DöVLƏt büDCƏSİ



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə37/67
tarix19.10.2018
ölçüsü1,52 Mb.
#74588
1   ...   33   34   35   36   37   38   39   40   ...   67

_______Milli Kitabxana_______ 
 
112 
Qeyd.  2004-cü ildə Avropa Birliyi tərəfindən Azərbaycan 
Respublikasına (dövlət büdcəsinə) qrant köçürülməmişdir. 
 
2.1.3. Digər daxilolmalar 
 
2.1.3.1. Mülkiyyətdən gəlirlər 
 
Dövlət  əmlakının icarəyə verilməsindən daxilolmalar 
maddəsi “Dövlət  əmlakının (mənzil fondunun) icarəyə verilməsi 
üçün icarə haqqının minimum məbləğinin müəyyən edilməsi 
haqqında” Nazirlər Kabinetinin 5 mart 1999-cu il və 27 mart 2000-
ci il tarixli qərarları ilə  tənzimlənir. Bu qərara (27 mart 2000-ci il 
tarixli)  əsasən Bakı  şəhəri  ərazisində yerləşən sahələr üzrə  və 
Respublikanın digər şəhər və rayonlarında yerləşən sahələr üzrə hər 
biri üçün ayrı-ayrılıqda 1 m
2
 sahəsinə illik icarə haqqı (tarifi) 
müəyyənləşdirilir. Əldə olunan vəsait dövlət büdcəsinə köçürülür. 
Milli Bankın mənfəətindən daxilolmalar dedikdə - dövlətin 
xarici banklarda saxladığı strateji valyuta ehtiyatları üzrə  əldə 
olunan mənfəətdən daxilolmalar nəzərdə tutulur.  
Dövlət Neft Fondundan daxilolmalar (transfertlər) maddəsi 
ilk dəfə 2003-cü ildə dövlət büdcəsində öz əksini tapmışdır. 2003-cü 
ildə DNF-dən dövlət büdcəsinə 500 mlrd.AZM, 2004-cü ildə isə 
650 mlrd.AZM yönəldilmişdir. 
Büdcədən verilmiş kreditlər  üzrə daxilolmalar- dövlət 
büdcəsindən hüquqi şəxslərə verilən kreditləri nəzərdə tutur.  
Dövlət zəmanəti ilə verilmiş kreditlər üzrə daxilolmalar - 
hökumətin müvafiq səlahiyyətli qurumunun (bir qayda olaraq 
Maliyyə Nazirliyi) kreditlər üzrə dövlətin adından təqdim etdiyi 
bütün dövlət zəmanətləri nəzərdə tutulur. Alınan kreditlər bilavasitə 
iqtisadi layihələrin maliyyələşdirilməsi üçün istifadə edilir və bu 
kreditlər bir qayda olaraq müəssisə və təşkilatlara təqdim edilir. Bir 
sıra hallarda müəssisə  və  təşkilatlar bu kreditləri qaytarmaq 
iqtidarında olmadıqda dövlət büdcəsi vasitəsi ilə kreditlərin 
qaytarılması  həyata keçirilir (Hökumət zəmanəti ilə alınan 
kreditlərin qaytarılmasına nəzarətin gücləndirilməsi tədbirləri 


_______Milli Kitabxana_______ 
 
113 
haqqında Azərbaycan Respublikası Prezidentinin 11 iyul 2001-ci il 
tarixli Fərmanı).  
 Xarici dövlətlərin hökumətlərinə verilən kreditlər  üzrə 
daxilolmalar maddəsi 1998-1999-cu illərdə isə Gürcüstan 
Respublikasına verilən kreditlər maddəsini (2000-ci ildən dövlət 
büdcəsinin mədaxilində) əvəz etmişdir. 
Bank sektorundan  daxilolmaların büdcə  mədaxilində 
xüsusi çəkisi isə 2-3% olmuşdur. Banklardan alınan dividentlər 
maddəsinin strukturunda dövlətin hesabında olan banklardan alınan 
dividentlər Kapital bank və Azərbaycan Respublikasının Beynəlxalq 
Bankı) nəzərdə tutulur. 
2004-cü ildə dövlət büdcəsi gəlirlərində yeni bir - qeyri-
maliyyə dövlət müəssisələrindən alınan dividentlər  maddəsi öz 
əksini tapır. Qeyri-maliyyə dövlət müəssisələri dedikdə Rabitə  və 
İnformasiya Texnologiyaları Nazirliyi sisteminə daxil olan 
müəssisələr, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi kimi 
dövlət təşkilatları nəzərdə tutulur.   
 
2.1.3.2. Mal və xidmətlərin satışından daxilolmalar 
 
Rüsum – vətəndaş və ya təşkilatların hər hansı bir fəaliyyətin 
həyata keçirilməsi müqabilində tutulan vəsaitlərdir [34, səh 29]. 
Onlar qoyulduğu və ödənildiyi zaman həmişə xüsusi məqsəd və 
xüsusi mənafe olur.  
Rüsumları almaqda məqsəd (rüsumun prinsipi) rüsumla bağlı 
fəaliyyəti həyata keçirən təşkilatın xərclərini zərər çəkilmədən, lakin 
xalis gəlir də əldə etmədən ödənilməsidir [16]. 
Vergitutma nəzəriyyəsinə görə rüsumlar dövlət orqanlarının 
saxlanılmasını  təmin etmir. Əksinə dövlət orqanlarının öz 
funksiyalarını  həyata keçirmələri ilə  əlaqədar tutulur [34, səh 30]. 
Məhz bu faktı  nəzərə alaraq istənilən dövlətin büdcəsinin gəlirlər 
hissəsi vergilərin hesabına formalaşmalıdır. Vergilərin məqsədi 
büdcəyə daha çox vəsait almaq və bu vəsaitlərin büdcə  xərcləri 
vasitəsi ilə bir sıra proqramların maliyyələşdirilməsi, rüsumlar isə 
konkret olaraq bir fəaliyyətə görə tutulur və  məqsədli xarakter 
daşıyır. Vergilər də  məqsədli xarakter daşıya bilər (məqsədli 


_______Milli Kitabxana_______ 
 
114 
vergilər də  tətbiq edilə bilər), lakin vergilər rüsumlar kimi konkret 
bir fəaliyyətə görə tutulmur.   
Dövlət rüsumu və birdəfəlik rüsumlar haqqında (28  mart 
1995-ci il) ilk hüquqi-normativ aktlar 1995-ci ildə  qəbul edilmişdi 
(sonralar həmin qanunlara çoxlu sayda əlavə  və  dəyişikliklər 
edilmişdi). Lakin, 4 dekabr 2001-ci ildə “Dövlət rüsumu” haqqında 
yeni qanun qəbul edildi.  
Dövlət rüsumu – “Dövlət rüsumu haqqında” qanunda 
müəyyən edilmiş hallarda və qaydada dövlət orqanlarının müəssisə
təşkilat və fiziki şəxslərə göstərdikləri xidmətlərə  və hüquqi 
hərəkətlərə görə dövlət büdcəsinə ödənilən məcburi ödənişdir.  
“Dövlət rüsumu haqqında” qanunla nəzərdə tutulmuş  işlərin 
görülməsi, xidmətlərin göstərilməsi və hüquqların  əldə edilməsi 
üçün Azərbaycan Respublikasının vətəndaşları,  əcnəbilər, 
vətəndaşlığı olmayan şəxslər və hüquqi şəxslər dövlət rüsumunun 
ödəyiciləri hesab edilirlər. 
Dövlət rüsumu aşağıdakı hallarda tutulur: 
-
 
məhkəməyə verilən iddia ərizələrinin və  şikayətlərin, 
hüquqi  əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi 
barədə  ərizələrin və  məhkəmə  qərarları barəsində 
şikayətlərin verilməsi, məhkəmə  tərəfindən sənədlərin 
surətinin təkrar verilməsi; 
-
 
notariat kontorları  və dövlət orqanları  tərəfindən notariat 
hərəkətlərinin aparılması; 
-
 
vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı; 
-
 
Azərbaycan Respublikası  vətəndaşlarına və Azərbaycan 
Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan 
şəxslərə 
şəxsiyyət vəsiqəsi, habelə Azərbaycan 
Respublikasında 30 gündən artıq yaşayan  əcnəbilərə 
qeydiyyat vəsiqəsi verilməsi, Azərbaycan Respublikası 
vətəndaşlığına qəbul və ya vətəndaşlıqdan çıxma; 
-
 
Azərbaycan Respublikasında və ya Azərbaycan 
Respublikasının xarici ölkələrdəki diplomatik 
nümayəndəliklərində konsul əməliyyatlarının aparılması; 
-
 
Sənaye mülkiyyəti obyektlərinin qeydə alınması, müvafiq 
mühafizə  sənədlərinin verilməsi və onlarla bağlı digər 


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə