_______ Milli Kitabxana_______
73
bаlаnsındа оlаn əsаs vəsаitlər hesab edilirdisə, Məcəllənin qəbul
edilməsi ilə müəssisələrin balansında olan əsas vəsaitlərlə yanaşı,
onların balansında olan avtonəqliyyat vasitələri də vergitutma
obyektləri hesab edildi.
Müəssisələrdən tutulan əmlak vergisinin məqsədi onlara
məxsus əmlakdan səmərəli istifadə etməyi və istifadə olunmayan
xammal və material ehtiyatlarının və zəruri olmayan əsas vəsaitlərin
alınmasına çəkilən xərclərin azaldılmasını stimullaşdırmaqdır [ 16].
2004-cü ildə fiziki və hüquqi şəxslər avtonəqliyyat vasitələrinə
görə illik əmlak vergisini həmin vasitələrin mühərrikinin həcminə
görə: minik avtomobillərinin 1 kub santimetrinə 1100 AZM, yük
daşıyan avtonəqliyyat vasitələri və avtobuslar üçün isə 2200 AZM
həddində müəyyən edilirdi.
Avtonəqliyyat vasitələri üzrə əmlak vergisini həm fiziki, həm
də hüquqi şəxslər avtonəqliyyat vasitələrinin qeydiyyatdan, yenidən
qeydiyyatdan və ya illik texniki baxışdan keçirilməsi üçün müəyyən
edilmiş vaxtda ödəyirdilər. Fiziki şəxslər əmlak vergisini bələdiyyə
büdcəsinə, hüquqi şəxslər isə dövlət büdcəsinə köçürürdülər.
2005-ci ildən müəssisələrin (və fiziki şəxslərin) balansında
olan avtonəqliyyat vasitələri əmlak vergisinin vergitutma obyektinə
aid edilmir ( bax. sadələşdirilmiş vergi və yol vergisi).
Hazırda müəssisələrin əmlak vergisi onların orta illik qalıq
dəyərinə əsasən hesablanır. Orta illik qalıq dəyəri (əmlakın qalıq
dəyəri - əsas vəsaitlərin ilkin dəyərinin həmin əsas vəsaitlərə
hesablanmış amortizasiyanın məbləği qədər azaldılan dəyəridir)
aşağıdakı kimi hesablanır. Müəssisənin əmlakının hesabat ilinin
əvvəlinə və sonuna qalıq dəyəri toplanıb ikiyə bölünür.
“Əmlak vergisi haqqında” qanunda müəssislərin əmlak vergisi
vеrgitutmа оbyеkti оlаn əmlаkının dəyərindən 0,5 fаiz dərəcəsi ilə
hesablanırdısa, hazırda bu dərəcə 1% həddində
müəyyənləşdirilmişdir.
“Əmlak vergisi haqqında” qanundan fərqli olaraq Vergi
Məcəlləsində əmlak vergisi üzrə azadolmalar və güzəştlərin əhatə
dairəsi məhdudlaşdırlımışdır.
Əmlak vergisi üzrə bir sıra azadolmalar və güzəştlər
mövcuddur:
_______ Milli Kitabxana_______
74
-
dövlət hakimiyyəti orqanları, büdcə təşkilatları və yerli
özünü idarəetmə orqanları, Azərbaycan Respublikasının
Milli Bankı və onun qurumları, dövlət fondları və əlillərin
ictimai təşkilatları əmlak vergisini ödəməkdən azad edilir;
-
misgərlik, qalayçılıq, dulusçuluq və saxsı məmulatlarının,
təsərrüfat müxəlləfatının, bağçılıq-bostançılıq alətlərinin,
oyuncaqların, suvenirlərin, qamışdan və qarğıdan məişət
əşyalarının düzəldilməsi, keramika məmulatlarının bədii
işlənməsi, bədii tikmə, ağac materiallarından məişət
alətlərinin hazırlanması sahəsində hüquqi şəxs yaratmadan
sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin
sənətkarlıq emalatxanalarının binaları və ya bu
emalatxanalar yerləşən hissələri əmlak vergisinə cəlb
edilmir;
-
şəhərlərdə sərnişin daşımaları üçün istifadə olunan
trolleybuslar və tramvaylar əmlak vergisindən tamamilə
azaddır.
Vergitutma məqsədləri üçün müəssisənin əmlakının dəyəri
aşağıdakı əmlakların dəyərində azaldılır:
-
ekologiya, yanğından mühafizə və ya mülki müdafiə üçün
istifadə edilən obyektlər;
-
məhsul ötürən kəmərlər, dəmir və avtomobil yolları, rabitə
və enerji ötürücü xətləri, meliorasiya və suvarma sistemi
obyektləri;
-
müəssislərin balansında olan avtonəqliyyat vasitələri;
-
təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələrinin
yalnız bu sahələrin təyinatı üzrə istifadə etdiyi obyektləri.
Məcəllənin 102.2-ci maddəsində göstərilən şəxslərin
avtonəqliyyat vəsaitələrinə görə ödəməli olduğu əmlak vergisinin
məbləği şərti maliyyə vahidinin 30 misli qədər azaldılır.
Hüquqi şəxslərin əmlak vergisi üzrə son illər büdcəyə
daxilolmaların dinamikası aşağıdakı cədvəldə göstərilmişdir.
_______ Milli Kitabxana_______
75
Cədvəl 2.9
2001 2002 2003 2004
mlrd.
AZM
Dövlət
büdcəsi
gəlirlə
rində
(%)
mlrd.
AZM
Dövlət
büdcəsi
gəlirlə
rində
(%)
mlrd.
AZM
Dövlət
büdcəsi
gəlirlə
rində
(%)
mlrd.
AZM
Dövlət
büdcəsi
gəlirlə
rində
(%)
Hüquqi
şəxslərin
əmlak
vergisi
62,1 1,6 99,8 2,2 133,0 2,2 160,9 2,1
Cədvəldən göründüyü kimi əmlak vergisi üzrə büdcəyə
daxilolmalar ildən-ilə artmışdır. 2004-cü ilin büdcə göstəriciləri
2001-ci ilə nisbətən 2,6 dəfə yüksək olmuşdur.
Bunun əsas səbəbi qanunvericilik bazasının təkmilləşdirilməsi,
o cümlədən verginin texnoloji avadanlıqların tətbiqini təşviq etməsi,
2002-ci ildə isə sadələşdirilmiş sistem üzrə verginin ödəyicilərinə də
əmlak vergisinin tətbiqi ilə bağlı olmuşdur.
4. Hüquqi şəxslərin torpaq vergisi
Vergi Məcəlləsinə görə torpaq vergisi torpaq
mülkiyyətçilərinin və ya istifadəçilərinin təsərrüfat fəaliyyətinin
nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit
tədiyə şəklində hesablanır [ 16]. Bu addımı atmaqda əsas məqsəd
fiziki şəxsin ixtiyarında olan istifadəsiz torpaqların yatıb
qalmamasının qarşısını almaqdır.
Əvvəlki, qanunvericilikdə (24 dekabr 1996-cı ildə qəbul
edilmiş “Torpaq vergisi haqqında” qanun) tоrpаq vеrgisindən
tоplаnаn vəsаitin dövlət prоqrаmlаrı əsаsındа tоrpаqlаrın
yахşılаşdırılmаsınа sərf еdilməsi qeyd edilirdi. Həmçinin, tоrpаq
vеrgisinin tətbiqində məqsəd tоrpаqdаn səmərəli istifаdəni təmin
еtmək idi.
Hazırda qüvvədə olan Vergi Məcəlləsinə əsasən Azərbaycan
Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində torpaq
sahələri olan fiziki şəxslər və müəssisələr torpaq vergisinin
ödəyiciləridirlər.
Dostları ilə paylaş: |