Doqquz kitabda BİRİNCİ HİSSƏ



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə15/36
tarix08.12.2017
ölçüsü0,58 Mb.
#14663
1   ...   11   12   13   14   15   16   17   18   ...   36

16

Likurq hökmdarın qəyyumu olan kimi bütün qanunları dəyişir və ciddi şəkildə gözləyir ki, onları pozmasınlar. Sonra o,

ordunun enomotilərə23 bölünməsi haqqında fərmanlar verir, triakadlar24 və sissitlər25 müəyyənləşdirir. Likurq bundan

başqa eforlar26 vəzifəsi təsis edir və ağsaqqallar şurası (gerontlar)27 yaradır.

66. Lakedemonlular özlərinin sarsaq qanunlarını yaxşı qanunlarla beləcə dəyişirlər, Likurqun vəfatından sonra ona

məbəd tikirlər və indi də onu dərin hörmətlə yad edirlər. Onlar məhsuldar ölkədə yaşadıqlarından və əhalinin sayına

görə çox olduqlarından tezliklə inkişaf etməyə və bolluq əmələ gəlməsinə nail olurlar. Doğrudan da, sülh şəraitində

yaşamaq artıq onları təmin etmir, özlərinin arkadiyalılardan üstünlüklərinə əmin olaraq Delf rəmmalından soruşurlar:

onlar bütün Arkadiya torpağını istila edə bilərlərmi? Pifiya da cavabında bax bunu bəyan edir:

Arkadiyamı? İstədiyiniz şey çox böyük, bunu sizə verməyəcəyəm.

Arkadiyada çox insan var, hamısı da buğda yeyir,

Və sizi bir anda geri atar. Amma mən xəsis deyiləm.

Gözəl ovalarını ölçüb-biçmək

Və təpinərək oynamaq üçün sizə Tegeyi verəcəyəm.28

Lakedemonlular rəmmaldan belə bir xəbər eşidib Arkadiyanın bütün başqa şəhərlərindən əl üzərək Tegeya üzərinə

müharibəyə gedirlər. Rəmmalın ikibaşlı (cavabına) ümid bağlayaraq, özləri ilə qandallar götürürlər, çünki tegeyalıları

qul edəcəklərinə möhkəm inanırmışlar. Amma, lakedemonlular döyüşdə məğlub olurlar və onlardan əsir düşənlərə

özlərinin gətirdikləri qandallar vurulur: əsirlər tegeyalıların zəmilərini ölçü kəndirləri ilə ölçüb onu becərməli olurlar.

(Lakedemonlulara) vurulan həmin qandallar Tegeyada indi də saxlanır və Afinanın Alsa29 ləqəbi daşıyan məbədinin

divarlarından asılmışdır.

67. Tegeyalılarla əvvəlki müharibələrdə lakedemonlular həmişə bax, beləcə məğlubiyyətə uğramışlar. Lakin Krezin

vaxtında Anaksandrid və Ariston30 lakedemonluların hökmdarı olanda, axır ki, spartalılar onlara üstün gəlmişlər və bu

da belə olmuşdur. Lakedemonlular özlərinin daimi məğlubiyyəti üzündən tegeyalılara qələbə çalmaq üçün hansı allahı

rəhmə gətirmək lazım gəldiyini (rəmmaldan) soruşmaq üçün Delfə elçilər göndərmişlər. Pifiya cavab vermişdir: onlar

Ağamemnon oğlu Orestin cəsədini Spartaya köçürtməlidirlər, (onda) tegeyalılara qalib gələrlər. Amma spartalılar

Orestin qəbrini tapa bilməyiblər və Orestin harada dəfn olunduğunu soruşmaq üçün yenidən Delfə elçilər göndəriblər.

Pifiya elçilərin sualına belə cavab verib.

Arkadiyanın düz ovalarında Tegeya uzanır.

Və burada qüvvətli bir basqı ilə iki rüzgar nəfəs alır.

Biri öldürəsiyə çarpar, ötəki eyni şiddətlə qarşılıq verir,

kədər kədər üstünədir.

Həyat verən torpaq Ağamemnonun oğlunu saxlar,

Tegeyadan alıb yurduna gətirin, qalib gələcəksiniz.31

Bununla belə, lakedemonlular rəmmalın bu cavabından sonra, nə qədər cəhd göstərsələr də, Spartada ağatoerqlər32

adlananlardan Lix deyilən birisi tapana qədər qəbri tapa bilmirlər. Bu ağatoerqlər beş nəfər olmaqla hər il süvarilər

təbəqəsindən çıxan ən qocaman vətəndaşlardılar. Süvarilər təbəqəsindən çıxdıqları həmin il ərzində onlar Spartadan

ötəri müxtəlif yerlərdə daimi səfirlik vəzifəsini yerinə yetirməyə hazır olmalıdırlar.

68. Bu adamların arasında Lix deyilən birisi varmış. O, qismən təsadüfən, qismən də biclik işlədərək Tegeyada

(Orestin qəbrini) tapmışdır. O vaxt lakedemonlularla Tegeyalılar arasında barışıq olmuşdur. Lix dəmirin necə

döyüldüyünə baxmaq üçün dəmirçixanaya girir və (dəmirçinin) sənətinə heyran qalır. Dəmirçi onun heyrətini görərək,

işi dayandırıb soruşur: "Lakonlu dost! Sən dəmir üzərində necə məharətlə işləməyimə heyrət edirsən. Əgər mənim

gördüklərimi sən görmüş olsaydın, onda daha çox heyrət edərdin! Mən öz həyətimdə quyu qazmaq istədim və yeri

qazanda 7 dirsək uzunluğunda bir tabuta rast gəldim. Vaxtı ilə insanların indikilərdən boyca böyük olmalarına

inanmayaraq tabutu açdım və gördüm ki, ölü doğrudan da tabutla bir boydadır. Tabutu ölçüb üstünü yenidən torpaqla

basdırdım". Dəmirçi gördüyünü ona beləcə danışır. Lix də bu sözləri götür-qoy eləyir. Onun ağlına gəlir ki, rəmmalın

dediyi Orestin cəsədi elə budur. Bu da Lixin ağlına ona görə batır ki, o, dəmirçinin yel basan iki körüyünə baxaraq belə

nəticəyə gəlir: bu körüklərdən çıxan yel rəmmalın dediyi küləkdir, zindanla çəkic isə zərbə və ona cavab zərbəsidir, üst-

üstə gələn bəla da döyülən dəmirdir (bundan ona görə belə nəticə çıxardır ki, o, dəmirin insan müsibəti üçün kəşf

olunduğunu fikirləşmişdi). Lix belə düşünərək Spartaya qayıdıb, başına gələnlərin hamısını danışır. Lakedemonlular isə

qəsdən onu guya cinayətkarlıq etdiyinə görə şəhərdən sürgün edirlər. Onda Lix yenidən Tegeyaya gəlib müsibətini

dəmirçiyə danışır. Sonra o, həyətini ona icarəyə verməsini xahiş edir, amma dəmirçi əvvəlcə razı olmur. Handan-hana

Lix dəmirçini dilə tuta bilir. Sonra bu həyətə köçüb, qəbri qazır və yığdığı sümükləri Spartaya gətirir.

O vaxtdan etibarən iş gəlib iki şəhər adamlarının toqquşması ilə nəticələnəndə lakedemonlular (tegeyalılardan

mütləq xeyli güclü çıxırlar. Beləliklə də, onlar artıq Peloponnesin böyük hissəsini istila etmişdilər.

69. Krez bütün bunları öyrənir və ittifaq təklifi üçün elçiləri hədiyyələrlə Spartaya göndərir. Hökmdar elçilərə nə

deyəcəklərini bildirir, onlar da Spartaya gələndə bax belə deyirlər: "Bizi lidiyalıların və başqa xalqların hökmdarı Krez

göndərib və o, sizə belə deyir: "Lakedemonlular, allah rəmmal vasitəsi ilə mənə qeybdən xəbər göndərib ki, ellinlərlə

ittifaq bağlayım. Eşitdiyimə görə, siz də Elladada ən qüdrətli adamlarsınız. Buna görə rəmmalın buyurduğu ilə sizə

müraciət edirəm, sizin məkrsiz və yalansız dostunuz və müttəfiqiniz olmaq istəyirəm". Krez öz elçilərinə bunu

bildirməyi əmr edir, lakedemonlular da rəmmalın bəyanı barədə Krezin göndərdiyi xəbəri eşidib lidiyalıların gəlişindən




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə