DöVLƏt büDCƏSİ



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə42/67
tarix19.10.2018
ölçüsü1,52 Mb.
#74588
1   ...   38   39   40   41   42   43   44   45   ...   67

_______Milli Kitabxana_______ 
 
127 
xüsusi çəkisi 0,3-0,4% arasında dəyişmişdir.  
 
 
 
 
         
 
 
 
Cədvəl 3.1 
 2001 
2002 
2003 
mlrd. 
AZM 
Büdcə 
xərclə 
rində 
(%) 
mlrd. 
AZM 
Büdcə 
xərclə 
rində 
(%) 
mlrd. 
AZM 
Büdcə 
xərclə 
rində 
(%) 
İcra 
hakimiyyəti 
orqanlarının 
saxlanılması 
xərcləri 
609,8 15,1 678,0 14,5 840,0 13,6 
Milli Məclisin 
saxlanılması 
xərcləri  
15,4 0,4 16,9 0,4 18,4 0,3 
 
2004-cü il “Dövlət büdcəsinin icrası haqqında” qanunda icra 
və qanunvericilik hakimiyyətlərinin xərcləri birlikdə (446,3 
mlrd.AZM) təqdim olunduğu üçün qeyd olunan il üzrə bu rəqəmlər 
ayrı-ayrılıqda təhlil olunmamışdır.  
Son illərdə büdcə-vergi siyasətinin əsas istiqamətlərindən biri 
kimi dövlət idarəetmə strukturunun təkmilləşdirilməsi və idarəetmə 
sisteminin səmərəliliyinin artırılması istiqamətində islahatların 
aparılması, dövlət qulluqçularının sosial müdafiəsini gücləndirməsi, 
inzibati xərclərin azaldılmasına yönəldilmiş  tədbirlər həyata 
keçirmək müəyyənləşdirilmişdir.  
Dövlət qulluqçularının sosial müdafiəsini gücləndirməsi 
məqsədlə, “Dövlət qulluğu haqqında” qanun qəbul edilmişdir. Bu 
qanun Azərbaycan Respublikasının vətəndaşlarının dövlət qulluğuna 
girmək hüququna, dövlət qulluğuna qəbulun müsabiqə  və  şəffaflıq 
əsasında həyata keçirilməsinə aid müddəaları prokurorluq, ədliyyə, 
milli təhlükəsizlik, daxili işlər, gömrük, vergi, xarici işlər 
orqanlarında, Azərbaycan Respublikasının Milli Bankında dövlət 
qulluğu keçən şəxslərə də şamil edilir.  
Qanuna görə dövlət qulluğu  –  Azərbaycan Respublikasının 
Konstitusiyasının və digər qanunvericilik aktlarına uyğun olaraq 


_______Milli Kitabxana_______ 
 
128 
dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində 
dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. 
Dövlət qulluqçusu  dedikdə  “Dövlət qulluğu haqqında” 
qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız dövlət 
büdcəsi vəsaitindən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və 
Azərbaycan Respublikasına sadiq olacağına andiçən Azərbaycan 
Respublikasının vətəndaşıdır. 
Qeyd.  Ümumiyyətlə, büdcə sferasında çalışan işçilərin  əmək 
haqqıları iki formada artırılır (“Vətəndaşın büdcə bələdçisi”). 
1.
 
səhiyyə, incəsənət, təhsil və s. sahələrdə çalışanların əmək 
haqqları Vahid Tarif Cədvəl  əsasında tənzimlənir. Bu 
sənəd isə öz növbəsində Nazirlər Kabineti tərəfindən 
tənzimlənir. 
2.
 
əmək haqları ölkə prezidentinin fərman və  sərəncamları 
ilə  tənzimlənən büdcə  təşkilatlarının işçiləri. Bu 
kateqoriyaya  əsasən dövlət qulluğunda olan, hüquq-
mühafizə orqanlarının işçiləri aid edilir. 
Elm xərcləri.  Son illərdə elm və texnikanın rolunun artması 
dövlət büdcəsindən bu istiqamət üzrə yönəldiləcək vəsaitin 
artırılmasının zəruriliyini ön plana çıxarır. Dövlət büdcəsinin 
xərclərində elm xərclərinin rolunu qiymətləndirmək üçün aşağıdakı 
cədvəli nəzərdən keçirək.  
 
 
 
             
     Cədvəl 3.2 
 
2001 2002 2003 2004 
mlrd. 
AZM 
Büdcə 
xərclə 
rində 
(%) 
mlrd. 
AZM 
Büdcə 
xərclə 
rində 
(%) 
mlrd. 
AZM 
Büdcə 
xərclə 
rində 
(%) 
mlrd. 
AZM 
Büdcə 
xərclə 
rində 
(%) 
Elm 
xərcləri 
47,0 1,2 57,1 1,2 83,0 1,3 100,1 1,3 
 
2004-cü ildə elm xərcləri maddəsi 2001-ci illə müqayisədə 2,1 
dəfə artmışdır.  
DSK-nın məlumatlarına görə 2005-ci ilin əvvəlinə ölkənin 139 
elmi-tədqiqat institutları, ali məktəbləri və digər təşkilatlarında 17,7 
min nəfərin elmi-tədqiqat işləri görməsi qeyd olunur [3].  


_______Milli Kitabxana_______ 
 
129 
Aşağıdakı 
cədvəldən göründüyü kimi elmi-tədqiqat 
institutlarının sayı 2004-cü ildə 1995-ci ilə nisbətən azalsa da 1990-
cı ilə müqayisədə isə artmışdır.  
 
 
 
Cədvəl 3.3 
 
1990 1995 2000 2003 
Elmi 
müəssisələr 
151 146 137 138 
 O  cümlədən: 
Elmi-tədqiqat 
institutları 
85 108 95  95 
 
Elmi-tədqiqat işlərini yerinə yetirən işçilərin sayı isə (cədvəl 
3.4-dən göründüyü kimi) 2004-cü ildə 1995-ci illə müqayisədə 
qismən artmış, 1990-cı ilə nisbətən isə 32,3% azalmışdır. 
Cədvəl  3.4 
 
1990 1995 2000 2004 
Elmi-tədqiqat işlərini 
yerinə yetirən işçilərin 
sayı (nəfər) 
25775 
 
16926 
 
15809 17712 
 
Yuxarıdakı cədvəllərdən belə nəticəyə gəlmək olar ki, ölkədə 
elmə yönəldilən xərclərin böyük hissəsi (2004 – cü ildə 74,4%) 
dövlət büdcəsi vəsaiti hesabına təmin edilir. Eyni göstəricini ölkə 
üzrə müəyyən etmiş olsaq 2002-ci ildə elmə yönəldilən vəsaitin 
USD ekvivalenti 18,8 mln. USD, 2003-cü ildə 23,6 mln. USD, 2004-
cü ildə isə 25,9 mln. USD bərabər olmuşdur. Ölkə üzrə 2004-cü ildə 
elmdə  məşğul olan hər bir şəxsə düşən xərclərin payı 1462  USD 
bərabərdir və təbii ki, bu rəqəm digər dövlətlərlə müqayisədə yüksək 
göstərici hesab oluna bilməz (Yəni ölkə üzrə özəl sektorda elmi-
tədqiqat işləri aparan şəxslərin sayının ümumi sayda az olmasını 
nəzərə alsaq o zaman dövlət müəssisləri və ali məktəblərdə çalışan 
şəxslərin hər birinə düşən elm xərcləri 1462 USD təşkil edir).   
Bir sıra xarici dövlətlərdə olduğu kimi Azərbaycan 
Respublikasında da elmə yönəldilən xərclərin özəl müəssisələr 
tərəfindən maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 
Vergi Məcəlləsində (bu problemin həllinin stimullaşdırılması üçün 
dövlət tərəfindən) təqdim edilən güzəştləri qeyd etmək olar.  


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə