DöVLƏt büDCƏSİ



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə41/67
tarix19.10.2018
ölçüsü1,52 Mb.
#74588
1   ...   37   38   39   40   41   42   43   44   ...   67

_______Milli Kitabxana_______ 
 
124 
271000. “Sosial  təminat” köməkçi bölməsinə ödənilən 
təqaüdlər üzrə xərclər daxildir
272000. “Sosial  müdafiə üzrə müavinətlər” köməkçi 
bölməsinə ödənilən müavinətlərlə bağlı xərclər daxildir; 
273000. “Dövlət qulluqçularına sosial müavinətlər” köməkçi 
bölməsinə mövcud qanunvericiliyinə uyğun olaraq dövlət 
qulluqçularına ödənilən müavinətlər üzrə xərclər daxildir; 
274000. “Digər təqaüdlər, müavinətlər və transfertlər” 
köməkçi bölməsinə  əvvəlki üç köməkçi bölmələrdə öz əksini 
tapmayan bütün ödənişlər üzrə xərclər daxildir.  
280000. Digər xərclər: 
281000. “Faizlər üzrə ödənişlər istisna olmaqla mülkiyyətlə 
bağlı  xərclər” bölməsinə cari məqsədlər üçün binaların və evlərin 
icarəsi, film və verilişlərin çəkilməsi üçün icarəyə götürülmüş teatr, 
konsert salonları, sahə  və otaqların icarə haqqı, müəssisə  və 
təşkilatlar tərəfindən avadanlıq və  nəqliyyat vasitələrinin icarəyə 
götürülməsi ilə bağlı xərclər daxildir; 
282000. “Sair müxtəlif xərclər” köməkçi bölməsinə idarə və 
müəssisələr tərəfindən həyata keçirilən sair müxtəlif xərclər daxil 
edilir.  
310000. Qeyri-maliyyə aktivlərinin alınması: 
311000. “Əsas vəsaitlər” köməkçi bölməsinə qeyri-maliyyə 
aktivlərinin alınması ilə bağlı xərclər daxildir;  
312000. “Maddi-istehsal ehtiyatları” köməkçi bölməsinə satış 
üçün nəzərdə tutulan mallar, dövlət orqanları  tərəfindən fövqəladə 
və strateji mal ehtiyatlarının, o cümlədən taxıl ehtiyatlarının və ölkə 
üçün vacib olan digər malların alınması  və yaradılması  xərcləri 
daxildir;  
313000. “Qiymətli materiallar” köməkçi bölməsinə dövlət 
orqanları  tərəfindən qiymətli materialların alınması  və yaradılması 
üzrə xərclər daxildir;  
314000. “Qeyri-istehsal  aktivləri” köməkçi bölməsinə 
torpağın (onlarda yerləşən tikinti obyektləri və qurğulardan başqa), 
meşənin, yeraltı  sərvətlərin və faydalı qazıntıların yerinin alınması, 
kompüter proqramlarının alınması  və hazırlanması ilə bağlı  xərclər 
daxildir.  


_______Milli Kitabxana_______ 
 
125 
320000. “Maliyyə aktivləri üzrə  əməliyyatlar”  bölməsində 
ölkə daxilində dövlətə  məxsus cari və tranzit hesablar, depozitlər, 
istiqrazlar, qiymətli kağızlar, daxili borclar üzrə  əməliyyatlar, 
həmçinin valyuta, qiymətli kağızlar (səhmlər istisna olmaqla), 
ssudalar, səhm və digər kapital, törəmə maliyyə alətləri və sair 
maliyyə aktivləri üzrə əməliyyatlar daxildir. 
321000. “Daxili” köməkçi bölməsinə ölkə daxilində dövlətə 
məxsus cari və tranzit hesablar, depozitlər, istiqrazlar, qiymətli 
kağızlar, daimi borclar üzrə əməliyyatlar daxildir; 
322000. “Xarici” köməkçi bölməsinə ölkə xaricində dövlətə 
məxsus cari və tranzit hesablar, qiymətli kağızlar (səhmlər istisna 
olmaqla), ssudalar, xarici borclar üzrə əməliyyatlar daxildir. 
330000.   Öhdəliklər üzrə maliyyə əməliyyatları: 
331000. Daxili; 
332000. Xarici. 
Üçüncü təsnifat büdcə  xərclərinin təşkilatlar səviyyəsində  və 
ya inzibati təsnifatdır
1100. Qanunvericilik 
orqanları: 
1101. Azərbaycan Respublikasının Milli Məclisi. 
1200.  İcra hakimiyyəti orqanları: 
1201. Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı; 
1202. Azərbaycan Respublikasının Nazirlər Kabineti; 
1203. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
1205. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və s. 
1300. Məhkəmə və prokurorluq orqanları: 
1301. Azərbaycan Respublikasının Konstitusiya 
Məhkəməsi; 
1302. Azərbaycan Respublikasının Ali Məhkəməsi; 
1303. Azərbaycan Respublikasının 
şəhər və rayon 
məhkəmələri və s. 
1400. Digər dövlət orqanları: 
1401. Azərbaycan Respublikasının Hesablama Palatası; 
1402. Azərbaycan Respublikasının Mərkəzi Seçki 
Komissiyası; 
1403. Azərbaycan Dövlət Teleqraf Agentliyi “Azərtac” və s. 
1500. Mətbuat orqanları və ictimai təşkilatlar: 


_______Milli Kitabxana_______ 
 
126 
1501. Azərbaycan Respublikası Prezidentinin İşlər 
İdarəsinin kitabxanası; 
1502. “Mir”Dövlətlərarası Teleradio Şirkətinin Milli 
Nümayəndəliyi və s. 
1600.   Dotasiya: 
1601. Naxçıvan Muxtar Respublikasına ayrılan dotasiya; 
1602. Yerli 
büdcələrə ayrılan dotasiyalar. 
1700. Dövlət fondları:  
1701.  Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə 
Fondu; 
1702. Azərbaycan Respublikasının Dövlət Neft Fondu. 
 
3.1.1.  Xərclərin funksional təsnifatı 
 
Funksional təsnifat dövlətin  əsas funksiyalarının həyata 
keçirilməsi üçün büdcə vəsaitlərinin qruplaşdırılmasıdır [23].  
Qeyd.  Yuxarıda qeyd olunanlara əsasən hər il qəbul edilən 
dövlət büdcəsi haqqında qanunlarda vəsaitlər  əsas funksiyalarına 
görə təsnifləşdirildiyi üçün kitabın yazılmasında məhz bu təsnifatdan 
istifadə edilmişdir.   
 
3.1.1.1. Ümumi dövlət xidmətləri 
           
Qanunvericilik və icra hakimiyyəti, yerli özünüidarəetmə        
orqanlarının saxlanılması  xərcləri. Azərbaycan Respublikasının 
Konstitusiyasının 7-ci maddəsinə 
əsasən Azərbaycan 
Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi 
prinsipi  əsasında təşkil edilir. Qanunvericilik hakimiyyətini 
Azərbaycan Respublikasının Milli Məclisi, məhkəmə hakimiyyətini 
Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir. İcra 
hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə  və Nazirlər 
Kabinetinə mənsubdur.  
Aşağıdakı  cədvəldən göründüyü kimi son illərdə dövlət 
büdcəsi xərclərində icra hakimiyyəti orqanlarının saxlanılması 
xərclərinin payı 13-15%, Milli Məclisin saxlanılması  xərclərinin 


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə