Dilçi alim Firidun Ağasıoğlu özünün "Azər xalqı" kitabında bildirir ki, XLX əsrdən üzübəri V



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə16/24
tarix14.12.2017
ölçüsü0,59 Mb.
#15637
növüYazı
1   ...   12   13   14   15   16   17   18   19   ...   24

Mövzumuz  baxımından  Timərə  (Teymərə)  yazısı  da  böyük  maraq 

doğurmaqdadırlar.  Son  Tunc-Erkən  Dəmir  dövrünə  aid  olan  Nüvədi  yazısından 

fərqli  olaraq,  Gəmiqaya  təsvirlərinin  həmyaşıdı  olan  və  Erkən  Tunc  dövrünə  aid 

olan  


bu yazı üzərində baş sındırmış iranlı arxeoloqlar belə bir fikir söyləmişlər ki, 

guya  o,  protoelam  yazsının  indiyə  qədər  elmə  məlum  olmayan  yeni  variantıdır. 

Əski  türk-run  əlifbası  ilə  az-çox  tanış  olan  istənilən  şəxs  bunun  belə  olmadığını, 

yazıdakı  işarələrin  Orxon-Yenisey  abidələrindən  tanıdığımız  işarələrin  tam  eyni 

olduğunu görə bilər. Yəni fars alimləri bu yazı nümunəsini miladdan öncə 2300 il 

əvvələ  aid  Elam  həndəsi  fiqurlu  əlifba  kimi  qələmə  verməyə  çalışsalar  da,  fakt 

budur  ki,  buradaki  yazı  bütünlüklə   qədim  türk  əlifbası  ilə  asanlıqla  oxuna 

bilən   qısa  bir  mətnidir  və  o  türkcədir.  Yazı  üç  sətirdən  ibarətdir.  Birinci  sətirdə 

sağdan  sola  ―ç‖  və  ―m‖  hərfləri,  ikinci  sətirdə    ―lt‖,  ―n‖  və  ―lt‖  hərfləri,  üçüncü 

sətirdə isə ―y‖ və ―t‖ hərfləri  açıq-aydın oxunur.

 

 

 



 

Nəzərə  almaq  lazımdır  ki,  ilk  fonetik  əlifbalarda  sait  səslər  göstərilmirdi. 

Oxuduğumuz  bu  yazı  da  eyni  qəbildəndir.  Mətnə  çatışmayan  sait  səsləri  əlavə 

etsək, aşağıdakı cümlənin yazıldığını görə bilərik: 



          “Eçim (əmim) Altuniltə (şəxs adı)  yiti (öldü)” .  

          Məlumat üçün bildirək ki, bu cümlədə yer alan ―eçi‖ (eçü, içü, içi) və ―yiti‖ 

(yeti)  kəlmələri  eyni  forma  və  anlamlarda  Orxon-Yenisey  abidələrində 

də   məhsuldar  olublar.  Həmin  sözlərdən  birincisi  Kül  Tigin  abidəsinin  şərq 

tərəfinin 1, 5, 6, 13, 16, 17, 19, 24, 26, 31, şimal tərəfinin 3 –cü sətirlərində, Bilgə 

Xaqan  abidəsinin  şimal  tərəfinin  9-cu  sətrində,  Ongin  abidəsinin  1  və  4-cü 

sətirlərində,  eləcə  də  Yenisey  abidələrinin  bir  çoxunda,  ikincisi  isə  Ongin 

abidəsinin ön tərəfinin 1 və 3-cü sətirlərində, Kül Tigin abidəsinin şərq tərəfinin 7 

və 27-ci sətirlərində, Moyoncor abidəsinin 17-ci sətrində işlənmişdir. 



―Altuniltə‖  adına  gəlincə,  qeyd  etməliyik  ki,  əski  türklərdə   ―altun‖ 

kəlməsinin  iştirakı  ilə  düzəldilmiş  çox  sayda  ad  mövcud  olmuşdur.  Bu  baxımdan 

Altun  Tamğan Tarkan, Altuntay Sanun, Altun Bilgə, Altun Tamğa və s. Adlarını 

göstərmək olar. 

Güney  Azərbaycandan  üzə  çıxarılan  erkən  Kür-Araz  mədəniyyəti 

nümunələrini  (Yanıq  Təpə,  Göy  Təpə)  araşdıran  iranlı  tədqiqatçı  Ç.  Barneyinin 

fikrincə, artıq Erkən Tunc dövründə Azərbaycanın və qonşu ərazilərin əhalisi yazı 

ilə  tanış  idilər  və  bu  məqsədlə  taxta  lövhələrdən  istifadə  edirdilər.  Timərə 

(Teymərə) yazısı sübut edir ki, yerli əhali yazılarını qaya üzərində də həkk edirmiş. 

Timərə  (Teymərə)  yazısının  önəmi  ondadır  ki,  burada  damğadan  fonetik 

işarəyə keçidin ən ilkin forması qorunub saxlanmışdır və fonetik səsləri ifadə edən 

və sonradan türk-run əlifbasında özünə möhkəm yer tutan işarələrin, demək olar ki, 

hamısı  bu  və  ya  digər  türk  boyunun  damğasıdır.  Burada  ―m‖  səsini  ifadə  edən, 

dairədən aşağı doğru uzanan üç xətt parçası formasında olan damğaya daha qədim 

dövrlərə aid Qobustan qayaüstü təsvirlərində çox sıx-sıx rast gəlinir. Bu isə həmin 

damğanı daşıyan boyun Timərəyə məhz Azərbaycan ərazisindən köç etdiyini sübut 

edir.  

 

 



 

Həmin işarənin yanında yer alan, ―ç‖ səsini ifadə edən və quruluşuna görə, 

qaz ayağını xatırladan damğa isə 24 oğuz boyundan biri olan salurların damğasını 

xatırladır.  

 

      


    

―LT‖ diftonqunu ifadə edən və iki dəfə təkrarlanan işarə isə qayı boyunun 

damğasının tam özüdür. 

 

 



 

 

―Y‖  səsini  ifadə  edən  damğa  isə  Altay  türklərinin  mayman  boyunun 



damğasıdır və onlar bu damğanı ―çorqo‖ (boru) adlandırırlar. 


 

 

Altay  boylarından  todoş  və  kerqillərin  ―toskuur‖  (ləyən)  adlandırdıqları 



damğa da buna çox yaxındır.  

 

 



Bu  fakt  bir  çox  Altay  boylarının  bu  gün  yaşadıqları  ərazilərə  məhz 

Azərbaycan  və  ətraf  ərazilərdən  köçdüyünü,  Altay,  Qobi  və  Çinə  Tunc 

mədəniyyətini,  o  cümlədən  at  minmək  vərdişini,  metal  tökmə,  araba  qayırmaq, 

xalçaçılıq sənətlərini və s. məhz onların apardığını sübut etməkdədir. 

Timərədə  (Teymərədə)  rast  gəlinən  oğuz  boylarına  məxsus  damğalar  isə 

babalarımızın  bu  ərazilərin  ən  qədim  avtoxton  sahibləri  olduğunun,  buralarda  ən 

azı Erkən Tunc dövründən məskun olduqlarının və dünya sivilizasiyasında önəmli 

mərhəllərdən  biri  olan  Kür-Ataz  mədəniyyətinin  yaradıcıları  qismində  çıxış 

etdiklərinin təkzibedilmz sübutudur. 

 

 



 

 

 



 

 



 

 

 



 

 

 



 

 



 

 

 



Məlumat  üçün  bildirək  ki,  Erkən  Tunc  dövrünə  aid  bütün  bu  oğuz 

damğalarını  üzə  çıxaran  şəxs  yorulmaz  tədqiqatçı,  milliyyətcə  fars  olan 

Mohəmməd Naserferddir. Lakin o, qədim türk mədəniyyəti ilə tanış olmadığından 

bu  işarə  və  yazıların  protoelam  yazıları  olduğunu  zənn  etmiş,  İran  ərazisində 

bulunan  qayaüstü  təsvirlərə  həsr  etdiyi  3  cildlik  kitabında  da  oğuz  və  türk 

damğalarından  protoelam  yazısı  kimi  bəhs  etmişdir.

  Lakin  tərəfimizdən 

ona  türk 

damğaları  haqqında  məlumat  verilməsindən  sonra  səhvini  anlamış,  protoelam 

yazıları  kimi  bəhs  etdiyi  işarələrin  türk-oğuz  damğaları  olduğunu  təsdiq  edərək, 

onlara Bəlucistandan tutmuş Kürdüstana, Fars körfəsindən Türkmənsəhraya qədər 

İranın hər bir yerində rast gəlindiyini bəyan etmişdir.

 

 

 



Mohəmməd Naserferd 

 

                 

 

Timərədən tapılan türk damğası.  Altay türklərinin “aya” (yay) adlandrdıqları bu 

damğanı yitas boyuna məxsus soylardan biri daşımışdır 

 



Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə