Doqquz kitabda BİRİNCİ HİSSƏ



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə24/36
tarix08.12.2017
ölçüsü0,58 Mb.
#14663
1   ...   20   21   22   23   24   25   26   27   ...   36

25

bəli, bilir, həm də hökmdar hər nə iş görsə, onun üçün yaxşı olmalıdır. Bu sözləri deyir, oğlunun ətindən qalan tikələri

də yığıb evə qayıdır. Bəlkə də, oğlunun cəsədindən nə qalıbsa, onları toplayıb torpağa tapşırmaq istəyirmiş.

120. Astiaq Arpaqı belə cəzalandırır. Sonra hökmdar Kuruşun taleyi ilə bağlı yuxunu əvvəllər yozmuş mağları

məsləhətə çağırır. Mağlar gəlirlər və Astiaq yuxunun mənasını onlardan yenidən soruşur. Onlar isə əvvəlcə dediklərini

bir də təkrar edib söyləyirlər ki, əgər uşaq vaxtından əvvəl ölməsəydi, yəqin hökmdar olardı. Astiaq isə onlara etiraz

edir: "Uşaq ölməmişdir, o sağdır. O kənddə yaşayanda kənd uşaqları onu hökmdar seçiblər, o da hökmdara layiq

şəkildə öz ətrafına gözətçilər, qapıçılar, xəbərçilər və başqa xidmətçilər qoyaraq, özünü əsl, hökmdar kimi aparmışdır.

Sizin fikrinizcə, bu nədən xəbər? verir? Mağlar cavab verirlər: "Uşaq sağdırsa, hətta qarşısına məqsəd qoymadan

hökmdar olubsa (çünki bu heç kəsin zənninə belə gəlməmişdir), onda qorxma və narahat olma: axı, o artıq ikinci dəfə

hökmdar olmayacaqdır. Hətta, rəmmalların belə bəzi buyruğu boş-bekar şey olur, bir sıra yuxuların da heç bir mənası

olmur". Astiaq belə cavab verir: "Mağlar, mən də elə bu fikirdəyəm. İndi ki, uşaq (bir dəfə), özü də (ancaq sözdə)

hökmdar olmuşdur, demək, yuxu doğru çıxmışdır və mən heç nədən ehtiyat etməməliyəm. Amma, hər halda, sizdən

xahiş edirəm ki, mənim və sizin evinizin təhlükəsizliyi üçün necə hərəkət etmək lazım olduğunu yaxşı fikirləşəsiniz".

Mağlar buna belə, cavab verirlər: "Hökmdar! Taxtın sənin əlində qalmağının bizim üçün də əhəmiyyəti var. Əgər

hökmranlıq bu fars oğluna keçsə, onda özgə əlinə düşər, biz midiyalılar qul olarıq, farslar da yadellilər kimi bizə

həqarətlə baxarlar. Amma hələ ki, hökmdarımız sənsən, öz tayfamızdansan, idarə işində biz də iştirak edirik, sənin

yanında böyük şərəf sahibiyik. Ona görə də sənin arxanda durub, hakimiyyətini qorumağa tam əsasımız var. Əgər səni

təhdid edən təhlükəni görmüş olsaydıq, hamımız fikrimizi açıqcasına sənə söyləyərdik. Amma yuxu boş-bekar

çıxdığına görə nə biz özümüz qorxuruq, nə də sənin qorxmağını məsləhət görürük. Bu uşağı gözündən iraq elə, göndər

Parsaya, valideynlərinin yanına".

121. Mağlardan belə məsləhət eşidib sevinən Astiaq Kuruşu çağırır və ona belə deyir: "Oğlum! Mən səni yanlış

çıxan (yuxu nəticəsində) incitmişəm, amma Fələyin buyruğuna görə sağ qalmısan. İndi sağ-salamat Parsaya yola düş,

mən sənə müşayiətçilər verərəm. Orada heç də naxırçı Mitradata və onun arvadına oxşamayan ata-ananı taparsan".

122. Astiaq bu sözləri deyib Kuruşu buraxır. Kuruş isə Kambisin evinə gələndə valideynləri onu qəbul edir və (kim

olduğunu, haradan gəldiyini) biləndə öpüşə qərq eləyirlər (axı, onlar elə bilirdilər ki, o, elə həmin vaxt öldürülmüşdür).

Sonra necə salamat qaldığını öyrənmək üçün oğullarını sorğu-suala tuturlar. O da cavab verir ki, (özünün əsil-nəsəbi

haqqında) əvvəllər heç nə bilmirmiş, bu barədə hətta yanlış təsəvvürü varmış. Buraya gələndə yol boyu özünün acı

qismətini öyrənmişdir: o, özünü Astiaqın naxırçısının oğlu bilirmiş, amma yol yoldaşları ona hər şeyi danışmışlar.

Özünün dediyinə görə, onu naxırçı arvadı tərbiyə etmişdir. Kuruş öz macərasını danışa-danışa bu qadını hey

tərifləyirmiş, elə hey Kinodan danışırmış. Valideynləri isə bu addan yapışıb, "oğullarının xilas olmasının farslara daha

möcüzəli görünməsi üçün söz yayıblar ki, çölə atılmış Kuruşu qancıq əmizdirib saxlamışdır.

123. Kuruş tədricən böyüyərək öz yaşıdları arasında ən rəşadətli bir oğlan olur. Hamı onu sevirdi. Astiaqdan

intiqam arzusu ilə alışıb yanan Arpaq da Kuruşun etibarını qazanmağa çalışır. O, hədiyyə dalınca hədiyyə göndərərək

Kuruşu intiqama təhrik edir. Arpaq başa düşür ki, adi vətəndaş olmaq etibarilə təklikdə Astiaqdan intiqam ala bilməz.

Ona görə də Kuruşun böyüdüyünü görərək onu özünə müttəfiq seçir, axı, Kuruş da elə Arpaq kimi eyni bədbəxtliyi

çəkmişdi. Arpaq əvvəlcə belə eləyir: o, bütün midiyalı əyanlarla əlaqə yaradıb onları hökmdarı yıxmağa, Kuruşu

hökmdar qoymağa həvəsləndirir (axı, Astiaq midiyalıların sərt hökmdarı idi). Arpaq (əyanları) öz tərəfinə çəkməyə nail

olandan, hər şey düzələndən sonra öz niyyətini Kuruşa bildirmək qərarına gəlir. Kuruş isə Parsada olduğundan, bütün

yollar qorunduğundan onunla əlaqə üçün başqa vasitə qalmadığına görə Arpaq bax belə bir kələk işlədir. O, bir

dovşanın dərisini korlamadan məharətlə qarnını yarıb içinə öz niyyətini izah edən bir fərman qoyur, sonra dovşanın

qarnını tikir və özünün ən sədaqətli nökərlərindən birinə ovçu kimi ov toru verib, heyvanı Parsaya göndərir. Dil cavabı

da Kuruşa bunu çatdırmağı tapşırır ki, dovşanın qarnını o özü yarsın və yanında heç kəs olmasın.

124. Nökər Arpaqın bu əmrini yerinə yetirir, Kuruş dovşanı alıb qarnını yarır. Oradakı məktubu görüb onu götürür

və oxumağa başlayır. Məktubda isə belə yazılıbmış: "Kambisin oğlu! Səni allahlar saxlayırlar. Əks halda, onlar sənə

belə bir xoşbəxt qismət hazırlamazdılar. Sən gərək öz qatilin Astiaqdan intiqam alasan! Axı, onun qəsdi ilə ölümə

məhkum olunmuşdun, ancaq allahların iradəsi, bir də mənim sayəmdə sağ qaldın. Güman edirəm ki, öz bədbəxtliyin

haqqında, Astiaqın nəinki sənə, eləcə də səni öldürməyib naxırçıya verdiyimə görə mənə elədiklərini yəqin çoxdan

eşitmisən. İndi mənə qulaq assan, Astiaqın; bütün hakimiyyəti sənin olar. Farsları ayağa qalxmağa inandır və onları

midiyalıların üstünə müharibəyə apar. Əgər Astiaq sənə qarşı müharibədə ya məni, ya da Midiya əyanlarından hər

hansı birini qoşun başçısı qoysa, onda sən istədiyin məqsədə yetərsən. Axı, onlar elə birinci olaraq sənin tərəfin

keçəcəklər və Astiaqın yıxılmasına çalışacaqlar. Beləliklə, burada hər şey hazırdır, ona görə də məsləhətimi eşit,

tezliklə işə başla.

125. Kuruş bu məktubu ucadan oxuyub farsları Astiaqa xəyanətə yönəltmək üçün daha bic fənd fikirləşməyə

başlayır. Fikirləşib də qərara gəlir ki, belə eləmək daha yaxşıdır: düşündüklərini məktub şəklində yazaraq, farsların xalq

yığıncağını çağırır. Sonra məktubu açıb onlara oxuyur, farslara bildirir ki, Astiaq onu orduya sərkərdə təyin etmişdir.

Kuruş öz çıxışında, yeri gəlmişkən deyir: "Farslar, indi, hamınızın oraqla silahlanıb gəlmənizi əmr edirəm". Kuruş belə

əmr verir. Fars qabilələri çoxdur. Kuruş onların bir qismini toplayıb midiyalılardan qopub ayrılmağın mümkünlüyünə

inandırır. Bütün başqa qəbilələr, bax, bu qəbilələrdən asılıdırlar: farslar, pasarqadlar, marafilər, maspilər. Bunların da

ən əsilzadəsi pasarqadlardır ki, Ağamənlər nəsli bunlara mənsubdur (fars şahları bu nəsildən çıxmışlar). Başqa fars

qəbilələri də bunlardır: panfialeylər, derusieylər, gərmanlar. Göstərilən bütün qəbilələr əkinçiliklə məşğul olurlar,

daylar, mardlar, dropiklər və başqa qəbilələr isə köçəridirlər.

126. Elə ki, hamı oraqla silahlanıb gəlir, onda Kuruş torpağın müəyyən bir sahəsini gün ərzində təmizləməyi onlara

əmr edir (fars torpağının məlum sahəsinin təxminən 18 ya 20 stadiyası tikanlı kollarla örtülmüşdür). Bu ağır iş




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə