Doqquz kitabda BİRİNCİ HİSSƏ



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə21/36
tarix08.12.2017
ölçüsü0,58 Mb.
#14663
1   ...   17   18   19   20   21   22   23   24   ...   36

22

98. Elə ki, midiyalılar kimi hökmdar seçmək haqqında məsləhətləşməyə başlayırlar, onda hamı Deyoku tərifləyib

onu təklif edir, axırda onu bir səslə hökmdar seçirlər. Onda Deyok da öz hökmdarlığına layiq bir saray tikdirməyi, ona

gözətçilər verməyi əmr edir. Midiyalılar isə itaət edərək onun özünün göstərdiyi yerdə böyük və alınmaz bir saray

(qəsr) tikdirirlər hökmdara bütün Midiyadan şəxsi keşikçilər toplamasına icazə verirlər. Deyok taxta çıxandan sonra

(təzə) bir şəhər tikdirib onu qorumağı, qalan başqa şəhərləri taleyin ümidinə buraxmağı midiyalılara buyurdu.

Midiyalılar onun bu buyruğunu da yerinə yetirirlər və Deyok möhkəmləndirilmiş böyük bir şəhər-indiki Akbatananı

saldırır. Onun hasarları halqalama olub biri o birini əhatə edirmiş. Qala divarları elə tikilibmiş ki, sanki bir divar dairəsi

qalanın hündürlüyünə görə o biri divar halqasının üstündə dayanırmış. Şəhərin təpələr üstündə salınması bu vəziyyət

üçün əlverişli olmaqla bərabər, yerin özü də süni şəkildə bir qədər dəyişdirilibmiş. Bütün hasar dairəsi yeddidir,

axırıncı dairənin içində hökmdarın sarayı və xəzinəsi yerləşir. Ən böyük hasar dairəsinin uzunluğu təxminən Afinanın

hasar dairələri qədərdir. Birinci hasar dairəsinin bürcü-ağ, ikincisinki-qara, üçüncününkü-çəhrayı, dördüncününkü-tünd

göy, beşincininki-səndəl rəngindədir. Beləliklə, bütün bu beş dairənin bürcü əlvan rənglənmişdir. Axırıncı iki dairəyə

gələndə, onun bir bürcü-gümüşə, o biri -qızıla tutulmuşdur.

99. Deyok öz sarayının ətrafına belə hasarlar çəkdirmişdir. Başqa xaqlara isə bu hasar ətrafında yerləşməyi

buyurmuşdur. Tikinti (saray) qurtaranda Deyok hər şeydən əvvəl bax belə bir qayda (saray təşrifatı) qoymuşdur: heç

kəs birbaşa hökmdar hüzuruna getməməli, amma bütün işlər üçün nökərlər (müjdəçilər) vasitəsi ilə gediş-gəliş

yaranmalıdır, Hökmdarın üzünə baxmağa isə heç kəsə icazə verilməməlidir. Bundan başqa, hökmdarın hüzurunda

gülmək, ya da tüpürmək istisnasız olaraq, hamı üçün ədəbsizlik sayılmalıdır. Deyok özünə ona görə belə bir cəlal

düzəldir ki, kübar ailələrdən çıxıb, igidlikdə ondan geri qalmayan gənclik dostlarından və yaşıdlarından özünü qorusun.

Bunlar onu görə bilməsələr, nə ona həsəd apararlar, nə də həyatına qəsd edərlər, əksinə, Deyokun təsəvvürünə görə,

onu yüksək məxluq sayarlar.

100. Deyok belə qaydalar qoyaraq öz hakimiyyətini möhkəmləndirdikdən sonra qanunçuluğa ciddi əməl eləyir.

Şikayətlər hökmdara yazılı şəkildə verilir. O, bunlara baxıb geri qaytarır. Deyok şikayətlərə belə münasibət bəsləyir.

Bəzi hallarda isə hökmdar bax belə qayda qoyur: Deyok hər hansı bir cinayət haqqında eşidib, müqəssirləri öz yanına

çağırır və onları tutduqları işə görə cəzalandırır. Onun bütün ölkədə xəfiyyələri və xəbərçiləri varmış.

101. Nə isə, Deyok Midiya xalqını birləşdirir və bütün Midiyada hökmdarlıq edir. Midiyalıların tayfaları bunlardır

buslar,41 paretakenlər, struxatlar, arizantlar, budilər və mağlar. Midiya tayfaları42 bax, bu qədərdir.

102. Deyokun Frəörtə adlı oğlu vardı. Deyok 53 illik hökmranlıqdan sonra vəfat edir, hökmdarlıq irsən Frəörtəyə

keçir. Frəörtə hakimiyyəti ələ alıb midiyalılara hökmdarlıq etməklə kifayətlənməyərək, farsların üstünə müharibəyə

gedir. Onun ilk hücumuna farslar məruz qalırlar və midiyalılara ilk dəfə onlar tabe olurlar. Frəörtə bu iki, özü də

qüdrətli xalqa hakim kəsilərək, sonra Asiya xalqlarını dalbadal özünə tabe etməyə başlayır. Nəhayət, o, assurların

üzərinə yürüş edir. (Məhz həmin assurlara ki, onlar Ninə sahib olub, əvvəllər bütün Asiyaya ağalıq edirdilər, indi isə

müttəfiqlərinin qopub ayrılmasından sonra tək qalmışdılar, amma bununla belə, öz evlərində hələ də kifayət qədər

güclü idilər). Frəörtə özü 22 illik hökmranlıqdan sonra bu yürüşdə həlak olur və ordusunun da böyük hissəsi məhv

edilir.


103. Frəörtənin ölümündən sonra hökmranlıq onun oğluna, Deyokun nəvəsi Kiaksara keçir. Danışılanlara görə bu

Kiaksar öz sələflərindən daha hərbçi olmuşdur. Asiya ordusunu ilk dəfə silah növlərinə görə əsgəri hissələrə o bölmüş,

hər hissəyə-nizəçilərə, kamançılara və süvarilərə sərbəst hərəkət etmək əmri vermişdir. O vaxta qədər bütün ordu

intizamsızcasına qarışıq olmuşdur. Bu həmin Kiaksardır ki, lidiyalılarla vuruşanda gündüz qəflətən gecəyə dönmüşdü.

Kiaksar Qalisin o tərəfi boyu bütün Asiyanı öz hakimiyyətinə birləşdirir. O, atasının intiqamını almaq və Nin şəhərini

dağıtmaq üçün tabeliyində olan bütün xalqlarla birlikdə Ninə qarşı yürüş edir. Kiaksar assurları yenib Nini mühasirəyə

almağa başlayan zaman başda Protofieyin oğlu hökmdar Madies olmaqla iskitlərin böyük qoşunu onun hökmdarlığının

sərhədlərinə soxulur. İskitlər kimmeriləri Avropadan sıxışdıraraq onları Asiyada izləyirdilər, indi də Midiya torpağına

soxulmuşdular.

104. Meotida43 gölündən Fasis çayına və kolxlar ölkəsinə qədər ayaqla 30 günə asanlıqla getmək olar.

Kolxidadan44 Midiyaya da məsafə uzaq deyil-bu ölkələr arasında saspirlər deyilən bircə xalq yaşayır. Onlardan ötüb

Midiyaya çatmaq olar. İskitlər isə Midiyaya, hər halda, bu yolla yürüş eləməmişlər, bəlkə, düz yoldan burulub, Qafqaz

dağlarını sağ tərəfdə qoyaraq daha uzaq olan yuxarıkı yolla getmişlər. Midiyalıların iskitlərlə vuruşması da elə burada

başlamışdır. Bu vuruşmada midiyalılar basılmış və onların qüdrəti sarsıdılmışdır.45 İskitlər isə bütün Asiya üzərində

hakim olmuşlar.

105. İskitlər sonra Misirə getmişlər. Oraya aparan yol üstündəki Fələstin Suriyasında Misir hökmdarı Psammetix

iskitlərin qarşısına çıxıb, hədiyyələr və xahişlər vasitəsi ilə işğalçıları buradan o yana getməkdən çəkindirmişdir46.

İskitlər geri dönərək Suriya şəhəri Askalona gəlmişlər. İskit qoşununun böyük qismi şəhərin yanından keçib ona ziyan

vurmamış, yalnız geridə qalan bir qədər döyüşçü Uraniya Afroditası məbədini qarət etmişlər. Mən sorğu-sualdan

öyrəndim ki, ilahənin bütün məbədləri içərisində bu məbəd ən qədimidir. Axı, kiprlilər özləri təsdiq edirlər ki, Kiprdəki

məbədin əsasını elə buranın öz adamları qoymuşlar. Kiferadakı məbədi isə Fələstin Suriyasının əhalisi ucaltmışdır.

İlahə Askalondakı məbədin qarətçilərini cəzalandıraraq, onların özlərinə və bütün nəsillərinə əbədi olaraq "qadın" azarı

vermişdir. Bunu nəinki iskitlərin özləri təsdiq edirlər, eləcə də, İskit Elinə gedib-gələnlərin hamısı enareylər

adlananların çəkdikləri iztirabları görə bilərlər.

106. İskitlər Asiyada 28 il hakimiyyət sürüb özlərinin sırtıqlığı və azğınlığı nəticəsində orada hər şeyi xarablayırlar.

Axı, onlar hər xalqdan müəyyən olunmuş vergi toplamaqla yanaşı, ölkənin hər yerini gəzib dolaşaraq əllərinə keçəni

qarət edirdilər. Onda Kiaksar və midiyalılar bir dəfə çoxlu iskiti qonaq çağırıb keflənənəcən içirtdirir, sonra onları

qırırlar. Midiyalılar öz hökmdarlarının əvvəlki əzəmətini belə bərpa edirlər, üstəlik Nin şəhərini də ələ keçirirlər (şəhəri




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə