Dilçi alim Firidun Ağasıoğlu özünün "Azər xalqı" kitabında bildirir ki, XLX əsrdən üzübəri V



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə2/24
tarix14.12.2017
ölçüsü0,59 Mb.
#15637
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   24

 

Buradakı  ―qara‖  ifadəsinə  xüsusi  diqqət  çəkir.  A.  N.  Kononovun  yazdığına 

görə, bu söz‖ türk xalqlarında yer, torpaq və rəng mənalarında işlədilmişdir. Ayrca 

―kotan‖ kəlməsinə gəlincə, ona da folklorumuzda gen-bol rast gəlinir: 

 

―Dağ döşündə yatana, 



Gün gedər ay batana. 

Qara kəlim qarğıyır, 

Kotan macı tutana‖. 

 

Başqa bir misal: 



 

 ―Öküzlər qoşa getdi, 

İşlədi, çoşa getdi. 

Kotan macı qırıldı, 

Zəhmətim boşa getdi‖  

 

 



 

 

Kotan və saban kimi əkinçilik alətləri xalqımızın məişəti ilə o qədər sıx bağlı 



olmuşdur  ki,  onların  adları  xalq  təqvimindəki  aylara  belə  keçmişdir.  Xalq 

yaradıcılığının  və  milli  folklorumuzun  dərindən  öyrənilməsi  sayəsində  məlum 

olmuşdur ki, Azərbaycanda kökü minilliklərin dərinliklərinə qədər uzanan zəngin 

bir  təqvim  mədəniyyəti  olmuş  və  bu  mədəniyyət  xalqımzın  əkinçilik 

mədəniyyətinin  bütün  sonrakı  təkamül  mərhələlərini  də  özündə  aydın  şəkildə  əks 

etdirmişdir.  O  da  məlum  olmuşdur  ki,  çox-çox  qədim  dövrlərdən  başlayaraq 

ölkəmizin  ərazisində təqvimlə  bağlı  zəngin  bir  terminoloji  baza  yaranmış,  maldar 

və əkinçilər öz məşğuliyyətlərindən çıxış edərək, fərqli adlardan istifadə etmiş və 

həmin ad və terminlərdən yaxın zamanlara qədər istifadə edilmişdir. 

Məsələn, tərəkəmələr ayları aşağıdakı kimi adlandırmışlar:  

1. Tikim Ay, 2. Saçım Ay, 3. Qırxım Ay, 4. Biçim Ay, 5. Dərim Ay, 6. Verim 

Ay,  7.  Əkim  Ay, 8. Söküm  Ay, 9. Qatım  Ay, 10. Sağım  Ay, 11. Üsüm 

Ay, 12. Sürüm Ay. 

Əkinçilər isə başqa adlardan istifadə etmişlər: 

1. Köten (Kotan) Ay, 2. Saban (Sapan) Ay, 3. Qosaq Ay, 4. Oraq Ay, 5. Dirən 

Ay, 6. Döyən  (Dövən,  Döğən)  Ay,  7. Tapan  Ay, 8. Dibək  Ay, 9. Qazan 

Ay, 10. Ocaq Ay, 11. Kirmən (Əyirmən) Ay, 12. Külək Ay. 

Heç şübhəsiz ki, bunlardan birincisi daha qədimdir. Çünki ikincidə ―kotan‖ və 

―saban‖ kimi terminlərlə üzləşirik ki, bu terminlərin ifadə  etdikləri əmək alətləri, 



yəni  kotan  və  saban,  arxeoloqlarımızın  müəyyən  etdiyi  kimi,  məişətimizə  erkən 

Tunc  dövründən  daxil  olmuşlar.  Deməli,  maldarların  istifadə  etdikləri  adlar 

Eneolit, əkinçilərin istifadə etdikləri terminologiya isə Tunc dövrünün məhsuludur. 

 ―Kotan‖  termininin  mənşəyinin    dəqiqləşdirilməsi  əkinçilik  mədəniyyətinin 

cütçülüklə  bağlı  mərhələsinin,  eləcə  də  bu  mərhələnin  başlanğıcını  qoymuş  Kür-

Araz  mədəniyyətinin  əsasının  bilavasitə  hansı  etnos  tərəfindən  qoyulduğuna 

aydınlıq  gətirə  bilər.  Yəni  bu  kəlmə  hansı  xalqa  mənsubdursa,  sözügedən 

mədəniyyətin əsasını da məhz bu xalq qoymuşdur və digər etnoslar bu mədəniyyəti 

ondan əxz edərkən, bu kəlməni də həmin xalqdan əxz etmişlər. 

Qeyd  edək  ki,  terminin  mənşəyi  barədə  çox  fikirlər  söylənmiş,  onu  ayrı-ayrı 

xalqlara  şamil  etmək  cəhdləri  olmuşdur.    Məsələn,  akademik  B.  A.  Cavaxişvili 

iddia  edir  ki,  guya  bu  kəlmə  gürcü  sözüdür  və  gürcü  dilindən  də  digər  dillərə 

keçmişdir. Şübhəsiz ki, bu kimi iddiaların heç bir faktoloji əsası yoxdur. Çünki bu, 

gerçəkdən  də  belə  olsa  idi,  qonşu  xalqlar  da  termini  eynən  gürcülər  kimi  axırına 

gürcü  dilinə  xas  ―-i‖  şəkilçisi  artırmaqla,  yəni  ―qutani‖  formasında  işlədərdilər. 

Məsələn,  gürcü  mətbəxinin  şah  yeməklərindən  hesab  edilən  xaçapurinin  (pendir-

çörək mənasını verir) adı bütün qonşuların dilinə məhz  ―xaçapuri‖ şəklində keçib 

və  heç  kəs  də  həmin  kəlmənin  sonundakı  ―-i‖  şəkilçisini  atmağı  ağlına  belə 

gətirməyib.  Gürcülər  isə,  əksinə,  kənardan  aldıqları  bütün  sözlərin  arxasına  öz 

dillərinin qanunauyğunluqlarına müvafiq olaraq, sözügedən şəkilçini əlavə edirlər. 

Məsələn, Azərbaycan türkcəsindən bu dilə keçən ―cib‖ kəlməsi həmin dildə ―cibi‖, 

―şalvar‖  sözü  ―şalvari‖,  pəncərə  ―pancari‖,  salam  ―salami‖  və  s.  formasını  alıb. 

Eyni qayda ilə Azərbaycanın qədim şəhərlərindən olan Tiflis şəhəri də Gürcüstan 

dövlətinin  paytaxtına  çevrildikdən  sonra  bütün  dünyaya  ―Tbilisi‖  kimi  təqdim 

olunur  və  sovet  dövründən  sonra  biz  də  həmin  şəhəri  o  cür  adlandırmağa 

başlamışıq  və  bu  zaman  toponimin  sonundakı  ―-i‖  şəkilçisini  bir  kənara  atmaq 

ağlımıza belə gəlməyib. 

B.  A.  Cavaxişvilidən  fərqli  olaraq,  XVlll  əsrin  tanınmış  gürcü  maarifçisi  və 

leksikoqrafı  S.  Orbeliаnin  tərtib  etdiyi  izahlı  lüğətdə  sözügedən  kəlməni  türk 

mənşəli termin kimi qeyd edilib. Onun bu fikrini türk  dilləri üzrə mütəxəssis olan  

İ. A. Abuladze də təsdiq etməkdədir. 

R. Açaryanın ―kotan‖ sözünün dil baxımından guya Qafqaz mənşəli olduğu və 

Qafqaz dillərindən türk, fars və suryani dillərinə keçdiyi barədə fərziyyəsini tənqid 

edən,  onun  bu  fikrinin  doğru  olmadığını  əsaslandıran  A.  N.  Genko  bildirir  ki, 

―kotan‖  istilahı  Qafqaz  dillərində  önlü  şum  aləti  kimi  başa  düşülsə  də,  onu 

Qafqazdilli xalqların, o cümlədən gürcülərin köklü sözü saymaq mümkün deyildir.  

Kəlməni  linqvistik  baxımdan  bir  də  ona  görə  Qafqaz  mənşəli  hesab  etmək 

olmaz ki, kotanın insanların mənşəyinə daxil olduğu erkən Tunc dövründə (e.ə. lV 

minillik) Qafqaz ərazisində qafqazdillilərin yaşadığını təsdiqləyəcək bircə dənə də 

olsun fakt yoxdur. Məsələ burasındadır ki, qafqazdilli etnosların mənsub olduqları 

kafkasion antropoloji tipinin Qafqaz ərazisində ilk dəfə peyda olma vaxtı son Tunc 

–  erkən  dəmir  dövrünə  (e.ə.  ll  minilliyin  ortaları)  təsadüf  edir.  Halbuki, 

Azərbaycan  türklərinin  mənsub  olduqları  kaspi  (oğuz)  tipi  ən  azı  Mezolit 

dövründən (e. ə. Xll-Vlll minilliklər) müşahidə edilir. Odur ki, sözün türk mənşəli 

olduğu heç bir şübhə doğurmur və bunu həmin terminin eyni anlamda digər türk 



Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə