Dini torelantliq indd



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə37/52
tarix22.07.2018
ölçüsü0,8 Mb.
#57814
1   ...   33   34   35   36   37   38   39   40   ...   52

117
ayrı-ayrı  xalqların  mədəniyyətləri  öz  milli  xüsusiyyətlərini 
saxlamaq şərtilə biri-birini zənginləşdirmiş və inkişaf etdir-
mişdir.
Dialoq anlayışının fəlsə i mahiyyətini şərh etmək üçün, 
hər şeydən əvvəl monoloq və poliloq anlayışına diqqət ye-
tirmək  lazımdır.  Monoloq  dedikdə  bir  nəfərin  müəyyən  i-
kir irəli sürməsi, yaxud fərdin özünə, ya da ki bir qrup din-
ləyicilərə müraciəti başa düşülür. Poliloq – iki nəfərdən çox 
tərə lərin  müəyyən  ünsiyyət  prosesində  iştirakıdır.  Dialoq 
ünsiyyət prosesində iki, yaxud daha çox fərdlərin bir-biri ilə 
fakir mübadiləsinə deyilir. 
Rus alimi f.e.d., professor V.M.Pivoyev dialoqu fəlsə i an-
lamda şərh edərək yazır ki, dialoqda ünsiyyətin iki subyekti
iki  «şüuru»  iştirak  edir  və  onlar  öz  ikirlərini  ifadə  etmək, 
bir-birini  başa  düşmək  və  anlamağa  nail  olmağa  çalışırlar. 
Hər bir dialoq iştirakçısı üçün vacib şərt birincisi, öz  ikrinin 
başqası  tərə indən  eşidilməsi,  sonra  isə  başqasını  düzgün 
anlamaq  arzusudur.  Dialoq  «özünün»  və  «özgənin»  şüuru-
nun  dialektik  ziddiyyətidir.  Dialoq  –  hər  biri  ayrı-ayrılıqda 
mövcud  olan,  biri-digərindən  asılı  olmayan  «özgəni»  anla-
mağa və onun  ikrini mənimsəməyə, «özünün  ikrinin suve-
renliyini saxlamağa cəhd edən prosesdir. (97,s.130) Biz dia-
loq anlayışını əgər mədəniyyətə tətbiq etsək V.M.Pivoyevin 
yuxardakı  ikri ilə razılaşmamaq mümkün deyildir.
Tarixi  təkamül  prosesində  bütün  mədəniyyətlər  qarşı-
lıqlı təsir nəticəsində bir-birini zənginləşdirmişdir. Bu qarşı-
lıqlı təsir prosesi eyni regionda yerləşən və bir-birinə qonşu 
olan xalqların mədəniyyətində daha çox özünü göstərmişdir. 
Məsələn, Qərbin və Şərqin təsiri ilə formalaşan Rusiya mə-
dəniyyətinin  inkişafını  buna  misal  göstərmək  olar.  Bu  ikri 
Azərbaycan mədəniyyətinə də aid etmək olar. Belə ki, Şərq 
və Qərbin qovuşuğunda yerləşən Azərbaycanın mədəniyyə-
tinin formalaşması və inkişafında həm Şərq, həm də Qərbin 


118
təsiri tarixən özünü göstərmişdir.
Tarixən  həm  Şərq,  həm  də  Qərb  sivilizasiyası  ilə  bağlı 
olan Azərbaycan indiki dövrdə də, həm Qərb, həm də Şərq 
mədəniyyətinin daşıyıcısı kimi çıxış edir. Bu  ikri əsaslandır-
maq  üçün  prezident  İ.Əliyevin  7-9  aprel  2011-ci  il  tarixin-
də Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq 
Forumundakı çıxışında söylədiyi  ikirlərə diqqət yetirək. Fo-
rumdakı çıxışında Azərbaycanın İslam dünyasının, Şərq mə-
dəniyyətinin tərkib hissəsi olduğunu vurğulayan prezident 
İ.Əliyev bu haqda demişdir: «Azərbaycan İslam dünyasının 
tərkib hissəsidir.  İslam dəyərləri, milli dəyərlər bizim 
üçün çox əzizdir. Müstəqillik dövründə Azərbaycan çox 
böyük və  uğurlu yol keçmişdir. Müstəqillikdən  əvvəlki 
dövrdə milli mənsubiyyətimizi, milli xarakterimizi qo-
ruyub saxlamaq üçün bizim tariximiz, mədəniyyətimiz
dilimiz, dinimiz müstəsna rol oynamışdır.» (98)
Azərbaycanın İslam ölkələri ilə siyasi-iqtisadi və mədəni 
əlaqələrinin hazırki şəraitdə çox geniş olduğunu qeyd edən 
İ.Əliyev  Azərbaycan  mədəniyyətinin  Şərq  mədəniyyətinin 
tərkib hissəsi olmaqla yanaşı, həm də Qərb mədəniyyətinə 
çox  yaxın  olduğunu  vurğulayaraq  demişdir:  «Azərbaycan 
İslam Konfransı  Təşkilatının üzvüdür və müsəlman 
ölkələri ilə bizim çox sıx  əlaqələrimiz vardır. 2009-cu 
ildə Bakı İslam mədəniyyətinin paytaxtı elan edilmişdir. 
2018-ci il üçün isə bu şərə li ada Azərbaycanın qədim 
şəhəri Naxçıvan layiq görülmüşdür. Eyni zamanda, Azər-
baycan bütün dövrlərdə  Qərb dünyasına da çox bağlı, 
çox yaxın olubdur. Müsəlman  şərqində ilk demokratik 
respublika 1918-ci ildə Azərbaycanda yaradılmışdır. İlk 
teatr məhz Azərbaycanda yaranmış, ilk opera burada 
səhnəyə qoyulmuşdur. Qadınların səs vermək hüququ 
müsəlman aləmində ilk dəfə məhz Azərbaycanda təmin 
edilmişdir.”(99)


119
Son  illərdə  Azərbaycan  bir  çox  beynəlxalq  mədəniyyət 
tədbirlərinin keçirildiyi mərkəzə çevirilmişdir. Məsələn, tək-
cə,  2010-cu  ildə  bir  çox  beynəlxalq  mədəniyyət  tədbirləri 
respublikamızda keçirilmışdir. Bu tədbirlər aşağıdakılardır:
1. Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalı; 
2. Qəbələ II Beynəlxalq Musiqi Festivalı;
3. Bakı Birinci Teatr konfransı; 
4. Milli Teatr Festifalı;
5. Çexov adına Beynəlxalq Teatr Festivalının «İpək yolu» 
mərhələsi;
6. Vokalçıların Bülbül adına V Beynəlxalq Müsabiqəsi;
7. IV Beynəlxalq Rostropoviç Festivalı və s.
Yuxarıda  göstərilən  beynəlxalq  səviyyəli  mədəniyyət 
tədbirlərinin  respublikada  keçirilməsini  mədəni  əməkdaş-
lıq  və  mədəniyyətlərarası  dialoqda  Azərbaycanın  rolunu 
və əhəmiyyətini göstərən mühüm hadisə kimi dəyərləndir-
mək  olar.  Xüsusən,  «Euronews»  telekanalının  2010-cu  ilin 
yekununa  həsr  olunmuş  verilişində  Avropanın  ən  nüfuzlu 
mədəniyyət  hadisələrinin  sırasında  Bakıda  Beynəlxalq  Caz 
Festivalının keçirilməsinin xüsusi qeyd edilməsi də Azərbay-
can  mədəniyyətinin  dünya  mədəniyyətinə  inteqrasiyası  və 
beynəlxalq mədəniyyət tədbirlərindəki fəaliyyətini göstərən 
faktlardan biridir. Azərbaycan mədəniyyətinin genişmiqyaslı 
təbliği ilə bağlı həyata keçirilən tədbirlər mədəniyyətimizin 
hərtərə li inkişafının geniş vüsət alması ilə şərtlənir.
Keçmiş  postsovet  məkanında  formalaşan  kulturolo-
ji  nəzəriyyələrin  müxtəlif  regionlarda  yayılmasında  mə-
dəni  əlaqələrin  genişləndirilməsi  mühüm  rol  oynamışdır. 
Məsələn, müxtəlif ölkələrdə mədəniyyət günlərinin keçiril-
məsi mədəni əlaqələrin genişlənməsində əsas amillərdən bi-
ridir. Azərbaycan mədəniyyətinin başqa ölkələrdə, xüsusən, 
Yaxın və Orta Şərq ölkələrində təbliğində, həmin ölkələrdə 
keçirilən mədəniyyət günləri mühüm əhəmiyyət kəsb etmiş-


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə