Dilçi alim Firidun Ağasıoğlu özünün "Azər xalqı" kitabında bildirir ki, XLX əsrdən üzübəri V



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə6/24
tarix14.12.2017
ölçüsü0,59 Mb.
#15637
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   24

               Sonra o məni vurdu, o dəm sağaldı yara. 

               Sonra vəhĢi öküz kimi yeriyib məni yıxdı. 

              Ağır məngənə kimi baĢımı bərk sıxdı. 

              Dedim "Məni xilas et!" Sən xilas edəmmədin, 

              Onunla vuruĢmağa, qorxdun, gedə bilmədin. 

              O mənə toxunaraq, məni quĢa çevirdi, 

              Qanad taxtı çiynimə, adəti quĢ qanadı. 

              Üzümə baxdı, baxdı, sonra məni apardı, 

              Ġrkallanın evinə-zülmət evinə vardı."   

 

Başqa  bir  faktı  nəzərdən  keçirək.  Folklorşünas  alim  B.  Abdullayevin 



yazdığına  görə,  qədim  zamanlarda  ölənin  yaxın  adamları  saçlarını  yolub  onun 

üstünə  qoyarmışlar.  Saçın  insanın  həyatını,  ömrünü  təmin  edən,  hətta  öləndən 

sonra onu dirildən vasitələrdən olması barədə miflər var.  

             Əbdürrəhim bəy Haqverdiyev vaxtilə yazmışdır:                                                



            "Qədim Azərbaycanda ölən qəhrəmanlar üçün ağlamaq bir adət olmuĢdur. 

Həmin  günü  camaat  bir  yerə  toplaĢardı.  Bu  toplaĢmaya  "yuq"  deyirdilər. 

Toplananlar  üçün  qonaqlıq  düzələrdi,  xüsusi  dəvət  olunmuĢ  yuğçular isə  ikisimli 

qopuz  çalıb,  oynayardılar.  Yuğçu  əvvəlcə  qəhrəmanın  igidliyindən  danıĢıb,  onu 

tərifləyirdi.  Sonra  isə  qəmli  havaya  keçib  Ģanlı  qəhrəman  üçün  ağı  deyərdi. 

ToplaĢanlar da hönkür-hönkür ağlayardı... Ölünü ağlamaq, cənazəsi üstündə saç 

yolmaq adət halını almıĢdı”.

 

           Maraqlıdır ki, qəhrəmanın  cənazəsi  üstündə  ağlayaraq saç  yolmaq  adətinin 

də  ən  azı  5  min  il  yaşı  olduğunu  söyləmək  üçün  əldə  təkzibedilməz  fakt 

mövcuddur. Əlbəttə ki, söhbət "Bilqamıs dastanı"nda söylənilənlərdən gedir:    

                                                            



             "O kəslər ağlayar ki, qədim adamlar kimi 

                                                       səninlə öyünərdi,        

                  O kəslər ağlayar ki, sənə öz süfrəsində 

                                                bir vaxt çörək verərdi. 

                  Ayağına ətir-yağ çəkən kəniz ağlayar, 

                  Sənə Ģərab içirən qulun göz yaĢı axar, 

                  Canına zeytun sürtən yava qadın ağlayar, 

                  Sənin məsləhətinlə özünə arvad tapıb, 

                   Nikah otağına ilk qədəm basan ağlayar



                  QardaĢların ağlayar, bacı kimi hay salar, 

                  Yaslara batar tamam, nalə çəkib saç yolar!" 

 

Bu  gün  Azərbaycanda,  eləcə  də  digər  türk  ölkələrində  bir  kəsi  yola 

salarkən  arxasınca  su  atmaq  adəti  yaşamaqdadır.  Belə  hesab  olunur  ki,  yolçunun 

arxasınca su atmaq yolun uğurlu olmasına kömək edir.  Şumer ədəbiyyatının şah 

əsəri olan ―Bilqamıs‖ dastanında eyni adət və inancın izlərinə rast gəlinmişdir. Bu 

isə o deməkdir ki, yola çıxan adamın ardınca su atmaq adətinin ən azı 5 min il yaşı 

var:                                                        

                     “Sabunlu köklər ilə bədənini yudu o. 



                     Öz qamətinə layiq gözəl paltar geydi o. 

                     Sinəsinə yaraĢan boyunbağı da asdı 

                     Belinə qurĢaq vurub,baĢına tac qoydu o. 

                     Ġgidlərin ardınca bir cam təmiz su atdı. 

                    Pillələrlə çıxıb o evin damına qalxdı.”           

 

Artıq  qeyd  etdiyimiz  kimi,  şumerlər  özlərini  ―kəngər‖  və  ―kanq‖ 



adlandırmışlar.  Qonşuları  isə  onlara  ―qarabaş‖  və  ya  ―qarapapaq‖  demişlər. 

Maraqlıdır  ki,  bu  gün  də  Azərbaycanın  qərb  hissəsində,  Qazax  –  Qarabağ  – 

Naxçıvan - Maku xətti üzrə onlarca ―Kəngərli‖, ―Kəngər‖ adlanan kəndlərimiz var. 

Görkəmli  coğrafiyaşünas  və  etnoqraf  alim  Vəliyev-Baharlının  yazdığına  görə, 

qarapapaq tayfaları da kəngərlilərdən olmuşlar. 

              Tanınmış  şərqşünas  alim  Süleyman  Əliyarov  ―kanqlı‖  və  ―kəngər‖ 

etnonimlərinin sinonim olduğunu bildirmişdir. Görünür, elə bu səbəbdən də şumer 

mixi  yazılarında  ―kəngər‖  adı  əvəzinə  bəzən  ―kanq‖  adı  işlənmişdir.  Bu  etnonim 

sonuncu  dəfə  mixi  yazılarda  eramızdan  əvvəl  ll  minillikdə  yad  edilmiş,  bundan 

sonra mixi yazılarda kəngərlər barədə heç bir məlumata rast gəlinməmişdir. Lakin 

eradan  əvvəl    V  əsrdə  qələmə  alındığı  məlum  olan  ―Avesta‖da  ―kanqlı‖  etnonimi 

ilə  yenidən  üzləşirik  ki,  həmin  kitabda  bu  etnonim  turanlıların,  yəni  türklərin 

sinonimi kimi işlənir.          

                   Eramızdan  əvvəl    lll  -  ll  minilliklərə  aid  mənbələr  kəngərlərlə 

suvarların qonşuluqda yaşadıqlarını bildirməkdədir. Həmin qaynaqlardan belə bəlli 

olur  ki,  kəngərlər  İkiçayarasının  cənubunda,  suvarlar  isə  şimalında  yaşamışlar. 

Maraqlıdır ki, l -ll əsrlərə aid mənbələr də bu iki türk boyunun qonşuluqda, fəqət 

əvvəlki yurdlarından bir xeyli aralıda, Xəzər dənizi sahillərində yaşadıqlarını qeyd 

etməkdədir.  Söhbət  Ptolomeyin  qeydlərindən  gedir.  O  bu  iki  xalqın  Xəzər 

sahilində,  Qafqaz  dağlarından  Dərbəndə  kimi  uzanan  geniş  sahədə  yaşadıqlarını 

yazmışdır. 

Orta  əsr  mənbələri  kəngərləri  oğuzlarla  birlikdə  yad  etməkdədir. 

Məsələn,  X  əsr  salnaməçisi    Konstantin  Baqryanorodnıy  oğuz  tayfalarından  olan 

beçeneklərin  bir  hissəsinin  kanqar,  yəni  kəngər  adlandığını  bidirməkdədir. 

Qiyasəddin  Qeybullayevin  yazdığına  görə,  Kanqlı  tayfasının  oğuz  -  Səlcuq 

birləşmələrində yer aldığını qeyd edilmişdir. Moravçikin də fikrincə, oğuz-beçenek 

tayfasının bir qismi kanqlı adlanmışdır. 

                Tarixi  mənbələr  kəngərlilərin  adını  Azərbaycanla  bağlamaq  ənənəsi  ba-

xımından    çox  genişdir.  Məsələn,  orta  əsrlərə  aid  erməni  tarixçilərinin  verdiyi 

məlumatlardan  belə  məlum  olur  ki,  kəngərlər  Qərbi  Azərbaycandakı  Kəngər 

dağlarında,  eləcə  də  Albaniya,  yəni  Şimalı  Azərbaycan  ərazisindəkə  kəngərlər 

ölkəsində yaşamışlar. Erməni  mənbələrinin birində deyilir ki, 482  –ci ildə erməni 

və iber ordusu Kəngərlər ölkəsində fars ordusu ilə  müharibəyə girişmişdilər. ―Vll 

əsr  erməni  coğrafiyası‖ndan  belə  məlum  olur  ki,  Göyçə  gölündən  şimala  yrləşən 

torpaqlar Kəngərlər ölkəsi adlanmışdır. 

                Tarixi  mənbələr    sonrakı  əsrlərdə  kəngərlilərin  bir  hissəsinin  Gürcüstan 

ərazisindən Qarabağa köçdüyünü qeyd edir. Naxçıvan  ərazisindəki kəngərlilərdən 

Vl əsrə aid bir anonim Suriya mənbəyi söhbət açmaqdadır. 



Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə