Doqquz kitabda BİRİNCİ HİSSƏ



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə13/36
tarix08.12.2017
ölçüsü0,58 Mb.
#14663
1   ...   9   10   11   12   13   14   15   16   ...   36

14

Hökmdar farslarla müharibəyə getsə, onda böyük səltənəti məhv edəcəkdir. Rəmmallar hökmdara bunu da məsləhət

görürlər ki, ən qüdrətli bir ellin şəhəri axtarıb onunla ittifaq bağlasın.

54. Krez isə rəmmalların sorğuya cavabını alaraq, onların məzmunu ilə tanış olub son dərəcə sevinir. Hökmdar

Kuruşun səltənətini məhz edəcəyinə tamam ümidvar olur. Sonra Krez bütün Delf xalqının sayını öyrənib elçilərlə

Pifiyaya yenidən hədiyyələr göndərir, hər delfli 2 qızıl stater alır. Bu hədiyyəyə görə delflilər Krezə və lidiyalılara

rəmmallardan ilk növbədə xəbər soruşmaq, gömrük haqqı və vergi verməmək ixtiyarı, (Pifiya oyunlarında) şərəfli yer

verirlər, bundan başqa, hər bir lidiyalı bir də Delfdə həmişəlik vətəndaşlıq hüququ alır.

55. Krez delfliləri mükafatlandırıb rəmmala üçüncü dəfə müraciət edir (axı, hökmdar indi rəmmalın doğruculluğuna

həddindən artıq inanır və ona tez-tez sorğular verirdi). Krez bu dəfə soruşur ki, onun hökmdarlığı uzunmu sürəcəkdir?

Pifiya da ona bax, belə cavab verir:

Zaman gəlincə Midiya taxtında bir qatır oturacaq

İştə o zaman sən, ey zərif ayaqlı lidiyalı.

Çakıllı Hermosun sahilində durma, qaç,

Qorxaqlığın utanc verici olduğunu düşünmə.20

56. Bu sözləri Krezə bildirəndə hökmdar çox sevinir. O, belə hesab edir ki, qatır heç vaxt insan əvəzinə midiyalılara

hökmranlıq edə bilməz, ona görə də hakimiyyət həmişəlik onun ocağına qismət olacaqdır. Sonra Krez ən qüdrətli ellin

tayfası axtarmağa başlayır ki, onunla ittifaqa girsin. Hökmdar sorğu-sual nəticəsində öyrənir ki, ellinlərin ən

görkəmliləri lakedemonlular və afinalılardır: birincilər dori tayfasının, ikincilər ion tayfalarının arasında. Bu iki tayfa o

vaxt ellinlərin daha tanınmış tayfası olmuşdur. Belə ki, ionlar əvvəllər pelasq mənşəli, dorilər isə ellin mənşəli

olmuşlar. İon tayfası öz torpağını heç vaxt tərk etməmişdir, Dorilər isə uzun müddət gəzərgi olmuşlar. Belə ki,

hökmdar Devkalionun vaxtlarında dorilər Ftiotida torpağında, sonra Ellin oğlu Dorun vaxtlarında Ossa və Olimp

ətəklərində Histieotida adlanan bölgədə yaşamışlar. Kadmeylər tərəfindən Histieotidadan qovulandan sonra dorilər

Pində köçmüşlər və bu dəfə makedonlar adlanmışlar. Bu tayfa buradan yenə Driopidaya, oradan da ilk öncə

Peloponnesə köçərək burada dorilər adı almışlar.

57. Pelasqların hansı dildə danışdıqlarını dəqiq deyə bilmərəm. Tirsenlərdən şimala doğru Kreston şəhərində

yaşayan indiki pelasqlara görə mühakimə yürütsək, bunlar dorilər adlanan tayfanın vaxtı ilə qonşuları olmuşlar və indi

Fessaliotida adlanan ölkədə yaşamışlar. Sonra da Hellespontda Plakiyanın və Skilakanın əsasını qoyub afinalıların

qonşusu olmuş pelasqlara eləcə də başqa şəhərlərlə əhalisi vaxtı ilə pelasq olmuş tayfalara görə mühakimə yürütsək,

onlar öz adlarını sonralar dəyişmişlər. Beləliklə, deyim ki, əgər bunlardan nəticə çıxarmaq olarsa, onda pelasqlar barbar

dilində danışmışlar. Əgər belədirsə və bütün pelasq tayfası bu dildə danışırmışsa onda mənşəyinə görə pelasq olan

Attika xalqı da ellinlərin bir hissəsi olandan sonra öz dilini dəyişməli idi. Axı, Krestonun və Plakiyanın sakinləri indi də

qonşularının dilinə oxşamayan özgə bir dildə danışırlar. Bu sübut edir ki, onlar bu ölkələrə köçəndə gətirdikləri dilin

özünəməxsus cizgilərini elə indi də saxlayırlar.

58. Ellin tayfalarına qalanda, mənim fikrimcə, onlar lap əvvəlindən eyni dildə danışmışlar. Pelasqlarla birləşənə

qədər ellinlər azacıq idilər. Onlar belə kiçicik olan ilkin vəziyyətdən sayca artırlar və çoxlu tayfanı öz tərkibinə qatırlar,

əsasən də ona görə çoxalırlar ki, pelasqlar və çoxluca başqa yadelli tayfalar onlarla birləşirlər. Beləliklə, mən belə

düşünürəm ki, pelasqlar ellinlərlə birləşənə qədər, heç olmasa, hələ barbar olduqları müddət ərzində heç vaxt mühüm

xalq olmamışlar.

59. Öyrəndiyimə görə, Attika xalqı bu iki xalqdan ayrılmış və yerli nifaq nəticəsində əzilmişdir. O vaxtlar

Hippokrat oğlu Pisistrat Afinada hökmdar olmuşdur. Həmin bu Pisistrat hələ adi vətəndaş sifəti ilə Olimp oyunlarında

iştirak edərkən ona bir əlamət əyan olmuşdur: qurban kəsilən zaman orada ət və su ilə doldurulmuş qazanlar odsuz-

ocaqsız qaynamışlar və su daşıb tökülmüşdü. Bu hadisə zamanı orada olan və əlaməti görən lakedemonlu Xilon

Hippokrata məsləhət görmüşdür ki, hər şeydən əvvəl, uşaq doğan arvad almasın. Əgər o, artıq evlidirsə, arvadını

boşasın; hətta, əgər oğlu varsa, ondan da imtina eləsin. Hippokrat isə Xilonun məsləhətini rədd etmişdir. Bundan sonra

onun yuxarıda xatırlatdığımız Pisistrat adlı oğlu olmuşdur. O vaxt afinalılarla sahil boyunda yaşayanlar (onların başçısı

Alkmeon oğlu Meqakl olmuşdur və düzənliklərdə yaşayanlar arasında (başda Aristolaid oğlu Likurq olmaqla) çəkişmə

gedirmiş. Onda artıq tiranlıq haqqında düşünən Pisistrat üçüncü dəstə yaradır. O, tərəfdarlar toplayır, aşkarcasına

hiperakrilər dəstəsinin rəhbəri olub, bax belə bir hiylə fikirləşir: o, özünü və qatırlarını yaralayır, sonra da guya çöl ilə

gələndə onu döymək istəyən düşmənlərdən xilas olaraq, arabada bazar meydançasına gəlib çıxır. Pisistrat xalqdan ona

keşikçi verməyi xahiş edir. O, hələ meqarlarla müharibə zamanı Niseyi zəbt edib, daha böyük qəhrəmanlıqlar

göstərərək bir sərkərdə kimi fərqlənibmiş. Afina xalqı isə özünün aldadılmasına imkan yaradaraq, şəhərlilərdən ona

gözətçilər verir. Bunlar Pisistratın nizəçiləri deyil, qırbac vuranları olurlar və əllərində ağac; qırbaclar onu müşayiət

edirlər. Bax bunlar, başda Pisistrat olmaqla, qiyam qaldırıb akropolu tuturlar. Onda Pisistrat afinalıların hökmdarı olur.

Bununla belə, o, dövlət vəzifələrindəki qaydanı pozmur, qanunları dəyişmir və dövlət işlərinə ədalətlə, işgüzarcasına

rəhbərlik edərək, şəhəri mövcud qanunlar əsasında idarə edir.

60. Lakin Meqakl və Likurqun tərəfdarları tezliklə birləşirlər və Pisistratı qovurlar. Pisistrat Afinanı ilk dəfə beləcə

ələ keçirir və tiranlıq hələ dərin kök atmamış ondan bu şəkildə məhrum olur. Bununla belə, Pisistratı sürgün edən

düşmənləri yenidən öz aralarında çəkişməyə başlayırlar. Çətin vəziyyətə düşən Meqakl Pisistratın yanına elçi göndərir.

O, öz qızına evlənməyi və tiranlığı da cehiz kimi ona təklif edir. Pisistrat bu şərtlə razılaşıb təklifi qəbul edir. Onlar,

Pisistratın qayıtması üçün, mənim fikrimcə, son dərəcə axmaq bir fənd işlədirlər. Ellinlər lap qədimlərdən, hələ

barbarlardan ayrılandan sonra barbarlarla müqayisədə özlərinin tədbirliyi, kor-koranə mövhumatdan azad olmaları ilə

daha çox seçilsələr də, bu adamlar (Meqakl və Pisistrat), hər halda ellinlər arasında ən fəndgir olan afinalılarla belə bir



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə