Dilçi alim Firidun Ağasıoğlu özünün "Azər xalqı" kitabında bildirir ki, XLX əsrdən üzübəri V



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə18/24
tarix14.12.2017
ölçüsü0,59 Mb.
#15637
növüYazı
1   ...   14   15   16   17   18   19   20   21   ...   24

 

 

 



Üzərində bayandurların soy damğası olan xalça 

 

Alimin  fikrincə,  ritmik  cəhəti  qorunan,  kanonlu  xalça  kompozisiyaları  öz 



adını bərpa etməklə, işarəli elementlər və onların qarşılıqlı əlaqələri, rəngli forma 

təşkilinin,  xüsusiyyətləri  ilə  tanınır.  Azərbaycanın  hər  bir  regionu  kanonlu  xalça 

kompozisiyalarının tanınan ―işarəli elementlərin‖ müəyyən sayından istifadə edir. 

Azərbaycan  Tunc  dövründən  təşəkkül  tapmış  mücərrəd,  həndəsi  formalı 

təsvirlərin  məhz  həmin  üslub  traktovkasında  zəmanəmizədək  qorunub  saxlandığı 

məkanlardan biridir. Məhz bu baxımdan Azərbaycan xalçalarında həndəsi formalı 

ornamentlər özündə gərəkli və aşkar görüntülər yaradan rəmzlər daşamaqdadır. 

Mütəxəssislər  xalça  naxışlarının  qədim  pikoqrafiya  və  ideoqrafiya 

nümunələri  kimi  qiymətli  mənbə  olduğunu  və  qədim  insanların  dünyagörüşü 

barədə informasiya daşıyıcıları olduğunu qeyd edirlər. Belə hesab edilir ki, hər bir 

naxış  müəyyən  bir  sözü  ifadə  edir  və  bu  naxışlar  əslində  mənaları  unudulmuş 

təsvirli yazılardır:  

 

 

 




 

 

Azərbaycan  və  Anadolu  xalılarında  rast  gəlinən  həyat  ağacını  ifadə  edən 



ideoqram formaları 

 

 



 

 

Azərbaycan və Anadolu xalılarında rast gəlinən qurd izi ideoqramının müxtəlif 



formaları) 

 

 



 

 

 



 

Azərbaycan və Anadolu xalılarında rast gəlinən quş ideoqram-naxışları) 

 

 

 



Azərbaycan və Anadolu xalılarında rast gəlinən əqrəb ideoqram-naxışları) 

 

 



 


 

 

 



Azərbaycan və Anadolu xalılarında rast gəlinən qoç ideoqram-naxışları) 

 

Qədim Azərbaycan türk tarixinin ortaya qoyduğu soy mədəniyyətinin və 



törə  qanunlarının, naxışlardakı gizli və  ya  aşkar  formada  görüntüləri  yetərincədir. 

Sənətşünas alim Xədicə Əsədova yazır ki, uzaq keçmişdən bu günədək Azərbaycan 

dekorativ sənətində təsvir olunan bir çox rəsm və ornament vardır ki, hazırda onlar 

sırf bəzək xarakteri daşıyırlar. Xalqın həyat tərzi və məişətində xususi rol oynayan 

bu  ornament  motivləri  əvvəllər  rəmzi,  məna  kəsb  etmişlər.  Təsvir  olunmuş 

rəmzlərin,  işarələrin  semantik  mənasına  gəldikdə  isə  onlar  əsasən  zənginliyin, 

bolluğun,  baharın,  məhəbbətin,  diriliyin,  şərəfin,  qəhrəmanlığın,  qələbənin,  güc–

qüdrətin,  odun,  alovun,  müqəddəsliyin,  dini  ayinlərin  ifadəsidir.  Xalça  sənətində 

geniş yayılmış elementlərdən biri də ―S‖-vari motivlərdir. Bir sıra tədqiqatçılar bu 

elementin  stilitzə  olunmuş  əjdahanın  təsviri  olması  fikrini  irəli  sürürlər.  Digər 

tədqiqatçıların araşdırmalarında bu cür elementlərin damğa, işarə olması fikri irəli 

sürülür.Tuncer  Gülensoy  bu  cür  elementlərin  qədim  oğuz  tayfalarının  (Bayandur, 

İqdır, Kızık və s. boylarının) damğaları olduğunu yazır. 

Xalı  naxışlarının  bir  zamanlar  ideoqrafik  yazı  nümunələri  kimi  çıxış 

etdiyini ―Şahla qız‖ adlı bir Azərbaycan nağılının məzmunu da təsdiq etməkdədir. 

Həmin  nağılda  şahın  bir  qıza  aşiq  olmasından,  qızınsa  ona  şərt  olaraq  bir  sənət 

öyrənəcəyi  halda  ərə  gedə  biləcəyini  söyləməsindən,  şahın  da  xalçaçılıq  sənətini 

öyrənməsindən  söz  açılır.  Bir  gün  şah  əsir  düşür.  O,  əsirlikdə  bir  xalça  toxuyur. 

Arvadı həmin xalçanın naxışlarını oxuyaraq şahın başına gələnlərdən xəbərdar olur 

və onun əsir olduğu yeri başa düşür. Bundan sonra şahı əsirlikdən xilas edirlər. 

           Tanınmış qumuq tədqiqatçısı Murad Aci yazır: 

              “Praktik  insanlar  olan  türklər,  demə,  öz  qılınc,  dəbilqə  və  zirehlərini, 

eləcə də at nəsnələrini bəzəmək xatirinə bəzəmirdilər. NaxıĢ onun sahibinin bu və 

ya digər soy  və  ya boya  mənsub  olduğunu bildirirdi, yəni iĢarə  rolunu  oynayırdı. 

Beləcə  soyun  birliyi  vurğulanmıĢ  olurdu.  Türklərdə  hətta  ornamentlər 

standartlaĢdırılırdı. Çünki naxıĢlar informasiya daĢıyıcısı idilər. 

                Bu  informasiyanı  çox  istedadlı  və  diqqətli  adam  olan  çuvaĢ  alimi 

Trofimov  orijinal  yolla  və  çox  uğurla  deĢifrə  edə  bilmiĢdir.  O,  əcdadlarımızın 

adətən ornamentlərin          köməkliyi  ilə     söz     və     kəlmələri       ifadə       etdiklərini     

təsbit  etmiĢdir.  Rəssamlar  ustalıqla  damğalara  naxıĢ  Ģəkli  verirdilər.  Ukraynalı, 

kazak  və  çuvaĢların  tikmələrini  araĢdıran  Trofimov  onları  oxudu  və  gözlənilməz 

bir  nəticəcəyə  gəldi:  Ən  qədim  dövrlərdə  insanların  vizit  kartı  rolunu  məhz 

naxıĢlar oynayırdılar. Onlar sadəcə gözəlliyə xidmət etmirdilər, yalnız özünkülərin 

baĢa düĢəcəyi gizli yazı kimi də çıxıĢ edirdilər.” 



                Ornamentlərinin  hər  biri  ―gizli  yazı‖nın  ayrı  -  ayrı  kəlmələri  kimi  çıxış 

edən,  yəni  ideoqrafik  işarə  rolunu  ifa  edən    Azərbaycan  xalçalarından  biri  də 

―Damğalı‖ tipli xalça növüdür. Adından da göründüyü kimi bu xalçanın naxışları 

kimi qədim türk tamğaları çıxış etməkdədir. Sənətşünas alim Rasim Əfəndi bu tip 

xalçalardan biri barədə yazır:  

                 "Orijinallıq baxımından 1960 - cı ildə Almaniyanın Münhen Ģəhərindəki 

əntiq mallar mağazasında nümayiĢ etdirilən Qazax xalçası da diqqəi cəlb edir. Bu 

xalça  da  əksər  xalçalarımız  kimi  üç  haĢiyəli  yelən  və  enli  arasahədən  ibarətdir. 

Uzunu  235  santimetr,  eni  168  santimetr  olan  bu  xalçanın  arasahəsi  xüsusən 

bəzəkli və rəngarəngdir. Xalçanın al qırmızı yerliyində ardıcıl olaraq təkrarlanan 

rəngli 7 göy sxematik xonça yerləĢdirilmiĢdir. 

                Öz  konstruktiv  quruluĢu  ilə  ġərq  aləmində  geniĢ  yayılmıĢ,  ucları  4 



müxtəlif  tərəfə  ayrılan  svastikanı  andıran  bu  bəzəklər  elə  real  səpgidə 

toxunmuĢdur  ki,  sanki  onlar  bir  nöqtə  ətrafında  fırlanaraq  hərəkət  edir.  Bu 

ornament elementinə biz təkcə “Damğalı”adını almıĢ bu tipli Qazax xalçalarında 

deyil, dekorativ - tətbiqi sənətimizin baĢqa növlərində də rast gəlirik. Azərbaycan 

dekorativ  -  tətbiqi  sənət  tarixinin,  demək  olar  ki,  bütün  mərhələlərində  bu  bəzək 

həmiĢə səma cisimlərinin “Ģahı“ sayılan günəĢi təmsil etmiĢdir.” 

                ―Damğalı‖  tipli  xalçalarda  diqqəti  cəlb  edən  ikinci  element  latın 

əlifbasındakı  ―S‖  hərfini  xatırladan  elementdir.  Folklorşünas  alim  Məhəmməd 

Hatəmi Tantəkin və sənətşünas alim Kübra xanım Əliyevanın yazdıqlarına görə, bu 

element əjdahanı təmsil etməkdədir. 

                Xalçada  diqqəti  çəkən  üçüncü  element  isə  qoç  buynuzlarını  xatırladan 

naxışdır. Sənətşünas alim, Azərbaycan xalçalarının ən gözəl bilicisi Lətif Kərimov 

bu naxışın ―qoç‖, ‖qoyun‖ mənaları verdiyini bildirmişdir.  



               Deməli, qarşımızda üç ideoqrafik elementli bir ―yazı‖ vardır. Bu ―yazı‖nı 

əski tük dilinin sinonim və omonimlər sistemini bilmədən ―oxuya‖ bilmək qeyri - 

mümkündür.  Öncə  günəşi  təmsil  edən  svastikavari  ideoqramla    əjdahanı  təmsil 

edən ―S‖ vari ideoqramın birlikdə nə məna ifadə etdiklərini anlamağa çalışaq.  

 

            Məlum  olduğu  kimi,  türk  xalqlarının,  o  cümlədən  Azərbaycan  türklərinin 



folklorunda  əjdahanın  günəşi  udması  ilə  bağlı  süjet  geniş 

yayılmışdır.  Bu  süjet  türk  xalqlarından  digər  xalqların  da 

folkloruna  keçmişdir.  Şübhəsiz  ki,  bu  mifoloji                süjetin 

əsasını günəşin üzünün qara buludlar tərəfindən örtülməsi kim 

real  təbiət  hadisəsi  təşkil  etməkdədir.  Buludun  əjdaha  ilə 

eyniləşdirilməsinin səbəbi isə odur ki, qədim türk dilində həm 




Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə