DöVLƏt büDCƏSİ



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə34/67
tarix19.10.2018
ölçüsü1,52 Mb.
#74588
1   ...   30   31   32   33   34   35   36   37   ...   67

_______Milli Kitabxana_______ 
 
103 
İxtisaslaşdırılmış çörək-bulka məmulatlarının və  uşaq 
yeməklərinin satışını həyata keçirən obyektlərdə 0.75. 
Minimum vergi məbləğinin hesablanması  məqsədi üçün 
obyektin pərakəndə ticarət sahəsi dedikdə, malların pərakəndə 
ticarəti məqsədilə istifadə edilən bütün sahə (ticarət zalı, anbar və 
ticarət məqsədilə istifadə edilən digər sahə) nəzərə alınır. 
Pərakəndə ticarət sahəsinin 1 m
2
 üçün müəyyən edilmiş 
minimum verginin aylıq məbləği obyektin yerləşdiyi ərazi və satılan 
məhsullar  üçün müəyyən edilmiş əmsalların hər biri üzrə artırılıb-
azaldılırdı. Müvafiq olaraq həmin dövrlərdə dövlət büdcəsinə 
ödənilən patentlərin məbləği 1998-ci ildə 19,2, 1999-cu ildə 12,5 və 
2000-ci ildə 8,8 olmuşdur. 
Qeyd etməliyik ki, kiçik sahibkarlıq subyektlərinin  vergiyə 
cəlb olunması haqqında ilk dəfə xüsusi maddə 4 iyun 1999-cu ildə 
qəbul edilmiş “Kiçik sahibkarlığa dövlət köməyi haqqında” qanunda 
verilmişdi. Bu maddəyə  əsasən rüblük dövriyyəsi (istehsalın, işin, 
xidmətin həcmi) aylıq gəlirin vergi tutulmayan məbləğinin 1000 
mislindən çox olmayan kiçik sahibkarlıq subyektlərinə vahid vergi 
tətbiq olunur. Vahid vergi dərəcəsi dövriyyəsinin 5% səviyyəsində 
müəyyən edilir. Nəzərdə tutulan vahid vergi dərəcəsi Azərbaycan 
Respublikasının Vergi Məcəlləsi qüvvəyə mindikdən sonra tətbiq 
edilməli idi. Digər tərəfdən kiçik müəssisələr dedikdə  işçilərinin 
sayı 50 nəfərə  qədər olan subyektlər nəzərdə tutulurdu. Yəni 
işçilərin sayı 50 nəfər, rüblük dövriyyə göstərilən həddən yuxarı 
olardısa vergi ödəyicisi dövriyyəsindən 5% vergi ödəyə bilməz və 
qanunvericilikdə nəzərdə tutulan formada vergiyə cəlb olunmalı idi.   
Hazırda qüvvədə olan qanunvericilikdə (“Kiçik sahibkarlığa 
dövlət köməyi haqqında” qanun və 20 aprel 2004-cü ildə Nazirlər 
Kabinetinin qərarı) kiçik sahibkarlıq subyektlərinin meyarları  həm 
işçilərin sayı, həm də illik dövriyyəsi əsas götürməklə sahələr üzrə 
diferensiallaşdırılır. 
 
 
 
 
 


_______Milli Kitabxana_______ 
 
104 
Cədvəl 2.22 
İqtisadi fəaliyyət növləri 
İşçilərin sayı 
İllik dövriyyə 
Sənaye və tikinti
40
1000 mlrd.manat 
Elmi-texniki və  
konsaltinq xidməti 
20 750 
mln. 
manat 
Kənd təsərrüfatı 15 
500 
mln. 
manat 
Topdansatış ticarət 10 
1500 
mlrd. 
manat 
Pərakəndəsatış ticarəti, 
Nəqliyyat xidməti və  
digər iqtisadi fəaliyyət növləri
5 500 
mln. 
manat 
 
Yeni fəaliyyətə başlayan sahibkarlıq subyektləri üçün 1 il 
müddətində bu hədlərdə müəyyən edilmiş işçilərin sayı meyarı əsas 
götürülür. 
Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan 
fiziki  şəxslər üçün bu hədlərlə müəyyən edilmiş illik dövriyyə 
meyarı əsas götürülür. 
Digər kiçik sahibkarlıq subyektlərindən vergi tutulması 
Azərbaycan Respublikasının vergi qanunvericiliyinə müvafiq 
surətdə  həyata keçirilir. Həmçinin kiçik sahibkarlıq subyektlərinə 
məqsədli proqramlar çərçivəsində xüsusi vergi güzəştləri tətbiq 
edilə bilər.  
Vergitutma obyekti hüquqi şəxslərin rüblük dövriyyəsi hesab 
olunduğu halda, verginin dərəcəsi – 2% müəyyənləşdirilirdi. Rüblük 
dövriyyənin həddi - məbləği üç ay ərzində 100 mln. AZM-ə qədər 
olmalı idi. Əgər dövriyyə bu məbləğdən artıq olardısa o zaman 
müəssisə  və  təşkilatlar 10 gün ərzində vergi orqanına  ƏDV-nin 
məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borclu idi. 2001-ci 
ildə sadələşdirilmiş sistem üzrə verginin ödəyiciləri olan 
müəssisələr  ƏDV, mənfəət, torpaq və  əmlak vergisini ödəməkdən 
azad edilirdi.  
Sadələşdirilmiş vergi ödəyicilərinin (hüquqi şəxslər) ƏDV və 
mənfəət vergisindən azad edilməsinin səbəbi həmin vergilərin 
ümumi satış dövriyyəsi ilə birbaşa bağlı olmasıdır. Bu addım ikiqat 
vergitutmanın aradan qaldırılmasına yönəldilmişdir.  
2002-ci ildə bu vergi növünün dövriyyəsi azaldılaraq 30 mln. 
AZM-ə  qədər müəyyənləşdirildi. Bundan başqa, dərəcəsi sabit 


_______Milli Kitabxana_______ 
 
105 
saxlanılmaqla,  əvvəlki təqvim ilindən fərqli olaraq sahibkarlıq 
subyektləri yalnız  ƏDV-nin və  mənfəət vergisini ödəməkdən azad 
edilirdi. Bu vergi üzrə büdcəyə daxilolmalar 158,2% icra olundu 
(xüsusi çəki 0,3%). Dövriyyə azaldıldığı halda paralel olaraq 
proqnozun azaldılması verginin icra olunması  səviyyəsini təsir 
etmişdi. Qeyd etməliyik ki, 2001-2002-ci illərdə bir sıra fəaliyyət 
növləri ilə  məşğul olan müəssisə  və  təşkilatlar bu vergini 
ödəməkdən azad edilirdi: 
-  aksizli mallar istehsal edən şəxslər; 
-  kredit və sığorta təşkilatları, investisiya fondları; 
-  qiymətli kağızlar bazarının peşəkar iştirakçıları; 
-  mənzil-kommunal təsərrüfatı  təşkilatları  və onların xidmət 
sahələri. 
Sonuncu fəaliyyət sahəsi Milli Məclisin 2 iyul 2001-ci il 
tarixli qərarı ilə təsdiq edilmişdir. 
2002-ci ilin sonunda ölkədə sahibkarlığın inkişafına 
yönəldilən tədbirlərin tərkib hissəsi kimi sadələşdirilmiş sistem üzrə 
verginin qanunvericilik bazasında da ciddi dəyişikliklər edildi.  
İlk dəyişiklik verginin adından “sistem üzrə” ifadəsinin 
götürülməsi oldu. Sadələşdirilmiş verginin vergitutma obyekti - 
hesabat dövrü ərzində təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və 
əmlaka görə  əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar 
gəlirlərin həcmi müəyyən edildi (satışdankənar gəlirlər – digər 
müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə 
məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan  əldə 
olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı  və satışı ilə 
bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər, o 
cümlədən cərimə  və  zərərin ödənilməsi  şəklində alınmış  məbləğ, 
xarici valyuta əməliyyatları üzrə artan məzənnə  fərqi, 
qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor və deponent 
borc məbləğləri). Rüblük dövriyyə 125 mln.AZM-dək qaldırıldı. 
Vergi nəinki, hüquqi şəxslər, həm də fiziki şəxslərə  tətbiq edildi. 
Hüquqi  şəxslər bu verginin ödəyiciləri olduqları halda ƏDV-ni, 
mənfəət vergisini və  əmlak vergisini, fiziki şəxslər isə  ƏDV-ni və 
gəlir vergisini ödəməkdən azad edilirdi. Verginin dərəcələri 
regionlar üzrə 2% saxlanılmaqla Bakı  şəhəri üzrə 4% 


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə