DöVLƏt büDCƏSİ



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə52/67
tarix19.10.2018
ölçüsü1,52 Mb.
#74588
1   ...   48   49   50   51   52   53   54   55   ...   67

_______Milli Kitabxana_______ 
 
157 
İnvestisiya fəaliyyətinin dövlət tənzimlənməsi vahid iqtisadi, 
elmi-texniki və sosial siyasət yeridilməsi məqsədi ilə həyata keçirilir 
və Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf proqramında 
nəzərdə tutulmuş 
həcmlərdə dövlət büdcəsi hesabına 
maliyyələşdirilir. 
Büdcənin sosial yönümlü olması onun investisiya 
yönümlülüyünü bir qədər arxa plana salmışdır. Lakin, 2003-cü ilin 
dövlət büdcəsinin xərclərində dövlət investisiya xərclərinin 434,4 
mlrd.manat, 2004-cü ildə 474,4 mlrd.AZM səviyyədə icra olunması 
büdcə  xərclərinin investisiya yönümlülüyünü artması ilə müşahidə 
olunur. (Dövlət)  İnvestisiya üzrə 2004-cü ilin xərcləri, 1996-cı ilə 
nisbətən 7 dəfə arıtmışdır (ilk dəfə dövlət investisiya xərcləri 
maddəsi 1996-cı ilin dövlət büdcəsinin xərcləri hissəsində öz əksini 
tapmışdır). 
“Büdcə sistemi haqqında” qanuna 13 may 2003-cü ildə 
edilmiş əlavə və dəyişikliklərə əsasən dövlət büdcəsinin layihəsi ilə 
birlikdə hazırlanan və Milli Məclisə  təqdim olunan sənədlərin 
siyahısına növbəti il üzrə dövlət büdcəsinin və icmal büdcənin, 
habelə sonrakı üç il üzrə icmal büdcənin layihələrinə uyğun olaraq 
mühüm investisiya layihələrini özündə əks etdirən dövlət investisiya 
proqramlarının layihələri əlavə edilir. 
Həmçinin, 27 sentyabr 2004-cü ildə  təsdiq edilmiş “Neft və 
qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya”da öz 
əksini tapan əsas prinsiplərdən biri də investisiya yönümlü xərclərin 
hər il üçün tərtib olunan ortamüddətli Dövlət  İnvestisiya Proqramı 
çərçivəsində həyata keçirilməsidir.
 
Qeyd.  Ümumiyyətlə, “İnvestisiyaların idarə olunması 
prosesinin yaxşılaşdırılması” YAİİDP-də 2003-2005-ci illər üzrə 
dövlətin əsas vəzifələrdən biri kimi müəyyənləşdirilmişdir. 
Bu 
əsasda 2004-2007-ci illər üçün “Azərbaycan 
Respublikasının Dövlət  İnvestisiya Proqramı”nın bəzi məqamlarını 
nəzərdən keçirək.  İqtisadiyyatın dinamik və tarazlı inkişafına, 
əhalinin maddi rifahının yüksəldilməsinə  və sosial ehtiyaclarının 
daha dolğun ödənilməsinə yönəlmiş dövlət  əhəmiyyətli investisiya 
layihələrinin ardıcıl və əlaqəli şəkildə həyata keçirilməsi məqsədi ilə 
hazırlanmış 2004-2007-ci illər üçün “Azərbaycan Respublikasının 


_______Milli Kitabxana_______ 
 
158 
Dövlət İnvestisiya Proqramı”na iqtisadiyyatın prioritet sahələrini əks 
etdirən layihələr daxil edilmişdir. Layihələrin ümumi dəyərinin 
21,3%-i dövlət büdcəsi hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.  
Layihələrin proqrama daxil edilməsi üçün aparılan seçim 
zamanı tələb olunan şərtlər aşağıdakılardır:  

 
layihənin sifarişçisi dövlət orqanı olmalıdır;  

 
layihənin sifarişçisi səhmdar cəmiyyətlər olduqda onların 
səhmlərinin ən azı 51% dövlətə məxsus olmalıdır; 

 
proqrama daxil edilən layihələrin hər birinin ən azı ilkin 
texniki–iqtisadi göstəriciləri olmalıdır. 
Ölkədə yoxsulluğun azaldılması və əhalinin həyat səviyyəsinin 
daha da yüksəldilməsi məqsədilə nəzərdə tutulmuş tədbirlər “2003-
2005-ci illər üçün Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə 
Dövlət Proqramı”nda, “Kiçik və orta sahibkarlığın inkişafı üzrə 
Dövlət Proqramı”nda və digər sahəvi proqramlarda öz əksini 
tapmışdır. Bu baxımdan Dövlət İnvestisiya Proqramına daxil edilən 
investisiya layihələri həmin vəzifələrin həyata keçirilməsinə xidmət 
etməlidir.   
Proqramın əsas istiqamətləri: 

 
infrastruktur sahələrinin inkişafı; 

 
sosial obyektlərin inşası; 

 
istehsal sahələrinin inkişafı; 

 
ixrac potensialının genişləndirilməsi. 
“Azərbaycan Respublikasının Dövlət  İnvestisiya  Proqramı” 
nəticə etibarı ilə ölkədə investisiya qoyuluşlarının strukturunda 
daxili, o cümlədən, büdcədən yönəldilən investisiyaların 
əhəmiyyətinin artmasına eyni zamanda, büdcə qanunvericilyinin və 
investisiya xərclərinin strukturunun təkmilləşdirilməsinə xidmət 
edəcəyi nəzərdə tutulur. 
Hazırda beynəlxalq təcrübədə dövlət büdcəsinin sosial-iqtisadi 
inkişafa müsbət təsiri məqsədilə bir neçə modeli mövcuddur. MDB 
dövlətləri arasında daha çox yayılmış Qazaxıstan və Rusiya 
təcrübəsini nəzərdən keçirək.  
Qazaxıstan təcrübəsinə görə dövlət büdcəsinin xərcləri iki əsas 
qrupa bölünür: cari büdcə  və inkişaf büdcəsi. Cari xərclərə  əmək 
haqqı, pensiya və başqa sosial müavinətlər və ödənişlər, mallar və 


_______Milli Kitabxana_______ 
 
159 
başqa xidmətlər üzrə xərclərin maliyyələşdirilməsi aid edildiyi halda, 
inkişaf büdcəsi ölkə büdcəsinin tərkib hissəsi kimi yaradılır və 
ölkədə investisiya proqramlarının büdcə resursları vasitəsilə 
stimullaşdırılması 
məqsədini daşıyır. 
İnkişaf büdcəsinin 
maliyyələşmə  mənbələri dövlət zəmanəti ilə alınmış kreditlər, 
özəlləşdirilmədən daxil olan vəsaitlər, daxili borclanmadan əldə 
olunan vəsaitlər, vergilərin bir hissəsi və sair daxilolmalar ola bilər. 
Bu vəsaitlər real sektorun kreditləşməsi,  büdcə sektorunda əsaslı 
vəsait qoyuluşu, tikinti infrastrukturunun maliyyələşdirilməsi, büdcə 
sferasının müasir avadanlıqla təmin edilməsi, milli-mədəni 
dəyərlərin qorunması kimi proqramların maliyyələşdirilməsi 
məqsədilə istifadə oluna bilər.  
Ölkə büdcəsi xərclərinin cari və inkişaf büdcələrinə bölünməsi 
və vergilərin bir hissəsinin investisiyanın maliyyələşdirilməsi 
məqsədilə istifadə edilməsi vergi daxilolmalarının yığım  əmsalının 
yüksəlməsinə səbəb olacağı əsas götürülür.  
Rusiya Federasiyasında büdcə  xərclərinin tərkib hissəsi kimi 
inkişaf büdcəsi yaradılmışdır. Rusiya Federasiyasının inkişaf 
büdcəsi investisiya layihələrinin zəmanətinin təmin edilməsi, 
kreditləşmə  və investisiyalaşdırma məqsədilə kapital xərclərinin 
tərkibində yaradılır.  İnkişaf büdcəsinin maliyyələşdirmə  mənbələri 
kimi Rusiya Federasiyasının investisiya məqsədilə daxili və xarici 
borclanmadan  əldə etdiyi vəsaitlər, federal mülkiyyətdə olan 
əmlakın satışından federal büdcəyə ödənilən daxilolmaların bir 
hissəsi, inkişaf büdcəsinin vəsaitləri hesabına maliyyələşdirilən 
investisiya layihələri zamanı istifadə olunan federal mülkiyyətdə 
olan obyektlərin özəlləşdirilməsindən həmçinin, qaytarılmaq, 
ödənişlilik və müddətlilik  şərtləri ilə  əvvəlki dövrlərdə istifadə 
edilmiş büdcə investisiya təxsisatlarından daxilolmalar, növbəti 
maliyyə ilində federal büdcədə qanunla müəyyən olunan dövlət 
qiymətli kağızların yerləşdirilməsindən  əldə olunan vəsaitlərin bir 
hissəsi, federal büdcədə qanunla müəyyən olunan xarici iqtisadi 
fəaliyyətdən faktiki daxilolmaların proqnoz göstəriciləri ilə 
müqayisədə artıq olan hissəsinin 50% və qanunvericiliklə müəyyən 
olunan digər  daxilolmalar göstərilir. 


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə