Dilçi alim Firidun Ağasıoğlu özünün "Azər xalqı" kitabında bildirir ki, XLX əsrdən üzübəri V



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə10/24
tarix14.12.2017
ölçüsü0,59 Mb.
#15637
növüYazı
1   ...   6   7   8   9   10   11   12   13   ...   24

Yel gəldi, ho, yel gəldi. 

 

HuĢa. HuĢa öküzüm, 

Yar gəldi, ho, yar gəldi. 

HuĢa, huĢa, ceyranım, 

Qar gəldi, ho, qar gəldi. 

 

HuĢa, gülüm, bizə gəl, 

Dağdan enib düzə gəl. 

Boyunduruq nalçalı, 

Torpağımı bizə gəl... 

 

HuĢa, huĢa maralım, 

Sel gəldi, ho, sel gəldi. 

HuĢa, huĢa, ceyranım, 

Yel gəldi, ho, yel gəldi. 

 

Yel gəldi, ho, yel gəldi. 

Yel gəldi,  yel gəldi. 

Yel gəldi, ho, yel gəldi. 

Yel gəldi, ho, yel gəldi”.   

 

Eyni münasibəti aşağdakı nəğmədə də görürük: 

 

“Hütə, hütə, hütə, ho, 

Hütə, hütə, hütə, ho. 

Öküzüm, maralım hütə, 

Qaldı avalım, hütə. 

Hütə, hütə, hütə, ho, 

Hütə, hütə, hütə, ho. 

Gün getdi, yağıĢ gəldi, 

Gəl, kalça kəlim, hütə. 

Hütə, hütə, hütə, ho, 

Hütə, hütə, hütə, ho”.   

                                                          

Başqa bir cütçü nəğməsində isə öküz belə əzizlənir: 

 

“Ho-ho, ho-ho, öküzüm, 

Ho-ho, ho-ho, öküzüm. 

Budu bütə öküzüm, 

Bir qarıĢ yerim qalıb, 

Ho, ho, ho, 

Ho-ho, ho-ho, öküzüm”.  

  



Digər  bir  nəğmədə  öküzə  ―ala  kəlim,  qara  kəlim,  ana  kəlim‖  deyə  müraciət 

edildiyini müşahidə edirik: 

 

“Ala kəlim, huĢ ho, 

Qara kəlim, huĢ ho, 

Ana kəlim, huĢ ho. 

HuĢ ho, huĢ ho, 

HuĢ ho, huĢ ho,                                                                                                              

HuĢ ho, huĢ ho”. 

 

Azərbaycan  folklorunun  yayğın  janrlarından  olan  holavarların  bir  qisminin 



məzmunu  onların  məhz  erkən  Tunc  dövründə  yarandığını  sübut  edir.  Bu  halda 

əsasən cütçü nəğmələri nəzərdə tutulur. 

 

Damğalarımız 

 

Nino  Şanşaşvili  özünün  ―Kür-Araz  mədəniyyəti  keramikasında  işarə  və 



simvollar‖  adlı  çox    dəyərli  tədqiqat  əsərində  yazır  ki,  Kür-Araz  mədəniyyətinin 

yayılması  ilə  Güney  Qafqazın  ən  qədim  əhalisinin  tarixində  yeni  mərhələ 

başlanmışdır.  Həmin  dövrdə  keramikada,  necə  deyərlər,  ―piktoqrafik‖  işarələrin 

peyda olması müəyyən sosial təkanlarla bağlı idi:  



“Kür-Araz  mədəniyyətinin  yayıldığı  ərazidə  naxıĢları  ənənvi  olanlardan 

fərqlənən bir neçə qab aĢkar edilib. Bu qabların naxıĢlarımı ritmə və elementlərin 

təkrarlanmasına  əsaslanmır.  Görünür,  bu  qablar  müəyyən  məqsədlər  üçün 

hazırlanmıĢlar və üzərlərindəki iĢarələr də sadəcə dekorativ mahiyyət daĢımır”.  

 

 

 



Kür-Araz mədəniyyətinə aid keramika nümunələri 

 

Tədqiqatçının yazdığına görə, bu naxışlar, üzə çıxar-çıxmaz, dərhal alimlərin 

diqqətini  çəkmiş  və  elə  həmin  andanca  sözügedən  damğa  və  işarələrin  ən  qədim 

yazı  nümunəsi  olduğu  fikri  ortaya  çıxmışdır.  Məsələn,  B.  A.  Kuftin  Oznidən 

tapılan  damğaların  protoelam  işarələrinə  bənzədiyini  dilə  gətirmişdir.  Q. 

Qobicişvili onları hett-luviya piktoqrafik yazısı ilə, boşqab üzərindəki yazıları isə 




tabal yazısı ilə  müqayisə etmişdir. Ş. Amiranişvili Amiranis təpəsindən, 36 saylı 

qəbirdən tapılmış işarələri şumer yazısı ilə bağlamaqdadır.  

Üzərində  bənzər  işarələr  olan  bir  qab  Urmiya  gölü  yaxınlığındakı  Kür-Araz 

mədəniyyəti  dövrünə  aid  Yanıqəpə  adlı  yaşayış  məskənindən  tapılmışdır.  Ç. 

Barneyin  sözlərinə  görə,  bu  qabın  üzərində  cızılmış  işarələr  yerli  tayfaların  öz 

yazısını yaratmaq cəhdindən başqa bir şey deyil. Onun fikrincə, e.ə. III minillikdə 

İran  yaylasında  yaşayan  yerli  əhali  yazıdan  istifadə  edib.  Bu  yazı  Erkən  Tunc 

dövrünə aid keramikada rastlanan ideoqramlardan təşəkkül tapıb. S. Barney həmin 

yazını  Urmiya  gölünə  yaxın  ərazidə  yerləşən  Təpə-Sialkdan  tapılmış  protoelam 

yazısı ilə müqayisə etmiş onların fərqli yazılar olduğunu dilə gətirmişdir. 

Maraqlıdır  ki,  Kür-Araz  mədəniyyəti  dövrünə  aid  keramik  qablar 

üzərlərindəki türk damğalarının bolluğu ilə fərqlənir. Bu tip damğalara sözügedən 

mədəniyyətin  yayıldığı  bütün  ölkələrin  (Azərbaycan,  Qərbi  Azərbaycan  // 

Ermənistan,  Gürcüstan,  Şərqi  Anadolu,  Güney  Azərbaycan,  İran,  Şimali  Qafqaz) 

ərazisində təsadüf edilir. Nino Şanşaşvili onları aşağıdakı kimi qruplaşdırmışdır: 

1.Quş  təsvirlərini  xatırladan  damğalar  -  Amiranis  dağı,  Ozni,  Beştaşeni 

(Beştaş), Qarni, Yanıqtəpə, Danqreuli, Şenqavit, Karun, Kirovakan, Triaaleti 

 

 



 

 

 



2.  Yunan  əlifbasındakı  π  (pi)  hərfinə  bənzəyən  damğalar  –  Ozni, 

Maştotsblur, Baba-dərviş, Qarni, Ariç (Qıpçaq), İmiris dağı; 

 

 

 



3.  Latın  əlifbasındakı  ―M‖  və  ya  ―W‖  hərflərini  xatırladan  damğalar  – 

Muxatqverdi, Moxrablur, Xəzərtəpə, Ariç (Qıpçaq), Təbərə-əl-Akrad; 

 

 

 



 

4. Sacayağı xatırladan damğalar – Ozni, Aradeti, Ariç (Qıpçaq), Şenqavit; 

 

 

 



5. Meandrı xatırladan damğalar – Şenqavit, Arevik, Badaani; 

 

 



 


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə