqin bəzi 

xüsusiyyətlərini dərk etmək üçün mənbə ola bilər. Tədqiqatın bu metodunun əsaslandırılmasında bəzi 

qüsurlar olsa da o, əşyaların nitq dairəsinə düşməsi probleminin həlli üçün xeyli material verir. Müəllif 

heyvanlara müraciəti iki kompleksə bölür: 1) çağırmaq (daha qədimdir) və 2) qovmaq, habelə daha sürətlə 

getməyə və s. məcbur etmək (xeyli sonralar yaranmışdır). Bu müraciətlərin mürəkkəbləşdirilməsi 

duplikasiya və multiplikasiya, iki müxtəlif əsasın birləşdirilməsi, diferensiasiyası isə həm də intonasiya 

vasitəsilə baş vermişdir. 

A. P. Potseluyevski belə bir nəticəyə gəlir ki, səsli nitqin ən qədim tipi semantik və formal cəhətdən 

diferensiallaşmayan, ayrı-ayrı ünsürlərinə bölünməyən «söz-monolit» olmuşdur. Belə söz-monolitlərin əsas 

vəzifəsi danışanın öz arzusunu, istəyini, tələbini yaxud iradəsini xəbər verməkdir, buna görə də güman 

etmək olar ki, onların ilkin funksiyası indiki fellərin əmr formasının funksiyası kimi olmuşdur. Felin əmr 

forması səsli dilin ən qədim faktıdır. «İnsanın əcdadlarının üzvlənməyən söz-monolitlər işlətməsi bu və ya 

digər, nəticə yaxud hökmü xəbər vermək zərurəti ilə əlaqədar deyildir. Söz-monolit hökmün deyil, danışanın 

iradəsinin yaxud arzusunun ifadəçisi olmuş və söz-monolitin özünün deyilməsi yalnız cari anın konkret 

tələbindən irəli gəlmişdir. Buna görə də söz-monolitlərin daxili məzmununda məntiqi hökmün heç bir 

ünsürünü axtarmaq olmaz» 

6



A. P. Potseluyevskinin fikrincə, söz-monolitin adlandırma funksiyası çox sonralar onun ilkin verbal-

imperativ funksiyası əsasında törəmişdir. Söz-monolitlər gerçəkliyin ayrıca ünsürlərini işarə etmək üçün 

işlədilməyə başlanmışdır. Belə sözlər iradə işarələrindən təsəvvür işarələrinə, fikir əşyaları işarələrinə 

çevrilir. Söz-monolitlərdə yeni əqli funksiyanın (təsəvvür yaxud məfhum işarəsi kimi) təzahürü ona ibtidai 

fikir aləti olmaq imkanı verir. Söz-monolit öz diferensiallaşmamasını və üzvlənməsini itirmədən, ilk dəfə 



www.achiq.info 

26 


qavrama hökmünün xəbərinin (predikatının) sözlü ifadəçisi şəklində fikir aləti olur 

7

. Bu, düzgün 



söylənilmiş fikirdir. Lakin buna baxmayaraq müəllif söz-monolit yeni funksiyasının yaranması prosesini 

adlandırma funksiyasının xeyli əvvəl mövcud olan ilkin verbal-imperativ funksiyası ilə birləşməsi prosesini 

göstərmir. 

Şeylər sözlərlə necə birləşmişdir? Görkəmli filosof B. F. Porşnevin bu haqdakı fikirləri maraqlıdır. 

Onun şeylərin sözlərlə birləşməsi haqqındakı fikirlərini bəzi əlavə və təshihlərlə qısa xülasə edirik. 

Sözlər şeylərə işarə etməzdən xeyli əvvəl şeylər işarə üçün, daha doğrusu, sözləri fərqləndirmək üçün 

işlədilmişdir. Şüur inkişaf etdikcə səs komplekslərini fərqləndirməyə olan ehtiyac mövcud olan nitq 

vasitələrini getdikcə sürətlə qabaqlayır. Diffuz səslərin miqdarını artırmaq üçün yeni fonoloji müxalifət 

yaxud mövcud komplekslərin yeni birləşmələrini yaratmaq lazım gəlirdi. Müxalifət yaxud səs birləşmələri 

yaratmaq üçün isə imkan xeyli məhdud idi. Buna görə də diffuz səsləri fərqləndirmək üçün danışan müxtəlif 

hərəkətlərdən istifadə edir - iki fərqli hərəkətlə müşayiət edilən bir diffuz səs artıq bir söz yox, iki müxtəlif 

sözdür. Lakin hərəkətlərin böyük əksəriyyəti əşyalıdır, daha dəqiq desək, hərəkətlər, bu və ya digər əşya ilə 

edilir; əşyalar müxtəlif olduğu üçün hərəkətləri qarışdırmaq olmaz. Beləliklə, şeylər yavaş-yavaş sözlərə 

«daxil olur». 

Bu hələ bir şeyin xəbər verilməsi deyil, yalnız ünsiyyətdir. Müəyyən bir hərəkəti əyləndirən yaxud 

hərəkət üçün əmr verən siqnallar inkişaf edir; səsli olmaqla yanaşı bunlar həm də hərəki və görünən olur. 

İndi bir hərəkəti əyləndirmək yaxud başlamaq üçün diffuz səsdən başqa, eyni zamanda, məsələn, əl 

hərəkətindən, çox vaxt həm də bu və ya digər əşyanı (obyekti) göstərməkdən də istifadə edilir. Beləliklə, 

nisbətən az miqdar səs siqnalı vasitəsilə çoxlu və fərqli əmrlər vermək olur. 

Dillərdə mövcud olan qəribə bir fakt bu fikri təsdiq etməyə kömək edir: dillərdəki ən qədim sözlər 

çoxmənalı olur - bir «söz» bir neçə müxtəlif cinsli «əşyaya» işarə edir (omonimlər). Əslində bunlar eyni bir 

söz deyil, eyni səs komponentinə malik olan müxtəlif sözlərdir. Dilin inkişafının bu dövründə şeylər hələ 

denotatlar

 8

 deyil, işarəciklərdir. 



Məlum olduğu kimi işarənin işarə etdiyi əşya ilə heç bir səbəbiyyət əlaqəsi yoxdur. Xüsusi adların 

semasioloji təbiəti bu fikri sübut edə bilər. Lakin bu heç də o demək deyildir ki, təlqin siqnаllаrının səs və 

əşyа komponentləri аrаsındа heç bir əlаqə yoxdur. Əşyа komponenti yаrаndıqdа onunla səs komponenti 

аrаsındа müəyyən bir qаrşılıqlı əlаqə yаrаnmаlı idi. Əşyа komponenti sözlərin «formаntlаrı»

 9

 kimi çıxış 



edir və səs komponentinə nisbətən daha sürətlə artır. Bu mənada sözlər şeyləri işarə etməzdən xeyli əvvəl 

şeylər sözləri işarə etmişdir. Müasir təcrübəyə müraciət etsək, şeylərin işarə funksiyаsı dаşımаsınа indi də 

kifayət qədər nümunə tаpа bilərik (güman ki, bu; qədimin izi-dir); gözmuncuğu, tikan, hər hansı bir əşyа 

işarə kimi işlədilə bilər. Biz bilirik ki, işarənin işаrə edilənin təbiəti ilə heç bir ümumiliyi yoxdur. Bunа görə 




Yüklə 327,39 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə