Doqquz kitabda BİRİNCİ HİSSƏ



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə26/36
tarix08.12.2017
ölçüsü0,58 Mb.
#14663
1   ...   22   23   24   25   26   27   28   29   ...   36

27

edirlər. Onlar ən mühüm işləri, adətən, şərab içən zaman müzakirə edirlər. Belə bir yığıncaqda qəbul olunmuş qərarı

ertəsi gün yığışdıqları evin sahibi (təsdiq üçün) qonaqlara ayıq vəziyyətdə yenidən təklif edir. Əgər onlar ayıq

vəziyyətdə də bu qərarı bəyənirlərsə, onda onu həyata keçirirlər və əksinə, onlar ayıq halda çıxarılmış qərarı bir də

xumar vəziyyətdə müzakirə edirlər.

134. Küçədə iki farsa rast gələndə onların eyni ictimai mövqedə olub olmadıqlarını salamlaşmalarından başa

düşmək olar. Onların ictimai mövqeyi eynidirsə, salamlaşmaq əvəzinə dodaq-dodağa öpüşərlər. Biri o birindən azacıq

aşağı mövqedədirsə, onda bir-birinin yanağından öpərlər. Əgər biri o birindən xeyli aşağı mövqedədirsə, onda aşağı

mövqe tutan yüksək mövqelinin qarşısında diz çöküb, baş əyər. Farslarda, (şübhəsiz ki, özlərindən sonra) ən yaxın

qonşu xalqlar, ondan sonra qismən uzaq qonşular daha çox şərəfli sayılırlar. Sonra da daha uzaq qonşu xalqlar

uzaqlığından asılı olaraq hörmətlə qarşılanırlar. Farslarda, onlardan çox uzaq olan xalqlara az hörmət edilir. Özlərinin

fikrincə, onlar dünyanın bütün adamlarından hər cəhətdən xeyli üstündürlər. Onlar qalan adamları farslara yaxın-

uzaqlığına görə şərəfli hesab edirlər: farslar başqalarına nisbətən daha uzaqda yaşayanları yaramaz adamlar sayırlar.

Midiyalıların hakimiyyəti zamanı da bir xalq o birinin üstündə hakim idi, midiyalılar isə bütün xalqların, eləcə də,

özlərinin ən yaxın qonşularının üstündə hakim idilər; bu axırıncılar da öz qonşularının hakimi sayılırdılar və s. Farslar

da xalqları (indi) belə qiymətləndirirlər. Axı, bu xalq öz təsirini əvvəlcə bilavasitə, sonra başqa xalqların vasitəsi ilə

yaymışdır.

135. Farslar əcnəbi adətlərini götürməyə hamıdan daha çox meyllidirlər. Axı, onlar hətta midiyalıların geyimini

geyərək, onu öz paltarlarından daha yaxşı hesab edirlər, müharibədə isə Misir əsləhələri geyinirlər. Farslar hər cür nəşə

və ləzzət gördükcə ona suyulurlar. Belə ki, onlar oğlanlarla aşiqanə əlaqəni ellinlərdən götürmüşlər. Hər farsın çoxlu

qanuni arvadı var, hələ bundan başqa çoxlu kənizlər də saxlayırlar.

136. Farslarda əsas şərəf igidlikdir. Hərbi rəşadətdən sonra mümkün qədər çox oğlu olmaq şərəf sayılır. Kimin çox

oğlu olursa, şah ona hər il hədiyyələr göndərir. Axı, onlar say çoxluğuna mühüm əhəmiyyət verirlər. Beş yaşlı

uşaqlardan başlamış 20 yaşa qədər onlara üçcə şey öyrədirlər: at sürmək, kamandan ox atmaq və doğruçuluq. Beş

yaşına çatana qədər uşağı atasına göstərmirlər - uşaq qadınlar arasında olur. Ona görə belə edirlər ki, uşaq kiçik

yaşlarında ölsə, ata kədərlənməsin.

137. Mən bu adəti bəyənirəm və həmçinin bunu da tərifləyirəm ki, onlarda hətta hökmdarın özü belə adamı

müəyyən bir günahına görə edam etmək hüququna malik deyil, ümumən, farslarda heç kəs öz nökərini tək-tək

cinayətinə görə öldürə bilməz. Əgər ağa dərindən düşünüb, nökərin göstərdiyi xidmətə nisbətən daha ağır cinayət

törətdiyini müəyyən edərsə, onda öz qəzəbini onun üstünə tökə bilər. Farsların iqrarına görə onlarda doğma ata və ya

ananı öldürmək hadisəsi olmamışdır. Onların dediyinə görə, hər belə hadisəyə diqqətlə baxılanda bu işin qanunsuz

doğulmuş, yaxud atılmış uşaqların əlindən çıxdığı müəyyənləşmişdir. Onlar deyirlər ki, atanı yalnız bic oğul öldürə

bilər.

138. Farslar onlara qadağan olunmuş şeyləri heç dillərinə belə gətirmirlər. Onlarda yalan danışmaqdan və borc



almaqdan da rüsvayçı şey yoxdur. Onların fikrincə borc almaq bir çox səbəbə görə, xüsusən də ona görə rüsvayçılıqdır

ki, borclu istər-istəməz yalan danışmalıdır. Şəhərlilərdən kim cüzam xəstəliyi və ya ağ dəmrov tutubsa o, şəhərə çıxmır

və başqa farslarla əlaqəyə girmir. Farslar bu xəstəliyi insanın Günəşə münasibətdə bu və ya başqa günahı ilə

bağlayırlar. Bu xəstəliyə tutulmuş hər hansı əcnəbini onlar öz ölkələrindən qovurlar. Bu səbəbdən çoxları ağ

göyərçinləri qırırlar. Farslar axar suya (çaya) işəmir və tüpürmürlər, nə özləri əllərini çayda yuyurlar, nə də özgələrinə

icazə verirlər. Farslar, ümumən, çaylara dərin sitayiş edirlər.

139. Farslarda özlərinin hiss etmədikləri, amma bizim üçün, şübhəsiz ki, aydın olan bax belə bir özünəməxsus

xüsusiyyətlə qarşılaşırıq: Mənasına görə fiziki qüvvəyə və əzəmətə uyğun gələn xüsusi adların hamısı eyni hərflə

qurtarır ki, dorilər buna san, ionlar isə siqma deyirlər. Nəinki bəzi adlar, bəlkə istinasız olaraq bütün adlar bu hərflə

qurtarır ki, yaxından gözdən keçiriləndə bunu üzə çıxartmaq olar.

140. Mən farslar haqqındakı bu məlumatı, şəksiz, doğru məlumat kimi xəbər verə bilərəm. Əksinə, farslar dəfn

mərasimləri və adətləri barədə məlumatı bir sirr kimi danışırlar. Ancaq üstüörtülü deyilir ki, farsın cəsədini yırtıcı

quşlar və itlər didib-parçalayandan sonra dəfn edirlər. Bununla belə, mən bilirəm ki, bu adəti, həqiqətən, mağlar yerinə

yetirirlər. Axı, onlar bunu aşkar edirlər. Hər halda, farslar ölünün cənazəsini muma tutub torpağa basdırırlar. Mağlar

(tək özlərinin adətlərinə görə) başqa adamlardan, xüsusən, Misir kahinlərindən əhəmiyyətli dərəcədə fərqlənirlər. Misir

kahinləri özlərinin mərasim paklığını onda görürlər ki, onlar qurban heyvanlarından başqa bir dənə də canlı varlıq

öldürmürlər. Mağlar isə insandan və itdən başqa bütün heyvanları şəxsən özləri öldürürlər. Onlar hətta qarışqaları,

ilanları, (zərərli) sürünənləri və uçan heyvanları öldürməyi böyük xidmət sayırlar. Bununla belə, qoy bu adət əzəldən

necə varsa, eləcə də qalsın, mən də özümün əvvəlki hekayətimə qayıdım.

141. Farslar Midiyanı istila edən kimi ionlar və eolilər Sardaya, Kuruşun hüzuruna elçilər göndərdilər. Onlar

elçilərə tapşırdılar ki, Krezlə bağlanmış əvvəlki şərtlər əsasında Kuruşa tabe olmaq istədiklərini bildirsinlər. Kuruş

onların təklifinə qulaq asıb belə bir təmsil danışır: "Bir fleytaçalan dənizdə balıq görüb, onun quruya çıxacağı ümidi ilə

fleyta çalmağa başlayır. Amma ümidində yanıldığını görüb tor atır və çoxlu balıq tutub sahilə çıxarır. Balıqların torda

çabaladıqlarını görüb deyir: "Daha dayandırın rəqsinizi! Axı, siz heç mənim fleytamın səsinə çıxıb sahildə rəqs etmək

istəmirdiniz!" Bu təmsili ionlara və eolilərə, əlbəttə, ona görə danışıb ki, onlar Krezdən ayrılmaq barədə Kuruşun

təklifini əvvəllər rədd etmişdilər, amma indi hər şey bitəndən sonra Kuruşa tabe olmağa hazır olduqlarını bildirirdilər.

Qəzəblənmiş Kuruşun cavabı belə imiş. Bu xəbər İoniya şəhərlərinə çatanda ionlar hər şəhərə hasar çəkmişlər və

miletlilərdən başqa hamı Panioniyə toplaşmışdı (axı, Kuruş təkcə miletlilərlə Midiya hökmdarı dövründəki şərtlər

əsasında ittifaq bağlamışdı). Qalan ionlar Spartadan kömək xahiş etmək üçün elçilər göndərmək haqqında yekdilliklə

qərara gəlmişdilər.




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə