Dilçi alim Firidun Ağasıoğlu özünün "Azər xalqı" kitabında bildirir ki, XLX əsrdən üzübəri V



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə19/24
tarix14.12.2017
ölçüsü0,59 Mb.
#15637
növüYazı
1   ...   16   17   18   19   20   21   22   23   24

buluda,  həm  də  əjdahaya  ―buka‖  deyilmişdir.  Yəni  ―buka‖  ifadəsi  həm  ―bulud‖, 

həm  də  ―əjdaha‖  sözünün  sinonimi  idi.  Üstəlik  də  bulud  mənasındakı  ―buka‖  ilə 

əjdaha mənasındakı ―buka‖omonim sözlər idi. 

            İndi  isə  üçüncü  elementə  keçək  və  hər  üç  elementi  birlikdə  ―oxumağa‖ 

çalışaq.    İlk  öncə  qeyd  etmək  lazımdır  ki,  qədim  türk  dilində  ―qoyun‖  sözünün 

―koy‖  və  ―ud‖  kimi  sinonimləri  olmuşdur.  Bu  sinonimlərdən  ―ud‖  eyni  zamanda 

―udmaq‖  felinin  kökü  olan  ―ud‖  kəlməsi  ilə  omonimdir.  Deməli,  buradakı  ―qoç‖ 

işarəsi ilə  ―ud‖ kəlməsi yazılmış və bu kəlmə udmaq mənasında işlənmişdir. Odur 

ki,  xalcadakı  ideoqrafik  yazı  belə  oxunmalıdır:  Buka,  yəni  bulud  və  ya  əjdaha 

günəşi uddu. 

            Bu  baxımdan  başqa  bir  Azərbaycan  xalçası  da  özündə  çox  maraqlı  bir 

mifoloji informasiya daşımaqdadır. Söhbət Nyu - Yorkda Berq Andonyanın şəxsi 

kolleksiyasında saxlanılan XlX əsrə aid bir Quba xalçasından gedir. 

             Minilliklər  boyu  nəsildən  nəslə  ötürülərək  dövrümüzədək  ulaşmış  bu 

motivi bizim üçün maraqlı edən xalçada, sxematik şəkildə də olsa, əllərini yuxarı 

qaldırmış bir qadın təsvirinin boğaz nayihəsini bəzəyən ağac təsviri ilə birlikdə əks 

edilməsidir  ki,  bu  da  Eneolt  dövrünə  aid  olan,  qarın  nahiyələrində  ağac  təsvir 

edilən,  Umay  ilahəsini  təmsil  edən  heykəlciklərlə  eyni  semantik  məna  yükünü 

daşımasıdır. 



            Xalçadakı  ilahənin  qarnı  iki  kameralı  təsvir  edilmişdir.  Bunda  məqsəd  bir 

yandan  onun  hamilə  olduğunu  diqqətə  çatdırmaq,  digər  yandan  diqqəti  buna 

çəkərək  söhbətin  Umaydan  getdiyini  vurğulamaqdır.  Çünki,  artıq  qeyd  etdiyimiz 

kimi  qədim  türk  dilində  qadın  bətninə  ―umay‖  deyilirdi.  Ən  maraqlı  cəhətlərdən 

biri  isə  odur  ki,  bu  təsvirdə  ağac  ilahənin  qarın  nahiyəsində  deyil,  boğaz 

nayihəsində təsvir edilmişdir. Bunun da səbəbini bilmək üçün qədim türk dilindəki 

omonimlər sistemindən xəbərdar olmaq lazımdır. 

            Qədim türk dilində ―boğaz‖ kəlməsi təkcə insan bədəninin gövdəsini başla 

birləşdirən  hissəsinə  deməmişlər,  eyni  zamanda  bu  kəlmə  ilə  hamiləliyi  də  ifadə 

emişlər. Bu gün də Azərbaycan türkcəsində hamiləlik mənasında ―boğaz‖ kəlməsi 

işlənməkdədir. Eyni kəlmə əski türk yazılı abidələrində daha məhsuldar olmuşdur. 

Məsələn, ―Oğuznamə‖nin uyğur variantında bu kəlməyə ―töl boğaz‖ söz birləşməsi 

şəklində rast gəlirik: 

            “TÖL  BOĞAZ  BULDĠ,  KÜNLERDEN  SONQ,  KECƏLƏRDƏN  SONQ 

YARUDĠ.”(O,DÖL  BOĞAZ  OLDU,  GÜNLƏR,  GECƏLƏR    SONRA  YÜKÜNÜ 

YERƏ QOYDU.) 

             Bu xalçada diqqəti çəkən daha bir maraqlı məqam Umay ilahəsini ətrafını 

22  çiçəyə  bənzər  elementin  bəzəməsidir.  Çox  güman  ki,  bu,  22  oğuz  boyuna 

işarədir.  Məsələ  burasındadır  ki,  oğuz  boylarının  sayını  24  kimi  qeyd  edən 

Yazıçıoğlu Əlidən fərqli olaraq Mahmud Kaşğarlı onların sayını 22 göstərmişdir. 



             Bir  vaxtlar  Macarıstanın  paytaxtı  Budapeşt  şəhərindəki  əntiq  mallar 

mağazasında  saxlanılan  və  haqqında  Azərbaycan  elmi  ictimaiyyətinə  sənətşünas 

alim  Rasim  Əfəndi  tərəfindən  məlumat  verilən,  XlX  əsrdə  toxunmuş  Şirvan 

xalçasında da oğuz boylarına işarə edilməkdədir. Beləki bu xalçanın üzərindəki 3 

romba  bənzəyən  8  bucaqlı  fiqurlardan  ən  altdakında  24  qarmaqvari  işarə  gözə 

dəyir. Ola bilsin ki, bunlar 24 oğuz boyunu təmsil edir. 




             Diqqəti ən çox cəlb edən isə xalçanın alt tərəfindəki simmetrik şəkildə iki 

dəfə  təkrarlanan  3  oxdur.  Görünür  bu  oxlar,  haqqında  ―Oğuznamə‖də  söz  açılan 

üçoxları təmsil edir. ―Oğuznamə‖də  deyilir: 

           "Oğuz  Kağanın  yanında  ağ  saqqallı,  ağ  saçlı  bir  kiĢi  vardı.  Xeyirxah, 

müdrik bir kiĢi idi, yuxu yozan, qeybdən xəbər verəndi. Onun adı Uluğ Türük idi. 

Günlərin  bir  günü  o,  yuxuda  bir  qızıl  yayla  üç  gümüĢ  ox  gödü.  Bu  qızıl  yay 

gündoğandan    günbatanacan  uzanmıĢdı,  üç  gümüĢ  ox  isə  quzeyə  tərəf 

qanadlanmıĢdı. Oyandıqdan sonra Uluq Türük yuxuda gördüklərini Oğuz kağana 

bildirdi. Söylədi: 

            -Ay Kağanım, sənin ömrün olsun uzun! Ay Kağanım, qoy ədalət olsun sənə 

qanun! Göy Tanrı mənə yuxumda bildirdi. Qoy  yuxum çin olsun! Aldığın torpağı 

sənin uruğuna versin! 

             Oğuz  Kağan  Uluq  Türükün  sözünü  bəyəndi,  öyüdünü  dinlədi,  öyüdünü 

tutub  əməl  elədi.  Sonra  sabah  olunca,  böyük  qardaĢları,  kiçik  qardaĢları 

çağırtdırıb gətirtdi. Onlara belə söylədi: 

            -Könlüm ov istəyir. Qocalıqdan yox məndə daha taqət. Gün, Ay, Ulduz, siz  

gündoğana tərəf gedin, Göy, Dağ, Dəniz, siz də günbatana tərəf gedin. 

            Bundan  sonra  üçü  gündoğana,  üçü  də  günbatana  doğru  getdi.  Gün,  Ay, 

Ulduz  çoxlu  vəhĢi  heyvan,  çoxlu  quĢ  ovlayıb, sonra  yoldan  qızıl  bir  yay  tapdılar. 

Yayı  götürüb,  atalarının  yanına  gəldilər.  Oğuz  Kağan  sevindi,  güldü,  onu  üç 

hissəyə böldü. Dedi: 

            -Ay böyük qardaĢlar, yay sizin olsun. Oxları göylərə atın! 

            Bundan  sonra  Göy,  Dağ,  Dəniz  çoxlu  vəhĢi  heyvan,  çoxlu  quĢ  ovlayıb, 

sonra yoldan üç gümüĢ ox tapdılar. Götürdülər, atalarına verdilər. 

            Oğuz  Kağan  sevindi,  güldü,  oxları  hər  üçünün  arasında  bölüĢdürdü.  Belə 

söylədi: 

            -Ay kiçik qardaĢlar, oxlar sizin olsun. Yay oxu atdı. Sizlər olun oxlar tək.” 

            Dastandan belə məlum olur ki, Oğuz Kağan yayı verdiyi oğullarının nəslini 

Bozoklar,  oxları  verdiyi  oğullarının  nəslini  isə  Üçoklar  adlandırmışdır.  Deməli, 

sözügedən Quba xalçası üçok, yəni üçox tayfasının yaratdığı çeşnilərdəndir. 

            Anadoluda geniş yayılmış 24 xanalı türkmən - oğuz xalılarındakı xanaların 

sayı da 24 oğuz boyunu ifadə etməkdədir. Firidun Ağasıoğlu deyir: 

 

 



 


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə