Dilçi alim Firidun Ağasıoğlu özünün "Azər xalqı" kitabında bildirir ki, XLX əsrdən üzübəri V


Üzərində atlı və damğa rəsmi olan iki qayaüstü təsvir (Timərə)



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə17/24
tarix14.12.2017
ölçüsü0,59 Mb.
#15637
növüYazı
1   ...   13   14   15   16   17   18   19   20   ...   24

  

 

 



Üzərində atlı və damğa rəsmi olan iki qayaüstü təsvir (Timərə) 

 

  

 



 

Damğalı daşlar (Timərə) 

 

  

 



 

 

 

Üzərində türk damğası cızılmış qaya parçası (Timərə) 


 

Maraqlıdır  ki,  damğalara  xalça  naxışları  içərisində  də  rastlanmaqdadır. 

Firudin  Ağasıoğlu  bildirir  ki,  Azərbaycan  xalçalarında  olan  qədim  loqoqram, 

damğa və runik işarələr artıq ilkin ifadə funksiyasını itirib naxışa çevrilibdir: 



"Lakin  onların  bu  günə  qədər  donuq  Ģəkildə  olsa  da,  xalçalarda  iĢlənmə 

gələnəyi  göstərir  ki,  vaxtilə  informativ  yük  daĢıyan  həmin  iĢarələr  Azərbaycanda 

geniĢ  yayılmıĢdır...  Xalça  uzmanı  L.  Kərimovun  əksər  bölgələri  əhatə  edən 

"Azərbaycan  xalçası"  kitabından  loqoqram,  damğa  və  runik  iĢarələrə  aid  seçib 

verdiyim örnəklər runik yazının Qafqaz mənĢəli ehtimalı üzərində ciddi düĢünməyə 

əsas verir. 

Bəzi  xalça  naxıĢlarının  vaxtilə  damğa  hərf  olmasını  görmək  üçün  onları 

runik  yazıdakı  eyni  iĢarələrlə  müqayisə  etmək  kifayətdir.  NaxıĢların  xalçada  tam 

olmayan  bu  örnəyi  də  aydın  göstərir  ki,  runik  yazı  xalça  sənətində  geniĢ 

iĢlənmiĢdir." 

 

Xalça mədəniyyəti 

 

Eneolit  dövründə  toxuculuq  sənəti  daha  da  inkişaf  etmişdi.  Azərbaycanın 

bir  sıra  Eneolit  abidələrindən  —  Kültəpə  1,  Hacı  Firuz,  İlanlıtəpə,  Babadərviş, 

Leylatəpə  və  sairə  abidələrdən  tapılmış  iy  ucları,  habelə  Əlikömək  təpəsindən 

tapılmış saxsı qabın səthində qalmış toxuma izi bunu sübut edir. 

Əldə olan məlumatlar xalçaçılıq sənətinin artıq Neolit - Eneolit dövrlərində 

formalaşdığını sübut etməkdədir. Məşhur ingilis arxeoloqu Jeyms Mellart Anadolu 

ərazisində  yerləşən  Çatal  -  Hüyük  abidəsində  qazıntılar  apararkən  kömürləşmiş 

xalı  qalıqlarına  rast  gəlmiş  və  həmin  xalının  üzərindəki  naxışların  qorunub 

saxlanmamasından  böyük  təəssüf  hissi  keçirmişdi.  Lakin  qazıntıların  sonrakı 

mərhələsində  o  Son  Eneolit  dövrünə  aid  yaşayış  binasının  divarında  xalça 

naxışlarını xatırladan naxışlara rast gəlmiş, bu naxışların bu günə qədər Anadoluda 

toxunmaqda  olan  türk  xalçalarının    naxışları  ilə  tam  eyni  olduğunu  görüb 

təəccüblənmişdi.    

 

 

 



Bas damğalı uyğur xalısı

 


Eyni halla cənubi Türkmənistanda qazıntılar aparan tanınmış rus arxeoloqu 

Sarianidi də üzləşmişdi. O, tapdığı Son Eneolit  - Erkən Tunc dövrlərinə aid saxsı 

qabların üzərindəki naxışların bu gün də həmin ərazidə toxunmaqda olan türkmən 

xalçalarının naxışları  ilə  eynilik təşkil  etdiyini    görüb  son dərəcə  heyrətlənmişdi. 

Sarianidi  digər  bir  tanınmış  rus  arxeoloqu  Masson  ilə  birlikdə  qələmə  aldıqları 

―Qaraqum: Sivilizasiyanın ilk şəfəqi‖ adlı kitabında bu mövzuya toxunaraq yazır: 



“Eramızdan  əvvəl    lll  minilliyin  ikinci  yarısından  etibarən  Cənubi 

Türkmənistan  qəbilələrinin  dulusçuluq  sənətində  böyük  dəyiĢikliklər  baĢ  verməyə 

baĢladı. Zoomorf motivlərin yerini həndəsi naxıĢlar tutdu. Bu naxıĢlar ağlasığmaz 

bir Ģəkildə xalça naxıĢlarını xatırlatmaqdadır.” 

Sənətşünas  alim  Kübra  Əliyeva  haqlı olaraq  yazır  ki, hər bir xalqın  naxış 

sənəti  nüəyyən  etnik  xüsusiyyətlərə  sahibdir  və  digər  xalqların  naxış  sənəti  ilə 

ümumi cəhətlərə malikdir:  



“Xalqın  mədəniyyətinin  əhəmiyyətli  tərkib  elementlərindən  biri  olan  və 

onun tarixi ilə sıx bağlı olan naxıĢlar etnik mədəniyyət tarixinin öyrənilməsində də 

mühüm  mənbə  rolunu  oynayır.  NaxıĢ  sənəti  xalqın  məiĢəti,  ictimai  Ģəraiti  ilə  sıx 

bağlı olmaqla yanaĢı, onun fəlsəfi - dini və magik dünyagörüĢünü də əks etdirir. 

NaxıĢ  motivləri  təkrarlanaraq  ritmlər  yaradır.  Təsadüfi  deyil  ki,  ornament 

motivlərini  ritmlər  də  adlandırırlar.  Bu  baxımdan  Tunc  dövrünə  aid  keramika 

məmulatlarının  naxıĢlarının  öyrənilməsi  böyük  önəm  daĢımaqdadır.  Həmin  dövrə 

aid  Naxçıvan  saxsı  qablarının  üzərlərindəki  naxıĢları  gözdən  keçirməklə 

ornamentlərin  xarakterini  müəyyənləĢdirmək  mümkündür.  Bu  qabların  üzərindəki 

naxıĢlar  içərisində  həndəsi  fiqurlar:  romblar,  üçbucaqlılar,  latın  əlifbasının  “S” 

hərfini və üç rəqəmini xatırladan spiralvari elementlər, spirala çevrilən düz xətlər 

və  sairə  geniĢ  yayılmıĢdır.  Eyni  motivlərə  Azərbaycan  xalçalarında  da  rast 

gəlinir.” 

Xalça  sənətini  Azərbaycan  üçün  əvəzsiz  və  tükənməz  sərvət  adlandıran 

Məmmədhüseyn Hüseynovun sözlərinə görə, tarixi, mübarizələrlə keçmişi olan bir 

xalq maddi-mədəni, mənəviyyat tarixini  xalı-xalçalara toxuyaraq  əsrlərdən-əsrlərə 

ötürüb  yaşatmışdır.  İbtidai halından tarixin  bütün  səhifələrində  sanki iştirak  edən 

xalça  sənətimiz,  oxunması  gərək  olan,  səhifələrinin  sayı  bilinməyən  bir  kitabəyə 

çevrilmişdir: 

“Öz  varlığını  təbiətdən,  insan  zəkasından  alan  bu  sənətin  zaman-zaman, 

pilləpillə  inkiĢaf  edərək,  böyük  rəssamların,  sənətkarların  təffəkkür  süzgəcindən 

keçərək, tarixin aynasında, özünü xalq sənətində yaĢadaraq inkiĢaf etmiĢdir. Əlinə 

qələm  alıb  bir  xalça  əsəri  yaratmaq  istəyən  rəssamın  keçirdiyi  hisslər,  qarĢısına 

qoyduğu ideyalar və toxunacaq xalça layihəsinin hazırlanması, çox böyük zəhmət, 

bilik və zövq tələb edir. Çünki, xalça sənətinin nəzəriyyəsi mədəniyyətin özünüifadə 

sistemi  olan  və  nitq  kimi  struktur  açılıĢa  və  mənimsənilməyə  imkan  verən 

təsvirçiliyin dili haqqında dolğun bir elmi bilikdir”. 

 



Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə