Dini torelantliq indd



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə39/52
tarix22.07.2018
ölçüsü0,8 Mb.
#57814
1   ...   35   36   37   38   39   40   41   42   ...   52

123
də beynəlxalq tədbirlərdə fəal iştirak edir və bu baxımdan 
Azərbaycan  artıq  mədəniyyətlərarası  dialoq  məkanı  kimi 
tanınmışdır.  Son  illərdə  dinlərarası  və  mədəniyyətlərarası 
dialoqa  həsr  edilmiş  böyük  beynəlxalq  tədbirlərin  Bakıda 
keçirilməsi dediklərimizə sübutdur. 
Məlumdur ki, bu sahədə geniş beynəlxalq tədbir sayılan 
Ümumdünya  Mədəniyyətlərarası  Dialoq  Forumu  7-9  aprel 
2011-ci  il  tarixində  Bakı  şəhərində  keçirilmişdir.  Tədbirdə 
iştirak edən Prezident İ.Əliyev öz nitqində bu tədbirin mədə-
niyyət sahəsindəki beynəlxalq əhəmiyyətindən bəhs edərək 
demişdir:  «Mədəniyyətlərarası Forumun Azərbaycanda 
keçirilməsi böyük əhəmiyyət kəsb edir... Ümid edirəm 
ki, forumun nəticələri çox müsbət olacaq və  mədəniy-
yətlərarası dialoqun inkişafı üçün yeni imkanlar yara-
nacaqdır. ... Təsadü i deyil ki, mədəniyyətlərarası dia-
loqun keçirilməsi üçün məhz Azərbaycan həm coğra i, 
həm tarixi baxımdan, həm bugünkü reallıqlar baxımın-
dan mərkəzə çevrilir. Biz bunu çox alqışlayırıq.»(105)
Qeyd edək ki, «Mədəniyyətlərin dialoqu» Dünya Forumu 
çərçivəsində “Müasir Dünyada Mədəniyyətlərin Müxtəli liyi 
və  Dialoq  Fəlsəfəsi”  mövzusunda  2011-ci  il  aprelin  7-9-da 
Bakıda  keçirilmiş  konfrasın  iştirakçıları  Memorandum  im-
zalamışlar. Memorandumda deyilir: «Avropa, Asiya və Afri-
kanın tanınmış  iliso larının iştirak etdiyi «Müasir dünyada 
Mədəniyyətlərin Müxtəli liyi və Dialoq Fəlsəfəsi» mövzusun-
da küçirilmiş Beynəlxalq Konfrans qeyd etdi ki, qloballaşma 
şəraitində dünya mədəniyyətlərinin özgürlüyü və müxtəli li-
yinin müha izəsi üzrə ciddi səylərin göstərilməsi ilə yanaşı, 
mədəniyyətlərin qarşılıqlı əlaqələri genişlənir. Əminliklə bil-
dirildi  ki,  bu  şəraitdə  mədəniyyətlərin  dialoqunun  məntiqi 
və konstruktiv alternativi yoxdur... Konfrans qeyd etməyi la-
zım bilir ki, Dünya Forumu və «Müasir dünyada Mədəniyyət-
lərin Müxtəli liyi və Dialoq Fəlsəfəsi» Beynəlxalq Konfransı-


124
nın Bakıda keçirilməsi Azərbaycanın dünyada əməkdaşlığın 
möhkəmləndirilməsi  və  qarşılıqlı  etimad  mühitinin  bərqə-
rar edilməsi, dialoq fəlsəfəsinin dərinləşdirilməsi üzrə səylə-
rin tamamilə düzgün və tədqirəlayiq olduğunu bir daha təs-
diq edir. Konfrans yalnız fəlsəfənin, tərbiyə işində dialektik 
təfəkkür və müxtəli lik mədəniyyətinin (multikulturalizmin) 
üstünlüyünü  təmin  edərək,  mədəniyyətlərin  dialoqunun 
ümumi  anlayışları,  forma  və  məzmununu  işləyib  meydana 
çıxardığını qeyd edərək:
–Çıxış  və  müzakirələrdə  səsləndirilmiş  ikirlərin  el-
mi-nəzəri  və  praktiki  əhəmiyyətini  nəzərə  alaraq  konfrans 
materiallarının dərc olunmasını lazım bilir;
–Fəlsəfə  təşkilatları  arasında  əməkdaşlıq  və  qarşılıqlı 
etimadın yaradılmasına çalışan bir təşkilat kimi Avropa və 
Asiya Fəlsəfə İnstitutları Beynəlxalq assosiasiyasının fəaliy-
yətini dəstəkləyir;
–Filoso ları  mədəniyyətlərin  dialoqu  problemlərinin 
təd qiqində əməkdaşlığa kömək etməyə və bununla da dün-
yada mədəniyyətlərin qarşılıqlı əlaqəsi və özgürlüyünün qo-
runub saxlanması işinə töhvə verməyə çağırır.»(106)
Dinlərin  və  mədəniyyətlərin  dialoqu  sahəsində  bey-
nəlxalq konfransların Azərbaycanda tez-tez keçirilməsi res-
publikamızı bu sahədə müəyyən tədbirləri həyata keçirməyə 
vadar etmişdir. Bu tədbirlərdən biri Azərbaycan Respiblika-
sının  prezidenti  İ.Əliyevin  «Azərbaycan Respublikasında 
Ümumdünya Mədəniyyətlərarası Dialoq Formunun təş-
kili barədə» 27 may 2011 tarixli fərmanıdır. Prezidentin 
bu fərmanında deyilir: «Azərbaycan Respublikası Kons-
titutsiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər 
tutaraq ölkəmizin  İslam dünyası ilə  Qərb sivilizasiyası 
və eləcə  də digər mədəniyyətləri təmsil edən xalqlar 
arasında dialoqun və etimadın möhkəmləndirilməsində 
mühüm rolu nəzərə alınmaqla, müxtəlif mədəniyyətlər 


125
arasında  əməkdaşlıq üçün qlobal platformanın təmsil 
edilməsi və Azərbaycan xalqının tolerant mədəniyyəti-
nin, tarixi ənənələrinin beynəlxalq aləmə tanıdılması 
məqsədilə qərara alıram: 1. Azərbaycan Respublikasın-
da 2011-ci ildən başlayaraq hər iki ildən bir Ümumdün-
ya Mədəniyyətlərarası Dialoq Forumu təşkil edilsin. (107)
Prezidentin  bu  fərmanından  göründüyü  kimi,  mədə-
niyyətlərin dialoqu, müxtəlif bölgələrin kulturoloji nəzəriy-
yələrinin  bir-birinə  dialektik  təsiri  sahəsində  Azərbaycan 
Respublikası son illərdə mədəniyyətlərin dialoqu məkanına 
və ölkəmizdə davamlı inkişafın həyata keçirilməsinə təkan 
verən bir dövlətə çevrilməkdədir. 
Müstəqillik illərində Azərbaycan xalqının ümummilli li-
deri Heydər Əliyevin respublikamızın iqtisadi, sosial-mədə-
ni inkişafına, milli-mənəvi dəyərlərin dirçəldilməsinə yönəl-
dilmiş  strategiyasına  uyğun  həyata  keçirilən  genişmiqyaslı 
proqramlar demokratik, hüquqi və dünyəvi dövlətin qurul-
masına zəmin yaratmışdır. 
Son illər ərzində respublikamızda elm, təhsil, mədəniy-
yət,  səhiyyə  və  idmanın  inkişafı,  regionların  sosial-iqtisadi 
inkişafının  sürətləndirilməsi,  iri  sənaye  müəssisələrində 
istehsal proseslərinin bərpası, yeni istehsal sahələrinin ya-
radılması,  minlərlə  iş  yerlərinin  açılması,  maddi-mənəvi 
abidələrimizin, müqəddəs ocaqlarımızın bərpa edilməsi is-
tiqamətində böyük nailiyyətlər əldə edilmişdir.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev mə-
dəniyyəti  dövlət  siyasətinin  əsas  priotetlərindən  biri  kimi 
daim diqqət mərkəzində saxlayaraq onun müasir tələblərə 
uyğun davamlı inkişafını təmin edir. Cənab İlham Əliyev tək-
cə son illərdə mədəniyyət sahəsinə dair 200-dən çox fərman, 
sərəncam və qanun imzalamışdır. Azərbaycan Respublikası 
Prezidentinin sərəncamları ilə respublikamızda bir çox iri-
miqyaslı layihələr həyata keçirilmiş, onlarca muzey, kitabxa-


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə