DöVLƏt büDCƏSİ



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə43/67
tarix19.10.2018
ölçüsü1,52 Mb.
#74588
1   ...   39   40   41   42   43   44   45   46   ...   67

_______Milli Kitabxana_______ 
 
130 
Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 113-cü 
maddəsinə əsasən gəlir götürmək məqsədi ilə aparılan elmi tədqiqat, 
layihə-axtarış  və  təcrübə-konstruktor işlərinə  çəkilən xərclər (əsas 
vəsaitlərin alınması  və qurulması ilə bağlı  xərclər, habelə kapital 
xarakterli digər xərclər istisna olmaqla) gəlirdən çıxılmasına icazə 
verilir. 
Qeyd. Elmə dövlət büdcəsindən yönəldilən xərclərin təşviq 
edilməsi üçün inkişaf etmiş ölkələrdə  aşağıdakı  tədbirlər həyata 
keçirilir [32]: 

 
elmə çəkilən xərclərin gəlirdən çıxılması; 

 
elmin məqsədləri üçün istifadə olunan avadanlıqların 
böyük hissəsinə sürətli amortizasiyanın tətbiq edilməsi

 
bilavasitə innovasiya fəaliyyəti (yeni texnologiyalar) ilə 
məşğul olan kiçik və orta müəssislərə vergi güzəştlərinin 
verilməsi; 

 
elmi-tədqiqat işlərinin aparılması üçün iri həcmli 
layihələrin maliyyələşdirilməsinə büdcədən kreditlərin 
təqdim edilməsi; 

 
kiçik elmtutumlu biznesin büdcə vasitəsilə təşviqi; 

 
regionlarda elm infrastrukturunun yaradılması üçün 
innovasiya müəssisələrinə dövlət  əmlakının və torpaq 
sahələrinin güzəştli şərtlərlə təqdim edilməsi; 

 
bütün (dövlət  əhəmiyyətli) elmi - tədqiqat institutlarında 
olan  əsas vəsaitlərin inventarizasiyasının aparılması  və 
daha çox istifadəsi zəruri olan avadanlıqların alınmasının 
maliyyələşdirilməsi və s. 
Dövlət borcu ilə bağlı  xərclər.  Dövlət borcu ilə bağlı 
məsələlər “Dövlət borcu haqqında” 29 dekabr 1992-ci ildə  qəbul 
edilmiş qanunla tənzimlənir. Həmin qanuna görə  Аzərbаycаn 
Rеspublikаsının dövlət bоrcu dахili və  хаrici dövlət bоrcundаn 
ibаrət  оlmаqlа, rеspublikаnın tə'хirəsаlınmаz sоsiаl-iqtisаdi 
хərclərinin mаliyyələşdirilməsi və büdcə  kəsirinin yеrinin 
dоldurulmаsı üçün Аzərbаycаn Rеspublikаsı hökumətinin hüquqi və 
fiziki  şəхslərə, hаbеlə  хаrici dövlətlərə müvаfiq fаiz ödənilməklə 
qаytаrılmаlı  оlаn, milli və  yа  хаrici vаlyutа ilə ifаdə  еdilmiş  bоrc 
öhdəlikləridir. 


_______Milli Kitabxana_______ 
 
131 
Lakin, bu qanunda dövlət borcuna tərif verilməmişdir. Dövlət 
borcuna tərif yalnız “Dövlət borcu və dövlət qarantiyası haqqında” 
qanun layihəsində verilmişdir. Bu təriflər aşağıda təqdim edilir. 
 Daxili  dövlət borcu – Azərbaycan Respublikasının dövlət 
borcunun tərkib hissəsi olmaqla, maliyyə orqanın Azərbaycan 
Hökuməti adından Azərbaycan Respublikasının hüdudları daxilində 
hüquqi və fiziki şəxslərlə bağladığı  əqdlər üzrə borc vəsaitlərinin 
milli valyuta ilə ifadə olunmuş məcmusudur. 
Xarici dövlət borcu – Azərbaycan Respublikasının dövlət 
borcunun tərkib hissəsi olmaqla, maliyyə orqanın Azərbaycan 
Respublikası adından xarici hüquqi və fiziki şəxslərlə (qeyri-
rezidentlər), həmçinin beynəlxalq ictimai-siyasi və maliyyə-kredit 
təşkilatları ilə bağladığı müqaviləyə əsasən bilavasitə alınan borclar 
və digər yerinə yetirilmiş maliyyə öhdəliklərinin məcmusudur [8, 
səh 169]. 
Yuxarıda qeyd edildiyi kimi (ilk dəfə) büdcə 
qanunvericiliyində dövlət borcu ilə bağlı  məqamlar “Büdcə sistemi 
haqqında” qanunda (25-ci maddəsi) göstərilmişdir. Qanuna əsasən 
ölkənin sosial-iqtisadi inkişaf proqramlarının yerinə yetirilməsini 
təmin etmək məqsədilə muvafiq icra hakimiyyətinin (Maliyyə 
Nazirliyi) qərarı ilə dövlətin təminatı əsasında borc alına bilər.  
Dövlətin adından borc almaq və onu idarə etmək hüququ 
müvafiq icra hakimiyyəti orqanına məxsusdur. Büdcə ili ərzində 
alınan dövlət borcunun məbləği, onun istifadəsi və dövlət borcuna 
xidmət göstərilməsi ilə bağlı xərclər dövlət büdcəsində əks etdirilir.  
Bununla yanaşı, büdcə  gəlirlərinin həcmindən və ayırmaların 
səviyyəsindən asılı olmayaraq dövlət borcu üzrə xidmətlər (əsas 
borc, faiz) tam və vaxtında həyata keçirilməsi qeyd olunur, həmçinin 
faizlər və borclar kredit müqaviləsinə, yaxud dövlət qiymətli 
kağızlarının şərtlərinə əsasən vaxtında ödənilməlidir.  
Daxili və xarici dövlət borclarının yuxarı həddi müvafiq büdcə 
ili üçün dövlət büdcəsi haqqında qanunla müəyyənləşdirilir. Müvafiq 
icra hakimiyyəti orqanı dövlət borcları üzrə sənədlərin əslinə uyğun 
olaraq borcların uçotunu aparır və  hər rüb onlar haqqında 
məlumatların mətbuatda dərc etdirir. 
Azərbaycanın xarici dövlət borclarını üç qrupa bölmək olar: 


_______Milli Kitabxana_______ 
 
132 
-
 
bilavasitə hökumətə verilən kreditlər; 
-
 
hökumətə verilən və icraçıya ötürülən kreditlər; 
-
 
hökumət zəmanəti ilə təqdim edilən kreditlər [7]. 
Dövlət borcu üzrə  xərclər maddəsi büdcə  məxaricində öz 
əksini tapır.  
 
           Cədvəl 3.5 
 
 2001  
2002 
2003 
Mlrd. 
AZM 
Büdcə 
xərclə 
rində 
(%) 
Mlrd. 
AZM 
Büdcə 
xərclə 
rində 
(%) 
Mlrd. 
AZM 
Büdcə 
xərclə 
rində 
(%) 
Dövlətin 
xarici 
borcları 
76,7 1,9 50,7 1,0 63,7 1,0 
Dövlətin 
daxili 
borcunun 
ödənilməsi ilə 
bağlı xərclər 
119,0 2,9 108,0 2,3  38,8 0,6 
 
 
Dövlətin xarici borcları üzrə xərclər 2003-cü ildə, 1998-ci ilə 
nisbətən 11,2 dəfə artmışdır. Dövlətin daxili borclarına yönəldilən 
xərclər isə müvafiq illər üzrə 3,5 dəfə artmışdır. Dövlət borcuna 
xidmətlə bağlı xərclər 2004-cü ildə 86 mlrd.AZM təşkil etmişdir ki
bu da ümumi büdcə xərclərinin 1,1%-nə bərabərdir. 
Qeyd.    YAİİDP-də fiskal siyasətlə bağlı dövlətin qarşısında 
duran  əsas vəzifələrdən biri kimi borcların idarə edilməsi 
mexanizminin təkmilləşdirilməsi göstərilir ki, bu məqsədlə  də 
“Dövlət borcu və dövlət zəmanəti haqqında” Qanun layihəsi 
hazırlanmış, lakin kitab çapa verildiyi müddətdə  qəbul edilmədiyi 
üçün qüvvədə olan qanunvericilik aktlarının müddəaları  əsas 
götürülmüşdür.  
2006-cı ildə dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi 
ilə bağlı xərclərin strukturu: 

 
Daxili borclar üzrə faizlərin və digər öhdəliklərin 
ödənilməsi. Bu vəsaitlərin maliyyələşdirilməsi Azərbaycan 


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə