Doqquz kitabda BİRİNCİ HİSSƏ



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə11/36
tarix08.12.2017
ölçüsü0,58 Mb.
#14663
1   ...   7   8   9   10   11   12   13   14   ...   36

12

çəkirlərmiş. Nəhayət, misiyalılardan Krezə qasidlər gəlir və belə deyirlər: "Hökmdar! Bizim torpaqlarda nəhəng bir

qaban peyda olub, zəmilərimizi dağıdır. Bütün cəhdlərimizə baxmayaraq onu tuta bilmirik. Ona görə də səndən xahiş

edirik, oğlunu seçmə döyüşçü dəstəsi ilə və mərəzə vurulmuş itlərlə bizə göndərəsiniz və bizim torpağı bu bəladan

qurtarasınız". Onlar belə xahiş edirlər, Krez isə gələcəkdən xəbər verən yuxunu yadına salaraq onlara belə cavab

qaytarır: "Oğlumun göndərilməsi qoy heç ağlınıza da gəlməsin: mən onu sizinlə getməyə qoya bilmərəm, axı o təzəcə

evlənib, indi onun evliliyinin iki ayıdır. Bununla belə, mən lidiyalılardan seçmə dəstəni və mərəzə vurulmuş ov itlərini

sizinlə göndərərəm, özlərinə də əmr edərəm ki, torpaqlarınızı bu vəhşi heyvandan xilas etməyə çalışsınlar".

37. Krez belə cavab verir, misiyalılar da razı qalırlar. Bu vaxt Krezin oğlu misiyalıların xahişini eşidib gəlir. Ata

oğlunu elçilərlə göndərmək haqqında xahişi rədd edəndə oğul ataya belə deyir: "Ata, ya hərbi yürüşdə, ya ovda

fərqlənmək əvvəllər mənə də, sənə də yüksək və əsl həzz verirdi. Amma indi sən mənə həm onu, həm bunu qadağan

edirsən, halbuki məndə nə qorxaqlıq görmüsən, nə də cəsarətsizlik. Mən xalq yığıncağına gedib oradan evə qayıdanda

adamlar mənə hansı nəzərlə baxacaqlar? Mənim haqqımda həmvətənlərim nə düşünərlər, mənim gənc arvadım

yaşamalı olacağı bir kişi haqqında nə fikirləşəcəkdir? Buna görə də ya ova getməyimə icazə ver, ya da heç olmasa,

mənim bu cür hərəkət eləməyimin doğrudan da mənim üçün xeyirli olmayacağına dair ağlabatan bir səbəb göstər".

Krez də oğluna belə cavab verdi:

38. "Oğlum! Mən ona görə belə hərəkət etmirəm ki, səndə guya qorxaqlıq, ya da hər hansı bir eyibli hərəkət

görmüşəm. Mən yuxu görmüşəm və bu yuxu belə xəbər verib ki, sən çox yaşamayacaqsan, özün də dəmir süngüdən

həlak olacaqsan. Bu yuxunun ucundan da sənə tələsik toy etmişəm və indi sənin bu cür tədbirlərdə iştirakını qadağan

edirəm ki, heç olmasa (az müddətə olsa da) necə ki, sağam səni belə təhlükələrdən xilas edim. Axı, sən mənim yeganə

oğlumsan (kar-lal olan ikinci oğlumu hesaba almıram).

39. Gənc isə cavab verir: "Ata, bu yuxunun ucbatından məni qoruduğuna görə səni qınamaq istəmirəm. Amma sən

yuxunu düz başa düşməmisən, mən onu sənə izah etməliyəm. Deyirsən ki, yuxu mənim dəmir mizraqdan öləcəyimi

sənə əvvəlcədən bildirmişdir. Məgər qabanın əlləri və ya dəmir mizrağı var ki, bu, səni qorxutsun? Qabaqcadan xəbər

verilsəydi ki, mən qaban qılıncından, ya da buna bənzər başqa bir şeydən həlak olacağam, onda sən düz hərəkət etmiş

olardın. Amma yuxu deyir ki, mizraqdan həlak olmalıyam. İndi də ki, biz insanların üzərinə getmirik, ona görə məni

burax ova gedim".

40. Krez cavab verir: "Oğlum! yuxu haqqında sözlərin məni bir növ inandırdı, mən səni ova buraxıram".

41. Bundan sonra hökmdar frigiyalı Adrastı çağırmağı buyurub ona belə deyir: "Adrast! Mən səni düşdüyün ağır

bəladan pak etmişəm, düşdüyün bu bəlaya görə səni qınamıram, səni evimə buraxdım və zəruri olan hər şeylə təmin

etdim. Ona görə də sənə göstərdiyim yaxşılığa yaxşılıqla cavab vermək sənin borcundur. Səndən xahiş edirəm, indi ova

gedən oğlumun keşikçisi olasan ki, quldurlar sizi həlak etmək üçün yolda qəflətən basqın etməyələr". Bundan başqa,

özünə şərəf qazanmaq üçün gərək sən də bu ova gedəsən. Axı, səndəki şərəf qazanmaq şövqü babalardan keçmədir,

özündə də gənclik qüvvəsi istədiyin qədər!".

42. Adrast cavab verir: "Hökmdar! Başqa şəraitdə olsaydı, mən belə ağır bir tədbirdə iştirak etməzdim. Axı, o cür

dəhşətli bədbəxtlik keçirmiş mənim kimi bir adamın öz xoşbəxt yaşıdları ilə ünsiyyət axtarması ona yaraşmaz. Mənim

buna hətta heç meylim də yoxdur və müxtəlif mülahizələrə görə mən belə bir ünsiyyətdən çəkinərdim. Amma indi ki,

sən təkid edirsən, mən də səni yarıtmalı olduğum üçün (axı, sənin yaxşılığının əvəzini qaytarmaq mənə borcdur), mən

bu işə hazıram. Bir halda ki, oğlunun salamatlığı onun keşikçisi kimi məndən asılıdır, demək, mənə etibar etdiyin oğlun

sənin yanına sağ-salamat qayıdacaqdır".

43. Bundan sonra onlar seçmə döyüşçülər və mərəzə vurulmuş (ov) itləri götürüb ova gedirlər. Ovçular Olimp

dağına çatıb ovu izləməklə məşğul olurlar. Onlar qabanı tapıb ona mizraq atmağa başlayırlar. Yenicə pak edilmiş

yadelli Adrast da bu arada mizraq atır, amma düz ata bilmədiyindən mizraq Krezin oğluna dəyir. Mizraq gənci

yaralayır: gələcəyi bildirən yuxunun hikməti bir növ doğru çıxır. Krezə xəbər çatdırmaq üçün dərhal Sardaya carçı

göndərilir, o da Sardaya çatanda qabanla vuruşmanı və oğlunun başına gələni hökmdara danışır.

44. Krez oğlunun ölümündən dərin yasa batır. Hökmdara xüsusən bu ağır gəlirdi ki, oğlunu onun özünün qan

günahından paklığa çıxartdığı bir adam öldürmüşdür. Dərddən üzülmüş hökmdar yadellinin ona gətirdiyi iztirablara

şahid olmaq üçün Katarsiya Zevsini çağırır. O, eyni zamanda Efestiya Zevsini də, Eteriya Zevsini də şahid çağırır

(Krez eyni allahı gah ona görə Efestiya allahı adı ilə çağırır ki, yadellini evinə qəbul edəndə oğlunun qatilinin bu adam

olacağından şübhələnməmişdi, eyni allahı gah da ona görə Eteriya adı ilə çağırır ki, oğluna keşikçi qoyduğu adam onun

qəddar düşməninə çevrilmişdi).

45. Sonra lidiyalılar Krezin oğlunun meyitini gətirib gəlirlər. Onların dalınca lap arxada qatil gəlir. Adrast meyitin

qabağında dayanaraq özünü Krezin ixtiyarına verir. Əllərini qabağa uzadaraq, onu mərhumun meyiti üstündə qurban

kimi öldürməyi tələb edir. Onun sözlərindən belə çıxırdı ki, özünün birinci müsibətindən sonra, indi də onu paklığa

çıxartmış adamın oğlunu öldürdüyünə görə həyat ona dözülməz olmuşdur. Krez bunu eşidir, öz dərdi bundan ağır olsa

da, Adrasta yazığı gəlir. O, Adrasta deyir: "yadelli! Mən səndən tamam razı qaldım: axı, sən özün özünü ölümə

məhkum edirsən. Sən qərəzsiz qatil olduğuna görə mənim bədbəxtliyimin baisi deyilsən, bais hansısa bir allahdır ki,

taleyin bu hökmünü mənə çoxdan çatdırıbdır". Sonra Krez oğlunu yerli mərasim qaydası ilə dəfn edir. Midasın nəvəsi,

Qordinin oğlu, öz qardaşının qatili, sonra da onu paklığa çıxartmış adamın oğlunun qatili Adrast da mərhumun (yaxın

adamları dağılışandan) və ətrafda sakitlik əmələ gələndən sonra qəbrin yerləşdiyi kurqanda özünü öldürür; o, tanıdığı;

bütün insanlar içərisində özünü ən bədbəxt adam sayırdı.

46. Krez oğlunu itirdiyinə görə iki il dərin yasa batır. Bundan sonra da Kambis oğlu Kuruş Kiaksar oğlu Astiaqın

hökmranlığını yıxır. Fars səltənətinin ucalması Krezin kədərinə son qoyur, onu belə həyəcanlı fikirlərə salır ki, görəsən

hələ çox da qüdrətlənməmiş farsların getdikcə artan qüvvəsini bir yolla sındırmaq olarmı? Krez bundan ötəri müxtəlif




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə