«Doqquz Bitik» sırası



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə5/122
tarix30.12.2017
ölçüsü3,78 Kb.
#18490
1   2   3   4   5   6   7   8   9   ...   122

 
14 
Xristianlıqdan öncəki abidələrdə asların baĢçısı və Tor adlı tanrının 
oğlu Odin və oğulları kahin (qam) sayılırdı. Bunların ilkin  yurdu  «tanrı 
ölkəsi» anlamlı Qod-land
 
adlanır,
 
onların gəlib quzeydə yerləĢdiyi
 
oyku-
menə də Qodland adı verilir.
20
 
 
«Yerin  təsviri
 
(III)»
 
adlı
 
qədim abidədə 
yazılır ki, quzey  (skandinav) dillərində  yazılmıĢ əvvəlki doğru-düzgün 
hekayələrə  görə,  türklər  və  Asiyadan  çıxan  insanlar  Quzeydə  məskun-
laĢmıĢlar.
21
  Öz  soykökünü  Asiyadan  gələn  boylarla  bağlayan  orta  əsr 
skandinav traktatlarını Ģərh edən Y. A. Melnikova
 
bunu
 
dünya
 
xalqlarının 
tarixilə
 
genetik
 

 
xronoloji
 
baxımdan
 
əlaqələndirmək
 
meyli
 
ilə
 
izah
 
edir.
22
 
Lakin bu Ģərh quzey xalqların nə üçün antik dövrdə böyük tarixi olan 
yunan  və  latınları,  orta  əsrlərdə  samiləri  deyil,  məhz  Troya  çağından 
üzübəri as, türk,  saqa (skit), qamər adlı türk boylarını özlərinə qohum 
sayması sualına cavab verə bilmir. Halbuki xristian-skandinav ədəbiyatı 
Nuhoğulları Qomer, Maqoq, Maday, Yuvan,
 
Tubal,
 
Masok,
 
Tirak adlarını 
verəndən sonra Qomer (qamər) soyunun
 
məskunlaĢdığı
 
ölkələr
 
sırasında
 
Romveryaland,
 
Danimark,
 
Svitod, Norveç və Tirak (türk) soyunun ölkəsi 
Bolqaraland  adlarını  çəkir.
23
  Qədim  island  saqalarında  Odinin  baĢçılıq 
etdiyi  tanrılar  (oğulları)  As  adlanır  və  bunlara  cəm  halda  Asər  (Aesir
deyilir.
24
 
Tanrıların yaĢadığı məskən də Asər adlanır.  
BaĢqa bir coğrafi qaynaqda Dunay bulqarlarının ərazisindən quzeyə 
çəkilən  skandinavların  hansı  ölkələrdə  məskunlaĢdığından  bəhs  edilir.
25
 
Bu məlumatlarda quzey  ölkələrə qədim köçlərin məskunlaĢma
 
ilə nəticə-
lənməsini
 
etnik
 
yaddaĢda
 
saxlamıĢ  skandinav  boyları  uzaq  keçmiĢdəki 
olayların  tarixini  Bibliya gələnəyinə
 

 
mövcud  yeni  duruma  uyğunlaĢ-
dırmağa
 
çalıĢsalar
 
da,
 
informasiyaların  dərinliyində  qədim  türk-german 
kontakları aydın sezilir. 
                                                 
20
 Младшая  Эдда, 1970, 10-12;  ДГС, 1986, 95, 98 (6-cı qeyd). 
21
 Upphaf allra frasagna i Norrænni tungu þeirri er sanindi fylgia, hofz, þa er Tyrkir ok 
Asia menn bygdu nordrit (ДГС, 93). 
22
 ДГС, 98 (15-ci qeyd). 
23
 Eyni qaynaq, 134-135. 
24
 МНМ, I, 119-120. 
25
 «Trakiyada öncə Nuhoğlu Yafəsin oğlu Tiras yaĢadı.Türk adlanan xalq ondan törədi. 
Çoxları qədim kitablarda yazıldığı kimi söyləyir ki, onların torpağından gələnlər Svitoda 
[Suiþiod]  yerləĢdi,  buradan  Norveçə,  Norveçdən  Ġslanda,  buradan  da  Qrenlanda  keçib 
məskunlaĢdı.
 
Trakiyaya yaxın Ungera-land yerləĢir.
 
Yepiskop Martin oralıdır.
 
Oraya yaxın 
Bolgera-land yerləĢir» (ДГС, 65). 


 
15 
  Qədim  Azərbaycanda  türklərin  etnik  sıxlığından  danıĢarkən  bəzi 
arxeoloji bəlgələri
 

 
oturaq yaĢam üçün zəruri olan əkinçilik təsərrüfatı, 
əkinçilik üçün yararlı olan çevrənin coğrafi durumu kimi bəzi məsələləri 
də gözdən keçirmək lazım gəlir. Ġlk əkinçilik kulturunun yarandığı Ön 
Asiya  regionunda  qədim  Azərbaycan  əhalisi prototürklər  bəĢər  tarixində 
mədəni arpa-buğda yetiĢdirən ilk əkinçi etnoslardan biridir. Azərbaycanın 
təbii Ģəraiti buna hər cür imkan verirdi, çünki Dəclənin yuxarı yaxaları və 
Urmu  hövzəsi  özübitən  yabanı  dənli  bitkilərin  vətəni  idi.  Bunu  aydın
 
görmək
 
üçün alman alimlərinin verdiyi bu xəritəyə baxmaq kifayətdir. Bu-
radan göründüyü kimi,
 
dairəyə
 
aldığımız qədim Azərbaycanda yabanı bi-
tən dənli bitkilərdən
 
çoxcərgəli arpa,
 
bir
 

 
ikicərgəli buğda vardır: 
26
 
Əkinçilik
 
kulturu
 
ilə
 
bağlı
 
arpa
 
və buğda (buğday)
 
sözləri prototürk 
dövrünün leksemləri olduğu üçün əksər türk dillərində qalmıĢdır.
 
Arpa ilə 
bağlı
 
xeyli
 
toponimlər
 
də yaranmıĢdır.
27
 
Dəclənin yuxarı yaxası ilk arpa 
əkilən  bölgələrdəndir.
28
 
Qədim  Xasun kulturunun yarandığı bu bölgədə 
Arpaçi toponiminin olması doğaldır.  Ġrəvan mahalının həm batı, həm də 
doğu sınırlarından axan çaylar da Arpa adlanır. Bu oronimi sonralar
 
Altaya 
qədər
 
müxtəlif  bölgələrə
 
daĢıyan  türk  boyları  yeni  vətənlərində  yenidən 
canlandırmıĢlar. 
                                                 
26
 Geschichte der Urgesellschaft, 1982, 172. 
27
 Buğda dağ, Arpa çay, Arpa göl (Azərbaycan), Arpayaz yılqası (Tatarıstan) və b.  
28
 Boğazköy het qaynaqlarında da Arpa toponimi vardır, lakin nədənsə onu sual iĢarəsi 
ilə verirlər (Ertem, 17). 


 
16 
 Yeri gəlmiĢkən
 
qeyd
 
edək ki, neolit çağında əkinçi prototürk boyları 
taxıl yığımından sonra yerdə qalan saman ilə bağlı da maraqlı kosmonimiya 
deyimi  yaratmıĢ,  Göy  üzündə  gördüyü  səma  cisimləri  sırasında  Saman-
oğrusu,  Samanyolu  ifadəsini  iĢlətmiĢlər.  Məhz  həmin  ifadənin  yayıldığı 
ərazi  yuxarıda  verilən  xəritədəki  əkinçi  kulturu  yayılan  bölgələri  əhatə 
edir.
 
O.
 
D.
 
Svyatskoy
 
«Samanyolu»
 
deyiminin ilk yarandığı bölgənin Suri-
ya,  L.
 
Mendoki isə Anadolu və  ya Güney Qafqaz olduğunu güman edir. 
Onun yayılma arealı göstərir ki, bu ifadə türk etnosuna aiddir.  
Türk etnosunun ilkin Atayurdu məsələsi və buradan sonrakı miqra-
siyalar  baxımından  arxeoloji  kulturun  öyrənilməsi  nə  qədər  zəruridirsə, 
prototürklərin astroloji dünyagörüĢünü tədqiq etmək də o qədər vacibdir. 
Göydəki planetlər, GünəĢ, Ay və ulduzlarla bağlı kosmonimiya, yerdəki 
canlı varlıqların, fauna və floranın Göy cisimləri ilə əlaqəsini əks etdirən 
biosfer, tarixi demoqrafiyanı tənzimləyən çevrə landĢaftı, səhra, bozqır, 
meĢə, ovalıq,
 
dağ, dərə, çay,
 
göl,
 
dəniz və sair coğrafi faktorun etnogenezə 
təsirini öyrənən etnologiya xalqın tarixi coğrafiyasını müəyyən etməyə 
geniĢ imkan açır. Vaxtilə Ön Asiyadan doğu və quzey yönlərə miqrasiya 
edən
 
bəzi
 
türk boylarının yeni bozqır
 
(çöl) yaĢamı onların etnoqrafiyasına 
yeni çalarlar əlavə etsə də, ilkin gələnək prototipi tam pozulmamıĢdır.  
Ermənistan ərazisindəki qədim yer adlarının öyrənilməsi həmin tor-
paqların qədim türk yurdu olduğunu ortaya qoyursa, Qarabağın dağ, çay, 
göl adlarında  bir dənə də  olsun  hay-erməni sözünün  olmaması onsuz  da 
tarixi bəlgələrdən məlum olan bir gerçək durumu - hayların burada yaxın 
tarixdə məskunlaĢdığını bir daha təsdiq edir.
29
 
 
Dünyada  mövcud  varlıqların  bir-birilə  görünməz  və  
görünən əlaqəsi vardır. Belə qarĢılıqlı əlaqələr siste-
mində  insanın  ətraf  mühitdən  asılılığı  hələ  keçmiĢ
 
çağlardan  alimləri
 
düĢündürmüĢdür.  Ətraf  mühitin 
insan  orqanizminə  və  psixikasına  təsirindən  danıĢan 
Hippokrat (m.ö.
 
460-377) yazırdı ki,
 
isti iqlim
 
insanda 
tənbəllik, dəyiĢkən iqlim isə təpər yaradır. Bu fikri inkiĢaf etdirən Aristo-
telə (m.ö.
 
384-322) görə

Avropanın quzeyində
 
yaĢayanlar
 
ərdəmli,
 
lakin bə-
sit
 
intellektli,
 
Asiya xalqları təpərsiz,
 
Orta qurĢaqda  yerləĢən hellinlər
 
isə 
həm təpərli, həm də intellekt sahibidirlər.
30
  Burada  bir  az  mübaliğə  olsa 
                                                 
29
 EAMTĠL, 1998;  Гейбуллаев, 1990, 1992, 1994;  АЪА, 1972, 28. 
30
 Яцунский, 1955, 136. 
 
 
 Biosfer 


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə