Dilçi alim Firidun Ağasıoğlu özünün "Azər xalqı" kitabında bildirir ki, XLX əsrdən üzübəri V



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə9/24
tarix14.12.2017
ölçüsü0,59 Mb.
#15637
növüYazı
1   ...   5   6   7   8   9   10   11   12   ...   24

Ağasıoğlunun  yazdığına  görə,  bu  qədim  xalqın  geyimləri  Qafqaz  mənşəli 

olmuşdur. Bu faktın əhəmiyyəti ölçüyəgəlməz dərəcədə böyükdür. 

Avropalı  alimlər  bu  qədim  mədəni  xalqın  avropoid  irqinə  mənsub 

olmasından  heyrətlənmiş  və  çinli  həmkarları  ilə  birlikdə  mumiyalardan  gen 

nümunələri  götürərək  onları  hind-Avropa  xalqlarının  genləri  ilə  tutuşdurmuş  və 

məlum olmuşdur ki, onlar hind-Avropa mənşəli deyillər. Sonra isə onların genləri 

Pazırıq kurqandan tapılan və Ermitajda saxlanılan mumiyanın gen nümunələri ilə 

müqayisə edildi və məlum oldu ki, hər iki mədəniyyətin daşıyıcıları eyni xalqdır və 

R1  halloqrupuna  aiddirlər.  Maraqlıdır  ki,  Anadoludakı  Neolit  dövrünə  aid  Çatal-

Höyük  mədəniyyətinin  yaradıcıları  da  eyni  halloqrupun  daşıyıcısı  olmuşlar. 

Mütəxəssislər  kurqan  mədəniyyətini  yaşadan  xalqların  da  bu  qrupdan  olduqlarını 

təsbit  etmişlər.  Sonrakı  genetik  tədqiqatlar  isə  göstərdi  ki,  həm  "Çin 

mumiyalarının", həm də Pazırıq mədəniyyətinin yaradıcıları türkdürlər və avropoid 

irqinin  kaspi  (oğuz)  qoluna  mənsubdurlar.  Yəni  qəbirlərinə və  skeletlərinə  Çində 

(e.ə. ll minillik) və Altayda (e.ə. V-lV əsrlər) rast gəlinmiş türklər avropoid idilər 

və  monqoloid    aborigenlərdən  fərqli  antropoloji  özəlliklərinə  sahib    idilər,  başqa 

sözlə, Çin və Altayın aborigenləri olmamışlar və Qərbdən gəlmişlər. 

           Mövzumuz baxımından türkoloq alim Əfzələddin Əsgərin yazdıqları da çox 

maraqlıdır: 

           “Ox-yay  qədim  türk  təfəkküründə  həm  dini,  həm  siyasi,  həm  də  dövlət 

quruluĢunda  müəyyən  simvolik  məna  ifadə  edirdi.  Oxun qədim  türk  təfəkküründə 

belə  çoxĢaxəli  məna  daĢıması  heç  Ģübhəsiz  onun  əmək  aləti  olmasından,  ən 

baĢlıcası isə hərbi funksiysından irəli gəlirdi. 

           Yay-ox istər hun türklərinin, istərsə də göytürklərin ən çox iĢlətdikləri silah 

növü  olmuĢdur.  Türklər  silahın  bu  növündən  məharətlə  istifadə  edirdilər.  Bizim 

eradan  əvvəl    ll  əsrə  aid  olan  Çin  qaynağında  deyilir:  Hunların  yay  və  ox 

iĢlətməkdə  təcrübə  və  hünərləri  çoxdur,  hər  atdıqlarının  hədəfə  dəyəcəyinə 

əmindirlər. 

            Yenə də həmin dövrə aid baĢqa bir Cin yazısında deyilir: Hunlar at üstündə 

dördnalla çaparkən belə, ox ata və yay çəkə bilirlər. 

             Türklərin  yay  çəkmə  bacarığı  haqqında  məlumatlara  ərəb  və  farsdilli 

mənbələrdə  daha  çox  tuĢ  gəlirik.  Bəsrəli  Cahiz  türklərin  bu  fitri  qabiliyyətini 

incədən – incəyə açıqlamıĢdır: Əgər min türk süvari oxu çəkib bir dəfə atsalar, min 

atlı  həlak  olacaq  və  belə  zərbədən  sonra  ordudan  heç  bir  əsər  qalmayacaq.  Nə 

xarici, nə bədəvi atı üstündə belə  ox ata bilmir. Türk isə oxĢar  Ģəkildə  həm  vəhĢi 

heyvanları, həm quĢları, həm yarıĢ zamanı niĢani, həm adamları, həm hərəkətsiz 

fiquru,  həm  çəkilmiĢ  təsviri, həm  də  yırtıcı  quĢları  oxlayır.  O,  ox  ata-ata  öz  atını 

irəli,  geri,  sağa  -  sola,  yuxarı,  aĢağı  sürür,  xarici  bir  ox  atınca  türk  doqquzunu 

atır...” 

Tunc  dövründə  insanların  dünyagörüşündə  baş  verən  köklü  dəyişikliklər 

Qobustanın həmin dövrə aid qayaüstü təsvirlərindən çox aydın hiss edilir. Əvvəlki 

dövrlərdən  fərqli  olaraq,  bu  dövrdə  artıq  öküz  təsvirlərinə  rast  gəlinmir.  Bu  isə  o 

deməkdir  ki,  onlar  artıq  sitayiş  obyekti  olmaqdan  çıxmışdılar.  Bunu  o  fakt  da 

təsdiq  edir  ki,  Tunc  dövründə  insanların  dünyagörüşündə  baş  verən  köklü 

dəyişikliklər  Qobustanın  həmin  dövrə  aid  qayaüstü  təsvirlərindən  çox  aydın  hiss 



edilir.  Əvvəlki  dövrlərdən  fərqli  olaraq,  bu  dövrdə  artıq  öküz  təsvirlərinə  rast 

gəlinmir.  Belə  ki,  Azərbaycanın  son  Eneolit  –  erkən  Tunc  dövrlərinə  aid  Şomu-

təpə,  Töyrə-təpə,  Qarğalar  təpəsi,  Baba-Dərviş  və  Əlikömək  təpəsi  kimi 

abidələrində  tədqiqat  aparmış  arxeoloq  D.  Hacıyev  həmin  dövrlərdə  insanların 

artıq  iribuynuzlu  heyvanların  da  ətindən  istifadə  etdiklərini  təsbit  etmişdir. 

Araşdırmalar  nəticəsində  Şomu-təpədən  əldə  edilən  heyvan  sümüklərinin  57  %-

inin  kiçikbuynuzlu  heyvanlara,  25  %  -  nin  iribuynuzlu  heyvanlara,  5,5  %-nin  isə 

qabana aid olduğu üzə çıxmışdır. Töyrə-təpədən tapılan sümüklərin isə 25,5 %-ni 

öküz sümükləri təşkil edirdi. Qarağalar təpəsi, Baba-Dərviş və Əlikömək təpəsində 

isə bu göstəricilər müqabil olaraq 23,4 %, 36,5 % və 43,3 %-dir. 

Bu  isə  o  deməkdir  ki,  həmin  dövrlərdən  etibarən  öküzləri  yeməyə 

başlamışlar. Çünki artıq onları müqəddəs varlıq hesab etmirdilər. Bir sözlə, öküz 

kultu yerini tədricən günəş kultuna vermişdir.                                                              

            Tunc  dövründə  günəş  kultunun  öküz  kultunu  üstələməyə  başlamasını  və 

hətta həmin dövrdə öküzün kəsilərək günəşə qurban verildiyini yazılı mənbələr də 

təsdiq  etməkdədir.  Bu  baxımdan  şumer  ədəbiyyatının  şah  əsəri  hesab  edilən 

―Bilqamıs dastanı‖nda təsvir edilən bir olay deyilənlərə ən gözəl sübutdur:     

                                                                   

           ““Dostum, mən də görürəm buğada çılğınlığı, 

 

                Bizi qorxuda bilməz onun bu azğınlığı.  

                O buğanı ikimiz bir yerdə öldürərik, 

                Mən onun ürəyini çıxardaram yerindən, Utuya apararam. 

                Buynuzuna zeytun yağı doldurub, Luqalbandaya çatdıraram.  

                Sən onun quyruğunun yapıĢ yoğun yerindən,  

                Alnına, peysəinə xəncər vuracağam mən.” 

                Enkidu hərləyərək onun dalınca qaçdı, 

                Quyruğunun lap yoğun yerindən o yapıĢdı. 

                Bilqamıs öz dostunun igidliyini gördü, 

                Buğanın alnına, peysərinə xəncər vurdu.  

               Gətirdilər qoydular Utunun qarĢısına, 

               Bir az kənarda durub, səcdə etdilər ona.” 

 

Bir  sözlə,  öküz  kultu  yerini  tədricən  günəş  kultuna  vermişdi.  Bu  da  təbiidir. 

Çünki zaman keçdikcə insanların sayı durmadan artmış və bu da ərzaq probleminin 

yaranmasına gətirib çıxarmışdı. Öküz və inək isə həm zəngin ət, süd mənbəyi, həm 

də  əkinçilərin  işini  yüngülləşdirən  səmərəli  güc  mənbəyi  kimi  çıxış  etmək 

potensialına  sahib  idi.  Artıq  son  Eneolit  –  erkən  Tunc  dövrlərindən  etibarən  

öküzlərin  kotana  qoşulduğunu  təsdiqləyən  çox  sayda  fakt  mövcuddur.  Bununla 

belə,  dövrümüzədək  ulaşan  və  həmin  dövrlərin  yadigarları  olan  cütçü 

nəğmələrindən  də  göründüyü  kimi,  öküzə  hələ  də  son  dərəcə  xoş  münasibət 

bəslənilir, o, marala, ceyrana bənzədilərək əzizlənirdi: 



 

“HuĢa. HuĢa öküzüm, 

Sel gəldi, ho, sel gəldi. 

HuĢa, huĢa maralım, 


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə