DöVLƏt büDCƏSİ



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə47/67
tarix19.10.2018
ölçüsü1,52 Mb.
#74588
1   ...   43   44   45   46   47   48   49   50   ...   67

_______Milli Kitabxana_______ 
 
142 

 
dövlət büdcəsi hesabına aylıq müavinət alan qaçqınlar 
və məcburi köçkünlər; 

 
pulsuz nəqliyyat vasitələri almağa hüququ olan və belə 
vasitələrlə  təmin olunmayan əlillərə verilən aylıq 
kompensasiyaları alanlar. 
2.
 
Sosial xidmətlərin göstərilməsilə bağlı xərclər. Bura əlillər 
və qocalar üçün internat evləri 
şəbəkəsinin 
maliyyələşdirilməsi daxildir. 
3.
 
Sosial təminat siyasətinin həyata keçirilməsi ilə bağlı 
inzibati strukturların fəaliyyətinin təmin edilməsi ilə bağlı 
xərclər. Bura : 

 
tibbi-əmək ekspert komissiyalarının saxlanması; 

 
əmək və  əhalinin sosial müdafiəsi mərkəzlərinin 
saxlanması xərcləri. 
2006-cı ildən aztəminatlı ailələrin sosial müdafiəsinin 
gücləndirilməsi məqsədilə “Ünvanlı dövlət sosial yardımı haqqında” 
qanun qüvvəyə minmişdir. Bu qanuna görə ünvanlı dövlət sosial 
yardımı - aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul 
yardımlarıdır. Sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə 
hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan 
fərq məbləğində hesablanır.  
Ehtiyac meyarı - əhalinin əsas sosial demoqrafik qrupları üzrə 
yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının 
təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq 
olunan həddir. Sosial yardım dövlət büdcəsinin vəsaiti hesabına 
maliyyələşdirilir.  
Sosial müdafiə  maddəsi üzrə  nəzərdə tutulan xərclər iki 
istiqamətə yönəldilir: 

 
pensiyalarla bağlı  xərclər (pensiyalara əlavə olunan aylıq 
müavinətlər və pensiya xərcləri); 

 
sosial yardımlarla bağlı  xərclər (kompensasiya xarakterli 
ödənişlər və  uşaqlı ailələrə verilən dövlət müavinətləri) 
[9]. 
Pensiyalara  əlavə olunan aylıq müavinətlər – işləməyən 
pensiyaçıların, ölkəmizin erməni təcavüzündən müdafiə edərkən və 
1990-cı ilin 20 yanvar hadisələri zamanı  əlil olmuş  şəxslərin, 70 


_______Milli Kitabxana_______ 
 
143 
yaşından yuxarı  tənha ahıl vətəndaşların, hərbi xidməti vəzifələrini 
yerinə yetirərkən  əlil olmuş  şəxslərin pensiyaçılarına  əlavə olunan 
aylıq müavinətlər, həmçinin işləməyən  əmək pensiyaçılarının 
pensiya və müavinətlərinin minimum həddinin artırılmasına görə 
ödənilən aylıq müavinətlər aid edilir. Pensiya xərcləri – sosial 
pensiyaların ödənilməsi xərcləri daxildir.  
Ümumilikdə bu kateqoriyaya daxil olan xərclər mahiyyəti 
etibarı ilə sosial sığorta hadisəsinin subyekti olan əhali qruplarına 
yönənilib. 
Sosial yardımlarla bağlı  xərclər. Kompensasiya xarakterli 
ödənişlərə vaxtı ilə mövcud olmuş  və sonralar ləğv edilmiş 
kommunal, nəqliyyat və digər xidmətlərə görə güzəştlərin əvəzində 
əhalinin ayrı-ayrı  təbəqəsinə verilən aylıq müavinətlər aiddir. 
Hazırda bu kompensasiyalar ölkənin ərazi bütövlüyü, müstəqilliyi və 
konstitusiya quruluşunun müdafiəsi zamanı  əlil olanlara, Böyük 
Vətən müharibəsi  əlillərinə  və müharibə  əlillərinə  bərabər 
tutulanlara, Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş 
döyüşçülərin dul arvadlarına, Sovet İttifaqı  və Sosialist Əməyi 
Qəhrəmanlarına, üç dərəcəli  Şöhrət ordeninin hər hansı bir 
dərəcəsinə  təltif edilmiş  şəxslərə,  şəhid ailəsi üzvlərinin hər birinə
Çernobıl qəzası  əlillərinə, sosial pensiyaçılarına və s. şəxslərə 
ödənilir. Uşaqlı ailələrə verilən dövlət müavinətlər ailədə aylıq 
adambaşına 16500 AZM-dən aşağı olan 16 yaşınadək bütün uşaqlara 
verilir. 
Dövlət Sosial Müdafiə Fondu haqqında  Əsasnaməyə 
(Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2002-ci il tarixli 
Fərmanı) görə fondun əsas vəzifələrindən biri dövlət büdcəsindən 
ayırmalar (transfert) hesabına sosial pensiyaların, aztəminatlı əhaliyə 
müavinətlərin və qanunvericilikdə  nəzərdə tutulmuş digər 
müavinətlərin maliyyələşdirilməsini həyata keçirməkdir.  
Dövlət Statistika Komitəsinin 2004 – cü il üzrə məlumatlarına 
əsasən 1,373 min nəfər pensiyaçıların 230 min nəfəri (16,7%) sosial 
və xidmət illərinə görə pensiya alan şəxslərdir. Pensiyaçıların 16,7% 
dövlət büdcəsindən vəsait alır. Bu pensiyaçılara 2004-cü ildə  təyin 
edilən orta aylıq pensiyanın məbləği 93849 AZM təşkil etmişdir. 


_______Milli Kitabxana_______ 
 
144 
Digər tərəfdən DSK-nın verdiyi məlumata görə 2004-cü ilin 
əvvəlinə 1545,3 min nəfər şəxs dövlət büdcəsindən 171,9 mlrd.AZM 
müavinətlər almışdır. Bu şəxslərin 105,7 min nəfəri (2004-cü ildə) 
uşağın anadan olmasına görə 6,6 mlrd.AZM məbləğində birdəfəlik 
müavinət, 23,6 min nəfəri 3 yaşına çatan uşaqlara qulluqla əlaqədar 
3,9 mlrd.AZM məbləğində müavinət, 37,6 min nəfəri 11,8 
mlrd.AZM məbləğində  dəfn üçün müavinət almışdır. Daha böyük 
məbləğ 149,6 mlrd.AZM uşaq doğulduğu andan 16 yaşına çatana 
qədər aldığı müavinətlər isə 1378,4 min nəfərə şamil edilmişdir.  
Sosial müdafiə  xərclərinin strukturunda Böyük Vətən 
müharibəsi, Qarabağ müharibəsi  əlilləri,  şəhid ailələri, məcburi 
köçkünlərə  və s. bu kateqoriyadan olan şəxslərə verilən güzəştlərin 
ləğvi edilməsi və kompensasiyalarla əvəz edilməsi maddəsi üzrə 
ödənişlərin məbləği 137,8 mlrd.AZM olmuşdur. 2003-cü ildə bu 
maddə üzrə 107,0 mlrd.AZM vəsait xərclənmişdir. 
Aşağıdakı cədvəldən göründüyü kimi sosial müdafiə və sosial 
təminat xərclərinə dövlət büdcəsindən yönəldilən vəsaitlərin həcmi 
son dörd ildə  əhəmiyyətli  şəkildə artmışdır. Bu cür addımın 
atılmasında  əsas məqsəd hər il hazırlanan büdcə-vergi siyasətinin 
əsas istiqamətləri kimi büdcə xərclərinin sosialyönümlülüyünün (və 
investisiya yönümlülüyü) təmin edilməsinin göstərilməsidir. 
 
 
 
 
 
Cədvəl 3.8 
 
2001 2002  2003 
2004 
mlrd. 
AZM 
Büdcə 
xərclə 
rində 
(%) 
mlrd. 
AZM 
Büdcə 
xərclə 
rində 
(%) 
mlrd. 
AZM 
Büdcə 
xərclə 
rində 
(%) 
mlrd. 
AZM 
Büdcə 
xərclə 
rində 
(%) 
Sosial  
müdafiə 
xərcləri 
515,0 12,8 725,8 15,6 768,0 12,4 
841,1 11,2 
Sosial  
təminat  
xərcləri 
215,7 5,4 225,3 4,8 302,0 5,0  338,2  4,5 
 
2006-cı ilin yanvar ayının 1-dən Azərbaycan Respublikasında 
sosial müavinətlərin təyin olunması  və verilməsinin hüquqi 
əsaslarını müəyyən edən və bu sahədə yaranan digər münasibətləri 
tənzimləyən “Sosial müavinətlər haqqında”, həmçinin Azərbaycan 
Respublikasında vətəndaşların  əmək pensiyası hüquqlarının 


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə