Doqquz kitabda BİRİNCİ HİSSƏ



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə34/36
tarix08.12.2017
ölçüsü0,58 Mb.
#14663
1   ...   28   29   30   31   32   33   34   35   36

35

Finikiya çaxırı daşıyırlar. Gəmini ayaq üstə durmuş iki adam iki avar çəkməklə idarə edir. Onlardan biri gəmini avarla

özünə tərəf çəkir, o birisi avara dirənərək gəmini qabağa itələyir. Belə gəmiləri çox böyük həcmdə də qayırırlar, kiçik

həcmdə də. Ən böyük gəmilər 5000 talanta qədər yük götürür. Hər yük gəmisində diri eşşək, daha iri gəmilərdə bir

neçə eşşək olur. Tacirlər Babilə çataraq öz mallarını sathasata başlayırlar. Açıq satışdan sonra (hörülmüş) gəmi

gövdəsini də, bütün kövşəni də boşaldırlar. Sonra da dəriləri eşşəklərə yükləyib Ərmənə qayıdırlar. Axı, suyun sürətli

axımına görə çay yuxarı üzmək qətiyyən mümkün olmur. Ona görə də, gəmiləri ağacdan deyil, dəridən qayırırlar.

Tacirlər öz eşşəklərinə minib Ərmənə çatandan sonra, dediyimiz tərzdə təzə gəmilər düzəldirlər. Onların çay gəmiləri

belə olur.

195. Babillilərin geyimləri isə bax belədir. Babillilər (əyinlərinə) ayağa qədər uzanan kətan xiton, onun da üstündən

yun xiton geyinirlər. Bunların üstündən bir də nazik ağ xlanida salırlar. Ayaqqabıları (bu ölkədə) hamının qəbul etdiyi

və Beotiya çəkmələrinə oxşar ayaqqabılardır, Babillilər saçlarını uzadaraq, başlarına çalma dolayırlar və bütün

bədənlərinə ətirli qətran sürtürlər. Hər bir babillinin möhürlü üzüyü və məharətlə işlənmiş əsası var. Hər əsada alma,

qızıl gül, zanbaq, qartal və ya başqa bir şey oyulmuşdur. Belə şəkilli oyması olmayan əsa gəzdirmək onlarda dəb deyil.

Babillilərin zahiri siması belədir. Onların adətləri barədə mən bax bunları deməliyəm.

196. Bildiyimə görə, eyni zamanda, İlliriya enetlərində də olan və mənim fikrimcə, ən ağıllı sayılan adətləri bax

bunlardan ibarətdir. İldə bir dəfə hər kənddə adətən belə edirlər: ərgən yaşına çatmış bütün qızları dəvət edib bir yerə

yığarlar. Onları gənc oğlanlar əhatə edər, carçı isə hər qızı bir-bir qabağa durmağa məcbur edər, sonra gəlin satışı

başlanar. Əvvəlcə hamıdan gözəl qızı satışa qoyarlar. Onu böyük məbləğə satandan sonra, (qızlar rəsmi ər üçün

satılarlar), carçı yerdə qalan qızlardan yenə də ən gözəlini çağırar. Çox varlı olan Babil oğlanları bir-birinin sözünü

kəsərək qiyməti artırar və daha gözəl qızlar alarlar. Sadə camaat içindən çıxıb, gözəlliyə o qədər də qiymət qoymayan

oğlanlar isə gözəl olmayan qızları, üstəlik də pul alarlar. Ən gözəl qızlar satılandan sonra carçı ən kifir, ya da şikəst

qızın ayağa durmasını buyurar və onu üstündə ən az pul verilmək şərti ilə özünə arvad etməyi oğlanlara təklif edər və

buna qane olan adam ortalığa çıxana qədər təklifi davam etdirər. Belə qızların üstündə verilən əlavə pul gözəl qızların

satışından yığılan puldan ödənilərdi, beləliklə də gözəl qızlar çirkin və şikəst qızları ərə verərdilər. Hər kəsin öz qızını

istədiyi adama ərə verməsi qadağan idi və eləcə də satın alınmış qızı onu təhvil verən adamsız evə aparmaq olmazdı.

Təhvil verən adam qız almış oğlanın onunla həqiqətən yaşamaq istədiyini müəyyənləşdirəndən sonra qızı evə aparmaq

olardı. Əgər kim aldığı qızla uyğunlaşmasaymış qanuna görə pulu geri qaytarmaq tələb olunarmış. Eyni zamanda,

qonşu kəndlərdən də nişanlı oğlanların gəlməsinə və qız almasına icazə verilərdi. Bu çox gözəl adət onlarda indi

yaşamır. Bunun əvəzində onlar qızları haqsızlıqdan qorumaq və onları qürbətə aparmağın qarşısını almaq üçün başqa

vasitə tapmışlar. Ölkə farslar tərəfindən işğal olunub, sərvəti talan ediləndən sonra əhali öz əmlakından məhrum olur,

xalqın qalan bütün sadə adamları isə yoxsuluq üzündən öz qızlarını pozğunluqla məşğul olmağa məcbur etməyə

başlayırlar.

197. Babillilərdə çox ağıllı bir adət də var. Hər hansı bir xəstəlikdən əzab çəkən adamı onlar bazara çıxarırlar (axı,

onlarda həkim yoxdur). Bazardan keçib gedənlərdən (hər kəs özü bu xəstəliyi keçiribsə, ya da onu başqalarında

görübsə, xəstəlik barədə) ona məsləhətlər verirlər. Sonra bu adamlar özlərinin həmin xəstəlikdən necə sağaldıqlarını,

yaxud gördükləri xəstələrin necə sağaldıqlarını izah edirlər. Onlarda xəstənin yanından səssiz-səmirsiz ötüb getmək

qadağan olunmuşdur: hər kəs onun xəstəliyini soruşmalıdır.

198. Babillilər ölülərini bala batırıb dəfn edirlər; onların dəfn mərasimi misirlilərin mərasiminin eynidir. Hər babilli

öz arvadı ilə əlaqədə olandan sonra (tanrıya) mədh duası oxuyaraq nəzir qabının qarşısında oturur, onun arvadı da belə

edir. Səhər onlar dəstəmaz alırlar. Dəstəmazdan əvvəl heç bir qaba toxunmamalıdırlar. Belə bir adət ərəblərdə də

vardır.


199. Babillilərin ən rüsvayçı adəti bax belədir. Hər bir babilli qadın ömründə bir dəfə gərək Afrodita ibadətgahında

otursun və (pul üçün) yadelli kişiyə təslim olsun. Sərvətləri ilə məğrur olan bir çox qadınlar başqa qadınlar kütləsinə

qarışmağı ləyaqətsizlik sayırlar. Onlar çoxlu nökərin müşayiəti ilə üstüörtülü arabalarda gəlib ibadətgahın yanında

dayanırlar. Qadınların əksəriyyəti bax belə edir: başlarında kəndirdən burma qaytan olan çoxlu qadın Afroditanın

müqəddəs sahəsində oturur. Onların bəziləri gələndə, o biriləri gedir. Bütün sahədə dəstə-dəstə düzülmüş qadınların

arasından müxtəlif istiqamətdə yollar ayrılır. Yadelli kişilər bu yollarla gedərək özlərinə qadın seçirlər. Yadelli kişi

burada oturan qadının ətəyinə pul atıb onunla müqəddəs sahədən kənar bir yerdə cütləşməyincə o qadın evə qayıda

bilməz. Qadının ətəyinə pul atan kişi ancaq bunu deməlidir ki, "Səni Militta allahına xidmət göstərməyə çağırıram!"

Assurlar Afroditaya Militta deyirlər. Haqq istənilən qədər azacıq ola bilər. Qadına puldan imtina etmək ixtiyarı

verilmir, çünki bu pullar müqəddəsdirlər. Qadın onun ətəyinə pul atan ilk kişi ilə mütləq getməlidir. O, əlaqəyə

girəndən sonra ilahəyə müqəddəs borcunu yerinə yetirib evinə gedir və bundan sonra onu pulla heç cür ələ gətirmək

olmur. Gözəllər və əndamlı qızlar evə tez gedirlər, çirkinlər isə adəti yerinə yetirənə qədər çox gözləməli olurlar. Hətta

bəziləri üç-dörd il ibadətgahda qalmağa məcbur olurlar. Belə bir adət Kiprin bəzi yerlərində də vardır.

200. Babillilərin adətləri bu cürdür. Onların içərisində ancaq balıq yeyən üç tayfa var. Onlar balığı tutub gün altında

qurudaraq yemək üçün belə hazırlayırlar: balığı həvəngdəstəyə salıb döyürlər, sonra onu kiseyadan toxunmuş ələkdən

(narın ələkdən) keçirirlər. Bundan da sonra onu hər kəsin istəyincə ya xəmirə qatırlar, ya da ondan çörək bişirirlər.

201. Kuruş bu xalqı istila edəndən sonra massagetləri tabe etmək fikrinə düşür. Deyilənə görə, bu massagetlər

çoxsaylı və igid tayfadır. Onlar gündoğan istiqamətdə, Aras çayının o tərəfində, issedonların qarşısında yaşayırlar.

Bəziləri onları da iskit qəbiləsi hesab edir.

202. Bəzilərinin danışdığına görə, Aras İstrdən böyükdür; bəziləri isə əksinə, bunu o birindən kiçik hesab edirlər.

Verilən məlumata görə Aras boyunca Lesbos böyüklüyündə çoxlu ada var. Bu adalarda yay vaxtı yerdən çıxartdıqları

müxtəlif köklərlə dolanan adamlar yaşayırlar. Onlar yay aylarında ağaclardan dəymiş meyvələr yığıb ehtiyat üçün




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə