Doqquz kitabda BİRİNCİ HİSSƏ



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə17/36
tarix08.12.2017
ölçüsü0,58 Mb.
#14663
1   ...   13   14   15   16   17   18   19   20   ...   36

18

yanından keçir, daha sonra yenə köhnə məcrasına qayıdırmış. Beləliklə, çay iki qola ayrılandan sonra bu qolların ikisi

də dayazlaşıb keçilməli olmuşdur. Bəziləri hətta təsdiq edirlər ki,o vaxt köhnə məcra tamam soğulmuşdur; mən buna

inanmıram. Bəs o vaxt onlar geri dönəndə çayı təzədən necə keçə bilərdilər?

76. Krez, bax beləcə, qoşunla birlikdə Qalisi keçib Kappadokiyada Pteriya adlanan yerə gəlir (Pteriya bu ölkədə çox

möhkəmləndirilmiş yer olub, Evksin Pontunun şəhərlərindən sayılan Sinopa yaxınlığında yerləşir). Hökmdar orada

qərargah salıb suriyalıların zəmilərini dağıtmağa başlayır. Pteriyalıların şəhərini işğal edib, əhalisini qul kimi satır. O,

eləcə də bütün ətrafdakı şəhərləri alır, heç bir günahı olmayan Suriya əhalisini sürgün eləyir. Kuruş da öz qoşununu

toplayır, ölkəsindən keçib getdiyi bütün xalqlardan yığdığı döyüşçüləri də özününkünə qoşur və Krezin üstünə yürüyür.

Kuruş hələ hərəkətə başlamazdan öncə ionları Krezdən qopmağa təhrik etmək üçün oraya carçılar göndərir. Lakin

yunanlılar bunu rədd edirlər. Kuruş ordusu ilə bərabər gəlib Krezə çatanda öz qərargahını Krezin (qərargahı) qarşısında

salır. Farslar və lidiyalılar bu Pteriya torpağında öz qüvvələrini sınayırlar. Döyüş amansız olur, hər iki tərəfdən çoxlu

döyüşçü qırılır, nə o tərəf, nə bu tərəf qələbə çala bilmir və axırda qaranlıq düşdüyünə görə düşmənlər aralanırlar.

77. Hər iki qoşun bir-biri ilə beləcə vuruşur. Krez az qoşununu son dərəcə az hesab edir (doğrudan da, o, sayca

Kuruşun ordusundan xeyli geri qalırdı). Ertəsi gün Kuruş müharibəni davam etdirmir, Krez də ordusu ilə birlikdə

Sardaya çəkilir. O, özünün misirli müttəfiqlərini köməyə çağırmaq istəyir (Krez Misir hökmdarı Amasislə ittifaq

müqaviləsi bağlamışdı). Krez ittifaqda olduğu babillilərə də elçilər göndərməyə hazırlaşır (Labinet o vaxt Babil

hökmdarı idi). Nəhayət, Krez şərtləşdirilmiş vaxtda lakedemonluların köməyə gəlməsi üçün onlara xəbər verilməsini

əmr edir. Krez bütün bu köməkçi qüvvələri toplayıb, onları öz qoşunu ilə birləşdirərək qışın axırı, yazın əvvəlində

farsların üzərinə hərəkət etmək qərarına gəlir. Axı, Krez heç gözləmirdi ki, Kuruş bu qədər qətiyyətsiz vuruşmalardan

sonra (birbaşa) Sardanın üstünə gələ.

78. Krez bu planlarını götür-qoy edənə kimi şəhərin bütün həndəvəri gözlənilmədən ilanla dolur. Atlar otlaqları

buraxıb ilanları yeməyə başlayırlar. Krez bu hadisəni ilahi əlamət sayır və həqiqətən də belə idi. Hökmdar dərhal

Telmessin əlamət yozucularına elçilər göndərir. Elçilər telmesslilərin yanına gəlib bu qəribə əlamətin mənasını

öyrənirlər. Lakin onlar cavabı Krezə yetirə bilmirlər, çünki hələ Sardaya gəlib çatmağa macal tapmamış Krez artıq əsir

alınmışdı. Telmesslilər isə əlaməti belə yozmuşdular: Krez öz ölkəsinə yadelli qoşunların hücumunu gözləməlidir. Bu

qoşun gəlib yerli əhalini qıracaqdır. Onlar deyirdilər: axı, ilan-doğma torpağın balasıdır, at isə-bu torpağa düşmən və

yad olan bir şeydir. Telmesslilər Sarda haqqında, eləcə də o vaxt əsir düşmüş Krezin taleyi haqqında heç nə bilmədən

(Krez elçilərinə) belə cavab vermişdilər.

79. Kuruş isə Pteriyadakı vuruşmadan sonra Krezin geri çəkilməsi və öz qoşununu buraxmaq fikrinə düşməsi

haqqında xəbər tutan kimi lidiyalıların yenidən qoşun toplamağa macal tapmaması üçün mümkün qədər tezliklə

Sardaya getmək qərarına gəlir. Kuruş bu niyyətini tezliklə həyata keçirir. O, ordu ilə birlikdə Lidiyaya soxulur və özü

Krez üçün xəbərçi olur. Krez son dərəcə çətin vəziyyətə düşür, çünki hadisələrin gedişi onun təsəvvür etdiyindən

tamam başqa şəkil alır. Bununla belə, hökmdar öz lidiyalılarını döyüşə aparır. O vaxt Asiyada lidiyalılardan güclü və

cəsur xalq yox idi. Onlar nizələrlə silahlanaraq at belində vuruşurdular, özləri də gözəl at sürən idilər.

80. Bax, beləcə hər iki qoşun Sarda şəhəri qarşısındakı otsuz-ələfsiz böyük bir düzənlikdə qarşılaşır. Bu

düzənlikdən çoxlu çay axır, onlardan biri də ən böyük çay olan Germ adlı çaya tökülən Billdir. Germ mənbəyini

müqəddəs Dindimenanın Anası dağından alıb Fokeya şəhərində dənizə tökülür. Burada Kuruş lidiyalıların döyüşə hazır

hərbi vəziyyətdə dayandıqlarını görüb, onların süvarisi qarşısında qorxuya düşərək midiyalı Arpaqın məsləhəti ilə bax

belə hərəkət edir: Kuruş qoşunun dalınca gələn bütün yük dəvələrini və ərzaq yüklənmiş dəvələri qovub gətirməyi,

yüklərini boşaltmağı, süvari paltarı geymiş döyüşçüləri bu dəvələrə mindirməyi əmr edir. Sonra o, dəvələri qabağa

keçirtdirib Krezin atlıları qarşısında düzdürür, piyadalara isə dəvələrin ardınca getməyi əmr edir, piyadaların arxasınca

da bütün başqa ordunu yerləşdirir. Hamı öz yerini tutandan sonra Kuruş ələ keçən bütün lidiyalıların amansızcasına

öldürülməsi, yalnız Krezin özünü, hətta əsir alınacağını görüb müdafiə olunsa belə, öldürməmək əmri verir. Kuruşun

əmri belə idi. Dəvələri də ona görə düşmən süvariləri qarşısında qoymağı buyurmuşdu ki, atlar dəvələrdən qorxurlar,

onları görəndə və iyini hiss edəndə dözmürlər. Bu hiylə Lidiya hökmdarının hünəri ilə öyünmək istədiyi süvariləri

əhəmiyyətsizləşdirmək üçün düşünülmüşdü. Döyüş başlananda və atlar dəvələrin iyini alıb, özlərini görəndə dönüb

dala qaçmış və Krezin ümidləri puça çıxmışdır. Bununla belə, lidiyalılar bu şəraitdə də igidliklərini itirməmişlər. Onlar

baş verən hadisəni görəndə atlardan düşərək, farslarla piyada kimi vuruşmağa başlamışlar. Hər iki tərəfdən böyük

tələfatdan sonra, nəhayət, lidiyalılar qaçmağa üz qoymuşlar. Farslar onları akropola sıxışdıraraq (Sardanı) mühasirəyə

salmağa başlamışlar.

81. Lidiyalılar beləcə mühasirəyə düşürlər. Krez mühasirənin uzun sürəcəyini düşünüb, şəhərdən öz müttəfiqlərinə

yeni elçilər göndərir. Əvvəlcə yola düşən elçilər müttəfiqlərin beşinci ayda Sardaya toplaşması əmri ilə

göndərilmişdilərsə, bu dəfəki elçilər müttəfiqlərdən təcili yardım xahiş etmişlər, çünki Krez mühasirədə qalmışdı.

82. Krez özünün başqa müttəfiqləri sırasında lakedemonlulara da elçilər göndərmişdi. Bu vaxt Fireya adlanan yer

üstündə spartalıların özləri arğoslularla müharibədə idilər. Bu Fireya əslində Arqolidanın bir hissəsi idi, amma onu

lakedemonlular ələ keçirmişdilər. Qərbdə materikdən Maleyaya qədər sahələr, sonra Kifera adası və başqa adalar da

arğoslulara məxsus idi. Arğoslular (spartalılar) tərəfindən tutulmuş torpaqları müdafiə etməyə gəldilər. Onlar burada

spartalılarla danışıqlara başladılar və belə razılaşdılar ki, hər tərəfdən döyüşə 300 döyüşçü çıxmalıdır. Mübahisəli sahə

isə qalibin tərəfində qalmalıdır. Hər iki tərəfin qalan döyüşçüləri vuruşmada iştirak etməyərək evlərinə qayıtmalıdırlar,

çünki öz tərəflərinə məğlubiyyət üz verərsə, onlar döyüşə girişməməlidirlər. Hər iki qoşun bu cür şərtləşərək çəkilib

gedir, orada qalan seçmə döyüşçülər isə vuruşmağa başlayırlar. Lakin qüvvələr tənasübü o qədər bərabər olur ki,

vuruşmadan sonra bütün 600 döyüşçüdən yalnız üçü salamat qalır: arğoslulardan-Alkenor və Xromi,

lakedemonlulardan-Ofriad; gecə düşəndə yalnız bunlar sağ qalıbmışlar. O vaxt özlərini qalib sayan iki arğoslu Arğosa




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə