Dilçi alim Firidun Ağasıoğlu özünün "Azər xalqı" kitabında bildirir ki, XLX əsrdən üzübəri V



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə14/24
tarix14.12.2017
ölçüsü0,59 Mb.
#15637
növüYazı
1   ...   10   11   12   13   14   15   16   17   ...   24

çox  qədim  dövrlərdən  inkiĢaf  edib  gələn  təkmil  bir  əlifba  yazısı  olduğunu  sübut 

edir." 

Yeri  gəlmişkən  qeyd  edək  ki,  Pakistan  ərazisindən  də  eyni  dövrə,  yəni 

Qlozel kitabələrinin yazıldığı dövrə aid, hətta iddiaya görə ondan təqribən 1000 il 

öncəyə  aid  olan  türkcə  yazılar  tapılmışdır.  Bu  barədə  Turğay  Kürüm  özünün 

―Avrasiyada runik yazı‖ adlı  əsərində məlumat verməkdədir. O bildirir ki, həmin 

yazı Harappa mədəniyyəti dövrünə (e.ə. 3500-ci il) aiddir: 

 

 

            Eyni dövrə aid yazılara ―Zaqatala daşları‖nın üzərində də rast gəlmək olar. 



İlk  öncə  qeyd  edək  ki,  hazırda  zaqatalalı  müəllim  Nadir  Səttarovun  şəxsi 

kolleksiyasında  qorunan  bu  daşların  hamısı  çay  daşıdır,  daha  dəqiq  desək,  çay 

daşından  çox  kobud  şəkildə  yonulmuş  barelyef  tipli  qabartma  (biri  heykəlcik 

formasında)  fiqurlardan  ibarətdir.  Ümumi  sayları  6  ədəddir.  Əksəriyyəti  qadın 

formasında olan fiqurların bir qismi Eneolit dövrünün (e.ə. Vl-V minilliklər) Ana 

tanrıça  heykəlciklərini  xatırlatsa  da,  həmin  dövrə  aid  heykəlciklər  əsasən  gildən 

düzəldildiyindən,  içlərində  çay  daşından  qayrılmış  fiqurlara  rast  gəlinmədiyindən 

Zaqatala  daşlarının  və  təbii  ki,  həm  də  yazıların  Tunc  dövrünə  (e.ə.  lV-lll 

minilliklər) aid ola biləcəyini düşünürük. 

 

     



   

 

 



          Fiqurlardan  heykəlcik  formasında  olan  birisi  doğmaqda  olan  qadını 

xatırladır. Şübhəsiz ki, bu heykəlcik doğum və bərəkət tanrıçasını ifadə edir. Eyni 

sözləri  əlində  körpə  tutmuş  qadın  (tanrıça)  barelyefi  barədə  də  söyləmək  olar. 

Haqqında  danışmaq  istədiyimiz  yazılardan  biri  məhz  həmin  daşın  üzərində 

cızılmışdır.  Yeri  gəlmişkən  bildirmək  lazımdır  ki,  Türkmənistandan  tapılan  və 

Tunc dövrünə aid edilən təsvirlərdə də əlində körpə tutmuş tanrıça təsvirlərinə sıx-

sıx rast gəlinir. Arxeoloq Sarianidi həmin təsvirləri bir neçə min il sonra xristianlar 

arasında yayğınlaşan Həzrət Məryəmlə körpə Həzrət İsanın (ə) birgə ikonalarının 

prototipi saymaqdadır. 

 



  

 

 

          Burada  dörd  runik  işarə  yer  almaqdadır.  Onlardan  (sağdan  sola)  birincisi 

Orxon-Yenisey  abidələrində  çox  halda  fonoqram  kimi  çıxış  edən  və  ―b‖  səsini 

verən,  Tonyuquq  abidəsində  isə  bir  yerdə  ideoqram  kimi  çıxış  edərək  ―baş‖ 

//  ‖bas‖  sözünü  (baş,  kəllə)  bildirən  runik  işarənin  İdil-Ural  runik  yazılarında 

rastlanan variantıdır və hazırki vəziyyətdə ―bas‖ kimi oxunur. ―T‖ səsini verən və 

sözügedən  yazıda  ikinci  yerdə  duran  işarə  ilə  birlikdə  ―basot‖  (şəfqətverici, 

köməkçi,  yardımçı)  sözünü  əmələ  gətirir.  ―Ç‖  səsini  verən  və  mətndə 

göstərilməyən  saitlərlə  birlikdə  ―açı‖  (ana)  kimi  oxunan  3-cü  işarəni  də  əlavə 

etdikdə,  ―şəfqətverici  ana‖  alınır  ki,  bu  da  qucağında  körpə  tutan  ana  tanrıça 

fiqurunu tam izah edir. Sonuncu, ―ş‖ səsini verən işarə isə, əzizləyicilik ifadə edən 

şəkilçi kimi (ana-ş, ata-ş və s.) çıxış etməkdədir. 

           Üzərində  yazı  olan  ikinci  daşın  üzərindəki  yazıya  gəlincə, o  üç  runik  işarə 

və ideoqram mahiyyəti daşıyan bir piktoqramdan ibarətdir. Bütün əski türk yazıları 

kimi  bu  yazı  da  sağdan  sola  oxunur.  Sağdan  birinci  işarə  Orxon-Yenisey 

yazılarından  tanıdığımız  işarədir  ki,  ―nq‖  qarışıq  (sonor  ―n‖)  səsini  ifadə 

etməkdədir. İkinci yerdə gələn, insan təsviri formasında olan heroqlifi ―ər‖ (insan, 

adam, kişi) kimi oxumaqda, fəqət bu halda onun ideoqrafik işarə kimi çıxış etdiyini 

və  özündən  əvvəlki  işarə  (nq)  ilə  birlikdə  ―ünqür‖  (mağara)  kimi  oxunmalı 

olduğunu düşünürük.  Fikrimizcə, sonrakı, 3-cü və 4-cü işarələr isə müqabil olaraq 

―nt‖  və  ―ş‖  səslərini ifadə  edir  və  birlikdə  ―antaş‖//  ―anı  taşı‖ (xatirə  daşı) və  ya 

―and daşı‖ kimi oxunur. 

 

            



   

 

 



Ola  bilsin,  buradakı  sonuncu  işarə  ―ş‖  deyil,  ―ç‖  səsini  ifadə  edir.  Dilçi 

alim Firudin Ağasıoğlu məhz belə hesab etməkdə və yazını ―anqa (ona) ant (and) 

iç‖  kimi oxumaqdadır.  

Bənzər  yazılara  İranın  mərkəzində, 

Xomeyn şəhəri yaxınlığında 

yerləşən, 

Erkən Tunc dövrünə aid edilən Timərə (Teymərə) qayaüstü təsvirləri içərisində də 

rast gəlinməkdədir.  

 



 

 

Bu təsvirlərdə qədim türk gələnəklərini əks etdirən çox dəyərli məlumatlar 



qorunub  saxlanmışdır.

 

Ən  çox  maraq  doğuran  təsvirlər  ən  qədim  zamanlardan 



başlayaraq türklərə xas olan və günümüzədək davam edən atla və yırtıcı quşla ov 

səhnəsinin əks olunduğu qayaüstü təsvirlərdir.  

 

    


 

 

 



Bu  təsvirlərin  dəyəri  dünyada  atı   ilk  dəfə  əhliləşdirmiş,  eləcə  də  toğan 

(şahin)  və qızılquş kimi  yırtıcı  quşlardan ilk  dəfə  ov  məqsədi ilə  istifadə  etməyə 

başlamış  türklərin  ən  azı  Tunc  dövründən  etibarən  sözügedən  ərazilərdə  məskun 

olduqlarını sübut edən tutarlı dəlil olmasındadır. Eyni zamanda həmin təsvir quşla 

ov etmək gələnəyinin tarixinə də işıq tutmaqdadır. 

Tunc  dövrünə  aid  təsviri  sənət  nümunələri  və  piktoqrafik  yazılar  kimi 

Ordubad rayonu ərazisində yerləşən Gəmiqaya təsvirlərinin  böyük əhəmiyyəti var.  

Nəsir Rzayev yazır: 



“Ovsunçuluq  qədim  mədəniyyətimizdə,  folklorumuzda  dərin  köklər  saldığı 

üçün  onun  ənənəvi  davam  edən  izləri  dövrümüzədək  gəlib  çıxmıĢdır.  Bu  izlər 

təsərrüfat  həyatında,  təbiətdə  və  məiĢətdə  baĢ  verən  hadisələri  ovsunlamaq 

məqsədi  ilə,  dilimizə  canlı  və  cansız  varlıqları  ovsunlayan  sözlər  gətirmiĢdir. 

Azərbaycan  ərazisində,  son  vaxtlara  qədər  ovsunlama  ayinlərinin  ayrı  -  ayrı 

formaları, daha doğrusu, fraqmentləri icra edilirmiĢ. Ovçuluq, maldarlıq, əkinçilik 

təsərrüfatlarına  dair  bir  neçə  ovsun  ayini  nümunəsi  göstərək.  Ovçu  gələcək  ovun 

müvəffəqiyyətlə keçməsi üçün ovu niĢan alaraq oxu atarkən belə deyir: 

 


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə