Dini torelantliq indd



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə36/52
tarix22.07.2018
ölçüsü0,8 Mb.
#57814
1   ...   32   33   34   35   36   37   38   39   ...   52

114
vilizasiyalar arasında dialoqdan çox danışılır. Lakin reallıq-
da bəzi hallarda biz təhlükəli meyillər: toqquşmalar, təcrid 
olma, münaqişələr və digər hallar görürük və bunları bəzən 
dini mənsubiyyətlə bağlayırlar. Bu çox təhlükəli meyllərdir. 
Çünki, bunun çox gözlənilməyən nəticələri olur. Mən hesab 
edirəm ki, dünyanın aparıcı intellektual dairələri – alimlər, 
qabaqcıl insanlar birgə yaşayış prinsiplərinin, dinlər, xalqlar, 
millətlər arasında anlaşmanın təşviq olunmasında müəyyən 
rol oynaya bilərlər. (92)
Qeyd  edək  ki,  konfransda  çıxış  edən  Latın  Mədəniyyət 
Akademiyasının  baş  katibi  Kandido  Mendes  Azərbaycanda 
mədəniyyətlərarası  vəziyyətin  yaxşı  olduğunu  vurğulamış 
və  konfransa  sədrlik  edən  H.Əliyev  fondunun  prezidenti 
Mehriban xanım Əliyevaya müraciət edərək demişdir: «Bö-
yük gələcək perspektivlərə malik bir ölkə kimi, Azərbaycan 
xüsusi diqqətə layiqdir. Siz sırf Avrasiya ölkəsi deyilsiniz. Siz 
bu iki geosiyasi xətlərin tarazlaşdırılmasını təmin edə bilə-
cək bir ölkəsiniz. Məhz buna görə Latın Mədəniyyəti Akade-
miyası  slavyanların,  türklərin,  digər  Avrasiya  millətlərinin 
arasında korpü yaratmağa çalışır.... Tarixin nə cür, nə məcra-
da inkişaf etməsinin məhz Azərbaycandan görünüşü bizim 
üçün vacibdir. Buna görə, qarşınızda baş əyirik və bu gözəl 
dialoqu  məhz  sizin  ölkənizdə  həyata  keçirdiyimizə  görə 
təşəkkürümüzü bildiririk.»(93)
Aparılan müşahidələr göstərir ki, Azərbaycan Respubli-
kası dinlərarası və mədəniyyətlərarası dialoqa artıq öz töhfə-
sini  verməkdədir.  2008-ci  il  2  dekabrda  Avropa  Şurasının 
üzvü  olan  dövlətlərin  mədəniyyət  nazirlərinin  «Mədəniy-
yətlərarası dialoq Avropa və onun qonşu regionlarında da-
vamlı inkişafın və sülhün əsasıdır» mövzusunda beynəlxalq 
konfransın  Bakıda  keçirilməsi  Azərbaycanın  mədəniyyət-
lərarası  dialoqda  müəyyən  rol  oynadığını  göstərən  faktdır. 
Bakıda  keçirilən  və  250-dən  çox  nümayəndəni  əhatə  edən 


115
konfransda  Avropa  Şurasının  üzvü  olan  ölkələrdən  başqa, 
İslam  ölkələrinin  (İSESKO  və  ALESKO-nun)  yüksək  rütbəli 
rəsmiləri, müxtəlif beynəlxalq qeyri-hökümət təşkilatlarının 
təmsilçiləri o cümlədən, 16 nazir, 18 nazir müavini, 10 bey-
nəlxalq təşkilatın rəhbəri iştirak etmişdir. (94)
Konfransda  Azərbaycan  Respublikasının  prezidenti  İl-
ham  Əliyev,  Avropa  Şurasının  sabiq  Baş  katibi  Terri  Devis, 
İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman Əl-Tüveycri, 
ALESKO-nun  baş  direktoru  Mondi  Busnina,  YUNESKO-nun 
Mədəniyyət siyasəti və beynəlxalq dialoq bölməsinin direk-
toru  xanım  Katerina  Stenou,  Avropa  Şurasının  beynəlxalq 
mədəniyyətlərarası  əlaqələndiricisi  xanım  Qabriella  Batte-
ni-Draqoni,  BMT-nin  sivilizasiyaların  ittifaqı  o isinin  direk-
toru  Mark  Şuer  və  başqalarının  çıxışları  maraqla  qarşılan-
mışdır.
Qeyd edək ki, müzakirə olunan mövzuların mahiyyətinə, 
iştirakçıların  tərkibi,  əhatə  olunan  regionların  miqyasına 
görə Bakıda keçirilən bu konfransı Avropa və İslam ölkələ-
rinin  tarixində  mədəniyyətlərarası  dialoq  mövzusunda  ilk 
beynəlxalq  tədbir  kimi  dəyərləndirmək  olar.  Konfransda 
müzakirə olunan mövzular, əsasən, iki istiqaməti əhatə et-
mişdir. Bunlar aşağıdakılardan ibarətdir:
–  Mədəniyyət  siyasəti  və  mədəniyyətlərarası  dialoq: 
müxtəlif  mədəniyyətlərin  idarə  edilməsinə  dair  yeni  kon-
sepsiya;
– İrs və mədəniyyətlərarası dialoq: hamımız birgə milli 
irsdən dünyəvi irsə doğru;
Bu mövzuları müzakirə edən konfrans iştirakçıları belə 
qərara gəlmişlər ki, millətlərarası dialoqa və regionların da-
vamlı inkişafına təkan verən amillərdən biri millətlərin bü-
tün dəyərlərini göstərən milli irsdir. Milli irsin qorunub sax-
lanılması isə hər bir millətin və xalqın prinsipial məsələsidir. 
Konfransda  fəal  iştirak  edən  Azərbaycan  Respublikası-


116
nın prezidenti İlham Əliyev mədəniyyətlərarası dialoq, milli 
və dini tolerantlığın möhkəmlənməsində Azərbaycanın təc-
rübəsindən  danışaraq  demişdir:  «Azərbaycan öz dövlət 
müstəqilliyini bərpa etdikdən sonra əlbəttə, millətlə-
rarası münasibətlərə, milli və dini tolerantlığın möh-
kəmlənməsi işinə çox böyük diqqət verilmişdir. Bu gün 
Azərbaycan sözün əsl mənasında dostluq, qardaşlıq mə-
kanıdır. Burada bütün xalqlar,dinlərin nümayəndələri 
bir ailə kimi yaşayırlar. Mən  əminəm ki, Azərbaycanın 
bu istiqamətdə əldə etdiyi təcrübə çox önəmlidir. Şübhə 
etmirəm ki, konfrans zamanı bu barədə geniş söhbət 
açılacaqdır.»(95)
Şərqlə Qərb arasında körpü rolu oynayan Azərbaycanın 
mədəniyyətlərin dialoqunda mühüm əhəmiyyət kəsb etdiyi-
ni vurğulayan AŞ-nın sabiq baş katibi T.Devis konfransdakı 
çıxışında  demişdir:  «Bakı,  Azərbaycan  qeyri-adi  bir  mə-
kandır. Bura tarix boyu müxtəlif mədəniyyətlərin qovuşma 
nöqtəsi, Şərq və Qərb, Şimal və Cənub arasında təbii bir kör-
püdür.»(96)
Tarixi  reallıq  göstərir  ki,  hər  hansı  bir  xalq,  hər  hansı 
bir  millət  o  halda  mövcud  olub  inkişaf  edə  bilir  ki,  həmin 
millət  və  xalqlar  öz  mədəniyyətinin  özünəməxsusluğunu 
itirmədən, öz mədəni identikliyini qoruyub saxlamaqdadır. 
Bu baxımdan bütün xalq və millətlər öz mədəni sərvətləri-
ni başqa xalqlarla mübadilə edərək qarşılıqlı fəaliyyət əsa-
sında ömür sürürlər. Buradan belə çıxır ki, tarixdə ayrı-ayrı 
ölkələr,  xalqlar,  sosiumlar  və  ayrı-ayrı  şəxslər  bəşəriyyətin 
mədəniyyətlə  bağlı  olan  dialoq  fəaliyyətinin  konsepsiyası-
nı hazırlamağa və onu həyata keçirməyə həmişə israrla səy 
göstərmişlər.
Tarixi inkişaf prosesində kulturoloji nəzəriyyələrin, bü-
tövlükdə  müxtəlif  mədəniyyətlərin  biri-birinə  təsirində  di-
aloq  amili  mühüm  rol  oynamışdır.  Məhz  dialoq  vasitəsilə 


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə