Doqquz kitabda BİRİNCİ HİSSƏ



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə19/36
tarix08.12.2017
ölçüsü0,58 Mb.
#14663
1   ...   15   16   17   18   19   20   21   22   ...   36

20

ömründə heç şeyin daimi olmadığını düşünərək əmr eləyir ki, tonqalı dərhal söndürsünlər, Krezi və yanındakıları

tonqalın üstündən endirsinlər. Lakin tonqalı söndürmək cəhdi nəticə vermir.

87. (Lidiyalıların danışdıqlarına görə) elə ki, Krez Kuruşun peşman olduğunu duyur və hamının alovlanan tonqalı

söndürmək üçün havayı yerə cəhd etdiyini görür, onda uca səslə Apollona üz tutur. Krez allaha yalvarır: əgər allaha

(Krezin) qurban verilməsi lazımdırsa, qoy onda allah köməyə gəlib, onu həqiqi müsibətdən qurtarsın. Krez göz yaşı

tökərək Apollona beləcə müraciət edir. Bax, elə həmin vaxt, heç bir külək əsmədən birdən birə açıq göyün ortasındaca

buludlar sıxlaşır və güclü yağışla bərabər tufan qopub tonqalı söndürür. Ancaq bu vaxt Kuruş başa düşür ki, Krez

allahlara əziz olan mömin bəndədir. O, Krezin tonqalın üstündən düşürülməsini buyurur və bu əsirə belə sözlərlə üz

tutur: "Krez! Mənim torpağıma müharibəyə gəlməyə və mənə dost olmaq əvəzinə düşmən kəsilməyə səni kim

inandırdı?" Krez isə cavab verir: "Şah, mən sənin xeyrin, özümün müsibətim üçün belə hərəkət etmişəm. Bunun baisi

də məni müharibəyə sövq edən Ellin allahıdır. Axı (dünyada) elə ağılsız adam yoxdur ki, müharibəni sülhdən üstün

tutsun. Əmin-amanlıq zamanı oğullar atalarını dəfn edirlər, müharibədə isə atalar oğullarını. Hər halda, allahın

iradəsincə belə olmalı imiş.

88. Krez belə demiş, Kuruş da onun qandallarının açılmasını buyurub (əsirə) son dərəcə böyük hörmət göstərərək

öz yanında oturtmuşdur. Bununla belə, Kuruşun özü də, onun bütün məiyyəti də Krezə təəccüblə baxmışlar. Krez isə

fikrə gedib susmuşdur. Sonra o, boylanıb farsların şəhəri necə qarət etdiklərini görərək soruşmuşdur: "Şah, öz

fikirlərimi sənə söyləməliyəm, yoxsa, bundan belə susmalıyam?" Kuruş, istədiyin cəsarətlə deməyi əsirə əmr etmişdir.

Onda Krez şahdan soruşmuşdur: "Bu (döyüşçü) dəstəsi belə bir qəzəblə nə edir?" Kuruş cavab vermişdir: "Onlar şəhəri

qarət edib, sənin xəzinələrini talayırlar". Krez də buna etiraz edib: "Xeyr! Onlar nə mənim şəhərimi, nə mənim

xəzinəmi qarət edirlər,-demişdir.-Mənim daha heç nəyim yoxdur, onlar sənin var-dövlətini talayırlar".

 89. Krezin sözləri Kuruşu narahat etmişdir. Şah məiyyətinin kənara çəkilməsini əmr edib, əsirə sual vermişdir: Baş

verən bu hadisələrdə o, Kuruş üçün nə kimi təhlükə görür? Krez cavab vermişdir: "Allahlar məni sənə kölə ediblər,

mən də sənə elə şeyləri deməyi özümə borc bilirəm ki, onu başqaları görmürlər. Farslar təbiətləri etibarilə məğrur

olsalar da, kasıbdırlar. Sən onların qarətlə məşğul olmalarına və böyük xəzinələr ələ keçirmələrinə icazə versən, bunun

nəticəsi bax belə olar: onlardan kim daha çox qarət edərsə (sən gözləyə bilərsən ki,) o, sənin əleyhinə üsyan qaldırar.

Əgər mənə qulaq asmaq istəyirsənsə, onda belə elə: bütün şəhər darvazalarında öz şəxsi keşikçilərindən bir neçəsini

gözətçi qoy: onlar qarətçilərin götürüb apardıqları qəniməti əllərindən alsınlar və desinlər ki, qənimətin onda bir

hissəsini Zevsə nəzir etmək lazımdır. Onda qəniməti zorla əllərindən aldırdığın döyüşçülərin səndən nəinki zəhlələri

getməz, bəlkə tutduğun işin ədalətinə inanıb, hətta qaniməti könüllü verirlər".

90. Bunu eşidən Kuruş son dərəcə sevinir, çünki məsləhət ona çox xoş gəlir. Krezə təriflər yağdıran şah bu

məsləhəti yerinə yetirmək üçün gözətçilərə əmr verir, sonra da əsirə bu sözlərlə üz tutur: "Krez, sən hökmdarlığa layiq

bir ər kimi danışmağı və iş görməyi bacarırsan. Məndən nə mərhəmət umursansa söylə, dərhal yerinə yetirim". Krez

cavab verir: "Hökmdar! Əgər bax, bu qandalları bütün allahlardan daha uca tutduğum Ellin allahına göndərməyə və

onun məgər öz dostlarını aldatmağa vərdişlimi olduğunu soruşmağa icazə versən mənə ən böyük iltifat etmiş olarsan".

Kuruş Krezdən soruşur ki, ona bu xahişlə müraciət etməklə allahı nədə məzəmmətləyir? Onda Krez (farslarla müharibə

haqqında) özünün bütün fikirlərini və rəmmalın cavabını yenidən danışaraq, allaha göndərdiyi hədiyyələri xüsusi yada

salır. Sonra rəmmalın təhrikinə görə farsların üzərinə müharibəyə getdiyini bildirir. Krez öz hekayətini bitirəndən sonra

yenə də sözünü allahı məzəmmət etmək üçün ona imkan verilməsi haqqında xahişlə qurtarır. Kuruş isə gülərək cavab

verir: "Krez, mən sənin bu xahişini də, məndən hər nə istəyin olsa, onları da yerinə yetirərəm". Krez bu sözləri eşidib,

elçilərini Delfə göndərir və onlara tapşırır ki, onun qandallarını aparıb ibadətgahın qapısı ağzında qoyaraq soruşsunlar:-

Kuruşun hakimiyyətini devirmək üçün Krezə bəyan verib onu farsların üzərinə müharibəyə qaldıran allah indi

utanmırmı ki, həmin müharibənin "qələbə hədiyyələri" bax, bundan ibarət olmuşdur? Krez bu sözləri deyib qandalları

allaha göstərməyi elçilərə əmr etmişdir. Elçilər gedib allahdan bu haqda, eləcə də ümumən, Ellin allahlarında

nankorluğun bir adətmi olduğunu soruşmalı idilər.

91. Lidiyalılar Delfə gəlib tapşırığı yerinə yetirmişlər. Deyilənə görə, Pifiya da bax belə cavab vermişdir:

"Fələyin39 hökmündən hətta allah da qaça bilməz... Axı Krez öz əcdadının günahını beşinci nəsildə yudu.

Heraklidlərin şəxsi gözətçisi olan bu əcdad qadın məkrinə uyaraq öz ağasını öldürmüşdü və heç layiq olmadığı halda

onun (hökmranlıq) taxtına yiyə çıxmışdı. Loksi isə istəyirdi ki, Sardanın məğlubiyyəti heç olmasa Krezin sağlığında

deyil, onun xələfləri dövründə baş versin. Lakin allah Fələyin hökmünü qaytara bilmədi. Bununla belə, Tale ilahəsinə

nə icazə verilmişdisə, Apollon onu etdi və Krezə xidmət göstərdi: axı, allah Sardanın zəbt olunmasını üç il dala saldı;

qoy Krez bilsin ki, o, (Taleyin) müəyyən etdiyi vaxtdan üç il sonra əsir düşmüşdür. Allah Krezə ikinci dəfə (tonqalda

yanan vaxt) kömək etmişdir. Krez allahın vəhyinə görə verilmiş xəbərdən şikayətlənməklə ədalətsizlik edir. Axı, Loksi

əvvəlcədən xəbər vermişdi ki, Krez farsların üstünə müharibəyə gedərsə, onda böyük bir səltənəti dağıdacaqdır. Ona

görə də Krez düzgün qərar çıxarmaq istəyirdisə, onda elçilər göndərib rəmmaldan yenidən soruşmalı idi:-Allah məhz

hansı səltənəti nəzərdə tutur-Krezinmi, yoxsa Kuruşunmu səltənətini. Lakin Krez rəmmalın bəyanını düz başa

düşmədiyinə və ikinci dəfə ona sorğu vermədiyinə görə qoy özünü təqsirləndirsin. Loksinin qatır haqqında axırıncı

bəyanını da Krez başa düşməmişdir. Axı, bu qatır məhz Kuruş özü idi, belə ki, o, iki müxtəlif xalqdan-ana tərəfi ata

tərəfindən daha məşhur olan xalqdan törəmişdir. Onun anası midiyalı-Midiya hökmdarı Astiaqın qızı, atası isə ana

tərəfə görə hər cəhətdən alçaqda duran və midiyalıların tabeliyində yaşayan bir fars olub, öz xanımına evlənmişdir".

Pifiyanın lidiyalılara cavabı belə olmuşdur, onlar da bu cavabı Sardaya aparıb Krezə çatdırmışlar. Krez rəmmalın bu

bəyanını eşidərək başa düşüb ki, təqsir allahda deyil, onun özündədir.

92. Krez səltənətinin və İoniyanın ilk istilasının tarixi belədir. Krezin Elladada (xatırladılanlardan başqa da) çoxlu

nəzir-hədiyyəsi vardır. Belə ki, Fivada və Beotiyada Krezin İsmen Apollonuna nəzir verdiyi qızıl üçayaq vardır;




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə