DöVLƏt büDCƏSİ



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə49/67
tarix19.10.2018
ölçüsü1,52 Mb.
#74588
1   ...   45   46   47   48   49   50   51   52   ...   67

_______Milli Kitabxana_______ 
 
148 
gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür (AR Konstitusiyası 43-
ü maddə). Cədvəl 3.9-dan göründüyü kimi 2004-cü ildə 2001-ci illə 
müqayisədə mənzil-kommunal xərclər 2,2 dəfə artmışdır.  
Cədvəl 3.9 
 2001 
2002 
2003 
2004 
mlrd. 
AZM 
Büdcə  
xərclə 
rində 
(%) 
mlrd. 
AZM 
Büdcə  
xərclə 
rində 
(%) 
mlrd. 
AZM 
Büdcə  
xərclə 
rində 
(%) 
mlrd. 
AZM 
Büdcə 
xərclə 
rində 
(%) 
Mənzil-
kommunal 
təsərrüfatı 
xərcləri 
81,5 2,0 100,0 2,1 146,8 2,4 179,8 2,4 
 
“Mənzil-kommunal təsərrüfatı” bölməsinin köməkçi 
bölmələrindən biri “Su təsərrüfatı” köməkçi bölməsidir. “Su 
təsərrüfatı” köməkçi bölməsinə su təchizatının bütün amillərinə 
nəzarət və onların tənzimlənməsi, qeyri-kommersiya təyinatlı su 
təchizatı sistemlərinin tikintisi və istismarı, su təchizatı sistemlərinin 
istismarı, tikintisi, texniki xidməti, təmiri və ya təkmilləşdirilməsinə 
kömək göstərilməsi ilə bağlı xərclər aiddir. 
Su sektorunun son illərdə maddi-texniki bazası 
yaxşılaşdırılmışdır. Lakin, enerji sektorunda olduğu kimi su 
sektorunda istehlak olunan suyun dəyərinin tam həcmdə 
yığılmaması  və borclar problemi vardır. Bu problemin qarşısının 
alınması  məqsədilə 25 mart 2002-ci ildə “Su sektorunda maliyyə 
intizamının gücləndirilməsi Proqramı” təsdiq edilmişdir. Proqramda 
istehlakçılara satılan suyun dəyərinin tam həcmdə ödənilməməsi, 
amortizasiya ayırmalarına və elektrik enerjisinə sərf olunan xərclərin 
artması, eyni zamanda mövcud olan tariflərin səviyyəsinin Abşeron 
Regional Səhmdar Su Cəmiyyətinin (hazırkı “Azərsu”) maliyyə 
vəziyyətinə  mənfi təsir etdiyi göstərilir. Belə ki, istehlakçılara 
verilən 2000-ci ildə 182,5 mlrd. AZM  dəyərində suyun yalnız 116,9 
mlrd. AZM (və ya 64%), 2001-ci ildə isə 50%-inin yığıldığı 
göstərilirdi. Yaranmış vəziyyət Səhmdar Cəmiyyət qarşısında büdcə 
öhdəliklərinin yerinə yetirilməməsinə  səbəb olmuşdur. Belə ki, 
2000-ci ildə hesablanmış 17,3 mlrd. AZM vergilərdən yalnız 13,3 
mlrd. AZM (və ya 77%) ödənilmişdir. Digər tərəfdən bu proses 


_______Milli Kitabxana_______ 
 
149 
beynəlxalq maliyyə institutları  tərəfindən ödənilmiş kreditlərin 
qaytarılmasını  çətinləşdirir. Sadalanan problemlərin qarşısının 
alınması  məqsədilə idarəetmə strukturunun təkmilləşdirilməsi, 
qiymət və tariflərin tənzimlənməsi, texniki tədbirlərlə yanaşı dövlət 
büdcəsi ilə əlaqələrin tənzimlənməsi və büdcə vəsaitindən istifadəyə 
nəzarətin gücləndirilməsi sahəsində  aşağıdakı  tədbirlər nəzərdə 
tutulmuşdur: 

 
büdcə  təşkilatları  tərəfindən su təchizatına görə ödənişin 
təmin edilməsi; 

 
büdcə  və  sənaye təşkilatlarının debitor borclarının 
ödənilməsinə ciddi nəzarət mexanizminin tətbiq edilməsi; 

 
büdcə  təşkilatlarının sudan istifadəyə görə yaranmış 
borcların vergi borcları ilə  əvəzləşdirilməsinə yol 
verilməməsi və s.  
“Kommunal təsərrüfatı” köməkçi bölməsinə paraqraflarından 
biri “istilik” paraqrafıdır. Bu paraqrafa şəhər və yaşayış 
məntəqələrində istilik (buxar, qaz, kömür və s.) şəbəkələrinin 
istismarı, tikintisi, texniki xidməti, həmçinin bu sistemlərin 
təkmilləşdirilməsi məqsədi ilə qaytarılmayan borcların, kreditlərin 
və subsidiyaların verilməsi ilə bağlı xərclər daxildir.  
Azərbaycan Respublikasında  əhalinin və digər istehlakçıların 
etibarlı  və keyfiyyətli istilik təchizatı xidmətlərinin təşkilinin  əsaslı 
surətdə yaxşılaşdırılmasının, bu sahənin mərhələlərlə bazar 
iqtisadiyyatı prinsipləri  əsasında inkişaf etdirilməsinin, onun 
səmərəliliyinin artırılmasının və bu sahəyə investisiyaların cəlb 
edilməsinin təmin edilməsi məqsədilə “Azərbaycan Respublikasında 
istilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 
8 iyun 2005-ci il tarixli Sərəncam imzalanmışdır.   
Bu sərəncamda istilik təchizatı ilə bağlı əsas problemlər kimi 
idarəetmədə  pərakəndəlik,  əsas fondların köhnəlməsi, istilik 
şəbəkələrinin yararsız hala düşməsi, texnoloji itkilərin artması  və 
enerji daşıyıcılarının sərfinə müəyyən edilmiş normalardan artıq yol 
verilməsi göstərilir. Həmçinin, bu sərəncamla “Azəristiliktəchizat” 
Açıq Səhmdar Cəmiyyəti yaradılır. “Azəristiliktəchizat” ölkə 
ərazisində yaşayış  məntəqələrində yaşayış evlərinin və binalarının, 


_______Milli Kitabxana_______ 
 
150 
habelə sosial və digər təyinatlı obyektlərin istilik təchizatı  işlərini 
həyata keçirməlidir.  
Hazırda (2006-cı il üzrə) dövlət büdcəsindən mənzil-
kommunal təsərrüfatına yönəldilən xərclərin strukturu aşağıdakı 
kimidir: 
-
 
mənzil təsərrüfatı.  Bura  şəhər və rayonların yerli 
xərclərindən maliyyələşən müəssisə  və  təşkilatlar üzrə 
xərclər aid edilir
-
 
kommunal təsərrüfatı.  Bu köməkçi bölməyə isə 
“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti vasitəsilə 
yönəldilən vəsaitlər, həmçinin  şəhər və rayonların yerli 
xərclərindən maliyyələşən müəssisə  və  təşkilatlar üzrə 
xərclərin aiddir
-
 
su təsərrüfatı köməkçi bölməsinə “Azərsu” Açıq Səhmdar 
Cəmiyyəti vasitəsilə yönəldilən vəsaitlər daxildir
-
 
mənzil-kommunal təsərrüfatı ilə bağlı digər xidmətlər. 
Bura  şəhər və rayonların yerli xərclərindən maliyyələşən 
müəssisə və təşkilatlar üzrə xərclər aid edilir. 
 
3.1.1.9.
 
   Yanacaq və enerji 
 
“Yanacaq və enerji” sektorunun hüquqi tənzimlənməsi qəbul 
edilmiş çoxsaylı hüquqi-normativ aktların tətbiq edilməsi ilə həyata 
keçirilir. Bu normativ-hüquqi aktların sırasına “Energetika 
haqqında”, “Еlеktroenergetika haqqında”, “Еnеrji rеsurslаrındаn 
istifаdə hаqqındа” qanunları və s. aid etmək olar. 
1.“Energetika haqqında” qanunda dövlətin  еnеrgеtikа 
siyаsətinin məqsədlərindən biri kimi enеrji çаtışmаzlığı  şərаiti 
yаrаndıqdа, еnеrgеtikаnın səmərəliliyini аrtırmаq üçün istеhsаlçı və 
istеhlаkçılаrа dоtаsiyаlаrın vеrilməsi göstərilir. 
2.“Еlеktroenergetika haqqında” qanunda isə elеktrik və istilik 
еnеrjisi sаhəsində idаrəеtmə  və dövlət nəzаrətinə bir sıra tədbirlər 
aid edilir [47]. Bu tədbirlərdən müvаfiq icrа  hаkimiyyəti 
оrqаnlаrının еlеktrik və istilik еnеrjisinin qiymətlərinin (tаriflərinin) 
tənzimlənməsi,  еlеktrik  еnеrjisinin iхrаc və idхаl  еdilməsi 
əməliyyаtlаrınа хüsusi icаzənin vеrilməsi göstərilə bilər. 


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə