DöVLƏt büDCƏSİ



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə33/67
tarix19.10.2018
ölçüsü1,52 Mb.
#74588
1   ...   29   30   31   32   33   34   35   36   ...   67

_______Milli Kitabxana_______ 
 
100 
birində vergitutma, qazancı xalq təsərrüfatı üzrə orta aylıq  əmək 
haqqının müvafiq surətdə 1, 2, 3, 4, 5 mislini təşkil edən fəhlə  və 
qulluqçulardan vergitutma səviyyəsində  həyata keçirilirdi. Buna 
uyğun olaraq birinci qrupa 15 min AZM, ikinci qrupa 30 min AZM, 
üçüncü qrupa 60 min AZM, dördüncü qrup üçün 100 min AZM, 
beşinci qrup üçün 150 min AZM təşkil edir. Gəlirlilik qrupları üzrə 
sahibkarlıq fəaliyyətinin növlərinin siyahısı  aşağıdakı qaydada 
hesablanırdı: 
I qrupa dulusçuluq və saxsı  məmulatlarının, oyuncaq və 
hədiyyə, balıqçılıq alətlərinin (qadağan olunmuş alətlərdən başqa), 
taxta, kağız, sümük, qarğı, küləş, qamış  və başqa materiallardan 
məmulat, təsərrüfat müxəlləfatının, bağçılıq-bostançılıq alətlərinin 
düzəldilməsi və  təmiri, həmçinin biçmə, tikiş  və toxuma 
öyrədilməsi, stenoqrafiyanın öyrədilməsi və rəqs öyrədilməsi. 
II qrupa  paltar,  ayaqqabı, baş geyimləri, xəz, tikiş  və 
xırdavat məmulatlarının, xalça və xalçaçılıq məmulatlarının təmiri, 
iplik, parça, toxuma və tikmə məmulatlarının təmiri edilməsi, torpaq 
sahələrinin abadlaşdırılması sahəsində, turistlərə, ekskursiyaçılara 
və başqa  şəxslərə xidmət (onların yerləşdirilməsi və s.), həmçinin 
yabanı meyvə  və giləmeyvə, müalicə otları  və bitkiləri toplanması 
və tədarükü. 
III qrupa musiqi alətlərində çalmağın, xoreoqrafiyanın 
öyrədilməsi, satış  məqsədi ilə  qəfəsdə quş  və heyvan, akvariumda 
balıq yetişdirilməsi, nəqliyyat vasitələrinin yuyulub təmizlənməsi 
üzrə xidmətlər (xüsusiləşdirilmiş tikilidə  və qurğularla yuyulub 
təmizlənmədən başqa), əmlakın, o cümlədən nəqliyyat vasitələrinin 
xüsusiləşdirilmiş avtodayanacaqdan başqa mühafizəsi üzrə, əmlakın 
daşınması üzrə xidmətlər göstərilməsi (özüyeriyən nəqliyyat 
vasitələri ilə daşımaqdan başqa). 
IV qrupa əhaliyə musiqi xidməti (xanəndəlikdən başqa), 
mebel, digər xarratlıq məmulatlarının, metal məmulatlarının, məişət 
maşınlarının və cihazların, radio-televiziya aparatlarının təmiri, 
məişət xidməti üçün istifadə olunan əşyaların icarəyə verilməsi. 
V qrupa səyyar qaydada malların pərakəndə satışı, ictimai 
iaşə sahəsində  səyyar qaydada xidmətlər, səyyar qaydada foto 
xidməti göstərilməsi, mənzillərin, bağ evlərinin, qarajların və başqa 


_______Milli Kitabxana_______ 
 
101 
binaların tikilməsi, təmiri, avadanlıqla təmin edilməsi və 
abadlaşdırılması. 
Patentin dəyəri Bakı, Sumqayıt və  Gəncə  şəhərləri üzrə 
müəyyən edilmişdir. Respublika tabeli digər  şəhərlərdə patentin 
dəyərinin 75%, qalan ərazilərdə 50% tətbiq edilir. 
Minimum  əmək haqqının 5 misli məbləğində güzəşti olan 
şəxslər üçün patentin dəyəri 40%, dörd misli məbləğində güzəşti 
olan  şəxslər üçün 30%, üç misli məbləğində güzəşti olan şəxslər 
üçün 25% azaldılırdı.  
Təqvim ili üçün patent əldəetmə tarixindəki orta aylıq  əmək 
haqqı  məbləği  əsas götürülür və il ərzində  dəyişilməsindən asılı 
olmayaraq ondan əlavə vergi tutulmurdu. Lakin, minimum 
məbləğdə vergi ödənilən sahibkarlıq fəaliyyət növlərinin siyahısı isə 
aşağıdakı kimi müəyyən edilirdi: 
-
 
pərakəndə ticarət və ictimai iaşə xidməti (səyyar qaydada 
malların satışı və xidmətlərin göstərilməsindən başqa); 
-
 
avtomobil nəqliyyatı ilə sərnişin daşınma xidməti; 
-
 
avtomobil nəqliyyatı vasitələrinə texniki xidmət; 
-
 
bərbərlik fəaliyyəti və kosmetika xidmətləri (müalicə  və 
ya cərrahlıq fəaliyyəti ilə bağlı olmayan). 
1999-cu ilin 6 yanvar tarixində  “Əlavə  dəyər vergisi 
haqqında” və “Fiziki şəxslərin gəlir vergisi haqqında” Qanunlara 
əlavə  və  dəyişikliklər edildikdən sonra 1 mart 1999-cu ildən 
pərakəndə ticarət və ictimai iaşə, avtomobil nəqliyyatı ilə 
sərnişindaşıma xidmətləri, avtomobil nəqliyyatı vasitələrinə texniki 
xidmət, habelə  bərbərlik və kosmetika xidmətləri (müalicə  və ya 
cərrahlıq fəaliyyəti ilə bağlı olmayan) göstərən vergi ödəyiciləri 
üçün minimum məbləğdə aylıq vergi müəyyən edilirdi.  
Bu zaman fəaliyyət növündən asılı olaraq, minimum vergi 
məbləğinə  təsir edən  əsas amillərdən ölçü vahidinə görə orta aylıq 
dövriyyə  və ya hasilat məbləği, ticarət  əlavəsi və ya rentabelliyin 
orta səviyyəsi nəzərə alınmaqla müəyyən edilirdi. 
 
 
 
 


_______Milli Kitabxana_______ 
 
102 
Bu qaydalar, pərakəndə ticarət fəaliyyətindən gəlir əldə edən 
hüquqi şəxslərin nəzarət-kassa aparatları tətbiq edilən obyektlərinə, 
istehsal müəssislərinin öz istehsal məhsullarının satışını  həyata 
keçirən ixtisaslaşdırılmış mağazalarına, yanacaq satışına, avtomobil 
nəqliyyatı vasitələrinin satışına, pərakəndə ticarət fəaliyyətinin 
səyyar qaydada həyata keçirilməsinə, ictimai iaşə xidmətindən gəlir 
əldə edən hüquqi şəxslərin nəzarət-kassa aparatları  tətbiq edilən 
obyektlərinə, hüquqi şəxslərin və onların filiallarının (bölmələrinin), 
nümayəndəliklərinin nəzdində olan və yalnız onların işçilərinə 
xidmət göstərən obyektlərə (alkoqollu içkilərlə xidmət göstərən 
obyektlərdən başqa), səyyar qaydada həyata keçirilən ictimai  iaşə 
xidmətinə, habelə  bərbərlik və kosmetika xidmətlərindən (müalicə 
və  cərrahlıq fəaliyyəti ilə bağlı olmayan) gəlir  əldə edən hüquqi 
şəxslərin nəzarət-kassa aparatları  tətbiq edilən obyektlərinə  şamil 
edilmir. 
Minimum vergini ödəyən hüquqi şəxslər aylıq verginin 
məbləğinin 50%-i əlavə  dəyər vergisi, qalan 50%-i isə hasilatdan 
vergi, fiziki şəxslər tərəfindən isə bütün məbləğ  gəlir vergisi 
şəklində ödənilirdi.  
Yuxarıda adları qeyd olunan fəaliyyət növləri üzrə minimum 
verginin aylıq məbləğinə onun yerləşdiyi  ərazidən və  fəaliyyət 
növündən asılı olaraq, bir sıra əmsallar tətbiq edilirdi.  
Pərakəndə ticarət sahəsinin 1 kvadrat metri üçün 7 min AZM 
müəyyən edilmişdir. Bu məbləğ  aşağıdakı  əmsallarla artırılıb-
azaldılır: 
Obyektin yerləşdiyi  ərazidən asılı olaraq Bakı  şəhərinin 
mərkəzində 2.0, mərkəzdən kənarda 1.5, şəhər ətrafında 1.0; 
Gəncə  və Sumqayıt  şəhərlərində  mərkəzdə 1.5, mərkəzdən 
kənarda 1.25, şəhər ətrafında 1.0; 
Digər şəhər və rayon mərkəzlərində 0.75; 
Qəsəbələrdə (Bakı, Gəncə və Sumqayıt şəhərlərinin qəsəbələri 
istisna olmaqla) kənd yerlərində 0.5; 
Alkoqollu içkilər və tütün məmulatlarının satışını  həyata 
keçirən obyektlərdə 1.1; 
Qiymətli metalların və qiymətli daş-qaşların satışını  həyata 
keçirən obyektlərdə 1.20; 


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə