Doqquz kitabda BİRİNCİ HİSSƏ



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə10/36
tarix08.12.2017
ölçüsü0,58 Mb.
#14663
1   ...   6   7   8   9   10   11   12   13   ...   36

11

zamanı o, yürüşə qoşulmuş və Elevsina həndəvərində düşməni qovub qaçırtmışdır, fəqət özü də şərəflə həlak olduğu

yerdə dövlət hesabına dəfnini təşkil etmişlər!".

31. Tellin böyük xoşbəxtliyi haqqında Solonun hekayəti Krezdə yeni maraq oyadır və hökmdar ondan soruşur: "Bəs

Telldən sonra ən xoşbəxt adam kimdir?" O, tamamilə əmin idi ki, Solon heç olmasa, ikinci xoşbəxt adam kimi onun

özünü göstərəcəkdir, Lakin Solon deyir: "Telldən sonra ən xoşbəxt adamlar Kleobis və Bitondur. Əslən arğoslu olan bu

adamların yaşayış üçün kifayət qədər vəsaiti vardı, üstəlik onlar özlərinin böyük fiziki gücü ilə fərqlənmişlər. Bundan

başqa, onların ikisi də atletika yarışlarının qalibləri olmuşlar. Onların haqqında bir də bax bunu danışırlar: arğoslularda

Arğos Herası şərəfinə bayramlar var. Onların anasını (ilahə kahinini) mütləq arabada ilahə ibadətgahına aparmaq lazım

imiş. Amma onların öküzləri hələ çöldən qayıtmayıbmış. Gecikmək də olmazmış. Onda gənclərin özləri boyunduruğa

qoşulub analarının getməli olduğu arabanı çəkib aparmışlar. Onlar 45 stadiya yol gedib ibadətgaha çatmışlar. Bayrama

toplaşmış xalqın gözü qarşısında edilmiş bu igidlikdən sonra onların qismətinə gözəl ölüm yazılıbmış. Allah da bununla

hamını aydıncasına başa salıb ki, insan üçün ölüm yaşamaqdan yaxşıdır. Arğoslular gəncləri əhatə edib onların gücünü,

arvadlar isə onların anasını belə oğulları olduğuna görə tərifləmişlər. Ana oğullarının bu hünərindən və xalqın onlar

haqqında rəyindən sevinərək ona bu qədər böyük hörmət göstərən oğulları-Kleobis və Biton üçün insanlara nəsib olan

yüksək xoşbəxtlik bəxş etməkdən ötəri ilahənin heykəli qarşısında durub dua edirmiş. Bu duadan, nəzir-qurbandan və

ziyafətdən sonra həmin gənclər ibadətgahın özündəcə yatır və bir daha durmayaraq, ömürlərini buradaca başa vururlar.

Arğoslular isə göstərdikləri yüksək şərəfə görə gənclərə heykəl qoyub onu Delfə nəzir verməyi qərara alırlar".

32. Solon bu gəncləri xoşbəxtliyə görə ikinci yerə qoyanda Krez qəzəblə ona deyir: "Afinadan gələn qonaq! Bəs

mənim xoşbəxtliyimi heç saya almırsan, hətta məni bu adi adamlarla bərabər tutursan?" Solon cavab verir: "Krez! Hər

hansı allahın paxıl olduğunu və insanları həyəcana saldığını bilən bir adamdan-məndən insan ömrü haqqında

soruşursan? Uzun ömür sayəsində çox şey görmək və çox gün keçirmək olar. Mən insan ömrünün həddini 70 il hesab

edirəm. Əlavə aylar nəzərə alınmasa, bu 70 il 25.200 gün edir. Amma illərin özlərinə məxsus vaxta gəlib çatması üçün

(təqvim aylarına uyğun olaraq) hər ikinci ilə daha bir ay artırılsa, onda 70 il ərzində artırma ayların sayı 35, bu aylardan

toplanan günlərin sayı da 1050 olar. Bu yetmiş ilə düşən 26.250 gündən biri də o birinə oxşamaz. Hər gün bir yeni

hadisə gətirir. Beləliklə, Krez, insan yalnız hadisə oyuncağıdır. Görürəm ki, böyük sərvətin var, hökmün çox adamlara

çatır, amma sənin ömrünün uğurla sona yetəcəyini bilməyincə xoşbəxtliyin barədə sualına cavab verə bilmərəm. Axı,

xəzinə sahibi, əgər xoşbəxtlik onunla həmrah olmasa və öz sərvətini ömrünün sonunadək qoruyub saxlaya bilməsə, o,

gündəlik ruzisi olan adamlardan heç də xoşbəxt deyil. Ona görə də hətta bir çox varlı adamlar, sərvətlərinin olmasına

baxmayaraq, bədbəxtdirlər və tərsinə, ortabab güzəranı olan çox adamlar xoşbəxtdirlər. Varlı, amma bədbəxt adamların

ortabab güzəranı olan xoşbəxt adamdan yalnız ikicə üstünlüyü varsa, bu orta firavanlıqda yaşayan o birisini bir çox

cəhətdən üstələyir: onlardan biri öz ehtiraslarını asanlıqla təmin etmək iqtidarındadır və taleyin ağır zərbələrinə daha

yaxşı qatlaşır, o biri isə bəlalara əvvəlinci ilə eyni dərəcədə dözə bilməsə də, hər halda bununla üstün gəlir ki, onu məhz

öz xoşbəxtliyi qoruyur, belə ki, o, cismani əyər-əksiklik və xəstəlik bilməyən, saf, uşaqları sarıdan xoşbəxt və xoşsifət

adamdır. Bundan başqa, əgər tale ona hələ bir də xoşbəxt ölüm təyin, edibsə, onda bax bu, sən soruşduğun xoşbəxt

adlandırılmağa layiq adamdır. Amma, nə qədər ki, adam diridir, onu xoşbəxt adlandırmaqdan çəkin, lap yaxşı olar ki,

onu bəxti gətirən adlandırasan. Lakin bir adamın da bütün bu səadətə dərhal yetməsi mümkün deyil, necə ki, heç bir

torpaq zəruri olan hər şeyi törədə bilmir-bir torpaq, ancaq bir şey, o biri də başqa şey yetirir; ən yaxşı torpaq, daha çox

nemətlərə malik olan torpaqdır. Eləcə də, bir insan cismi özündən hər şey törətmir, çünki bizdə bir nemət varsa, başqa

nemət çatışmır. Amma o kəs ki, qismən daha çox nemətlərə daimi malikdir və axırda da ömrünü şərəflə başa vurur,

hökmdar, mənim aləmimdə o şəxs xoşbəxt adlanmağa haqlıdır. Burası da var ki, hər şeyin axırının nə ilə qurtaracağı

nəzərə alınmalıdır. Axı, allah çoxlarına (bir anlıq) xoşbəxtlik bəxş edib, sonra da onları birdəfəlik məhv edibdir".

33. Mən belə düşünürəm ki, Solonun bu sözləri Krezin ürəyinə yatmır, hökmdar Afina fazilinin sözlərinə zərrə

qədər etina etmədən onu hüzurundan mürəxxəs edir. Krez indiki xoşbəxtlik dəminə məhəl qoymayaraq, hər cür işin

həmişə axırını gözləməyi məsləhət görən Solonu tamam sarsaq adam hesab edir.

34. Solon gedəndən azca sonra, görünür, özünü ölümə məhkum olan insanların ən xoşbəxti saydığına görə Krez

dəhşətli allah cəzasına məruz qalır. O, yatır və dərhal oğlunun müsibətini xəbər verən yuxu görür. Krezin iki oğlu

varmış: onlardan biri şikəst-kar-lalmış, Atis adlanan o birisi isə (igidlikdə) yaşıdlarını ötüb keçirmiş. Yuxuda Krezə

əyan olur ki, Atis dəmir süngüdən ölümcül yaralanıb həlak olacaqdır. Krez ayılıb özünə gələndə yuxudan dəhşətə

düşərək qərar verir ki, oğlunu evləndirsin və müharibələrdə adətən lidiyalıların başında dursa da, onu bir daha ova

buraxmasın. Hökmdar həm də əmr edir ki, mizraqları, süngüləri və bu kimi başqa silahları kişilərin otağından çıxarıb

qadınların içəri otaqlarına yığsınlar ki, (divardan) asılmış hər-hansı bir silah oğlunun üstünə düşməsin.

35. Krez oğlunun toyu ilə məşğulkən hökmdar nəslindən olan bir frigiyalı Sardaya gəlir. Ona dəhşətli bəla üz

veribmiş, yəni, özünü qanlı kimi ləkələyibmiş. Bu yadelli Krezin sarayına gəlir və yerli adət üzrə günahını yumaq

mərasimi ilə (günahdan) pak olunmasını xahiş edir. Krez onun günahını yuyur. Bu paklanma mərasimi ellinlərdə

necədirsə, lidiyalılarda da eləcədir.18 Pak edilmədən sonra yadellinin kim və haralı olduğunu soruşub deyir: "yadelli!

Sən kimsən, Frigiyanın harasından mənim oçağıma sığınacaq tapmağa gəlmisən? Kimi öldürmüsən, öldürdüyün kişidir,

ya qadın?" O isə cavab verir: "Hökmdar! Mən Midas oğlu Qordinin oğluyam, adım Adrastdır. Mən təsadüfən öz

qardaşımı öldürmüşəm, atam məni qovmuşdur, mən hər şeydən məhrum olaraq indi sənin yanına gəlmişəm". Krez də

ona belə cavab verir: "Sən dostlarımızın nəslindənsən və öz dostlarının yanına gəlmisən. Bizdə qal, sənin heç nəyə

ehtiyacın olmayacaqdır. Öz müsibətini nə qədər yüngül keçirsən sənin üçün bir o qədər yaxşı olar". Beləliklə, yadelli

yaşamaq üçün Krezin sarayında qalır.

36. O vaxtlar Misiya Olimpində bir nəhəng qaban varmış. O, bu dağdan enib misiyalıların zəmilərini kor qoyurmuş.

Misiyalılar elə hey vəhşi heyvanı ovlamağa çıxır, amma ona sədəmə vura bilmirlərmiş, hətta özləri ondan ziyan




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə