Doqquz kitabda BİRİNCİ HİSSƏ



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə25/36
tarix08.12.2017
ölçüsü0,58 Mb.
#14663
1   ...   21   22   23   24   25   26   27   28   ...   36

26

qurtaranda: Kuruş əmr edir ki, əvvəlcədən yuyunaraq sabah yenə gəlsinlər. Bu dəmdə Kuruş öz atasının bütün keçi,

qoyun və inəklərini bir yerə yığıb kəsərək fars qoşunu üçün qonaqlıq hazırlamağı buyurmuşdu. Bundan başqa, o, çoxlu

çaxır və çörək tədarükü görmüşdü. O biri gün farslar gələndə Kuruş onlara çəmənlikdə əyləşib qonaq olmağı təklif edir.

Qonaqlıqdan sonra Kuruş farslardan soruşur: hansı gün onlara daha xoş gəlib-dünənki, yoxsa bugünkü? "Bu günlər

arasında, əlbəttə, böyük fərq vardır,-deyib cavab verirlər,-axı dünənki gün bizə ancaq iztirab vermişdi, bu gün isə hər

şey gözəldir". Kuruş bu sözlərdən yapışıb, bütün niyyətini farslara açaraq deyir: "Fars döyüşçüləri! İş, bax, belədir:

əgər siz mənim arxamca getsəniz, onda sizin bu nemətləriniz də olacaq, hələ bundan on qat artığı da. Yox, əgər

arxamca getmək istəməsəniz onda dünənki günün ağır zəhməti həmişəlik qabağınıza çıxacaqdır. Ona görə də arxamca

gəlib azadlıq əldə edin. Mənə elə gəlir ki, mən allahların iradəsi ilə sizin azadlıq işinizi öz öhdəmə götürmək üçün

doğulmuşam. Elə bilirəm ki, siz heç nədə, xüsusən döyüşçülükdə midiyalılardan heç də geri qalmırsınız. Ona görə də

siz gərək tezliklə Astiaqdan qopub ayrılasınız".

127. O gündən farslar özlərinə rəhbər tapırlar və Midiya əsarətindən xilas olacaqlarına sevinirlər. Axı, Midiya

hökmranlığına çoxdan nifrət edirdilər. Astiaq isə Kuruşun belə bir hazırlıq apardığını eşidib, carçı göndərərək hüzuruna

gəlməsini əmr edir. Kuruş da carçıların gedib şaha ərz eləməsini buyurur ki, o, şahın hüzuruna şaha lazım olan vaxtdan

tez gələcəkdir. Astiaq bunu eşidib bütün Midiya xalqını silaha sarılmağa çağırır və Arpaqı sərkərdə təyin edir (axı,

allah hökmdarın ağlına rəxnə salmışdı, o da Arpaqa elədiyi pisliyi unutmuşdu). Midiyalılar yürüşə çıxıb farslarla

vuruşmağa başlayanda qoşunun qəsddə əli olmayan bir hissəsi döyüşür, bir hissəsi könüllü olaraq farsların tərəfinə

keçir, qoşunun çoxu özlərinin əsgərlik borcuna xəyanət edərək qorxaqcasına qaçmağa üz qoyur.

128. Beləliklə, Midiya ordusu rüsvaycasına pərən-pərən düşür. Astiaq məğlubiyyəti eşidib, qəzəblə qışqırır: "Fərqi

yoxdur, Kuruş canını qurtara bilməyəcəkdir!" Bunun ardınca hökmdar əvvəlcə onu Kuruşu bağışlamağa inandırmış

yuxuyozan mağları payaya keçirməyi, sonra da qocadan tutmuş kiçiyə qədər şəhərdə qalmış (bütün midiyalıların)

silaha sarılmasını əmr edir. Astiaq bu ordu ilə özü farslara qarşı döyüşə çıxır, amma vuruşmada məğlubiyyətə uğrayır.

Bu döyüşdə hökmdar əsir alınır. Midiya ordusu isə məhv edilir.

129. Onda Arpaq əsir alınmış Astiaqa yanaşıb, bədbəxtliyindən kam alaraq onu ələ salmağa başlayır. Əsirə tikanlı

sözlərlə müraciət edərək, yeri gəlmişkən, ondan soruşur: "Vaxtı ilə ziyafət verib, Arpaqı da dəvət edərək onu öz

oğlunun ətinə qonaq elədiyin ziyafətlə müqayisədə hökmdarlığı itirmək Astiaq üçün nə deməkdir?" O vaxtkı cinayəti

ucundan Astiaq indi hökmdardan dönüb qul olmuşdu. Astiaq isə Arpaqa baxıb öz növbəsində deyir: yoxsa, Arpaq

Kuruşun işini özünə çıxır? Arpaq da etiraz edib deyir ki, bu barədə Kuruşa özü məktub yazaraq, onu üsyana təhrik

etmişdir, ona görə də ədalətlə baxılsa, bu iş onun xidmətidir. Onda Astiaq Arpaqın dünyada ən axmaq və yaramaz

adam olduğunu sübut üçün dəlillər gətirməyə başlayır. Arpaq ona görə ən axmaq adamdır ki, (özünün inandırdığı kimi,

doğrudan da çevriliş onun əli ilə edilmişsə), özü hökmdar ola biləcəyi halda hökmdar tacını özgəsinin başına

qoymuşdur. Arpaq ona görə ən yaramaz adamdır ki, o, "özünün qonaqlıq əhvalatına" görə midiyalıları qul etmişdir.

Əgər Astiaqın yerinə başqa bir adama hökmən hökmdarlığı ələ keçirmək lazım gəlmişdisə, onda bu şərəfə heç olmasa

farsı deyil, midiyalını çatdırmaq daha ədalətli olardı. Heç bir günahı olmayan midiyalılar hakim olduqları halda,

bundan belə qul, əvvəlki qullar-farslar isə hakim oldular.

130. Beləliklə, Astiaq 35 illik hökmdarlıqdan sonra hakimiyyətdən məhrum olur. Onun sərtliyi ucundan midiyalılar

farslara tabeçilik etməli olurlar. Qalisin o tayı boyunca midiyalıların Asiya üzərində hakimiyyəti, iskitlərin

hakimiyyətini istina etməklə, 128 il sürmüşdür. Sonralar midiyalılar farslara təslim olmalarından peşman olur və Dara

əleyhinə üsyan eləyirlər. Lakin vuruşmada məğlubiyyətə uğrayıb, yenidən tabe olmağa məcbur qalırlar. Astiaq

zamanında midiyalılardan qopub ayrılan farslar isə həmin vaxtdan etibarən Kuruşun başçılığı ilə Asiyaya hakim

kəsilirlər. Bundan sonra Kuruş Astiaqa heç bir pislik etməyib, ölənə qədər onu öz yanında saxlayır. Kuruşun anadan

olması, uşaqlığı və taxta çıxması tarixi belədir. Sonra Kuruş, artıq dediyim kimi, onun üstünə yürüşə getmiş Krezə də

qalib gəlir. Krezə çaldığı qələbədən sonra Kuruş Asiyanın hakimi olur.

131. Farsların adətinə gələndə bu barədə mən bunu deyə bilərəm. Farslarda (allahlara) heykəllər, məbədlər və

səcdəgahlar ucaltmaq adət deyil. Bu cür iş görənləri onlar axmaq sayırlar, çünki mənim fikrimcə, ellinlər allahları insan

şəklində təsəvvür etdikləri halda, farslar onları insaniləşdirmirlər. Belə ki, onlar dağ zirvəsində Zevsə qurban kəsib

bütün göyü Zevs adlandırırlar. Onlar, eyni zamanda, günəşə, aya, oda, suya və küləklərə qurban verirlər. Əvvəllər

ancaq bu allahlara qurban verirmişlərsə, sonra Uraniya Afroditasına səcdə eləməyi assurlardan və ərəblərdən

öyrənmişlər (assurlar Afroditaya Militta, ərəblər-Alilat, farslar isə-Mitra deyirlər).

132. Farslar bu allahlara qurban gətirəndə bax belə edirlər. Farslar ibadətgahlar tikmirlər və tonqal qalamırlar.

Onların qurban mərasimində nə şərab içmək adəti var, nə tütək çalmaq. Nə əklilləri olur, nə də qurbanlıq arpaları. Əgər

bir nəfər göstərilən allahlara qurban vermək istəyirsə, qurbanlıq heyvanı "pak" bir yerə gətirib, hər şeydən əvvəl

özünün tacını mərsin budaqları ilə bəzəyib allahın adını tutur. Qurban gətirən adamın tək özünə səadət arzulamasına

icazə verilmir, o bütün farslar və hökmdar üçün dua edir, çünki onun özü də farslara mənsubdur. Bunun ardınca

qurbanlıq heyvanı kəsib əti bişirir, sonra da yerə təzə ot, (daha çox üçyarpaqlı yonca) döşəyir və əti onun üstünə qoyur.

Bu vaxt mağ gəlib onların ovsunlama mənasında işlətdikləri dini mahnı oxuyur. Axı, onlarda mağsız qurban kəsmək

adət deyil. Qurban gətirən adam bir müddətdən sonra əti götürüb evə aparır və ondan istədiyi məqsəd üçün istifadə edir.

133. Farslarda hər kəsin anadan olduğu gün ən böyük bayram sayılır. Onlar başqa günlərə nisbətən həmin gün daha

bol süfrə açırlar. Varlı adamlar süfrəyə sobada qızardılmış bütöv buğa, at, dəvə, hətta qulan cəmdəyi düzürlər, kasıb

adamlar isə süfrəyə ancaq kiçik buynuzlu heyvan başı qoyurlar. Onların nahar təamları çox deyil, amma dalbadal gen-

bol çərəz verirlər. Buna görə də farslar inanırlar ki, ellinlər süfrədən ac qalxırlar, çünki onlar nahardan sonra bir dənə də

dəyərli yemək vermirlər. Əgər ellinlərdə süfrəyə çərəz verilsəydi, onda onlar elə hey yeyərdilər... Farslar şərabın böyük

həvəskarıdırlar. Başqa adamların yanında sifraq eləmək və işəmək farslarda adət deyil. Farslar bu adətlərə ciddi riayət




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə