Doqquz kitabda BİRİNCİ HİSSƏ



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə30/36
tarix08.12.2017
ölçüsü0,58 Mb.
#14663
1   ...   26   27   28   29   30   31   32   33   ...   36

31

167. Məhv olmuş gəmilərdəki adamlara gəldikdə, onların böyük qismini karfagenlilər və tirsenlilər əsir alaraq

sahilə çıxardıb daşqalaq eləyirlər. O vaxtdan etibarən agillayların bütün canlıları-istər qoyunları, iş heyvanları, istərsə

adamları daşqalaq edilmiş fokeyalıların cəsədi olan yerdən keçəndə topal, şikəst, ya da iflic olur. Onda agillaylar

günahlarını yumaq istəyərək, Delfə elçilər göndərirlər. Pifiya onlara elə şey buyurur ki, agillaylar onu indi də icra

edirlər: onlar fokeyalılara bir qəhrəman kimi zəngin qurbanlar gətirirlər, onların şərəfinə gimnastika yarışları və at

cıdırları təşkil edirlər. Bu fokeyalıların qisməti, bax, belə olmuşdur. Regiyada sığınacaq tapan o biri fokeyalılar isə

oradan hərəkət edərək, Enotriya deyilən yerdə bir şəhər tuturlar ki, indi o Hiela adlanır. Onlar bu şəhərdə ona görə

məskən salırlar ki, Poseydoniyadan olan bir adam onlara belə izah edibmiş: Pifiya öz bəyanında Kirn adasının

məskunlaşmasını deyil, qəhrəman Kirnin buraya gəlməsini nəzərdə tutubmuş.

168. İoniyadakı Fokeyanın taleyi belə olmuşdur. Teos əhalisi də təxminən fokeyalılar kimi hərəkət etmişlər. Arpaq

hasar ətrafına torpaq töküb (şəhəri) alandan sonra, bütün teoslular gəmilərə minib Frakiyaya gedirlər. Onlar oradakı

Adbera şəhərində məskən salırlar. Bu şəhərin əsasını əvvəl klazomenalı Timesi qoymuşdu: o, şəhərin əsasını qoysa da,

öz zəhmətinin bəhrəsindən istifadə edə bilməmişdi, çünki fokeyalılar tərəfindən qovulmuşdu. İndi, bunun əvəzinə,

Abderaya teoslular keçərək Timesiyə qəhrəman kimi hörmət edirlər.

169. Bu iki İoniya şəhəri yeganə şəhərlərdir ki, qul olmağa dözməkdənsə, öz vətənini tərk etməyi üstün tutmuşlar.

Miletlilərdən başqa, qalan ionlar vətənlərini tərk etmiş digər ionlar kimi, Arpaqla döyüşə girmiş və hər kəs özünün

doğma şəhəri uğrunda rəşadətlə vuruşmuşdur. Lakin onlar məğlubiyyətə uğrayıb tabe olublar, onların hamısı öz

yerlərində qalıb qoyulmuş xəracı ödəyiblər. Miletlilər isə, yuxarıda dediyim kimi, Kuruşun özü ilə ittifaq bağlayıb

sülhü və (dincliyi) qoruyublar. Beləliklə, İoniya ikinci dəfə öz azadlığını itirmişdir. Arpaq materikdəki ionları istila

etdikdən sonra adadakı ionlar da eyni qismətə düçar olmaqdan qorxaraq Kuruşa könüllü tabe olmuşlar.

170. Uğradıqları məğlubiyyətə baxmayaraq, ionlar, hər halda, Panioniyə toplaşırlar. Eşitdiyimə görə, orada prienalı

Biant onlara çox xeyirli məsləhət vermişdir. İonlar bu məsləhətə əməl etmiş olsaydılar, onlar ellinlər arasında ən

xoşbəxt və ən varlı olardılar. Biant onlara məsləhət görüb ki hamılıqla üzüb Sardona getsinlər, orada hamı üçün bir

ümumi: şəhər salsınlar. Belə olanda onlar əsarətdən yaxa qurtarar, dünyanın ən böyük adasında yaşayaraq tərəqqiyə

çatar, hətta özgə tayfaları da özlərinə tabe edə bilərdilər. Biantın sözlərinə görə onlar İoniyada qalsalar, nə vaxtsa

azadlıq əldə etmək ümidini itirəcəklər. İonlara bu məsləhəti onlar artıq farslara tabe olandan sonra prienalı Biant

vermişdir. Lakin əvvəllər, İoniya hələ azad olan vaxtlar, miletli Fales (mənşəcə finikiyalıdır) onlara bax, belə xeyirli

məsləhət vermişdir. O, ionlara təklif etmişdir ki, məhz Teosda məşvərət üçün bir ümumi ev tiksinlər, çünki Teos

İoniyanın ortasında yerləşir. Ayrı-ayrı şəhərlər isə, eyni zamanda, öz müstəqilliklərini saxlamalı idilər, amma yalnız

yerli icmalar kimi. Bu iki adam ionlulara belə məsləhətlər vermişlər.

171. Arpaq İoniyanı istila edərək, ionları da özü ilə aparıb kariyalıların, kavnilərin və likiyalıların üzərinə

müharibəyə gedir. Kariyalılar materikə adalardan gəlmişdilər. Onlar çox qədimlərdə Minosun hakimiyyəti altında

olmuş, leleqlər adlanmış və adalarda yaşamışlar. Bununla belə, əfsanələrə görə əsrlərin dərinliklərində leleqlər Minosa

heç bir xərac verməmişlər. Leleqlər, tələb olunanda, onun gəmiləri üçün yalnız avarçılar verməyə borclu idilər.

Minoslular çoxlu torpaq istila edərək qalibiyyətli müharibələr apardıqları kimi, kariyalılar da o vaxtlar onlarla birlikdə

dünyada ən güclü xalq olmuşlar. Kariyalılar üç şey icad eləmişlər ki, ellinlər bunları sonra onlardan götürmüşlər. Belə

ki, onlar ellinlərə dəbilqəyə sultan bərkitməyi, qalxanların üstündə emblem çəkməyi öyrətmişlər və ilk dəfə olaraq,

qalxana dəstə (tutacaq) düzəltmişlər (o vaxta qədər bütün xalqlar dəstəsiz qalxan gəzdirmişlər və onlardan istifadə

edəndə gön sarğı vasitəsi ilə boyunlarına, sol çiyinlərinə keçirmişlər). Uzun müddətdən sonra kariyalıları yerləşdikləri

adalardan dorilər və ionlar qovmuşlar və onlar müəyyən bir vasitə ilə materikə köçmüşlər. Kariyalılar haqqında kritlilər

belə danışırlar. Kariyalıların özləri isə bu məlumatla razılaşmırlar, onlar özlərini materikin qədim sakinləri sayaraq,

təsdiq edirlər ki, indiki adlarını lap əvvəllərdən daşımışlar. Onlar (bunu sübut etmək üçün) misiyalılara və lidiyalılara

məxsus olan Milasadakı Kariya Zevsinin ibadətgahını göstərirlər, çünki bunlar da kariyalılarla qohum tayfalardılar.

Axı, onların əfsanəsinə görə Lid və Mis Karın qardaşları olmuşdur. Göstərilən ibadətgah, əlbəttə, hətta kariyalılarla bir

dildə danışan başqa mənşəli tayfalara yox, məhz onlara (lidiyalılarla misiyalılara) məxsus olmuşdur.

172. Kavnilərə gəldikdə, mən belə fikirləşirəm ki, onlar (materikin) qədim sakinləridirlər; bununla belə, onlar

özlərini Kritdən gəlmə hesab edirlər. Bunlarınmı dili kari dilinə oxşayır, yoxsa tərsinə, kari dili kavni dilinə oxşayır, -

mən bunu dəqiq həll edə bilmərəm. Adətləri cəhətdən onlar nəinki kariyalılardan, bütün başqa xalqlardan da güclü

şəkildə fərqlənirlər. Belə ki, yaşıdların və yoldaşların çox nəfərlik qonaqlığa - məhz kişilərin, qadınların, uşaqların

(yaşıd və dost kimi) qonaqlığa yığışması kavnilər üçün ən böyük həzzdir. Onlar öz ölkələrində yadelli allahlara

məbədlər ucaltmışlar, sonra bundan peşman olub, yalnız yerli allahlara səcdə etmək qərarına gəlmişlər. O vaxtlar silah

götürməyə qabil olan bütün kavnilər bu cür silahlanmışlar: nizələrini havaya (nəyəsə) sanca-sanca Kalind sərhədlərinə

qədər gedərək, nizə vurduqca elə qışqırırmışlar ki, sanki yadelli allahları qovurlar.

173. Kavnilərin (qəribə) adətləri belə olmuşdur. Likiyalılar isə əvvəlcə Kritdən çıxıb gəlmişlər (qədimlərdə bütün

Kriti barbarlar tutmuşdular). Kritdə Avropanın oğulları Sarpedon və Minos ali hakimiyyət üstündə küsüşdükdə Minos

mübarizədə qalib gəlib, Sarpedonu tərəfdarları ilə birlikdə sürgün eləmişdir. Sürgünlər Asiyada Miliad torpağına

gəlmişlər. Likiyalıların indi yaşadıqları ölkə qədimlərdə Miliad, oranın əhalisi də solimlər adlanmışdır. Nə qədər ki,

onların hakimi Sarpedon idi, özlərinin Kritdən gətirdikləri termillər adını saxlayırdılar; qonşuları likiyalıları indi də o

cür adlandırırlar. Qardaşı Egey tərəfindən sürgün edilmiş Pandion oğlu Lik Afinadan termillər ölkəsinə, Sarpedonun

yanına gələndən sonra zaman keçdikcə onlar özlərini bunun adına görə likiyalılar adlandırmağa başlayırlar. Bununla

yanaşı, onların elə bir adəti var ki, özgə heç yerdə rast gəlmək olmaz: onlar özlərini ata nəslindən gələn adla yox, ana

nəslindən gələn adla fərqləndirirlər. Bir adam likiyalıdan onun əsl-nəsəbini soruşsa, o anasının adını çəkib bu ana nəsil

üzrə əcdadlarını saymağa başlayar. Vətəndaşlıq hüququ olan bir qadın bir qulla yaşayarsa, onun uşaqları azad




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə