Doqquz kitabda BİRİNCİ HİSSƏ



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə14/36
tarix08.12.2017
ölçüsü0,58 Mb.
#14663
1   ...   10   11   12   13   14   15   16   17   ...   36

15

oyun oynamaqdan utanmamışlar: Peoniya evində boyu 4 dirsəkdən üç barmaq əskik olan Fiya adlı, ümumən, çox gözəl

bir qadın yaşayırmış. Bax, bu qadını tam təchiz olunmuş vəziyyətdə arabaya qoyaraq, əxlaqlı görünməsi üçün necə

görkəm almalı olacağını göstərərək şəhərə aparırlar. Ona görə də əvvəlcədən carçılar göndərirlər ki, onlar şəhərə

gələndə aldıqları əmrə görə şəhərlilərə belə sözlərlə müraciət etsinlər: "Afinalılar! Afinanın özünün bütün insanlardan

uca tutduğu və sürgündən öz akropoluna qaytardığı Pisistratı rəğbətlə qarşılayın!" Carçılar küçələrdən keçərək belə

qışqırırlar və bütün evlərə (məhəllələrə) səs yayılır ki, Afina Pisistratı sürgündən qaytarır. Şəhərdə hamı inanır ki, bu

qadın həqiqi ilahədir; əslində isə fani olan məxluqa dua oxuyur və Pisistratı qəbul edirlər.

61. Bu yolla yenidən hakimiyyət başına gələn Pisistrat şərtləşdiyi kimi, Meqaklın qızını alır. Lakin onun böyük

uşaqları olduğuna və Meqaklın mənsub olduğu Alkmeonidlər nəsli isə lənətə məruz qalmış nəsl hesab edildiyinə görə

Pisistrat gənc arvadından uşağı olmasını istəmir və buna görə də qeyri-təbii yolla əlaqəyə girir. Arvadı əvvəllər bu

vəziyyəti gizlədir, amma sonra (ya suallara cavab verəndəmi, ya da şəxsi təşəbbüsü iləmi, nədənsə) anasına, o da öz

ərinə danışır. Meqakl da onu belə rüsvay etdiyinə görə Pisistrata bərk qəzəblənir, hirsli-hirsli özünün (əvvəlki)

tərəfdarları ilə yenidən birləşir. Pisistrat da onun əleyhinə qəsd təşkil olunduğunu öyrənib şəhərdən, ümumən,

Attikadan uzaqlaşır və Eritriyaya gəlib öz oğulları ilə məsləhətləşir. Ali hakimiyyəti yenidən ələ keçirməyə təşəbbüs

göstərmək lazım gəlməsi haqqında Hippinin fikri üstünlük qazanır. Onda onlar (Pisistrat və oğulları) müəyyən cəhətdən

onlara borclu olan şəhərlərdən sədəqələr toplamağa başlayırlar. Bir çox şəhər Pisistrata böyük məbləğdə pul təqdim

edir, lakin fivalılar pul hədiyyələrinə görə o biri şəhərləri ötüb keçirlər. Bir sözlə, bundan bir qədər sonra onların

Afinaya qayıtması üçün hər şey hazır edilir. Doğrudan da, Peloponnesdən Arğos muzdlu qoşunu, Naksosdan da

(Pisistratın) Liqdamid adlı ən çılğın tərəfdarı könüllü olaraq pul və adamlarla gəlir.

62. Pisistrat və tərəfdarları Eritriyadan beləcə hərəkət edərək, sürgünün on birinci ilində yenidən Attikaya gəlirlər.

Orada tutduqları ilk yer Marafon olur. (Marafondakı) duracaq zamanı nəinki Afina şəhərinin (özündəki) tərəfdarları

onlarla birləşirlər, hətta indiki azadlığa nisbətən tiranlığı bəyənən demlərdən də adamlar axışıb gəlir. (Tiran və onun

tərəfdarları) öz qüvvələrini belə toplayırlar. Afinalılar isə Pisistrata nəinki vəsait toplandığı vaxtlar, hətta Marafon

tutulandan sonra da məhəl qoymurlar. Pisistratın Marafondan Afinaya hərəkət etdiyini eşidəndən sonra şəhərlilər onun

əleyhinə hərəkətə gəlirlər. Şəhərin bütün yığma qoşunu geri qayıdan sürgün olunmuşların əleyhinə çıxır. Pisistrat öz

adamları ilə Marafondan çıxaraq Afinaya hücuma keçəndə hər iki qoşun Afinanın Pallena ibadətgahı yanında üz-üzə

gəlir və orada bir-birinin qarşısındakı qərargahda yerləşir. Burada Akarnaniyadan kahin Amfilit Pisistratın qarşısına

gəlir və allahın vəhyi ilə ona altı təqti ölçüsündə şerlə gələcəyi xəbər verən aşağıdakı sözləri bəyan edir:

Ağ atılmış və geniş bir alana yayılmışdır,

Mahtablı bir gecədə orkinoslar dənizdən sıçrayaraq gələcəklər.21

63. İlhamlı kahin gələcəkdən belə xəbər bəyan edir. Pisistrat da bəyanın mənasını başa düşərək rəmmalı qəbul

etdiyini bildirib öz ordusunu düşmən üstünə aparır. Afina şəhərliləri isə elə bu vaxt səhər yeməyi yeyirmişlər və bundan

sonra da bir qismi sümük atmaq (aşıq) oyunu ilə məşğul imiş, bir qismi də yatırmış. Bu vaxt Pisistrat öz ordusu ilə

birlikdə afinalılara hücuma keçib, onları qaçırdır. Düşmən qaçmağa başlayanda Pisistrat elə bic üsula əl atır ki,

qaçanların yenidən birləşməsinə mane olsun və düşmən ordusunu pərən-pərən salsın. O, öz oğullarına əmr edir ki,

atlarını qabağa çapsınlar. Pisistratın oğulları qaçanlara çataraq, atalarının adından onlara heç nədən qorxmamağı və

evlərinə dağılışmağı təklif edir.

64. Afinalılar elə belə də edirlər. Pisistrat bu yolla Afinanı üçüncü dəfə ələ keçirir. O, muzdla tutulmuş güclü

dəstələr, eləcə də, Afinanın özündən və Strimon çayı bölgələrindən yığdığı pul vergisi vasitəsi ilə hakimiyyətini

möhkəmləndirir. Sonra o, dərhal qaçmayıb müqavimət göstərən afinalıların oğlanlarını girov götürüb onları Naksosa

köçürür. (Pisistrat Naksosu işğal edib Liqdamidin ixtiyarına vermişdi). Bundan başqa o, rəmmalın buyuruğu ilə Delos

adasını "təmizləmişdi". Pisistrat bunu da belə həyata keçirmişdir: O, əmr etmişdir ki, ibadətgah bölgəsində göz işləyən

yerlərdə dəfn olunmuş bütün meyitləri qazıb çıxartsınlar və buradan Delosun başqa tərəfinə aparsınlar. Pisistrat

Afinada tiran olur: afinalılara gəldikdə, onların bəziləri (onun düşmənləri) döyüşdə həlak olurlar, qalanları da

Alkmeonidlərlə birlikdə doğma torpaqlardan sürgünə getmək məcburiyyətində qalırlar.

65. O vaxt Afinanın vəziyyəti belə olmuşdur. Bunun əksinə, Krezin öyrəndiyinə görə lakedemonlular böyük

müsibətlərdən yaxa qurtarmışlar və indi artıq tegeyalılara qalib gəlmişlər. Axı, Sparta hökmdarları Leonti və Hegesikl

dövründə lakedemonlular bütün başqa müharibələrdə qalib gəlmiş təkcə tegeyalılarla müharibədə məğlub olmuşdular.

Bütün ellinlər içərisində əvvəllər, demək olar ki, hətta ən sarsaq qanunlar lakeremonlularda olmuşdur, belə ki, onlar nə

bir-biri ilə, nə də yad ölkələrin dövlətləri ilə əlaqə saxlamırdılar. Onlar özlərinin indiki gözəl dövlət quruculuğunu bax

bu cür qazanmışlar: tanınmış spartalı Likurq rəmmala sorğu vermək üçün Delfə gəlir. O, ibadətgaha daxil olan kimi

Pifiya ona dərhal bunu bəyan edir.

Mənim zəngin tapınağıma gələn Likurq

Zevsin və Olimpdə oturan bütün tanrılar sevgilisi,

Sənə insanmı, yoxsa tanrısal varlıqmı, deyim, bilməyirəm,

Ümidim qüvvətli Likurq, sən tanrılığını isbat edəcəksən.22

Bəzilərinin dediyinə görə, Pifiya Likurqa bu bəyandan başqa, hətta Spartada mövcud olan bütün dövlət

quruculuğunu da bəyan edibmiş. Amma, lakedemonluların özlərinin təsdiq etdiklərinə görə Likurq (dövlət quruluşuna

dair) bu yeniliyi Spartaya Kritdən gətirmişdir. O, özünün qardaşı oğlu, Sparta hökmdarı Leobotun qəyyumu olmuşdur.




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə