DöVLƏt büDCƏSİ



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə46/67
tarix19.10.2018
ölçüsü1,52 Mb.
#74588
1   ...   42   43   44   45   46   47   48   49   ...   67

_______Milli Kitabxana_______ 
 
139 
saxlanılması, xüsusi rejimli internatlar – lal-kar, kor, 
poliomielit keçirmiş, zəifgörən, eləcə  də zehni və fiziki 
inkişafında fiziki və başqa qüsurları olan uşaqlar üçün 
internat məktəblərinin saxlanılması, xüsusi məktəblər – 
xüsusi tərbiyə edilmə  şəraitinə ehtiyacı olan uşaqlar 
üçün nəzərdə tutulmuş xüsusi məktəblərin saxlanılması 
xərcləri aiddir

 
Texniki-peşə  məktəbləri və litseylər  köməkçi bölməsinə 
texniki-peşə  məktəbləri və litseylərin saxlanılması 
xərcləri daxildir

 
Ali təhsil  köməkçi bölməsinə  ali təhsilin birinci 
mərhələsi (bakalavr) və ali təhsilin ikinci mərhələsinin 
(magistratura) saxlanılması xərcləri aid edilir

 
Təhsil sahəsində  tətbiqi tədqiqatlar  köməkçi bölməsinə 
təhsilə aid edilən təcrübə  və  tətbiqi tədqiqatlar üzrə 
işləri həyata keçirən təşkilatların idarə edilməsi, elmi-
tədqiqat institutları  tərəfindən təhsil sahəsində  həyata 
keçirilən təcrübə  və  tətbiqi tədqiqat işlərinə kömək 
göstərilməsi ilə bağlı xərclər daxildir

 
Təhsil sahəsində digər xidmətlər  köməkçi bölməsinə 
əsasən aldıqları  təhsildən asılı olmayaraq, təhsil 
alanlara göstərilən nəqliyyat, qidalanma, yaşayış, tibbi, 
stomatoloji və digər köməkçi xidmətlərlə bağlı  və 
“Təhsil” bölməsinə aid edilməyən sair xərclər daxildir. 
Qeyd. “Təhsil haqqında” yeni qanunun layihəsi hazırlanmış, 
lakin kitab çapa verildiyi müddətdə qəbul edilməmişdir.  
 
3.1.1.3.  Səhiyyə 
 
Səhiyyə. Dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət 
göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər 
görür, tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır. 
Səhiyyə sektorunda islahatların  əsas istiqaməti hazırda ilkin 
səhiyyə xidmətlərinə yönəldilmişdir. Sovet dövründə  əhalinin 
stasionar tibbi xidmət ilə  təmin olunmasına – xəstəxanaların 


_______Milli Kitabxana_______ 
 
140 
tikilməsinə, xəstəxana çarpayılarının sayının artırılmasına daha çox 
fikir verilirdi.  
Səhiyyə sektorunda mövcud problemlərin həllinin  əsas 
istiqaməti rentabelli səhiyyə xidmətlərinin, yəni  əhalinin sağlamlıq 
vəziyyətinin yaxşılaşdırılması üçün xüsusi tədbirlərin həyata 
keçirilməsidir. 
Hazırda səhiyyə sektorunda 30,1 min nəfər tibb işçisi çalışır. 
Xatırladaq ki, 1995-ci ilin müvafiq göstəricisi ilə müqayisədə bu 
rəqəm demək olar ki, (29,2 min) dəyişməmişdir. Hər on min nəfərə 
düşən tibb işçilərinin sayının 1995-ci ildə 38,4 mindən, 2004-cü ildə 
36,6 min nəfərə qədər azalmışdır. Müvafiq dövr üzrə xəstəxanaların 
sayı 768-dən 732-ə, xəstəxana çarpayılarının sayı 74,6 mindən, 68,4 
minə  qədər azalmışdır. Bu sahəyə dövlət büdcəsindən yönəldilən 
vəsaitin həcmi 1995-ci ildə 148,3 mlrd.AZM olduğu halda son 
dövrlərdə bu rəqəm 367,4 mlrd.AZM təşkil etmişdir. Bu da baza 
ilinə nisbətən 2,5 dəfə artım deməkdir. Lakin, unutmaq olmaz ki, 
səhiyyə sektorunun problemlərinin həlli yalnız dövlət büdcəsinin 
maliyyə  vəsaitləri ilə deyil, həmçinin səhiyyənin özəl sektorunun 
inkişafı ilə paralel getməlidir. Qərb dövlətlərdə pullu səhiyyə 
xidmətləri tətbiq edilir. Azərbaycanda bu təcrübənin tətbiqi hələ ki, 
(ölkədə çoxlu sayda sosial problemlərin olmasını nəzərə alsaq) tam 
mümkün deyil.  
Aşağıdakı  cədvəldən göründüyü kimi büdcə  xərclərində 
səhiyyə sektoruna yönəldilən vəsaitlərin xüsusi çəkisi 4-5% arasında 
dəyişmişdir. 
Cədvəl 3.7 
 2001 
2002 
2003 
2004 
mlrd. 
AZM 
Büdcə 
xərclə 
rində 
(%) 
mlrd. 
AZM 
Büdcə 
xərclə 
rində 
(%) 
mlrd. 
AZM 
Büdcə 
xərclə 
rində 
(%) 
mlrd. 
AZM 
Büdcə 
xərclə 
rində 
(%) 
Səhiyyə 
xərcləri 
210,0 5,2 224,0 4,8  276,6
4,5 367,4  4,9 
 
2006-cı il üzrə proqnozlaşdırılan səhiyyə xərclərinin strukturu 
aşağıdakı formada təqdim edilir: 
-
 
Poliklinikalar və ambulatoriyalar. Bu paraqraf üzrə xərclər 
Azərbaycan  Respublikasının  Səhiyyə Nazirliyi və 


_______Milli Kitabxana_______ 
 
141 
Azərbaycan Dövlət Dəmir Yolunun səhiyyə müəssisələrinin 
maliyyələşdirilməsinə yönəldilir
-
 
Xəstəxanalar.  Bu vəsaitlər  Azərbaycan  Respublikasının 
Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının Gənclər, 
İdman və Turizm Nazirliyinin sərəncamında olan 
xəstəxanaların maliyyələşdirilməsinə yönəldir
-
 
Səhiyyə sahəsində digər xidmətlər. 
Azərbaycan 
Respublikasının  Səhiyyə Nazirliyi və Azərbaycan  Dövlət 
Dəmir Yolunun səhiyyə müəssisələri vasitəsilə 
bölüşdürülür
-
 
Səhiyyə sahəsində  tətbiqi tədqiqatlar.  Azərbaycan 
Respublikasının Səhiyyə Nazirliyi tərəfindən aparılan 
tətbiqi tədqiqatlar nəzərdə tutulur 
-
 
Səhiyyə sahəsinə aid edilən digər xidmətlər  Azərbaycan 
Respublikasının Səhiyyə Nazirliyinə aid edilir. 
Qeyd. Azərbaycan Respublikasının “Vahid büdcə  təsnifatı” 
səhiyyə xərcləri üzrə “Tibbi avadanlıqlar və məmulatlar” paraqrafı 
nəzərdə tutulsa da, 2006-cı ildə bu istiqamət üzrə  vəsait 
ayrılmamışdır. 
 
3.1.1.4.  Sosial müdafiə və sosial təminat 
 
Sosial təminat  xərclərinin strukturunda qaçqınlar və məcburi 
köçkünlər üçün xərclərin ayrılması  əhalinin daha az müdafiə 
olunmuş  təbəqəsinin maddi vəziyyətinin yaxşılaşdırılmasına 
yönəldilmişdir (Ölkə Konstitusiyasının 38-ci maddəsinə görə hər kəs 
qanunla müəyyən edilmiş yaş  həddinə çatdıqda, xəstəliyinə, 
əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə 
tutulmuş digər hallarda sosial təminat hüququna malikdir).  
Dövlət büdcəsindən sosial təminata yönəldilən xərcləri üç 
qrupa bölmək olar [9]: 
1.   Aztəminatlı  vətəndaşlara pul və natural formada 
yardımların göstərilməsi ilə bağlı xərclər. 2003-cü il üçün 
məlumatlarına görə sosial təminatla bağlı dövlət 
büdcəsindən ayrılan vəsaitlər təxminən 526 min nəfərə 
yaxın ölkə vətəndaşına yönəldilib. Bura: 


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə