Dini torelantliq indd



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə38/52
tarix22.07.2018
ölçüsü0,8 Mb.
#57814
1   ...   34   35   36   37   38   39   40   41   ...   52

120
dir. Əsasən 2000-ci ildən sonra müxtəlif ölkələrdə keçirilən 
Azərbaycan mədəniyyət günlərinin sayı çoxalmış, coğra iya-
sı isə genişlənmişdir. Mədəniyyət günləri həm Qərb, həm də 
Şərq ölkələrində keçirilmişdir.
Məsələn,  2010-cu  ilin  30  noyabrından  dekabrın  2-dək 
İordaniyada  keçirilən  Azərbaycan  mədəniyyət  günləri  mil-
li  mədəniyyətimizin  təbliği  sahəsində  çox  uğurlu  olmuş-
dur. Mədəniyyət günləri çərçivəsində İordaniyanın Əmman 
və  Zərka  şəhərlərində  bir  çox  tədbirlər  keçirilmiş,  Əmma-
nın  Kral  Mədəniyyət  Mərkəzində  yerləşən  sərgi  salonunda 
«Azərbaycan  ənənə  və müasirliyin qovuşuğunda»  adlı 
fotosərgi açılmışdır. Tədbirin açılışında iştirak edən respub-
likamızın Mədəniyyət və Turizm naziri Ə.Qarayev ölkəmizin 
mədəniyyəti, incəsənəti, muğamlarımız, eyni zamanda işğal 
olunmuş ərazilərimizdə erməni vandalistləri tərə indən da-
ğıdılmış  tarixi  və  mədəni  abidələr  haqqında  məlumat  ver-
mişdir. (100)
Azərbaycan qərb ölkələri ilə də öz mədəni əlaqələrini hə-
mişə genişləndirməyə çalışmışdır ki, bu da Qərbin Azərbay-
can mədəniyyətinə marağının getdikcə artması ilə şərtlənir. 
2009-cu  ilin  17-19  noyabr  tarixində  Macarıstanın  paytaxtı 
Budapeşt  şəhərində  «Azərbaycan-Macarıstan:  mədəniyyət-
lərin  dialoqu»  mövzusunda  IV  elmi  konfrans  keçirilmişdir. 
Konfrans  Azərbaycan  Respublikasının  Macarstandakı  sə-
irliyinin  təşəbbüsü  və  Diasporla  İş  üzrə  Dövlət  Komitəsi-
nin dəstəyi ilə keçirilmişdir. Konfransın işində tarix, iqtisa-
diyyat,  hüquq,  siyasət,  etnoqra iya,  ədəbiyyat  və  s.  sahələr 
üzrə AMEA-nın tanınmış alimləri iştirak etmişlər. Konfrans 
iştirakçılarına təbrik məktubu göndərən Macarıstanın xarici 
işlər  naziri  P.Balayin  Azərbaycanla  mədəni  əlaqələrin  əhə-
miyyətindən  bəhs  edərək  konfransa  göndərdiyi  məktubda 
bildirmişdir: «Azərbaycan mədəniyyətinin nadir dəyərlərini, 
o cümlədən onun memarlığını, ədəbiyyatını, xalq musiqisini, 


121
xalq ənənələrini və dil irsini nəzərə alsaq qarşımızda elə bir 
əlvan mənzərə açılar ki, Azərbaycan xalqı haqlı olaraq onun-
la fəxr edə bilər.»(101)
Qeyd edək Şərqdə, İslam ölkələrində bəzi şəhərlərin İs-
lam mədəniyyətinin paytaxtı elan olunduğu kimi, bu ənənə 
Qərbdə,  Avropa  ölkələrində  də  həyata  keçirilir.  Məsələn, 
2009-cu ildə Litvanın paytaxtı Vilnüs şəhəri də Avropa mə-
dəniyyətinin  paytaxtı  elan  olunub.  Göstərmək  lazımdır  ki, 
Azərbaycanın  Litva  ilə  o,  cümlədən  Pribaltika  ölkələri  ilə 
mədəni  əlaqələri  son  illərdə  xeyli  genişlənmişdir.  Məsələn, 
Azərbaycanla Litva arasında mədəniyyət və turizm sahəsin-
dəki əlaqələri buna misal göstərmək olar. 
Məsələn,  Litvanın  Turizm  Departamentinin  direktoru 
xanım Niele Klikine 2009-cu il aprel ayında Bakıda səfərdə 
olarkən  Litva  Respublikasının  Azərbaycandakı  sə irliyin-
də  keçirilən  mətbuat  konfransında  Litva  və  Azərbaycanın 
mədəni  əlaqələrindən  danışaraq  Litva  şəhərlərinin  mədə-
ni-tarixi  abidələri,  turizm  imkanları  haqqında  geniş  məlu-
mat vermişdir. Qeyd edək ki, son vaxtlar beynəlxalq turizm 
əməkdaşlığında  mühüm  rol  oynayan  Litva  respublikası  ilə 
mədəni  əlaqələrin  genişləndirilməsi  məqsədəuyğundur. 
Həm də Litva 2007-ci ildən Şengen ölkələri ailəsinə üzv ol-
muşdur. Hazırda Litvanın Azərbaycandakı sə irliyi hüquqi və 
iziki şəxslərə ümumi qısamüddətli vizalar vermək səlahiy-
yətinə malikdir.(102)
Azərbaycan-Rusiya  münasibətləri  tarixində  qarşılıqlı 
humanitar  və  mədəni  əlaqələrin  araşdırılmasına  gəldikdə 
qeyd  etmək  lazımdır  ki,  bu  əlaqələr  geniş  bir  tarixi  döv-
rü  əhatə  edir.  Azərbaycanın  Rusiya  ilə  mədəni-humanitar 
əlaqələrinin uzun bir tarixi dövrü əhatə etməsini tanınmış 
elm adamlarımız da qeyd etmişlər. Azərbaycan-Rusiya mə-
dəni-kulturoloji  əlaqələrinin  uzun  tarixə  malik  olduğunu 
vurğulayan akademik Ramiz Mehdiyev Humanitar əməkdaş-


122
lıq üzrə birinci Azərbaycan-Rusiya Forumunun açılışındakı 
çıxışında bu əlaqələrin mahiyyətindən bəhs edərək demiş-
dir: «Azərbaycan-Rusiya münasibətlərinin tarixinə humani-
tar əməkdaşlıq baxımından nəzər salmağa cəhd göstərsək, 
bu  münasibətlərə  hətta  ekskurs  belə  çoxillik  tədqiqatlar 
aparılmasını tələb edərdi. Burada biz Rusiya maarifçilərini, 
Sankt-Peterburq və Kazan universitetlərinin professoru Mir-
zə Kazımbəyin fəaliyyətini, Lermontovun Azərbaycan dasta-
nının motivləri əsasında yaratdığı gözəl «Aşıq Qərib» əsərini, 
Yeseninin Bakı haqqında ürəkdən gələn sətirlərini və ümumi 
tariximizin iki əsrdən çox dövrünə aid bir çox əlamətdar ha-
disələri və təzahürləri xatırlaya bilərik.»(103)
Azərbaycan  və  Rusiya  xalqları  arasında  qarşılıqlı  sosi-
al-humanitar  və  mədəni  əlaqələr  müstəqillik  dövründə  də 
davam  etmiş  və  genişlənmişdir.  Məsələn,  müstəqillik  döv-
ründə  Azərbaycan  və  Rusiya  xalqları  arasında  humanitar 
və mədəni əməkdaşlığın inkişafından danışan akademik R.
Mehdiyev  mədəni  əlaqələrin  yeni  müstəviyə  keçməsindən 
bəhs  edərək  demişdir:  “2001-ci  il  oktyabrın  12-də  Bakıda 
Rus  poeziyasının  dahisi  A.S.Puşkinin  və  2002-ci  il  iyunun 
9-da Sankt-Peterburqda dahi Azərbaycan şairi və mütəfək-
kiri  Nizami  Gəncəvinin  abidəsinin  açılışı  əməkdaşlığımızın 
tamamilə yeni müstəviyə keçməsinin əlaməti olmuşdur. Bu 
əslində Azərbaycan-Rusiya strateji əməkdaşlıq proqramının 
başlanğıcı idi.»(104) 
Buradan göründüyü kimi, müstəqillik dövründə hər iki 
xalq arasında mədəni əməkdaşlıq sahəsində geniş əlaqələr 
qurulmuş və mədəniyyət sahəsində hər iki xalqın qarşılıqlı 
şəkildə bir-birindən faydalanması genişlənmişdir.
Müasir qloballaşma şəraitində dünya prosesində mühüm 
rol oynayan amillərdən biri mədəniyyətlərarası dialoqun ge-
nişlənməsi məsələsidir. Başqa sahələrdə olduğu kimi, ölkə-
miz  dinlərarası  və  mədəniyyətlərarası  dialoq  sahəsində 


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə