Doqquz kitabda BİRİNCİ HİSSƏ



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə29/36
tarix08.12.2017
ölçüsü0,58 Mb.
#14663
1   ...   25   26   27   28   29   30   31   32   ...   36

30

159. Təzə elçilər Branxidaya gələndə Aristodik hamının adından allaha belə sualla müraciət edir: Ey tanrı! Lidiyalı

Pakti farsların amansız ölüm hökmündən qurtarmaq üçün kömək xahiş etməkdən ötəri bizim üstümüzə gəlibdir. Biz isə

farsların qüdrətindən qorxsaq da, onunla necə rəftar etmək haqqında, səndən aydın cavab eşitməyincə müdafiə

olunmasını xahiş edən bu adamı təslim etməyə cəsarət göstərməyəcəyik". Aristodik belə sorğu verir, allah da Paktini

farslara təslim etməyi buyuraraq, eyni cavabı ona bəyan edir. Onda Aristodik öz işlərini əvvəlcədən ölçüb-biçərək belə

hərəkət edir: o, ibadətgahın ətrafına dolanaraq, məbəddə özlərinə sığınacaq tapan göyərçinlərin və başqa quşların

yuvasını uçurmağa başlayır. Bu vaxt, deyilənə görə ibadətgahdan Aristodiki çağıran belə bir səs eşidilir: "Ey ölümlü

adamların ən bədbəxti! Sən belə işə niyə can atırsan? Qurtuluş axtaranları mənim məbədimdən niyə qovursan?"

Aristodik isə karıxmadan allaha etiraz edərək belə cavab verir: "Allahımız! Özün qurtuluş üçün sənə sığınanlara kömək

edirsən, amma kimalılara əmr verirsən ki, onlar qurtuluş üçün yalvaranı təslim etsinlər". Allah isə belə sözlərlə ona

yenə etiraz edir: "Bəli, mən belə buyururam ki, siz özünüzün mürtədliyinizə görə tezliklə qırılasınız və bundan sonra

qurtuluş diləyəni təslim etmək barədə mənə bir də sorğu verməyə gəlməyəsiniz".

160. Belə bir cavabdan sonra kimalılar Paktini təslim etsələr məhv olmaq, öz yanında saxlasalar, mühasirəyə məruz

qalmaq qorxusu keçirərək, onu təslim etmək istəmirlər. Buna görə də Paktini Mitilenaya göndərirlər. Mitilenalılar da

Mazaresə carçı göndərib bildirirlər ki, o, Paktini təslim etmək əmri göndərsə, onda onlar ancaq müəyyən muzd almaqla

onu verməyə hazır olacaqlar. Mən muzdun miqdarını dəqiq bilmirəm, çünki bu sövda baş tutmamışdır, belə ki,

kimalılar mitilenalıların qəsdindən xəbər tutaraq, Lesbosa gəmi göndərib Paktini oradan Xiosa aparmışlar. Orada

xioslular Paktini Afina Poliuxosun ibadətgahından zorla çıxarıb farslara təslim etmişlər. Xioslular onu Atarneylə

dəyişdiklərinə görə təslim etmişlər (bu Atarney Misiyada Lesbosla qarşı-qarşıya yerləşir). Farslar Paktini ələ keçirib

zindanda saxlayıblar ki, sonra Kuruşun hüzuruna aparsınlar. Lakin bundan xeyli sonra heç bircə nəfər də xioslu

Atarney məhsulundan allaha nə arpa nəziri göndərmiş, nə də nəzir kökəsi bişirmişdir. Ümumən, bu torpağın yetirdiyi

məhsuldan nəzir üçün daha istifadə olunmur.

161. Xioslular Paktini beləcə təslim edirlər. Mazares də bundan sonra Təbəlin mühasirəyə alınmasında iştirak edən

bütün şəhərlərə qarşı yürüşə çıxır. Əvvəlcə prienalıları tabe edib, sonra bütün Meandr vadisini keçərək oranı, eləcə də

Maqnesiya şəhərini bütün qoşunun qarətinə verir. Bundan sonra Mazares xəstələnir və ölür.

162. Mazaresin vəfatından sonra sərkərdə vəzifəsində onun varisi yenə də midiyalı Arpaq olur. Bu həmin Arpaqdır

ki, Midiya hökmdarı Astiaq ona mürtədcəsinə ziyafət düzəltmişdi və o da Kuruşun taxta çıxmasını qurmuşdu. Kuruşun

sərkərdə təyin etdiyi bu adam İoniyaya gəlir və şəhərləri torpaq bəndlərlə əhatə edərək, işğal eləməyə başlayır. O,

əhalini şəhər hasarının yanına yığaraq, hasar ətrafına torpaq tökdürür və sonra hücum çəkib şəhəri alırdı. Onun

hücumuna məruz qalan ilk ion şəhəri Fokeya olur.

163. Bu Fokeyanın əhalisi ellinlər arasında ilk dəfə uzaq dəniz səfərlərinə çıxmışdılar. Adriatik dənizini, Tirseniya,

İberiya və Tartesi onlar kəşf etmişlər. Onlar "girdə" ticarət "gəmilərində deyil, 50 avarlı gəmilərdə üzmüşlər. Onlar

Tartesdə buranın Arqanfoni adlı hökmdarı ilə dostluq əlaqəsinə girmişdilər. Bu hökmdar Tartesdə 80 il hakimiyyət

sürmüş, cəmisi 120 il yaşamışdır. Bu adam fokeyalılara elə isinişibmiş ki, əvvəlcə, hətta onların İoniyadan köçüb onun

ölkəsinin istədikləri yerində yerləşmələrini təklif etmişdir. Sonra da fokeyalılar bu təkliflə razılaşmayanda o, Lidiya

hökmranlığının qüdrətinin gücləndiyini eşidərək, fokeyalılara pul vermişdir ki, onlar öz şəhərlərinin ətrafına hasar

çəksinlər. O, pul verməkdə xəsislik göstərməyib, çünki, (Fokeyanın) ətrafındakı hasar heç də azacıq stadiya təşkil

etmir, həm də bütün hasar səliqə ilə düzülmüş sal daşlardan hörülmüşdür.

164. Fokeyalılar öz şəhərlərinin ətrafına bu yolla hasar çəkmişlər. Arpaq isə öz qoşununu gətirib, şəhəri mühasirəyə

almağa başlayanda fokeyalılara bunu deməyi buyurmuş ki, şəhərlilər (şaha itaət əlaməti olaraq) hasarın bircə bürcünü

uçurub, bircə evi "nəzir" desələr o, təkcə bununla razı qalacaqdır. Qul həyatına nifrət edən fokeyalılar isə bildiriblər ki,

məsləhətləşməyə bircə gün vaxt istəyirlər, məsləhətləşənə qədər də qoy Arpaq öz ordusunu şəhərdən kənara çəksin.

Arpaq isə cavab verib ki, onların niyyətini gözəl başa düşür, bununla belə, fikirləşmək üçün onlara vaxt verir. Lakin

Arpaq ordunu çəkən kimi fokeyalılar 50 avarlı gəmilərini suya salıb arvad-uşağı və bütün ev şeylərini, eləcə də

allahların əkslərini, mərmər və mis heykəllərdən və şəkillərdən başqa, məbədlərdəki bütün nəzirləri gəmilərə

yükləyirlər. Sonra da qalan başqa əmlakı yükləyir, özləri də göyərtəyə qalxıb Xios istiqamətini tutaraq üzüb gedirlər.

Farslar Fokeyanı burada qalan əhali ilə birlikdə götürürlər.

165. Xioslular isə Enus adalarını fokeyalılara satmaq istəmirlər, çünki bu adaların ticarət mərkəzinə

çevriləcəyindən, öz adalarının isə ticarət mənafeyindən məhrum ola biləcəyindən ehtiyat edirlər. Ona görə də,

fokeyalılar Kirnə yola düşürlər. Axı, bu hadisələrdən iyirmi il əvvəl onlar allahın buyruğu ilə Kirndə Alaliya adında bir

şəhər salmışdılar. (Arqanfoni onda artıq vəfat etmişdi). Kirnə yola düşən fokeyalılar əvvəlcə Fokeyaya dönüb, Arpaqın

şəhərdə qoyduğu fars keşikçilərini qırırlar. Bundan sonra hər kəs yürüşdən qalarsa, ona dəhşətli qarğış bəyan edirlər.

Sonra da bir dəmir parçasını dənizə batırıb and içirlər ki, bu dəmir dənizin üzünə qalxmamışdan əvvəl Fokeyaya

qayıtmayacaqlar. Kirnə yola düşməyə hazırlıq görülən zaman vətəndaşların yarıdan çoxunu doğma şəhərin və çoxdan

məskən saldıqları yerin həsrəti bürüyür. Beləliklə, onlar içdikləri andı pozaraq Fokeyaya qayıdırlar. Anda sadiq

qalanlar isə Enusu tərk edib (Kirnə) gedirlər.

166. Fokeyalılar Kirnə gəlib orada əvvəlki əhali ilə birlikdə beş il yaşayırlar və allahlara ibadətgahlar ucaldırlar.

(Sonralar) ətrafı qarət edib, əhalini soyduqlarına görə tirsenlilərlə karfagenlilər ittifaq bağlayıb hər biri 60 gəmidə

onların üstünə müharibəyə gedirlər. Fokeyalılar da öz adamlarını 60 gəmiyə mindirib Sardon adlanan dənizdə

düşmənin qabağına çıxırlar. Dəniz döyüşündə fokeyalılar bir növ Kadmey qələbəsi48 qazanırlar: 40 gəmiləri məhv

olur, qalan 20 gəmi isə burunları əzildiyi üçün döyüş bacarığını itirir. Bundan sonra fokeyalılar Alaliyaya qayıdırlar.

Burada onlar arvad-uşağı gəmilərə mindirir, sonra da gəmilərin tuta biləcəyi qədər əmlak yükləyərək. Kirni tərk edib

Regiyə üzüb gedirlər.




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə