Doqquz kitabda BİRİNCİ HİSSƏ



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə27/36
tarix08.12.2017
ölçüsü0,58 Mb.
#14663
1   ...   23   24   25   26   27   28   29   30   ...   36

28

142. Panioniyanın da sakinləri olan həmin bu ionlar, mənim bildiyimə görə, gözəl göylər altında və iqliminə görə

dünyanın ən bərəkətli ölkəsində özlərinə şəhərlər salmışlar. Nə materikin daxilindəki sahələr, nə də sahil torpaqları

(şərq və qərb tərəfdə) İoniya ilə müqayisəyə gələ bilməz. Materikin daxilindəki sahələr soyuqdan və rütubətdən,

sahilboyu yerlər isə istidən və quraqlıqdan əzab çəkirlər. İonlar bir dildə deyil, dörd müxtəlif ləhcədə danışırlar. Daha

çox cənub istiqamətində yerləşən Milletdir, sonra Miunt və Priena gəlir. Bu şəhərlər Kariyadadırlar, onların əhalisi bir

dildə danışır. O biri şəhərlər, əksinə, Lidiyada yerləşir: bunlar Efos, Kolofon, Lebed, Teos, Klazomena, Fokeyadan

ibarətdir. (Bu şəhərlərdə) də ümumi ləhcədə, amma yuxarıda adları çəkilən şəhərlərin ləhcəsindən fərqli bir ləhcədə

danışırlar. Bunlardan başqa, daha üç İoniya şəhəri vardır: onlardan ikisi-Samos və Xios ada şəhəridir, biri isə - Erifra -

materikdədir. Xioslular və erifralılar bir ləhcədə, samoslular isə özlərinin xüsusi ləhcəsində danışırlar. Dörd ion ləhcəsi

bunlardır.

143. Beləliklə, miletlilərin bu İoniya şəhərlərindən heç bir qorxusu yox idi, çünki onlar Kuruşla ittifaq

bağlamışdılar. Lakin adalarda yaşayanları da (birbaşa) təhlükə təhdid etmirdi: axı, farslar hələ finikiyalıları təslim

etməmişdilər, özləri isə dənizçi deyildilər. Bu (Asiya) ionları qalan ionlardan ayrılmışdılar, çünki ion tayfaları,

ümumən, o vaxt hələ zəif olan ellin xalqı içərisində ən zəif, əhəmiyyətsiz tayfalar idi. Afinadan başqa, ümumən, bir

dənə də mühüm İoniya şəhəri mövcud deyildi. Ona görə də digər ionlar kimi, afinalılar da "ionlar" adlanmaq istəməyib

bu addan çəkinirdilər. Belə düşünürəm ki, hətta indi də bu addan utanırlar. Amma o biri on iki (Asiya) şəhəri isə,

əksinə, öz adları ilə fəxr edirlər. Onlar ümumi ibadətgah tikib, onu Panioni adlandırmışlar və başqa ionları oraya

buraxmamağa qərar vermişlər. (Smirnalılardan başqa bu barədə, əlbəttə, heç kəs xahiş etməyib də).

144. İndiki beş şəhərli (əvvəllər altı şəhərli adlanırdı) bölgədəki dorilər də eyni cür hərəkət edərək, nəinki qonşu

doriləri, hətta öz vətəndaşları içərisində məbədə ehtiramsızlıq edənləri də Triopi ibadətgahında (dini mərasimlərdə)

iştirak etməyə qoymurdular. Onlar Triopi Apollonu şərəfinə yarışlarda lap qədimdən misdən qayrılmış üçayaq mükafatı

verirdilər. Lakin qaliblər bu üçayaqları aparmayaraq ibadətgah allahına nəzir verməli idilər. Necə olursa, bir dəfə

qələbə qazanan Aqasikl adında bir halikarnaslı bu adətə məhəl qoymayaraq üçayağı evinə aparıb divara çalınmış

mıxdan asmışdır. Onda beş şəhər: Lind, İalis, Kamir, Kos və Klid, altıncı şəhəri- halikarnası cəzalandıraraq (dini

mərasimlərdə) iştirak etməkdən uzaqlaşdırmışdır. Onlar bu şəhəri belə cəzalandırmışlar.

145. Beləliklə, ionlar on iki şəhərin əsasını qoyub, mənim düşündüyümə görə, göstərdiyim səbəb üzündən də heç

kəsi öz ittifaqlarına daxil etmək istəməmişlər. Axeylər tərəfindən qovulmamışdan əvvəl, hələ Peloponnesdə yaşayanda

ionların da axeylər kimi on iki şəhəri vardı. Axeylər isə indi də (Peloponnesdəki) bu on iki şəhər sahəsini əllərində

saxlayırlar. Bunlardan birincisi Sikion yaxınlığında yerləşən Pellena, bunun ardınca (İtaliyadakı bir çayın da adını

daşıyan və azalmaq bilməyən Krafis çayının axarında yerləşən) Egira və Egi, sonra (axeylərlə uğursuz vuruşma

nəticəsində ionların qaçıb getdikləri) Bura və Helika, daha sonra (böyük Pir çayının axarındakı) Egi, Ripa, Patra, Fara

və Olen, nəhayət, bütün bu şəhərlər arasında yeganə olaraq ölkənin içərilərində yerləşən Dima və Tritey. Bu on iki

şəhər sahəsi axeylərə məxsusdur, amma əvvəllər ionların şəhərləri olmuşlar.

146. Elə bu səbəbə görə ionlar on iki şəhər saldılar. Bu asiyalı ionların qalan ionlardan hətta daha təmizqanlı və

alicənab olduqlarını söyləmək çox ağılsızlıq olardı. Onların mühüm hissəsini Yevbeyadan köçüb gələn, amma hətta ad

cəhətdən də ionlarla heç bir əlaqəsi olmayan abantlar təşkil edir. Bundan başqa, ionlar Orxomen miniləri ilə,

kadmeylərlə, drioplarla, öz xalqından qopub ayrılmış fokeyalılarla, moloslarla, pelasq arkadiyalıları ilə, spidavrlı

dorilərlə və daha başqa tayfalarla qarışmışlar. Özlərini ən alicənab sayan və bir başqa Afina pritaneyindən çıxıb gələn

ionlar vətənə özləri ilə arvad gətirmədilər, bəlkə, valideynlərini öldürdükləri kari qadınlarına evləndilər.

(Valideynlərinin) qırılması üzündən də bu kari qadınları bir adət qoyub and içdilər və bu adəti öz qızlarına ötürdülər ki,

onlar da öz ərləri ilə heç vaxt bir yerdə xörək yeməsinlər və ərlərini öz adı ilə çağırmasınlar, çünki bu kişilər onların

atalarını, ərlərini, uşaqlarını öldürüb, sonra özlərinə evlənmişlər. Bütün bunlar Miletdə baş vermişdir.

147. Bu İoniya şəhərlərinin bəziləri Hippolox oğlu Qlavkın törəmələri olan likiyalıları, başqaları Melanf oğlu

Kodrun nəslindən olan piloslu kavkonları, nəhayət, bəziləri da həm bu, həm də o biri nəsildən özlərinə hökmdar

seçmişlər. Əlbəttə, bu axırıncılar qalan ionlara nisbətən özlərinin adını daha çox saxlamışlar və məhz bunları təmizqanlı

ionlar adlandırmaq olar. Hər halda, onların hamısı ionlardırlar, belə ki, mənşələri Afinadandır, özləri də Apatur47

bayramı keçirirlər. Bu bayramı efeslilərdən və kolofonlulardan başqa bütün ionlar keçirirlər. Bu axırıncılar yeganə ion

şəhərləridirlər ki, orada hansı bir qətl hadisəsinə görəsə Apatur bayramı keçirilmir.

148. Panioni - ion ittifaqının Mikaledəki Helikoni Poseydonuna nəzir etdiyi müqəddəs ibadətgahdır (dağ silsiləsinin

şimal tərəfində yerləşir). Mikale isə (Kiçik Asiya) materikinin qərbində, Samosun qarşısında bir burundur. İoniya

şəhərlərinin camaatı Panioni adlandırdıqları bayrama yığışarlar. Bu qayda yalnız ion bayramlarına məxsus deyil. Bir də

ki, bütün ellin bayramları farsların adında olan kimi bu hərflə qurtarır.

149. Bu saydıqlarım ionların şəhərləridir. Eolilərin şəhərləri isə bax, bunlardır. Kima (buna, eyni zamanda,

Frikonida deyilir), Larisa, Neon Tixos, Temnos, Killa, Noti, Egiroessa (Pitana), Egei, Mirina, Hriniya. Bu on bir şəhər

qədim eoli şəhərləridir. Onlardan birini-Smirnanı ionlar eolilərin əlindən almışlar. Axı, ilk vaxtlar (Asiya) materikində

(ionlardakı kimi) on iki eoli şəhəri var idi. Bu eolilər İoniya ərazisindən məhsuldar, lakin eyni dərəcədə əlverişli iqlimə

malik olmayan bölgələrdə yerləşmişlər.

150. Smirnaya gəldikdə, eolilər onu bax belə itirməli olmuşlar. Smirna əhalisi Kolofondakı üsyan zamanı məğlub

olub ölkədən qovulmuş qaçqınlara sığınacaq vermişdi. Sonralar, şəhər əhalisi Dionisin şərəfinə şəhər hasarının

bayırında bayram keçirəndə bu Kolofon qaçqınları fürsətdən istifadə edərək darvazaları bağlayıb şəhəri ələ keçirmişlər.

Şəhərə köməyə gəlmiş qalan eolilər (Kolofon qaçqınları ilə) belə müqavilə bağlamalı olmuşlar ki, eolilər özlərinin ev

əşyalarını ionlardan alandan sonra şəhəri buraxıb getsinlər. Sonra on bir İoniya şəhəri smirnalıları öz aralarında

bölüşdürüb onlara vətəndaşlıq hüquqları vermişlər.




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə