Doqquz kitabda BİRİNCİ HİSSƏ



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə23/36
tarix08.12.2017
ölçüsü0,58 Mb.
#14663
1   ...   19   20   21   22   23   24   25   26   ...   36

24

da hökmdar uşağının paltarını ölü uşağa geyindirir, onu dağlarda ən uzaq yerə aparır və orada qoyub qayıdır. Üç gün

keçəndən sonra naxırçı bala çobanlarından birini naxıra baxmaq üçün öz yerində qoyub şəhərə gedir. Arpaqın evinə

gəlib deyir ki, uşağın meyitini göstərə bilər. Arpaq da körpənin meyitinə baxmaq üçün özünün şəxsi keşikçilərindən ən

sədaqətlisini oraya göndərir və sonra naxırçı uşağını basdırmağı tapşırır. Ölü uşağı basdırırlar, sonralar Kuruş adlanan o

biri uşağı da naxırçı arvadı himayəsinə götürüb ona Kuruş deyil, başqa bir ad qoyur.

114. Uşağın 10 yaşı tamam olanda onun əsl mənşəyi bax belə ortalığa çıxır: uşaq, buğaların pəyələrə salındığı

kənddəcə, yol qırağında öz yaşıdları ilə oynayırmış. Uşaqlar naxırçının bu kənardan tutma oğlunu özlərinə hökmdar

seçirlər. O da, bəzilərini ev tikmək işinə, bəzilərini isə özünə şəxsi keşikçi təyin edir, birinə "hökmdar gözü" olmağı, o

birinə yenilikləri hökmdara xəbər verməyi buyurur. Hər kəsə xüsusi vəzifə tapşırır. Oyunda iştirak edən uşaqlardan biri

(zadəgan Artembarın oğlu) əmri yerinə yetirmir. Onda Kuruş o birilərinə əmr edir ki, onu tutsunlar. Uşaqlar əmri yerinə

yetirirlər və Kuruş günahkarı qamçılayaraq onunla çox sərt rəftar edir. Müqəssiri buraxan kimi, onun təsəvvürünə görə

layiq olmadığı rəftardan bərk qəzəblənərək Kuruşun onu döyməsindən şikayət üçün şəhərə, atasının yanına qaçır.

(Əlbəttə o, Kuruş adı çəkmir, çünki uşaq hələ bu adı daşımırdı, ona "Astiaq naxırçısının oğlu" deyirdilər). Əsəbiləşmiş

Artembar oğlu ilə eşidilməmiş rəftardan şikayət etmək üçün Astiaqın yanına gedir. O deyir: "Hökmdar, sənin kölən,

naxırçı oğlu bununla belə rəftar eləmişdir!" Bunu deyib oğlunun (zərbələrin izi qalmış) çiyinlərini göstərir.

115. Astiaq bunu eşidib və (zərbələrin izini) görüb naxırçının və onun oğlunun ardınca adam göndərməyi əmr edir.

(Hökmdar Artembara hörmət etdiyi üçün oğlunu razı salmaq istəyir). Elə ki, onların ikisi də gəlir, onda Astiaq Kuruşa

baxıb deyir: "Adi bir naxırçı oğlu ola-ola çox hörmətli Artembarın oğlunu sənmi belə ağır təhqir etməyə cəsarət

göstərmisən?" Oğlan da belə cavab verir: "Ağa! Mən onunla ədalətli rəftar etmişəm. Axı, bizim kəndin uşaqları

(onların içində də bax, bu oğlan) oyun zamanı məni özlərinə hökmdar qoydular, onlar elə qərara gəldilər ki, bu rütbəyə

hamıdan artıq mən layiqəm. Başqa oğlanlar mənə tabe oldular, bu isə ta cəzalandırılana qədər mənə itaət eləmədi,

(əmrlərimə) məhəl qoymadı. Buna görə cəzaya layiqəmsə, buyur, mən sənin ixtiyarındayam!".

116. Bu sözlərdən sonra Astiaq dərhal oğlanı tanıyır. Uşağın üzünün cizgiləri özününkünə oxşayırdı, cavabı da qul

(oğlu) üçün həddindən artıq məğrur və açıq-açığına cavab idi. Görünür, onun nəvəsinin (vəhşi heyvanlara yem olması

üçün) atıldığı vaxt da bu uşağın yaşına uyğun gəlirdi. Astiaq dəhşətdən bir müddət səssiz-səmirsiz qalır. Nəhayət,

hökmdar özünə gələr-gəlməz naxırçını üzbəüz dindirmək istədiyini bildirir və ona görə də Artembarı yola salır.

"Artembar,-dedi,-mən səni və oğlunu tamam razı salmağa çalışaram". Hökmdar Artembarı mürəxxəs edir. Kuruşu da

onun əmrinə görə sarayın içəri otaqlarına aparırlar. Astiaq naxırçı ilə tək qalıb, bu oğlanın onun evinə necə düşdüyünü,

kimin verdiyini soruşur. Çoban deyir ki, uşaq onun özününküdür, anası da hələ onun evində sağdır. Astiaq naxırçıya

cavab verir ki, onun özünü dəhşətli işgəncələrə salması ağılsızlıq olar və dərhal öz keşikçilərinə naxırçını tutmağı əmr

edir. İşgəncə nəticəsində naxırçı hər şeyi etiraf etməli olur. O, əvvəlcə bunun neçə olduğunu doğrucasına danışır və

axırda sözünü mərhəmət və bağışlanmaq haqqında yalvarışla qurtarır.

117. Naxırçının etirafından sonra Astiaq ona məhəl qoymayıb, öz qəzəbini Arpaqın üstünə tökmək üçün

keşikçilərinə onu gətirməyi buyurur. Arpaq onun hüzurunda dayananda hökmdar deyir: "Arpaq! O vaxt qızımın sənə

verdiyim körpəsini necə öldürdün?" Arpaq isə naxırçının sarayda olduğunu görür (ona görə) də ifşa olunacağı üçün

(qorxudan) yalana əl atmır, amma belə deyir: "Hökmdar! Mən uşağı götürəndə sənin qarşında günahkar qalmamaq və

qızının, eləcə də sənin özünün gözündə qatil olmamaq üçün əmrini necə yerinə yetirmək haqqında fikirləşməyə

başladım. Ona görə də belə elədim: bu naxırçını buraya çağırıb uşağı ona verdim, dedim ki, sən uşağı öldürməyi ona

əmr etmisən. Mənim bu sözlərim də, əlbəttə, tam həqiqət idi. Axı sənin öz buyruğun belə olmuşdu. Bunu deyərək, belə

bir əmrlə uşağı ona verdim ki, aparıb əl-ayaqdan uzaq bir dağa qoysun və ölənə qədər keşiyini çəksin. Mən naxırçını,

itaətsizlik göstərərsə, dəhşətli cəzalarla təhdid etdim. Naxırçı itaət elədi; uşaq öləndən sonra ən sadiq nökərlərimi-

xacələrimi (əmrin icrasını) yoxlamağa göndərdim, sonra da onların köməyi ilə uşağı dəfn etdim. Hökmdar, işin gedişi

və uşağın ölümü belə olmuşdur".

118. Arpaq beləcə açıq etiraf etməli olur. Astiaq isə qəzəbini gizlədərək, əvvəlcə naxırçıdan eşitdiklərinin hamısını

ona danışır və axırda əlavə edir ki, uşaq sağ qalmışdır, buna görə də o şaddır ki, hər şey uğurla qurtarmışdır. "Mən bu

oğlana elədiklərimdən çox əzab çəkmişəm,-hökmdar yeri gəlmişkən dedi,-və öz qızımın nifrətinə dözmək mənim üçün

asan deyildi. İndi, hər şey yaxşılıqla qurtardığı üçün get öz oğlunu göndər bizim bu "təzə qədəm" nəvəmizlə oynasın.

Uşağın xilas edilməsi şərəfinə görə allahlara minnətdarlıq qurbanı kəsmək istəyirəm, sən özün də mənim ziyafətimə

gələrsən".

119. Arpaq bu sözləri eşidib hökmdarın ayaqlarına düşür. O, özünün günahkar olmasına baxmayaraq, hər şey uğurla

ötüşdüyü, belə şad hadisəyə görə hətta ziyafətə dəvət edildiyi üçün yüksək xoşbəxtlik qanadında uçur. Arpaq sonra

tələsik evə gedir və oğlunu dərhal Astiaqın sarayına göndərir (yeganə oğlunun 13-ə yaxın yaşı olardı). Ona buyurur ki,

hökmdarın bütün əmrlərini yerinə yetirsin. Özü də bütün baş vermiş hadisəni böyük sevinclə arvadına danışır. Bu arada

Arpaqın oğlu (saraya) Astiaqın hüzuruna gələn kimi o, oğlanı öldürməyi, bədənini tikə-tikə doğramağı əmr edir.

Hökmdar uşağın ətinin bir qismini qızartmağı, bir qismini də bişirməyi və bu yaxşı hazırlanmış xörəyi dəmdə

saxlamağı əmr edir. Ziyafət başlananda dəvət olunmuş adamlar sırasında Arpaq da gəlir. Astiaqın və qonaqların

süfrəsinə qoyun əti, Arpaqın qabağına isə öz oğlunun bütün ətini qoyurlar (uşağın başı, əlləri və ayaqları qapağı örtülü

səbətə qoyulmuşdu). Görünür, Arpaqın doyduğunu hiss edən Astiaq ondan xörəyi xoşlayıb-xoşlamadığını soruşur.

Arpaq cavab verir ki, xörək ona böyük ləzzət verdi. Onda xüsusi tapşırıq almış xidmətçilər uşağın başı, əlləri və

ayaqları qoyulmuş ağzı örtülü səbəti gətirib Arpaqa əmr edirlər ki, səbəti açsın və içindəkilərdən nə istəsə götürsün.

Arpaq əmrə boyun, əyir və səbətin qapağını qaldıranda oğlunun cənazəsinin qalıqlarını görür. Amma gördükləri Arpaqı

çaşdırmır; o, özünü itirmir. Bu vaxt Astiaq ondan soruşur ki, hansı quş ətindən, yediyini bilirmi? Arpaq cavab verir ki,



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə