Dilçi alim Firidun Ağasıoğlu özünün "Azər xalqı" kitabında bildirir ki, XLX əsrdən üzübəri V



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə7/24
tarix14.12.2017
ölçüsü0,59 Mb.
#15637
növüYazı
1   2   3   4   5   6   7   8   9   10   ...   24

              H.Cəfərov isə yazır:                                               

             “Ġlk  Tunc  dövründə  əhalinin  sayı  artmıĢ,  yaĢayıĢ  məskənləri  daha  böyük 

sahəyə,  bir  çox  halda  3  hektardan  artıq  sahəyə    malik  olmuĢdur.  Tikinti  

texnikasında  Eneolit  dövrünün  ənənələri,  Yəni  dairəvi  və  düzbucaqlı  binaların 

inĢası davam etdirilmiĢdir. Lakin binalar həm ölçü baxımından, həm də davamlılıq 

baxımından  xeyli  fərqlənirdi.  Evlərin  və  təsərrüfat  tikililərinin  bünövrəsi  əsasən 

daĢdan,  divarı  çiy  kərpicdən    inĢa    edilmiĢ,  binaların  bir  qismi  isə  çubuqdan 

hörülüb  suvanmıĢdır.  Mingəçevir  ərazisində  yarımqazma  tipli  evlərə  də  təsadüf 

edilmiĢdir.  Binanı  qızdırmaq  və  yemək    hazırlamaq    üçün    nəzərdə    tutulmuĢ 

ocaqlar  evin  mərkəzində  və  ya  künclərində  qurulurdu.  Xüsusi  quruluĢlu  ocaq 

qurğuları  Kür-Araz  mədəniyyətinin  səciyyəvi  əlamətlərindən  biridir.  Gildən 

hazırlanmıĢ  ocaq  qurğuları  əsasən  nal  Ģəklindədir.  BaĢqa  tip  ocaq  qurğuları  da 

geniĢ yayılmıĢdı.” 

           İlk  Tunc  dövrünün  yaşayış  məskənlərindən,  xüsusən  də  ətrafına  müdafiə 

sədləri  çəkilmiş  məskənlərdən  ilk  şəhərlər  kimi  söz  açmaq  mümkündür.  Şumer 

şəhərlərinin  yaşıdı,  hətta  daha  qədim  olan  bu  şəhərlərin    İkiçayarasının    erkən  

şəhərləri ilə əsas ümümi cəhətlərindən  biri  müdafiə  sədlərinin  qurulması idi. Bu 

barədə ―Bilqamıs dastanı‖nın akkad variantında maraqlı məlumat bulunmaqdadır: 

 

            “O hər sirri bilərdi, o hər Ģeyi görərdi, 

             Yeri su basmasından bizə xəbər verərdi.                                                     

             Uzun yollar dolaĢıb, yorulub əldən düĢdü, 

             BaĢına gələnləri sal bir qayaya döydü, 

             Sonra hasara alıb, adını Uruk qoydu. 

             Müqəddəs Eananın qalası oldu Uruk. 

             Divarlara nəzər sal, bürcləri düzüm-düzüm, 

             Bu cür səddə bərabər sədd görməz əsla gözün. 

             KeçmiĢin yadigarı bu qədim divara bax, 

             ĠĢtarın mənzilinə - Eanaya gəl çıxaq. 

            Heç gələcək Ģahlar da tikə bilməz bu sayaq. 

             Çıx Uruk qalasının divarı üstə, yeri, 

             Gor bünövrə necədir, necədir kərpicləri.                                            

           Divar biĢmiĢ kərpicdən bərk hörülüb baĢa - baĢ,  

           Yeddi müdrikmi qoyub qalanın himinə daĢ?” 

                                                           

           Rəşid Göyüşov deyir: 

           “Ġlk  Tunc  dövründə  binalar  və  onlara  bitiĢik  inĢa  olunmuĢ  təsərrüfat 

tikililəri çox zaman ümumi bir kompleks təĢkil edir və təbii ki, bu komplekslər ayrı-

ayrı ailələrə  məxsus idilər. YaĢayıĢ və təsərrüfat tikililəri ilə yanaĢı, ibadət, dini 

ayinlərin  icrası  üçün  də  xüsusi  binalar  mövcud  olmuĢdur.  Məsələn,  Sərkərtəpədə 

çiy kərpicdən tikilmiĢ dairəvi  quruluĢlu  böyük  ibadət  evi üzə çıxarılmıĢdır. Bina  

səliqəli  suvanmıĢ,  əhənglə  ağardılmıĢdı,  divarının  qarĢısına  mehrab  ucaldılmıĢ, 

dini  ayinlər  zamanı  istifadə  olunmuĢ  saxsı  qablar  düzülmüĢdü.  YaĢayıĢ 

məskənlərində  xüsusi  sənətkarlıq  məhəllələri  yaranırdı.  Əslində  sənətkarlıq 

sahələrinin meydana gəlməsi hələ Eneolit dövrünün son mərhələsində baĢlamıĢ, Ġlk 



Tunc dövründə isə həm dulusçuluğun, həm də metallurgiyanın inkiĢafı ilə əlaqədar 

xüsusi sənətkarlıq məhəllələri meydana gəlmiĢdi.”     

           Kür-Araz  mədəniyyəti  dövrü  insanları  sənətkarlığın  müxtəlif  sahələri  ilə 

məşğul  olmuş,  ənənəvi  sənət  nümunələrini  yeni  dövrün  tələbləri  səviyyəsində 

yaratmış  və  inkişaf  etdirmişdir.  Onların  içərisində  dulusçuluq  sənəti  xüsusi  yer 

tuturdu. Kür-Araz mədəniyyətinin dulusçuluq məmulatı bir çox əlamətləri ilə, yəni  

forması,  tipi,  hazırlanma  texnologiyası  və  sairə  ilə  seçilirdi.  Dulus  çarxından 

istifadə  nəticəsində  bu  dövrdə  məhsuldarlıq  daha  da  artmışdı.  Qabların  forma  və 

növ  müxtəlifliyi,  estetik  dəyərinin  yüksəkliyi,  dulus  çarxının  varlığı  sənətkarlığın 

yeni  inkişaf  mərhələsinə  qədəm  qoyduğunu  göstərir.  Qabların  səthinin 

pardaqlanması və şüyrələnməsinin yeni sirlərinə bələd olmaqla dulusçular əsl sənət 

nümunələri yaratmışdılar. 

          Bu  dövrün  mühüm  yeniliklərindən  biri  metallurgiya  və  metalişləmənin 

sürətlə  inkişafıdır.  Azərbaycanın  ilk  Tunc  dövrü  yaşayış  məskənlərində 

metallurgiya və metalişləmə ilə bağlı texnoloji proseslərin bütün mərhələlərini əks 

etdirən arxeoloji materiallar - soba, buta, parç, qəliblər və hazır məhsul tapılmışdır. 

Məsələn,  Babadərviş  yaşayış  məskənində  metaləridən  soba  üzə  çıxarılaraq 

öyrənilmişdir.  Tuncdan  muncuq,  qolbaq  və  sairə  kimi  bəzək,  eləcə  də  biz,  iynə, 

bıçaq və sairə kimi məişət əşyaları, əmək alətləri və silah nümunələri, qızıldan isə 

Xankəndi  və  Xaçınca  kurqanlarından  tapılmış  bəzək  əşyaları  kimi  şeylər 

düzəldirdilər.  Metallurgiyanın  inkişafı  ilə  əlaqədar  olaraq  daş  alətlərin  məişət  və 

təsərrüfatda istifadəsi getdikcə azalırdı.                                                                 

            H.Cəfərov yazır: 

            “Tunc  dövründə  yerli  əhalinin  dünyagörüĢündə  və  bədii  təfəkkürünün 

inkiĢafında  mühüm  yeniliklər  baĢ  verir  və  bunlar  ətraf  aləmə,  axirət  dünyasına 

mifik  aləmə  inam,  qəbir  abidələri  -  kurqanlar  və  sairə,  dəfn  mərasimi,  ölülərin 

yanına  müxtəlif  avadanlığın  qoyulmasında,  məiĢət  və  təsərrüfat  avadanlığının   

naxıĢlanmasında və nəhayət çoxsaylı qaya təsvirlərində özünü göstərir.”                                                                

            Son  Eneolit  və  İlk  Tunc  dövrü  qaya  təsvirləri  üçün  xarakterik  olan  əsas 

cəhətlərdən biri qayalarda cızılmış təsvirlərin realistikliyidir. Bu dövrdə ən çox rast 

gəlinən  petroqliflər  müxtəlif  maral  və  aslan  təsvirləridir.    Qobustandakı  Yazılı 

təpənin  24  №-li  daşında  cızılmış  realistik  səpkili  maral  silueti  özündən  əvvəlki 

dövrlərə aid təsvirlərdən öz gözəlliyi ilə fərqlənməkdədir. Eyni sözləri Böyükdaşın 

yuxarı  mərtəbəsindəki  59  №-li  daşda  təsvir  edilən  qoşa  maral  təsviri  barədə  də 

söyləmək olar. 

 

 



 

            Bu motivlər sonrakı minilliklərdə türklərin yayıldığı bütün bölgələrdə, yəni 

Avropanın içlərindən uzaq Sibir, Altay və Qobi çollərinə qədər səpələnmiş və elmi 




Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə