Dilçi alim Firidun Ağasıoğlu özünün "Azər xalqı" kitabında bildirir ki, XLX əsrdən üzübəri V



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə11/24
tarix14.12.2017
ölçüsü0,59 Mb.
#15637
növüYazı
1   ...   7   8   9   10   11   12   13   14   ...   24

6. Açıq romb şəkilli damğalar – Ozni, Samşvilde; 

 

 



 

7. Zolaqlı ləkəyə bənzəyən damğalar – Xəzərtəpə; 

 

 

 



8. İçərisində diaqanallar qeyd edilmiş düzbucaqlı şəklində olan damğalar – 

Amiranis dağı; 

 

 

 



9.  Ücbucaq  formalı  damğalar  -  Amiranis  dağı,  Kavasxlebi,      Kültəpə, 

Eçimədzin (Üç kilsə); 

 

 

 



10.  Düzbucaqlı  üzərində  sxematik  bitki  təsvirinin  xatırladan  damğalar  – 

Şreşblur, Kültəpə; 

 

 

11. Kiril əlifbasının ―Ф‖ hərfini xatırladan damğalar – Karnut, Myxatqverdi; 



 

 

 



12. Latın əlifbasındakı ―Z‖ hərfini xatırladan damğalar – Beştaşeni (Beştaş), 

Qarni, Badaani; 

 

 

 



13. Təpələri birləşmiş iki üçbucaqlı şəklində olan ―bas‖ damğası – Amiranis 

dağı; 


 

 

 



14. Ştrixlənmiş romb üzərində ikiqat spiral formalı damğa – Amiranis dağı; 

 

 



 


15. ―Bas‖ damğası və ikiqat spiral şəkilli damğa – Göyrəpə və Kültəpə; 

 

 



 

16. Svastika formalı ―as‖ (az // qas // qaz) damğası – Araqvi dərəsi, Təbərə-

əl-Akrad; 

 

 



 

17. Üçbucaq üzərində ikiqat spiral – Ozni, Plur; 

 

 

 



18. Daraqşəkilli damğa – Kültəpə; 

 

 



   

 

19. Çəngəl formalı damğa – Kvasxlebi; 



 

 

 



 

20. Kiprikcikli üçbucaq formalı damğa – Araqvi dərəsi; 

 

 

 



 

21. Antropomorf formalı damğa – Kvasxlebi; 

 

 

 



22. Sxematik şəkildə çəkilmiş bitkini xatırladan damğa – Ozni; 

 

 



 

23. Sınıq xət formalı damğalar - Ozni; 

 

 

 



24, 25. Latın rəqəmlərini xatırladan damğalar - Yanıqtəpə; 

 

  



 

 

26. Ox damğası – Moxrablur; 




 

 

 



27. Spiralşəkilli damğa - Ozni; 

 

 



 

28. Dalğavari formalı damğa – Danqreuli dağı və Yanıqtəpə; 

 

 

 



29. Kətməni xatırladan damğa – Muxatqverdi; 

 

 



 

30. Buynuz damğası – Eliaziq; 

 

 

 



31. İkibaşlı damğa – Kültəpə; 

 

 



 

32. Qoşa yay damğası – Ozni; 

 

 

 



33. ―S‖ hərfini xatırladan damğa – Kültəpə. 

 

 



 

Buradakı işarələrin bir qismini piktoqram, başqa bir qismini isə piktoqramlarla 

damğalar  arasında  keçid  mərhələsinin  işarələri  hesab  etmək  daha  doğru  olar. 

Hərçənd  ki,  onların  bəzisi  artıq  formaca  sırf  damğa  xüsusiyyətləri  daşıyır. 

Bilavasitə  damğalara  gəlincə  isə,  onlardan  daha  çox  eyni  dövrün  maldar  əhalisi 

istifadə  etmişdir.  Əsasən  keçi  sürüləri  bəsləməklə  məşğul  olan,  köçəri  həyat  tərzi 

keçirən  maldarlardan  dövrümüzədək  zəngin  qayaüstü  rəsmlər  və  eyni  dərəcədə 

zəngin  damğa  arsenalı  yetişmişdir.  Üstəlik  də  onların  fəaliyyət  göstərdikləri 

coğrafiya  Kür-Araz  mədəniyyəti  dövrünün  torpağa  bağlı  əkinçilərinin  yaşayış 

arealından  çox-çox  geniş  olmuş  və  məhz  onlar  sözügedən  mədəniyyətin 

nailiyyətlərini 

Avrasiyanın  geniş  coğrafiyasına  yaymışlar.  Metallurgiya, 

mədənçilik, dulusçuluq, toxuculuq, at minmək, araba düzəltmək, şalvar geymək və 

s.  onlardan  başqa  xalqlara  keçmişdir.  Yazı  gələnəyini  də  bütün  dünyaya  məhz 




onlar yaymışlar. Getdikləri hər yerə öz boy damğalarını həkk etməyi də, təbii ki, 

unutmamışlar.  

Dilçi  alim  Firudin  Ağasıoğlu  özünün  "Azər  xalqı"  kitabında  bildirir  ki,  XlX 

əsrdən üzübəri V. Tomsen, A. Şiner, İ. A. Aristov, N. Q. Malitski, E. D. Polivanov, 

A.  C.  Emre,  İ.  A.  Batmanov,  A.  Bekmıradov  və  bir  çox  başqa  alimlər  runik 

əlifbanın qədim türk damğalarından  yaranması fikrini bəzən güman, bəzən də qəti 

şəkildə söyləmiş və bir neçə örnəklə bu fikri əsaslandırmaq istəmişlər:  

“Lakin  onlardan  daha  əvvəl  damğa  →  əlifba  xəttini  türkmən  Ģairi  Əndalip 

"Oğuznamə"  əsərində  qələmə  almıĢdır,  çünki  xalq  arasında  qədim  çağlardan 

yazının  24  boyun  damğasından  törəməsi,  boylara  isə  damğaların  Oğuz  xan 

tərəfindən verilməsi inamı vardır”. 

Türk  runik  hərflərinin  damğalardan  törəməsi  fikrinin  bir  çox  türkoloqlar 

tərəfindən müdafiə edildiyini  S. Klyaştornıy da təsdiq edir. Onun sözlərinə görə, 

bu  fikrin  tarixi  hələ  qədim  türk  yazılarının  tam  deşifrə  edilməmiş  olduğu  dövrə 

qədər uzanır. Məsələn, bu sahədə söz sahibi olan alimlərdən Q. İ. Spasski, M. A. 

Kasteren  və  Q.  Vamberi  hələ  o  dövrdə  Yenisey  yazılarının  işarələrinin  Sibir 

tatarlarının  soy  damğaları  ilə  üst-üstə  düşdüyünə  diqqət  çəkərək,  sözügedən 

yazıların  həmin  damğalardan  törədiyi  fikrini  irəli  sürmüşdülər.  Onlarla  həmrəy 

olan N. A. Aristov isə yazmışdır: 

“Çox-çox  qədim  zamanlardan  mövcud  olmuĢ  soy  damğaları  Orxon-Yenisey 

əlifbasının hərfləri qismində tətbiq olunub”. 

Onun bu fikrinə N. Q. Malitski də şərik çıxmışdır. 

Burada  mövzumuz  baxımından  son  dərəcə  böyük  önəm  daşımaqda  olan  bir 

məqama  xüsusi  diqqət  yetirmək  lazımdır. Məsələ  burasındadır  ki, bir  çox  nəhəng 

dilçi  alimlər  təkcə  türk  yazısının  deyil,  ümumiyyətlə,  ilk  fonetik  yazı  işarələrinin 

damğalardan yarandığını və onlar üçün qaynaq rolunda isə Kür-Araz mədəniyyəti 

dövrünə aid damğa və işarələrin çıxış etdiyini bildirirlər. 

Maraqlıdır  ki,  eyni  işarələrə  Qobustan  və  Gəmiqayanın  Son-Eneolit-Erkən 

Tunc dövrlərinə aid  qayaüstü rəsmləri arasında da rast gəlinməkdədir. Və onların 

böyük əksəriyyəti ayrı-ayrı türk soy və boylarının damğalarıdır. 

 

 

 



 

 



Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə