DöVLƏt büDCƏSİ



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə48/67
tarix19.10.2018
ölçüsü1,52 Mb.
#74588
1   ...   44   45   46   47   48   49   50   51   ...   67

_______Milli Kitabxana_______ 
 
145 
yaranmasının  əsaslarını, bu hüquqların həyata keçirilməsi 
qaydalarını  və  əmək pensiyası  təminatı sistemini müəyyən edən  
“Əmək pensiyaları haqqında” qanunlar qüvvəyə minmişdir.  
“Sosial müavinətlər haqqında” qanun görə sosial müavinətlər - 
“Sosial müavinətlər haqqında” qanunla müəyyən edilmiş qaydada 
ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə 
aylıq və ya birdəfəlik ödənilən pul vəsaitləridir. Qanunda öz əksini 
tapan aylıq (dövlət qulluqçularına ömürlük müavinət,
 
valideynlərini 
itirmiş  və valideyn himayəsindən məhrum olmuş  uşaqların 
qəyyumlarına (himayəçilərinə) müavinət və s.) və birdəfəlik 
müavinətlərin böyük əksəriyyətinin maliyyələşmə  mənbəyi dövlət 
büdcəsi xərcləridir.  
Əmək pensiyası baza, sığorta və  yığım hissəsindən ibarətdir. 
Əmək pensiyasının baza hissəsi və Qanunda müəyyən olunan baza 
hissəsinə  əlavələr məcburi dövlət sosial sığortası  vəsaitləri, dövlət 
büdcəsinin transfertləri və qanunvericiliyə uyğun digər mənbələr 
hesabına maliyyələşdirilir. 
Beləliklə, qeyd olunan qanunların qüvvəyə minməsi ilə ölkədə 
sosial yardım ilə sosial sığorta sistemi bir-birindən ayrılmışdır.  
 Hazırda (2006-cı il üzrə) sosial müdafiə  və sosial 
təminat xərclərinin strukturu aşağıdakı kimi təqdim edilir: 

 
Sosial müdafiə  xərcləri.  Bu vəsaitlər üç struktur 
vasitəsilə bölüşdürülür. Belə ki, Azərbaycan 
Respublikasının  Əmək və  Əhalinin Sosial Müdafiə 
Nazirliyi, Azərbaycan Respublikasının Qaçqın və 
Məcburi köçkünlərin işi üzrə Dövlət Komitəsi və Dövlət 
Sosial Müdafiə Fondu. Vəsaitlərin 42%-i DSMF-in 
paynıa düşur. DSMF isə bu xərclərdən 2006-cı il 
yanvarın 1-dən aprelin 1-dək olan dövr ərzində baza 
pensiyasının 25 manat, 2006-cı ilin aprelin 1-dən 
oktyabrın 1-dək olan dövr ərzində baza pensiyasının 30 
manata və 2006-cı ilin oktyabrın 1-dən dekabrın 31-dək 
olan dövr ərzində baza pensiyasının 35 manata 
çatdırılması xərclərini maliyyələşdirməyi nəzərdə tutur.  


_______Milli Kitabxana_______ 
 
146 

 
Sosial təminat xərcləri yalnız 
Azərbaycan 
Respublikasının  Əmək və  Əhalinin Sosial Müdafiə 
Nazirliyi vasitəsilə bölüşdürülməsi nəzərdə tutulmuşdur. 
 
3.1.1.5. Mədəniyyət, incəsənət, informasiya, bədən 
tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət 
 
Kütləvi informasiya vasitələri xərcləri. “Kütləvi informasiya 
vasitələri haqqında” Azərbaycan Qanunu 
Azərbaycan 
Respublikasında kütləvi informasiyanın axtarılması,  əldə edilməsi, 
hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını, 
habelə  mətbuatın, informasiya agentliklərinin, televiziya və radio 
təşkilatlarının vətəndaşların tam, doğru-dürüst və operativ 
informasiya almaq hüququnun həyata keçirilməsinə yönəldilmiş 
fəaliyyətinin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir. 
Kütləvi informasiya vasitələrinə dövlət qayğısının və dövlət 
büdcəsindən bu istiqamət üzrə vəsaitlərin ayrılması ilə yanaşı bir sıra 
güzəştlər də (“Kütləvi informasiya vasitələri haqqında” qanunda və 
bu qanunun icrası ilə bağlı digər qanunvericilik aktlarında)  
müəyyənləşdirilmişdir. 
1. Mətbuat və informasiya orqanlarının maddi-texniki 
vəziyyətinin yaxşılaşdırmaq məqsədi ilə kütləvi informasiya 
vasitələri məhsullarının alqı-satqısının bütün növləri üzrə 
dövriyyələr, mətbu kütləvi informasiya vasitələri məhsullarının 
istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti əlavə 
dəyər vergisindən azad olunmuşdur (Vergi Məcəlləsi 164.1.7).  
2. “Kütləvi informasiya vasitələrinə dövlət qayğısının 
artırılması haqqında” Azərbaycan Respublikasının Prezidentinin 20 
iyul 2001-ci il tarixli Fərmanının icra edilməsi məqsədilə kütləvi 
informasiya vasitələri məhsullarının illik satışından redaksiyaların 
əldə etdikləri mənfəətdən ödədikləri verginin (reklam gəlirləri istisna 
olmaqla) miqdarının müəyyənləşdirilməsi və üç il ərzində bu 
vəsaitin hər il dövlət büdcəsindən redaksiyalara ödənilməsi qaydaları 
(9 avqust 2002-ci il tarixli Azərbaycan Respublikası Nazirlər 
Kabinetinin qərarı) müəyyən edilmişdir.  


_______Milli Kitabxana_______ 
 
147 
3. Bir çox mətbu orqanların iqtisadi vəziyyəti nəzərə alınaraq, 
Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2001-ci il tarixli 
və 9 yanvar 2003-cü il tarixli sərəncamları ilə  qəzetlərin 
“Azərbaycan” nəşriyyatına 2001-ci il dekabrın 31-dək olan 
borclarının ödəniş müddəti 2005-ci il dekabrın 31-nə  qədər 
uzadılmışdır. Qəzetlərin maddi-texniki və maliyyə  vəziyyətini 
nəzərə alaraq, azad və müstəqil mətbuatın inkişafına yardım məqsədi 
ilə dövlət başçısı  tərəfindən qəzetlərin “Azərbaycan” nəşriyyatına 
2001-ci il dekabrın 31-dək olan borcları (398 046,2 AZN) dövlət 
büdcəsi hesabına ödənilməsi barədə 8 fevral 2006-cı ildə növbəti 
sərəncam imzalandı. 
Gənclər siyasəti.  Azərbaycan Respublikasının dövlət gənclər 
siyasətinin həyata keçirilməsi üçün 29 iyul 1999-cu ildə dövlət 
gənclər siyasəti haqqında Azərbaycan Respublikası Prezidentinin 
Fərmanında ayrı-ayrı dövlət hakimiyyəti və idarəetmə orqanlarının 
gənclərlə  iş üzrə  əlaqəli və  məqsədyönlü fəaliyyət göstərməsi üçün 
lazımi  şərait yaradılması, gənclərin daha geniş  təbəqələrinin dövlət 
idarəetmə  işlərinə  cəlb olunması sahəsində  əlavə  tədbirlərin 
görülməsinə və bunun üçün lazımi maliyyə vəsaitinin ayrılması, ölkə 
əhalisinin yarıdan çoxunu təşkil edən uşaq, yeniyetmə  və gənclərin 
üzləşdikləri problemləri həll etmək, onları yeni dövrün tələblərinə 
uyğun hazırlamaq kompleks tədbirlərin həyata keçirilməsinin 
zəruriliyi qeyd olunur. 
Bu fərmanla yanaşı, 2002-ci ildə dövlət başçısı  tərəfindən 
“Gənclər siyasəti haqqında”  qanun imzalanmışdır. Qanuna görə 
gənclər siyasətinin  əsas məqsədi Azərbaycan Respublikasında 
gənclərin fiziki, əqli və  mənəvi inkişafına  şərait yaratmaq, onların 
imkan və bacarıqlarının reallaşdırılmasına kömək etməkdir.  
Mədəniyyət, incəsənət və kütləvi informasiya vasitələri 
xərcləri üzrə artım 2004-cü ildə, 2001-ci illə müqayisədə 76,1%, 
bədən tərbiyəsi və gənclər siyasəti üzrə isə 55,7% təşkil etmişdir. 
 
3.1.1.8.
 
  Mənzil-kommunal xərcləri 
 
Mənzil-kommunal xərcləri dövlət yaşayış binlarının və 
evlərinin tikintisinə  rəvac verir, insanların mənzil hüququnu 


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə