DöVLƏt büDCƏSİ



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə50/67
tarix19.10.2018
ölçüsü1,52 Mb.
#74588
1   ...   46   47   48   49   50   51   52   53   ...   67

_______Milli Kitabxana_______ 
 
151 
3. 2002-ci ildə isə əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları 
təminatını yaxşılaşdırmaq və bu sahədə maliyyə intizamını 
gücləndirmək məqsədi ilə “Enerji sektorunda maliyyə intizamının 
gücləndirilməsi Proqramı” təsdiq edilmişdir. Proqramda yanacaq və 
enerji sektorunun əsas problemlərindən biri istehsal olunan enerjinin 
maya dəyəri ilə müqayisədə  aşağı qiymətə satılması  və dövlət 
büdcəsindən ayrılan dolayı subsidiyaların həcmindən asılı olması 
göstərilir. Fikri bir qədər dəqiqləşdirmiş olsaq, “Azərenerji” və 
“Azəriqaz” səhmdar cəmiyyətləri tərəfindən ARDNŞ-dən alınan neft 
məhsullarının və qazın haqqının ödənilməməsi səbəbindən ARDNŞ-
də öz növbəsində dövlət büdcəsinə vergiləri tam həcmdə ödəyə 
bilmir. Nəticədə “Azərenerji” və “Azəriqaz” səhmdar 
cəmiyyətlərinin büdcədən dolayı  şəkildə subsidiya alması prosesi 
baş verir. 
Öz növbəsində artıq 2003-cü ildə dolayı subsidiyaların 
verilməsi dövlət büdcəsi üçün kifayət qədər vəsaitlərin itirilməsinə 
gətirib çıxartmışdır. Təkcə enerji və qaz təminatı üçün il ərzində 
dövlət büdcəsindən bu sektora (2003-cü ilin göstəriciləri) 1 mlrd. 
USD yaxın vəsait yönəldilir. Əhaliyə və müəssisələrə verilən qazın 
dəyəri 600 mln. USD bərabərdir. Həmin məbləğin bir hissəsi 
istehlak olunan qaz haqqı formasında geri qaytarılır (cəmi 50 mln. 
USD). Daha 50 mln. dollar vəsaitin “Azəriqaz” tərəfindən 
toplandığını  nəzərə alsaq, 50 mln. USD da “Azərenerji”nin payına 
düşür. Başqa sözlə desək, 600 mln. USD vəsaitin bir hissəsi (100 
mln. USD) toplanır. Toplanan vəsait həmin təşkilatların öz daxili 
tələbatına yönəldilir. Qeyd olunan məbləğin üzərinə “Azərenerji”-yə 
təhvil verilən 300 mln. USD (2 milyon ton mazutun dəyəri) 
məbləğində  vəsaiti də  gəlsək (məhsulun maya dəyərini ödəmir) bu 
halda yönəldilən subsidiyanın məbləği 900 mln. USD bərabər olur. 
Elektik enerjisi və qazın pulu tam yığılarsa belə bu vəsaitlərin yalnız 
20% kompensasiya edilə bilər [20, səh.  5]. Həmçinin, ödənişlərin 
aşağı  səviyyədə olması büdcə  təşkilatlarında çalışanların  əmək 
haqlarının, eləcə də təhsilin, səhiyyənin və digər sahələrin daha geniş 
şəkildə maliyyələşdirilməsi, pensiyaların artırılması imkanlarını 
əhəmiyyətli dərəcədə məhdudlaşdırır.  


_______Milli Kitabxana_______ 
 
152 
Bu problemin qarşısını almaq üçün dövlət tərəfindən elektik 
enerjisi və qazın pulunun liberallaşdırılması siyasəti həyata keçirilir. 
Bu məqsədlə 2005-ci ildə “Azəriqaz” SC və digər iri vergi 
ödəyicilərinə verilən dolayı subsidiyaların tamamilə  ləğv edilməsi 
nəzərdə tutulur. “Azəriqaz” SC öz problemlərini qazın qiymətinin 
artmasından əldə ediləcək vəsait hesabına həll etməlidir [21, səh5]. 
Ümumiyyətlə, isə 2005-ci ildən başlayaraq dolayı subsidiyaların 
həcminin dövlət büdcəsində azaldılması  nəzərdə tutulur. Bu 
məqsədlə 2005-ci ildə dövlət büdcəsindən yönəldilən subsidiyaların 
1470 mlrd.AZM, qarşıdakı 2006-2008-ci illər üçün isə müvafiq 
olaraq 1370, 1295 və 945 mlrd.AZM həddində olması planlaşdırılır. 
Qeyd. 
Enerji sektorunda sadalanan tədbirlərin 
maliyyələşdirilməsi “Yoxsulluğun Azaldılması və İqtisad İnkişaf üzrə 
Dövlət Proqramı”nda öz əksin tapan (dövlətin qarşısında duran) 
vəzifələrin tərkib hissəsidir. 
 
3.1.1.8.
 
  Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq,  
ovçuluq və ətraf mühitin mühafizəsi 
 
Kənd təsərrüfatı  xərcləri  (bax. hüquqi şəxslərin torpaq 
vergisi).    Kənd təsərrüfatı, meşə  təsərrüfatı, balıqçılıq və ovçuluq 
xərclərinin dövlət büdcəsi məxaricində xüsusi çəkisi son dörd 
(2001-2004-cü) ildə 4-4,9% arasında dəyişmişdir. 2004-cü ildə bu 
sahəyə dövlət büdcəsindən yönəldilən vəsaitlərin həcminin 2001-ci 
illə müqayisədə 79% artmasına baxmayaraq xüsusi çəki 4% təşkil 
etmişdir ki, bu da digər maddələrin artım tempinin bu sahəyə 
yönəldilən vəsaitlərin artım tempini üstələməsi ilə bağlı olmuşdur. 
 
 
 
 
Cədvəl 3.10 
 2001 
2002 
2003 
2004 
mlrd. 
AZM 
Büdcə 
xərclə 
rində 
(%) 
mlrd. 
AZM 
Büdcə 
xərclə 
rində 
(%) 
mlrd. 
AZM 
Büdcə 
xərclə 
rində 
(%) 
mlrd. 
AZM 
Büdcə 
xərclə 
rində 
(%) 
Kənd 
təsərrüfatı, 
meşə 
təsərrüfatı, 
balıqçılıq 
və ovçuluq 
xərcləri 
170,8 4,2 226,6 4,9 268,3  4,4 
305,9 4,0 


_______Milli Kitabxana_______ 
 
153 
2005-ci ildən başlayaraq aqrar sahədə duran başlıca 
vəzifələrdən biri kimi istehsalçının zəruri kənd təsərrüfatı texnikası 
ilə  təchizatını yaxşılaşdırmaq, keyfiyyətli məhsul yetişdirmək və 
onun itkisiz yığılmasını təmin etmək məqsədilə səhmlərinin nəzarət 
zərfi 100 faizi dövlətə  məxsus olan “Aqrolizinq” Açıq Səhmdar 
Cəmiyyəti yaradılması Prezident Sərəncamı imzalanmışdır. 
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və  Kənd 
Təsərrüfatı Nazirliyi ilə birlikdə “Aqrolizinq” Açıq Səhmdar 
Cəmiyyətinin fəaliyyətinin təşkili üçün 2005-ci ilin dövlət 
büdcəsində ayrılması  nəzərdə tutulmuş 100,0 mlrd.AZM vəsaitin 
hesabına ilkin mərhələdə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin 
nizamnamə kapitalının formalaşmasına, fəaliyyətinin təşkilinə  və 
digər zəruri tədbirlərin aparılması, habelə mövcud qanunvericiliyə 
uyğun olaraq texnikanın alınmasına tələb olunan vəsaitlərin 
müəyyən olunmuş qaydada artırılmasını təmin etməlidir.  
İstifadəçi “Aqrolizinq” ASC-yə  məxsus texnikanın lizinqə 
verilməsi və ya lizinq yolu satılması barədə “Aqrolizinq” ASC-yə 
yazılı formada müraciət edir. Müraciətə uyğun olaraq “Aqrolizinq” 
ASC tərəfindən texnikanın müəyyən haqla, müəyyən müddətə, 
mülkiyyət hüququnun istifadəçiyə keçməməsi  şərtilə lizinqə 
verilməsi və ya texnikanın dəyərinin ən geci 5 ilə ödənilməsi şərtilə 
istifadəçiyə lizinq yolu ilə satılması barədə müvafiq qərar qəbul 
edilir.  
Cari (2006-cı) il üzrə  kənd təsərrüfatı, meşə  təsərrüfatı, 
balıqçılıq və ovçuluq xərclərinin proqnoz göstəricilərinin strukturu 
aşağıdakı kimi təqdim edilir: 
-
 
Kənd təsərrüfatı xərcləri köməkçi bölməsi üzrə vəsaitlər 
struktur üzrə bölüşdürülür.  Bu  strukturlara Azərbaycan 
Respublikasının Maliyyə Nazirliyi (kənd təsərrüfatı  əmlakının 
sığortalanması üçün sığorta haqqının dövlət büdcəsi vəsaiti 
hesabına ödənilən hissə), Azərbaycan Respublikasının Kənd 
Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Torpaq və 
Xəritəçəkmə Komitəsi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı 
yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi, Azərbaycan 
Respublikasının Kənd Təsərrüfatı yanında Dövlət Baytarlıq Xidməti, 
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı yanında Dövlət 


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə